Məhkəmə qərarları › İş №2(102)-4023/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4023/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4023/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkilkassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(075)-1709/2018 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə arasında şifah i bağlanmış müqavilə əsasında onların mülkiyyətlərində olan ünvan 1 ünvanlı 630 kvadrat metr torpaq sahəsində yerləşən "xxxx"kafesi və bu tikili altındakı torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin tanınması tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı İddiaçı ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ şəxs X1 mərhum X4 vərəsəsi olaraq alıcı qismində onunla satıcı qismində Cavabdeh3 və Cavabdeh2 arasında cavabdehlərin mülkiyyətlərində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli 004824 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx" kafesinin, Azə rbaycan Respublikası Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsi tərəfindən 24 avqust 2006-cı il tarixdə verilmiş 000077 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx"kafesinin yerləşdiyi alt torpaq sahəsinin və Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış 23 nömrəli qərar əsasında ünvan 2 ünvanda "xxxx"kafesinə məxsus 630 kvadrat metr torpaq sahəsinin alqı-satqısına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ şəxs X1 ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(107)-175/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.Məc idov sədrlik edən, məruzəçi, M.Əsədli və İ.Quliyev) iş üzrə Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(075)-1709/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə arasında şifahi bağlanmış müqavilə əsasında onların mülkiyyətlərində olan ünvan 1 ünvanlı 630 kvadrat metr torpaq sahəsində yerləşən "xxxx"kafesi və bu tikili altındakı torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ şəxs X2 01 iyun 2018-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində mərhum X4 vərəsəsi olaraq alıcı qismində onunla satıcı qismində Cavabdeh3 və Cavabdeh2 ilə arasında cavabdehlərin mülkiyyətlərində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli 004824 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx"kafesinin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsi tərəfindən 24 avqust 2006-cı il tarixdə verilmiş 000077 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx"kafesinin yerləşdiyi alt torpaq sahəsinin və Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış 23 nömrəli qər ar əsasında ünvan 2 ünvanda "xxxx"kafesinə məxsus 630 kvadrat metr torpaq sahəsinin alqı-satqısına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyası, iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı üçün qanunvericiliklə nəzərdə tutulmuş əqdin qanunla tələb edilən notarial yazılı formasına riayət edilməmişdir. Belə olan halda hər iki iddianın təmin edilməsi üçün heç bir əsaslı hallar mövcud deyildir. Mövcud olmayan bir əqdin bağlanmış hesab edilməsi isə mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası MülkiMəcəlləsinin 144.1, 394-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Beləki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi Cavabdeh3 və Cavabdeh2 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 08 noyabr 2007-ci il tarixli qəbzdə onlar alqı-satqısı gələcəkdə rəsmiləşdiriləcək onlara məxsus Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli, 004824 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 3 ünvanınd a yerləşən "xxxx"kafesinə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 24 avqust 2016-cı il tarixdə verilmiş 000077 nömrəli qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx"kafesinin yerləşdiyi alt torpaq sahəsinə və Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış 23 nömrəli qərar əsasında 63- kvatrat metr torpaq sahəsinə görə alıcıünvan 3 ünvanda yaşayan X3 32000 manat nəğd pul aldıqlarını göstərmişlər. İşin materiallarından görünür ki, İddiaçı tələbində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə arasında şifahi bağlanmış müqavilə əsasında onların mülkiyyətlərində olan ünvan 1 ünvanlı 630 kvadrat metr torpaq sahəsində yerləşən "xxxx"kafesi və bu tikil i altındakı torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin tanınmasını tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər həmin əmlakı ona satılmaq məqsədi ilə ondan 32000 manat pul istəmişlər. O, da həmin əmlakı almaq məqsədi iləX5 və X6 yaxın qohumu X7 32000 manat vermiş və X7 həmin əmlakı ona satılmasının təmin edilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə, həmin əmlakla bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə onun yaxın qohumu X4 adına baş etibarnamə verilmiş və mülkiyyətçilər qeyd edilən əmlakı satmalarına dair notarial qaydada təsdiq edilmiş qəbz imzalamışlar. Ona satılmış həmin əmlak sonradan onun razılığı olmadan başqa bir əmlakla dəyişdirilmişdir. X6 12 sen-tyabr 2015-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məlum olmuşdu r ki, ünvan 2 ünvanda yerləşən həmin qeyriyaşayış binası Cavabdeh3 və Cavabdeh2 tərəfindən özgəninkiləşdirilməsi məqsədi ilə başqasının, yəni Cavabdeh1 sərancamına verilmişdir. Hesab edir ki, mübahisə predmeti olan həmin əmlakla bağlı 32000 manat pul ödənilmiş və həmin əmlak onun mülkiyyətinə keçməlidir. Onun mülkiyyətinə keçməsə belə əmlak ən azından X8 mülkiyyətinə rəsmiləşdirilməlidir. Belə ki, 32000 manat pul vermişdir. X7 da kimin adında olmasından asılı olmayaraq həmin obyekti ona verməli idi. O, həmin vaxt X7 həmin obyektlə bağlı qohumluq münasibətləri olan Elçinin adına etibarnamə verməsini demişdir. Eyni zamanda X2 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ şəxs kimi məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi olaraq alıcı qismində onunla satıcı qismində Cavab deh3 və Cavabdeh2 arasında cavabdehlərin mülkiyyətlərində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli 004824 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx"kafesinin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsi tərəfindən 24 avqust 2006-cı il tarixdə verilmiş 000077 qeydiyyat nömrəsi olan şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən "xxxx"kafesinin yerləşdiyi alt torpaq sahəsinin və Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış 23 nömrəli qərar əsasında ünvan 2 ünvanda "xxxx"kafesinə məxsus 630 kvadrat metr torpaq sahəsinin alqı-satqısına dair daşınmaz əmlakın al qı-satqı müqaviləsinin bağlanmasını tələb etmişdir. Cavabdehlərdən Cavabdeh3 və Cavabdeh2 məhkəməyə göndərdikləri ərizələrində, Cavabdeh1 isə məhkəmə iclası zamanı verdiyi izahatında, iddiaları qəbul etməyərək iddiaya olan etirazlarının əsası kimi mərhum X4 heç bir vaxt İddiaçı qohumu olmamasını, əslində, X4 arvadı X8 atası ilə onun atası əmiuşağı olmalarını, buna görə də o, Cavabdeh3 və Cavabdeh2 ilə razılaşarkən X9 Bakı şəhərinə yola düşdüyünə görə sadəcə vaxtın az olduğunu nəzərə alaraq və onun xahişi ilə qısa müddət taparaq etibarnamə almaq qərarına gəlmələrini, bu məqamda Cavabdeh3 və Cavabdeh2 etibarnamə verərək özlərinə məxsus "xxxx"kafesi üzərində sərəncam verməyi X9a etibar etmələrini, bu əməliyyat zamanı Cavabdeh3 və Cavabdeh2 əlavə heç bir ərizə, qəbz və ya başqa bir sənəd imzal amamasını, və iddiaçı İddiaçı isə ümumiyyətlə bundan xəbərsiz olmasını göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə düzgün olaraq bu qənaətə gəlmişdir ki, tərəflərin arasında heç bir notarial razılaşma mövcud deyildir və iddiaçı cavabdehlərlə ünvan 1 ünvanlı 630 kvadrat metr torpaq sahəsində yerləşən "xxxx"kafesi və bu tikili altındakı torpaq sahəsini alması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etsə də, onların arasında alqı-satqı aktının mövcudluğu ilə bağlı iddiaçı tərəfindən hətta notarial qaydada təsdiq edilməmiş olsa belə hər hansı bir yazılı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddia tələbində tərəflər arasında məhz hansı tarixdə müqavilənin bağlanması, dəqiq hansı həcmdə torpağın alqı-satqısının razılaşdırılması, alqı-satqısı razılaşdırılmış tikilinin və torpaq sahəsinin sənədi ilə bağlı heç bir fikir ifadə edilmir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi mübahisə predmeti olan əmlaka dair məhkəməyə heç bir sənəd təqdim edilməmiş, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı üçün qanunvericiliklə nəzərdə tutulmuş əqdin qanunla tələb edilən notarial yazılı formasına riayət edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslə r əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır... Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiql ənir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı üçün qanunvericiliklə nəzərdə tutulmuş əqdin qanunla tələb edilən notarial yazılı formasına riayət edilmədiyindən halda hər iki iddianın təmin edilməsi üçün heç bir əsaslı halların mövcud olmaması, mövcud olmayan bir əqdin bağlanmış hesab edilməsi isə mümkünsüz olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticələri işin araşdırılmış hallarına tam uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hər hansı iddia tələb i üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlmə kdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dair istinad etdiyi hallarla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim edə bilmədiyi üçün onun iddia tələblərinə və apellyasiya şikayəti nin dəlillərinə də sübutetmə yükünün daşıyıcısı kimi məhz özünün irəli sürdüyü arqumentlər əsasında baxılaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunu r. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllnin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verməkdədavamedərək daha sonra hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq hazırki mübahisəyə AzərbaycanRespublikasının MülkiMəcəlləsinin şifahi əqdlər barədə 329-cu və ilkin müqavilə ilə bağlı münasibətləri tənzimləyən 402-ci maddələrini tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddi hüquq normaları ilə tənzimlənən halların mövcudluğu işə apellyasiya icraatı qaydasında baxılarkən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin işə kassasiya icraatı qaydasında baxılarkən ərizə ilə təqdim etdiyi və preyudisiyal əhəmiyyət kəsb etməsini göstərdiyi qanuni qüvvəsini almış məhkəmə aktlarına münasibətdə hesab edir ki, sözügedən məhkəmə aktları digər şəxslər və digər predmetlərlə bağlı olduğundan hazırki iş üzrə preyudisiyal əhəmiyyət daşımır və kollegiya tərəfindən kassasiya şikayətinin dəlillərinin əsaslı olması baxımından mühüm sənəd kimi qiymətləndirilmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qi ymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüqu qi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372. və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan R espublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar