Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4022/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmək haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları il ə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)2020/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 22 may 2017-ci il tarixli Əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-də bilet nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin aylıq əmək haqqısı 319,56 manat məbləğində müəyyən edilmişdir. İddiaçı İİ qrup əlildir. Cavabdeh MMC-nin 29 iyul 2020-ci il tarixli, 2907 nömrəli əmr ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 29 iyul 2020-ci il tarixində xitam verilmişdir. Cavabdeh MMC-nin 30 sentyabr 2020-ci il tarixli arayışına əsasən bilet nəzarətçisi vəzifəsində işləyən İddiaçı 2020-ci ilin yanvar-fevral aylarında 319,56 manat, mart ayında 175,76 manat, aprel-may aylarında 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. Cavabdeh MMC tərəfindən verilmiş son haqq-hesab ödəniş cədvəlinə əsasən İddiaçı hesabına “işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı” kimi 620,08 manat pul köçürülmüş, həmin məbləğdən 3% - 48,01 manat DSMF-yə, 5% - 3,1 manat işsizlikdən sığortaya, qalıq məbləğ - 568,97 manat işçiyə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubli kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən son 1 il üçün 48 günlük əmək məzuniyyətinin, iyun və iyul aylarının əmək haqqısının və ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin, o cümlədən əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ödəncin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İİ qrup əsgər əlilidir. O, 2012-ci ildən Cavabdeh şirkətində işləmiş, aylıq əmək haqqı 300 manat olmuşdur. Pandemiya dövründə mart ayının əmək haqqısı ona verilmiş, sonra isə öz hesabına məzuniyyətə çıxması, 3 aylıq əmək müqaviləsinə qol çəkməsi bildirilmiş, lakin o, imtina etmişdir. Aprel ayı üçün ona 149 manat, may ayı üçün 150 manat pul ödənilmişdir. 01 iyul 2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən ona vəzifəsinin ixtisarı barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşlədiyi son ilin məzuniyyət pulu ona verilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2020ci il tarixli, 2(009)1823/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməmiş 21 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin, eləcə də 2020-ci ilin iyun və iyul aylarının əmək haqqısının hər ay üçün 159,78 manat olmaqla (müvafiq tutulmalar çıxılmaqla) ödənilməsi qət edilm işdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 116-cı maddəsinin 1 və 3-cü hissələrinə, 119-cü maddəsinin 2-ci hissəsinə istinad edərək və iddiaçının İİ qrup əlil olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 21 təqvim günü üçün əsas məzuniyyətinə görə pul əvəzinin verilməsi zamanı qanun normasının tələbi pozulmuşdur. Buna görə də, iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 42 təqvim günü üçün əsas məzuniyyətə görə pul əvəzinin verilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı 2020-ci ilin mart ayı üçün 175,76 manat, aprel-may aylarında hər bir ay üçün 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. Müəyyən edilm işdir ki, iyul ayında ödənilən 620,1 manat işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı olmuşdur (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat). Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməmiş qalan 21 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə həmçinin iddiaçıya cavabdeh tərəfindən 2020-ci ilin iyun və iyul aylarının əmək haqqısının hər ay üçün 159,78 manat (müvafiq tutulmalar çıxılmaqla) ödənilməli olduğu qənaətinə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə əsasən iddiaçının hər ay üçün əmək haqqı aylıq 319,56 manat məbləğində müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə qeyd edilən məbləğdə əmək haqqını 2020-ci ilin fevral ayında almışdır. Respublikada baş vermiş p andemiya ilə əlaqədar iş fəaliyyətinin zəifləməsi ilə bağlı cavabdehin göstərdiyi xidmətlərə olan tələb azaldığı üçün cavabdeh tərəfindən iddiaçıya mart ayında 175,76 manat əmək haqqı ödənilmiş və sonuncu bu əmək haqqı məbləği ilə razılaşmış, hətta iddia ərizəsində mart ayının əmək haqqının ona ödənilməsini vurğulamışdır. Həmçinin, iddiaçı ərizəsində mart ayından əlavə aprel və may aylarının əmək haqqının ona ödənilməsini də qeyd etmişdir. Həmin aylar üzrə isə ona ayrılıqda əmək haqqının demək olar ki, yarı məbləği, yəni 159,78 manat ödənilmişdir. İddiaçı bu əmək haqlarının da düzgün olmamasını mübahisələndirməmişdir. İddia tələbində iddiaçı iyun və iyul aylarının əmək haqqının ona ödənilməsini tələb etsə də, həmin məbləği açıqlamamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2020-ci ilin iyun və iyul aylarının əmək haqları da ödənilən son ayların, yəni iddiaçının mübahisələndirməyərək aldığı aprel və may ayları üçün hesablanmış əmək haqqı miqdarında ödənilməsi daha məqsədəmüvafiq və ədalətlidir. Məhkəmə iddianın ştat ixtisarı ilə bağlı əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin ödənilməsi ilə bağlı tələbini əsassız saymışdır. Belə ki, iddiaçının Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətdə bir ildən beş ilədək əmək stajına malik olduğu nəzərə alınaraq, ona işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya son haqq hesab olaraq ödənilən 620,1 manat məbləğin daxilində (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat) ödənilmişdir. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqını n 0,1 faizi miqdarında ona ödənc verilməsi tələbinə də qiymət verərək əsassız olduğu üçün təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi fərdi əmək mübahisəsi yaranmadıqda nəzərdə tutulur. Hazırda tərəflər arasında fərdi əmək mübahisəsinin yarandığını nəzərə alaraq, iddiaçının bu tələbini əsassız hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2020ci il tarixli, 2(009)-1823/2020 nömrəli qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-2020/2021 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevın sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(009)-1823/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilməklə, İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməmiş 23 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin, eləcə də, 2020-ci ilin iyun və iyul aylarının əmək haqqının hər ay üçün 319,56 manat olmaqla (müvafiq tutulmalar çıxılmaqla) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilə razılaşmayaq apellyasiya instansiyası m əhkəməsi İddiaçı İİ qrup əlil olmasını və 5 ildən çox əmək stajının olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 21 təqvim günü üçün əsas məzuniyyətinə görə pul əvəzinin verilməsi zamanı qanun normasının tələbi pozulmuşdur. Buna görə də, iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 44 təqvim günü üçün əsas məzuniyyətinə görə pul əvəzinin verilməli olduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçının cavabdeh şirkətdə 8 ildən çox əmək stajı olmuşdur. İş materiallarından görünür ki, İddiaçı 2020-ci ilin mart ayı üçün 175,76 manat, aprel-may aylarında hər bir ay üçün 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. Müəyyən edilmişdir ki, iyul ayında ödənilən 620, 1 manat işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı idi (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbinə əsasən iddiaçıya son haqq hesabın ödənilməsi zamanı qanunla nəzərdə tutulmuş qaydada 44 gün üçün məzuniyyət pulu ödənilməli olduğunu, həmçinin 29 iyul 2020-ci il tarixli, 2907 saylı əmrə əsasən iyul ayında ödənilən 620,1 manat məbləğin daxilində 21 gün müddəti üçün məzuniyyət pulunun ödənilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya ödənilməmiş qalan 23 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinə əsasən iddiaçının hər ay üçün əmək haqqı aylıq 319,56 manat m əbləğində müəyyən edildiyindən, ona 2020-ci il iyun və iyul aylarının əmək haqqı həmin məbləğdə ödənilməlidir. Apellyasiya məhkəməsi iddianın ştat ixtisarı ilə bağlı əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin ödənilməsi ilə bağlı tələbə hüquqi qiymət verərək təmin edilməsini əsassız saymışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının Cavabdeh MMC-də işəgötürən ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətdə bir ildən beş ilədək əmək stajına malik olduğu nəzərə alınaraq, ona işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya son haqq hesab olaraq ödənilən 620,1 manat məbləğin daxilində (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat) ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ona ödənc verilməsi tələbinə də qiymət verərək əsassız olduğu üçün təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin mənasından aydın olur ki, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi fərdi əmək mübahisəsi yaranmadıqda nəzərdə tutulur. Hazırda tərəflər arasında fərdi əmək mübahisəsi yarandığını nəzərə alınaraq, iddiaçının bu tələbi əsassız hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-2020/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən ba xılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçıya ixtisarla əlaqədar ödəniləcək işdənçıxma müavinətinin istənilməsini əsassız hesab etmiş, ona ixtisarla bağlı qanunla müəyyən olunmuş müddətdə xəbərdarlıq edilməmiş, əlavə 2 həftəyə görə əmək haqqı hesablanmamışdır. Həmçinin iş materiallarında olan 22 may 2017-ci il tarixli əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmamış, elektron informasiya sisteminə əmək müqavilə sinə dəyişikliklər edilməsi barədə məlumatlar daxil edilsə də, müqaviləyə belə dəyişikliklər edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxs səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədlər i: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstər ə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini iddiaçı vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, faktiki olaraq iddianın təmin olunmamış hissəsini mübahisələndirmişdir. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin iddianın təmin olunmamış hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya şt atları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələr inə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tə dqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, kassasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, iddiaçı hazırda faktiki olaraq ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar hüquqlarının pozulmasını iddia edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə də ki, apellyasiya şikayətində Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq xəbərdar olunmamasını, ya da ki, qanunla müəyyən olunmuş müddətlərdən daha az müddətdə xəbərdar olunmasını, işdən çıxma müavinətinin isə Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olmamasını iddia etməmiş və bununla bağlı əlavə pul tələbləri irəli sürməmişdir. Həmçinin iddiaçı cavabdeh şirkətlər əmək müqaviləsi bağlanılarkən və həmin müqaviləyə dəyişikliklər edilərkən hüquqlarının pozulmasına dair iddia tələblərini irəli sürməmişdir. Apellyasiya instansiyası məhkəməsi də MPM-in 218.3-cü maddəsinə uyğun olaraq məhz verilmiş iddia tələbləri əsasında hüquqi qiymətləndirmə aparmışdır. Sübutların qiymətləndirilməməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-2020/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4022/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4022/2021
30.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver