Məhkəmə qərarları › İş №2(102)-4017/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4017/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4017/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, vəkili Abbasov Rəfail Arif oğlunun və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) xx.xx.2019-cu il tarixli 2(009)xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “verilmiş sığorta ödənişinin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-xxx/2019 nömrəli qətnaməsinin iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı “xxxx” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstər ilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “verilmiş sığorta ödənişinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 5030 manatın tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “xxxx” ASC-nin vəkili Abbasov Rəfail Arif oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Lakin məhkəmə qeyd edilən Qanunun 19.9-cu maddəsinə (üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir) istinad sığorta olunanın ailə üzvlərinin ödədiyi məbləği heç bir əsas olmadan, guya məhkəmə araşdırması zamanı müəyyən olunduğu üçün dəfn xərclərinə aid etmiş və iddia tələbini təmin etməmişdir. Məhkəmə yalnız cavabdehin çıxışlarını nəzərə alaraq ona ödənilmiş pul məbləğini dəfn xərclərinə aid etmiş, lakin həqiqətə nail olmaq üçün pul u ödəyən şəxsləri məhkəməyə dəvət etməmiş və dindirməmişdir. Hazırki halda zərərçəkmiş şəxsin hüquqi varisi ona vurulmuş zərərin sığortalı tərəfindən ödənildiyini sığortaçıdan gizlətdiyi və sığortalı tərəfindən də vaxtında məlumat verilmədiyi üçün sığorta ödənişi sığortaçı tərəfindən sığortalıya ödənilməli olduğu halda zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilmişdir. Lakin sonradan məlum olmuşdur ki, qəza nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzi sığortalının ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə tam olaraq ödənilmişdir. Buradan məlum olur ki, heç bir hüquqi əsas olmadan X9başqa şəxsin hesabına əmlak əldə etmişdir. Belə olan halda isə qanunvericilik normalarının tələblərinə əsasən əldə olunmuş əmlak geri qaytarılmalıdır. Buradan müəyyən olunur ki, məhkəmə işi tam araşdırmamış, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş, tətbiq edilən bəzi hüquq normalarını isə səhv təfsir etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X6 və vəkili Abbasov Rəfail Arif oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM -in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlana n o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə X4 Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən məlum olur ki, o, piyada X5 avtomobillə vurmuş, eyni zamanda xəsarət alan Z.Əhmədova yardım göstərmədən hadisə yerindən qaçmışdır. Həmin hökmdən görünür ki, şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, X7 onun atasıdır, xx.xx.2019-cu il tarixdə atasının telefonundan tanımadığı şəxs ona zəng vuraraq atasını avtomobil vurduğunu və atasının rəhmətə getdiyini bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxsə münasibətdə heç bir tələbi yoxdur, təq sirləndirlən şəxs Bəxtiyar Əliyevlə də barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin hökmdən məlum olur ki, zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh təqsirləndirilən şəxs X1 qarşı heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Həmçinin hökmdən məlum olur ki, Cinayət Məcəlləsinin 59.1 və 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə edilməsini...Bəxtiyar Əliyevin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən apelyasiya kollegiyası bildirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı tərəfindən piyada X3 ölümü ilə əlaqədar Zahid Əhmədov un hüquqi varisi Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyindən və hadisəni törətmiş şəxs tərəfindən hazırkı iş üzrə cavabdehə ödənmiş 11500 manat məbləğində pul vəsaiti Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən hadisəni törətmiş şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və onun nisbətən yüngül cəza almasına səbəb olduğundan, iddiaçının əsassız varlanma tələbi üzrə cavabdehə qarşı hazırkı iddiası təmin edilə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində məhkəmənin zərərçəkmiş şəxsə ödənilmiş pulun dəfn xərclərinə aid etməsini vurğulasa da, k asasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı apelyasiya baxışı zamanı cavabdehin əsassız varlanmasına istinad etmiş, apelyasiya araşdırması nəticəsində isə əsassız varlanmadan söhbət gedə bilməməsi müəyyən edilmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar