Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4032/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, evin üçüncü şəxsin mülkiyyətində olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-418/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) ilə 12 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan 03 avqust 2007-ci il təvəllüdlü X10 və 08 iyul 2009-cu il təvəllüdlü X12 adlı iki uşaqları var.
2. Nəsimi Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub.
3. Mübahisə yaşayış sahəsinə köçürülmə barədə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları ilə birgə cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmış dır ki, cavabdehlə nikaha girdikdən sonra bir müddət kirayədə yaşamışlar. 2013-cü ildə ünvan 1 ünvanında torpaq sahəsini alıb ev tikməyə başlamışlar. 2013-cü ildən 2016-cı ilədək tərəflər iddiaçının anasının evində yaşamışlar. 2016-cı ildə mübahisədə adı keçən evə köçüb, 2016-cı ildən 2020-ci ilin mart ayına qədər bu evdə yaşamışlar.
6. Münasibətləri pozulduqdan sonra, 2020-ci ilin yanvar ayında cavabdeh iddiaçını uşaqları ilə birlikdə evdən çıxartmışdır. Hazırda bir yerdə yaşamırlar, nikahları da Nəsimi Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə pozulub.
7. Cavabdeh hazırda iddiaçıya həmin ünvanda yaşamağa imkan vermir, iddiaçı övladı ilə həmin ünvanda gedib yaşamaq istəsə də cavabdeh onları qovur. İddiaçının hazırda yaşamağa yeri yoxdur, müvəqqəti övladları ilə birlikdə a nasının yanında yaşayır.
8. Mübahisədə adı keçən ev ev özbaşına inşa edilmişdir, cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur. İddiaçı isə evi zəbt etməmişdir, evə gəlin köçmüş və yaşayış yeridir. Uzun müddət həmin evdə yaşamış və iki övladı anadan olmuşdur.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsində iddiaçının bacısı X4 iddiaçının dediyi xüsusatları şahid qismində göstərdiyi ifadəsi ilə təsdiq etmişdir.
11. Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)768/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Anar Rzayev)
12. Birinci instansiya məhkəməsi Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nüm ayəndəliyinin məktubuna, elektrik enerjisi üzrə **********40029 saylı abonent koduna əsasən müəyyən etmişdir ki, mübahisədə adı keçən tikiliyə dair cavabdehin adına heç bir hüquqi sənəd yoxdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 43-cü, Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə istinadən hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hü ququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da övladları ilə birlikdə cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onlar da bu evə köçürülməlidir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” ifadəsi göstərişin xarakterinə görə qadağan edici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilm əsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkin dirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh iddiaçı ilə 2006-cı ildə nikaha daxil olduqdan sonra ailəliklə kirayədə və qayınanasının evində yaşamışlar; - Bakı şəhərində cavabdehin mülkiyyətində heç vaxt torpaq sahəsi, yaşayış binası olmayıb. İddia ərizəsində qeyd olunan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi heç vaxt cavabdehin mülkiyyətində olmayıb və həmin əmlakı hər hansı bir sənədlə və ya sənədsiz almamışdır; - həmin torpaq sahəsi başqa bir şəxs, X1 mülkiyyətindədir. 2014-cü il tarixdə cavabdeh həmin torpaq sahəsində müvəqqəti yaşamaq üçün kiçik iki otaqlı ev tikərək yaşamaq və imkanı olanda hissə-hissə pul ödəyərək həmin 0.02 hektar ərazidə torpaq sahəsini və üzərindəki evi alacağı haqqında torpaq sahibi ilə şifahi razılaşma əldə etmişdir; - 2018-ci ildə cavabdeh orada yarımçıq tikili ev hazırlamış və təqribən iki il onlar bu evdə yaşamışlar. İddiaçı ilə aralarında olan ailə münasibətində narazılıq yarananda 2020ci ilin yanvar ayında iddiaçı övladlarını da götürərək anasının evinə getmiş və sonradan cavabdehdən boşanacağını bildirmişdi r. Rəsmi boşanandan sonra isə cavabdeh torpaq sahibinə torpağın və torpaq üzərindəki yarımçıq tikili evin pulunu ödəyə bilmədiyi üçün, aralarında olan hesabda biri-biri ilə halallaşaraq ayrılmışlar; - 2020-ci ilin dekabr ayında cavabdehin Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olduğu ünvana Sabunçu rayon Məhkəməsindən iddiaçının Sabunçu rayonu Maştağa qəsəbəsi, Albalılıq bağ massivi ev 65T ünvanına köçürülməsi haqqında iddia ərizəsi daxil olmuşdur. Bildiriş gec daxil olduğundan və pandemiya ilə əlaqədar cavabdeh məhkəmə baxışlarında iştirak edə bilməmiş və Sabunçu rayon Məhkəməsi iddianı təmin etmişdir; - cavabdeh iddia tələbi barədə X2 məlumat verdikdə, H.Qədimova bildirmişdir ki, həmin 0,02 hektar torpaq sahəsini X3 və sonuncu da torpaq üzərində ev tikərək həmin tikili üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir; - mülkiyyət sahibinin artıq başqa bir şəxs olduğu nəzərə alınarsa, iddiaçının mübahisəli ünvana köçürülməsi mümkünsüzdür, amma iddiaçı cavabdehin faktiki qeydiyyatda olduğu və yaşadığı Səlyan rayonu, Qaraçala qəsəbəsindəki evə köçürülə bilər.
