Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4030/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı, sübutların qiymətləndiriməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-925/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 15 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahından 2 övladları dünyaya gəlmişdir - 11 oktyabr 2013-cü il təvəllüdlü X10 və 26 avqust 2015-ci il təvəllüdlü X14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-524/2018 nömrəli iş üzrə 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş XXX və XXXnun iddiaçının himayəsində saxlanılması, cavabdehdən 15 avqust 2017-ci il tarixdən başlayaraq 11.10.2013-cü il təvəllüdlü XXX və 26.08.2015-ci il təvəllüdlü XXXnun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin və XXX müalicə xərcləri ilə əlaqədar hər ay 100 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7058/2018 nömrəli iş üzrə 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə - alimentin qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia həmin hissədə qismən təmin edilmiş, cavabdehdən 15.08.2017-ci il tarixdən başlayaraq, XXX və XXXnun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/3 hissəsi və hər uşaq üçün hər ay 124 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya baxışının predmetinin qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7851/18 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehdən 15 avqust 2017-ci il tarixdən başlayaraq XXX və XXXnun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin və XXX müalicə xərcləri ilə əlaqədar hər ay 100 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2019 nömrəli iş üzrə 04 sentyabr 20 19-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılmış, qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdehdən 15 avqust 2017-ci il tarixdən başlayaraq XXX və XXXnun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2013-cü il təvəllüdlü qızı XXX müalicə olunmasına görə çəkilmiş xərcin yarısının – 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, 11 oktyabr 2013-cü il təvəllüdlü qızı XXX06.12.2013-cü il tarixdən uşaq serebral iflici tetraparetik forma diaqnozu ilə poliklinikada tibbi qeydiyyatdadır. (XXXmüayinə olunmuş və uşağın sağlamlıq imkanlarının məhdudluğu, davamlı nəzərə çarpan hərəki pozuntular, ətrafın parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və sair müəyyən edilmişdir. Uzun müddətdir ki, uşağının müalicəsi üçün xeyli xərc çəkmişdir. Onun müalicə edilməsi, dərmanlarının alınması ilə əlaqədar xarici ölkələrə aparılması, nəqliyyat xərcləri və həmin ölkələrdə müayinə və mü alicələrə pul xərclənməsi onun tərəfindən həyata keçirilmişdir. İndiyədək bu xərclərin qarşılanması üçün cavabdeh tərəfindən pul xərclənməmişdir. XXX yuxarıda göstərilən ağır xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq aşağıdakı xərclər çəkilmişdir: 1) X8 adlı həkimə 27.11.2018-ci il tarixdə 250 manat; 2) Maxaçkala-Sankt-Peterburq aviabilet üçün xxxxxə görə 08.03.2019-cu il tarixdə 109,57 avro; 3) Maxaçkala-Sankt-Peterburq aviabilet üçün İddiaçı görə 08.03.2019-cu il tarixdə 75,34 avro; 4) Rusiyada bir sıra proseduralar üçün 26.03.2019-cu il tarixdə 3900 rubl; 5) “Medera” Hospitalda həkim qəbuluna 31.03.2018-ci il tarixdə 100 manat; 6) Hərtərəfli müayinə edilməsi üçün 01.04.2019-cu il tarixdə 680; 7) Rusiyada “Miramistin” dərmanı üçün 01.04.2019-cu il tarixdə 357 rubl; 8) Rusiyada bir sıra proseduralar üçün 02.04.2019-cu il tarixdə 2010 rubl; 9) Rentgen üçün Rusiyada 02.04.2019-cu il tarixdə 1450 rubl; 10) Rusiyada bir sıra proseduralar üçün 03.04.2019-cu il tarixdə 590 rubl; 11) Rusiyada bir sıra proseduralar üçün 03.04.2019-cu il tarixdə 534 rubl; 12) Rusiyada bir sıra proseduralar üçün 03.04.2019-cu il tarixdə 560 rubl; 13) Rusiyada bir sıra proseduralar üçün 08.04.2019-cu il tarixdə 9120 rubl; 14) Rusiyada bir sıra proseduralar üçün 12.04.2019-cu il tarixdə 41.981,87 rubl; 15) Rusiyada bir sıra proseduralar üçün 12.04.2019-cu il tarixdə 70.000 rubl; 16) Q.İ.Tumera adına X2 12.04.2019-cu il tarixdə 111.891,87 rubl; 17) Leninqrad-Moskva qatarına bilet üçün 12.04.2019-cu il tarixdə XXXgörə 541 rubl; 18) Leninqrad-Moskva qatarına bilet üçün 12.04.2019-cu il tarixdə İddiaçı g örə 1276,8 rubl; 19) Xüsusi tibbi ayaqqabı 06.05.2019-cu il tarixdə 4997 rubl; 20) Moskva-Leninqrad qatarı XXXgörə 07.05.2019-cu il tarixdə 618,3 rubl; 21) Moskva-Leninqrad qatarı İddiaçı görə 07.05.2019-cu il tarixdə 1495,2 rubl; 22) Sankt-X3 görə 08.05.2019-cu il tarixdə 618,3 rubl; 23) Sankt-Peterburq-Moskva İddiaçı görə 08.05.2019-cu il tarixdə 1495,2 rubl; 24) Xüsusi tibbi ayaqqabı 19.06.2019-cu il tarixdə 4997 rubl; 25) Rusiyada gips qoyma üçün 19.06.2019-cu il tarixdə 530; 26) Ayaq üçün xüsusi ayaqqabıya görə Rusiyada 19.06.2019-cu il tarixdə 54.960 rubl; 27) Rusiyada müalicəvi masaj üçün 24.06.2019-cu il tarixdə 23.132 rubl; 28) Bakı-Leninqrad aviabilet üçün 15.07.2019-cu il tarixdə 470,65 manat; 29) Bakı-Leninqrad aviabilet üçün 15.07.2019-cu il tarixdə 430,60 manat; 30) Leninqrad -İstanbul-Bakı aviabilet üçün 17.07.2019-cu il tarixdə 405,26 manat; 31) Leninqrad-İstanbul-Bakı aviabilet üçün 27.07.2019-cu il tarixdə 445,38 manat; 32) 20.08.2019-cu il tarixdə 150 avro; 33) X11 Mərkəzinə 22.08.2017-ci il tarixdə 60 manat; 34) Moskva-Bakı aviabilet üçün XXX175 avro; 35) Moskva-Bakı aviabilet üçün İddiaçı 175 avro; 36) Moskva-Bakı aviabilet üçün İddiaçı görə 136 avro; 37) Moskva-Bakı aviabilet üçün XXXgörə 111 avro; 38) Bakı-Minsk-Vilnus-Minsk-Bakı aviabilet üçün İddiaçı görə 21.08.2019-cu il tarixdə 441,90 ABŞ dolları; 39) Bakı-Minsk-Vilnus-Minsk-Bakı aviabilet üçün XXXgörə 21.08.2019-cu il tarixdə 441,90 ABŞ dolları; 40) X12 21.09.2019-cu il tarixdən 14.10.2019-cu il tarixədək müalicə olunması üçün 2272 avro; 41) Gürcüstanda 24.09.2018-ci il tarixdə 51; 42) Gürcüstan da 24.09.2018-ci il tarixdə 26; 43) Dərmanlar üçün Litvada 04.10.2019-cu il tarixdə 50,60 avro; 44) “Baku City” Hospitalda həkim qəbuluna 08.10.2018-ci il tarixdə 35 manat. Göstərilən xərclər onun tərəfindən ödənilmişdir. Bu xərclər uşağın müalicəsinə, müayinə edilməsinə, bu məqsədlə onun xarici ölkələrə aparılması üçün nəqliyyat, otel və xərclərinə sərf olunmuşdur. Ümumilikdə indiyədək 20.000 manat məbləğində xərc çəkilmişdir. Qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, çəkdiyi xərcin yarısı - 10.000 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3600/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) iddia təmin edilmişdir. Birinci instansiya m əhkəməsi tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun xəstəliyini, uşağın müayinəsi və müalicəsi üçün çəkilmiş xərcləri nəzərə alaraq hesab etmişdir ki, azyaşlı XXX müalicə olunmasına görə çəkilmiş xərcin yarısı, yəni 10.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.1, 75.4, 81ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88, 217.3, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunu səhv təfsir etmişdir. Belə ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, 11.10.2013-cü il təvəllüdlü qızı XXX müalicə xərclərilə əlaqədar hər ay 100 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi vardır. Bundan başqa, məhkəmə tərəfindən 20000 manat vəsaitin həqiqətən iddiaçı tərəfindən xərclənməsi və həmin vəsaitin xərclənməsinin zəruri olması araşdırılmamışdır. Özü ağır xəstədir və 1 saylı Respublika Psixiatriya Xəstəxanasınd a müalicə alır. Məhkəmə hüquq pozuntuları ilə yanaşı iddiaçı tərəfindən uşağın müalicəsi məqsədi ilə 44 fakt üzrə göstərdiyi çəkilən xərci hər bir fakt üzrə araşdırmadan və onları sənədlərlə sübuta yetirmədən qərar qəbul etmişdir. İddiaçının 44 fakt üzrə göstərdiyi siyahıdan görünür ki, iddiaçı 2019-cu ildə bütün il boyu başqa ölkələrdə olmuşdur, ancaq siyahıda nə onun mehmanxana, nə də yemək xərcləri göstərilməmişdir. Siyahının 2-ci və 3-cü bəndindən görünür ki, 08 mart 2019-cu il tarixdə Maxaçkaladan Sankt-Peterburq şəhərinə uçmuş və oradan aprel 2019-cu il tarixdə qatarla Moskvaya getmişdir. Həmin ərəfədə, yəni 03 martdan 12 aprel 2019-cu il tarixədək guya bir sıra proseduralar üçün 232395 rubl vəsait xərcləmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, həmin proseduralar nədən ibarət olmuşdur. Siyahının 19-cu bəndində göstərilir ki, 06 may 2019-cu il tarixdə xüsusi tibbi ayaqqabı almaq üçün 4997 rubl xərclənmişdir. Siyahının 14-cu bəndində də xüsusi tibbi ayaqqabı almaq üçün 19 iyun 2019-cu il tarixdə yenə 4997 rubl xərcləndiyi göstərmişdir. Məhkəmə tərəfindən aydınlaşdırılmamışdır ki, bir ayın içərisində 3 ayaqqabının alınması zəruriliyi nədən ibarət olmuşdur. Ümumiyyətlə, iddiaçının məhkəməyə təqdim etdiyi xərc siyahısında ziddiyyətli məqamlar araşdırılmamışdır. Hesab edir ki, iddiaçının əsassız tələb etdiyi xərcin həqiqiliyini müəyyən etmək üçün onun Azərbaycandan çıxarkən X7 özü ilə nə qədər valyuta aparması barədə verdiyi bəyannaməni məhkəmə sorğu ilə tələb etməli idi. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2( 103)-925/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iz ahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (nümayəndə Vəkil və vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, cavabdeh 26 fevral 2019-cu il tarixdən hal-hazıradək “Rekkurent depressiya, ajitəli depressiv oyanma, sui-qəsd cəhdləri” diaqnozu ilə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə alır. Hər iki məhkəmə cavabdehin xəstəxanada stasionar müalicədə olduğunu bilə-bilə MPM-in 255.0.3-cü maddəsinə zidd olaraq iş üzrə icraatı dayandırmamışlar. Bununla da, MPM-in 4 və 9-cu maddələrini pozaraq cavabdehin məhkəmə müdafiəsindən istifadə etmək hüququnu və çəkişmə prinsipini həyata keçirməsini təmin etməmişlər. Məhk əmələr cavabdehin müalicə aldığı xəstəxanaya məhkəmə iclası barədə bildiriş göndərməmişlər. Bundan başqa, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.11.2017-ci il tarixli, 2(008)-1015/2017-ci il nömrəli qətnaməsinə əsasən, iddiaçı uşaqları cavabdehə məlumat verməklə Respublikadan kənara çıxara bilər. Lakin iddiaçı məhkəmə qətnaməsinə əməl etməmiş, uşağı özbaşına xaricə aparmışdır. Məhkəmələr bu hala qiymət verməmişlər. Məhkəmələr nəzərə almamışlar ki, iddiaçı tərəfindən bu qədər məbləğin xərclənməsi hansı zərurətdən irəli gəlmişdir və həqiqətən də həmin məbləğ iddiaçı tərəfindən xərclənmişdirmi. Məhkəmə iş materiallarında olan sübutları obyektiv araşdırmamış, cavabdehin qanunla qorunan hüquqlarını pozmuşdur. Şikayətin əsası kimi MPM-in 4.1, 9, 77, 85.1, 88, 217, 255.0.3, 376.2-ci, Ailə Məcə lləsinin 81.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında iddiaçı göstərmişdir ki, şikayət əsassızdır. Belə ki, apellyasiya şikayətini cavabdeh şəxsən özü imza etməklə vermişdir. Bu isə onu deməyə əsas verir ki, həmin vaxt onun “iş üzrə icraatın dayandırılması”na səbəb ola biləcək bir vəziyyəti olmamışdır. O, məhkəmə qətnaməsinə əməl etməklə poçt vasitəsi ilə növbəti səfərə getməsi barədə cavabdehə daim məlumat vermişdir. Bundan başqa, etiraza əlavə etdiyi, qanuni qüvvəsini almış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdehin valideynlərindən onun xeyrinə uşaqların saxlanması üçün aliment tutulmuşdur. Bu isə, hazırda nümayəndə qismində iştirak edən uşaqların nənəsi - Vəkil və uşaqların babası X9 nəvələrinin zəruri olan müalicə xərclərinin çəkilməsində müəyyən məsuliyyətinin olması deməkdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator, nümayəndəsi və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynl ər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4). Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alı nmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81). MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətləri n nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutl arı və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı cavabdehdən övladları XXX müalicə olunmasına görə çəkilmiş xərcin yarısını təşkil e dən 10.000 manat məbləğində pul tələb edir. İddiaçı sübut qismində məhkəməyə bununla bağlı xərclərə dair arayış, müqavilə və ödəniş qəbzlərinin kserosurətlərini təqdim etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, məhkəmə iddianı tam təmin etmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Hazırkı iş üzrə uşağın xəstəliyi ilə bağlı hal eyni tərəflər arasında başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən MPM-in 82.3-cü maddəsinə əsasən iddiaçı həmin halı sübut etmə yükündən azad olmuşdur. Bununla yanaşı, iddianın təmin olunması üçün həqiqətən uşağın müalicəsinə 20000 manat vəsait xərcləndiyini sübut etmək yükü iddiaçının üzərində olmuşdur. MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından isə məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verilməlidir. Məhz bu z ərurətdən irəli gələrək MPM-in 89.3-cu maddəsi əsas sübut növlərindən biri olan və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməli olduğu barədə qayda müəyyən edir. Lakin işə baxmış birinci instansiya məhkəməsi MPM-in istinad olunan maddələrindən irəli gələn vəzifələrə riayət etmədən, işdə olan hansı sübutlarla hansı halların müəyyən edildiyi, hansı halların müəyyən edilmədiyi barədə mövqeyini əsaslandırmadan iddiaçının təqdim etdiyi sənədlərin kserosurətləri əsasında iddianı tam təmin etmişdir. Məhkəmə iddianı tam təmin edərkən nəzərə almamışdır ki, eyni tərəflər arasında onların birgə nikahlarından doğulmuş iki uşağın saxlanması üçün aylıq sabit alimentlə yanaşı, azyaşlı XXX müalicə xərcləri ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 100 manat pulun tutulması barədə də qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. Həmin məhkəmə qətnamələrinin qəbul edildiyi mülki iş üzrə azyaşlı XXX müalicə xərcləri tələbinin əsası kimi onun uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməsi çıxış etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Ailə Məcəlləsinin 81-ci maddəsi uşağın ağır xəstəliyi ilə bağlı əlavə xərclərin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edildikdən sonra valideynlərin faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb olunmasını istisna etmir. Lakin bu zaman ilk növbədə əlavə xərclərin sabit pul məbləğində ödənilən alimentlə əhatə olunmadığı əsaslandırılmalı, yaxud digər valideyndən əlavə vəsait tutularkən sabit pul məbləğində ödənilən alimentin həcmi nəzərə alınmalıdır. Həmçinin istinad olunan norma nəzərdə tutur ki, belə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla müəyyən edilməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan hallara ümumiyyətlə qiymət verməmişdir. Halbuki MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə XXX müalicə xərcləri ilə əlaqədar hər ay 100 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin olduğunu nəzərə almamış, 20000 manat vəsaitin həqiqətən iddiaçı tərəfindən xərclənməsi və həmin vəsaitin xərclənməsinin zəruri olmasını araşdırmamış, sübutlara qiymət verməmişdir. İddiaçı, həmçinin qeyd etmişdir ki, özü ağır xəstədir və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri təkrarlamış, apellyasiya şikayətinin dəlilərini formal hesab edərək onlara ümumiyyətlə qiymət verməmişdir. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən əgər birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Məhkəmə qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verməklə mübahisəni həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-925/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.