17. Apellyasiya icraatı zamanı X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
18. Üçüncü şəxs H.Şəfiyev apellyasiya şikayətini əsaslı sayaraq göstərib ki, Sabunçu rayonu, Visnyovka-1 bağ sahəsi, ev 65T və 2 sot torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçının bu evə heç bir aidiyyatı yoxdur. Qeyd edilən qətnamə onun mülkiyyət hüquqlarını pozur.
19. Apellyasiya instansiyası məhkəməsi iddiada adı keçən ünvan 5 ünvanda yerləşən özbaşına tikili ilə 3-cü şəxs X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan evin eyni tikili olub-olmamasının aydınlaşdırılması məqsədilə 15 sentyabr 2021-ci il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli, 10/5417 saylı rəyinə əsasən məhkəmə qətnaməsi ilə İddiaçı köçürülməsi qət olunmuş ünvan 1 ünvanda yerləşən özbaşına tikili ilə X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka1 bağ sahəsi, 65T-də yerləşən 104,4 kv.m olan ev eyni tikilidir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-418/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)- 768/2021 sayl ı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Emin Mehdiyev)
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsi və köçürülməsini xahiş etdiyi mübahisələndirdiyi evə aid özünün və cavabdehin DƏDRX-də qeydə alınmış hər hansı hüquqlarının olması ilə bağlı sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının köçmək istədiyi ünvan 6 ünvanda yerləşən özbaşına tikili ilə 3-cü şəxs X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan ev eyni tikilidir. İddiaçının köçmək istədiyi mübahisəli ev 3-cü şəxsin mülkiyyətində dir. İddiaçı 3-cü şəxsin həmin evi yüklü olaraq əldə etməsi ilə bağlı sübut təqdim etməmiş, əksinə, 3-cü şəxs torpaq sahəsini əldə etdikdən sonra orada yeni ev tikdiyini bildirmişdir. İddiaçı və cavabdeh mübahisəli evin mülkiyyətçisi olan 3-cü şəxsin qanunda dairəsi göstərilmiş ailə üzvləri deyillər. Buna görə də, iddiaçının 3-cü şəxsin mülkiyyətində olan evə istifadə hüququ yaranmır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçının həmin evə köçürülmə tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Lakin iddiaçının köçmək istədiyi mübahisəli ev 3-cü şəxsin mülkiyyətindədir. İ
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərb aycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv, edilib iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, üçüncü şəxs mübahisəli əmlaka mülkiyyət hüququnu məhkəmə mübahisəsi dövründə cavabdehlə əlbir olaraq məqsədli şəkildə əldə etmişdir. Cavabdeh qətnaməni yalnız özünə aid hissədə mübahisələndirə bilərdi. Qətnaməni bütövlükdə mübahisələndirmək hüququ mülkiyyətçi kimi tanınan üçüncü şəxsə aiddir, üçüncü şəxs isə qətnaməni mübahisələndirməmişdir. İş materiallarında olan torpağı iddiaçı və cavabdehə satan satıcının notarial qaydada təsdiq edilmiş ərizələrindən və iş materiallarında olan sübutlardan iddiaçı və cavabdehin mübahisəli ünvanda birgə nikah dövründə ilkin olaraq torpaq sahəsi aldıqları və öz vəsaitləri hesabına üzərində ev tikərək yaşadıqları təsdiq olunur. Cavabdeh öz apellyasiya şikayətində bunu həm etiraf həm də inkar etsə də, məhkəmə tərəfindən buna heç bir hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanma sı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mənzil Məcəlləsi Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prose ssual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. İddiaçı cavabdehlə birgə nikah vaxtı tikdiyini bildirdiyi evə köçürülməsini xahiş etmişdir.
34. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçının köçürülməsini istədiyi ev və altındakı torpaq sahəsi onun keçmiş əri olan cavabdehə deyil, üçüncü şəxsə məxsusdur. İddiaçı üçüncü şəxsin həmin evi yüklü olaraq əldə etməsi ilə bağlı sübut təqdim etməmiş, eləcə də iddiaçı mübahisəli evin mülkiyyətçisi olan üçüncü şəxsin qanunda dairəsi göstərilmiş ailə üzvü deyil.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini n iddia tələbi üzrə hazırki qərarın 22-24-cü bəndində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
36. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti iddianın təmin edilməsini istisna edir. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.
37. Apellyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.
38. Belə olan halda, qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
39. Məhkəmə kollegiyası üçüncü şəxsin mübahisəli əml aka mülkiyyət hüququnu məhkəmə mübahisəsi dövründə cavabdehlə əlbir olaraq məqsədli şəkildə əldə etməsi barədə kassasiya şikayətinin dəlillərini kassasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Belə ki, bu dəlillər hazırki iddia predmetinə aid olmayan dəlillərdir.
40. Cavabdehin qətnaməni yalnız özünə aid hissədə mübahisələndirə bilməsi, qətnaməni bütövlükdə mübahisələndirmək hüququnun mülkiyyətçi kimi tanınan üçüncü şəxsə aid olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi yalnız cavabdehə qarşı yönəlib və təmin edilib. Belə olan halda, iddiaçının dəlilləri əsas götürülmüş olsa, cavabdehin qətnaməni özünə aid hissədə mübahisələndirməsi faktiki olaraq qətnamənin tam mübahisləndirilməsi deməkdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə isə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
41. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-418/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.