Məhkəmə qərarları › İş №2(102)-4033/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4033/2021

30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4033/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment sazişinin pozulması” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: aliment haqqında sazişin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1257/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.10.2012-ci il tarixli, 2(005)-3574/2012 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək tərəflər arasında 09.02.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş 15.01.2008-ci il təvəllüdlü X4 və 10.10.2011-ci il təvəllüdlü X2 analarının himayəsinə verilməsi qət edilmişdir. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada 07.09.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” Saziş bağlanmışdır. Sazişə əsasən tərəflər uşaqların təhsil, tibbi yardım, yaşayış yeri ilə təmin edilməsi üçün icarə xərcləri, həmçinin onların qidalanması, geyinməsi, oyuncaqlarının alınması, əylənməsi və digər gündəlik xərclərini ödəmək, uşaqlarla görüşün şərtlərini razılaşdırmışlar. Həmin Sazişin 3.1-ci bəndinə müvafiq olaraq uşaqların qidalanması, geyinməsi, oyuncaqlarının alınması, əylənməsi və digər gündəlik xərclərini ödəmək məqsədlər üçün İddiaçı aylıq 3500 BƏƏ dirhəmi və ya onun ekvivalenti 960 ABŞ dolları miqdarında vəsaiti Cavabdeh ödəməyi üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat 29.07.2020-ci il tarixdə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 07.09.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” Sazişin ləğvi, 15.01.2008-cil təvəllüdlü X4 və 10.10.2011-ci il təvəllüdlü X1 üçün alimentin hər uşağa görə hər ay 170 manat, cəmi 340 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09.02.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan 15.01.2008-ci il təvəllüdlü X4 və 10.10.2011-ci il təvəllüdlü X6 anadan olmuşlar. Nərimanov Rayon Məhkəməsinin 23.10.2012-ci il tarixli, 2(005)-3574/2012 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqların analarının himayəsinə verilməsi qət edilmişdir. 07.09.2017-ci il tarixdə cavabdehlə aralarında “Uşaqları saxlamaq barədə” Saziş bağlanmışdır. Həmin Sazişin 3.1-ci bəndinə müvafiq olaraq o, uşaqların qidalanması, geyinməsi, oyuncaqlarının alınması, əylənməsi və digər gündəlik xərclərini ödəmək üçün cavabdehə aylıq 3500 BƏƏ dirhəmi və ya onun ekvivalenti 9 60 ABŞ dolları miqdarında vəsaiti ödəməyi üzərinə götürmüşdür. Saziş bağlandığı müddət və həmin Sazişin (G) bəndində qeyd olunduğu kimi, o X5 yerləşən "Gulf Supplies & Services LLC" neft şirkətində neft kəşfiyyat əməliyyatları ilə bağlı müşahidəçi vəzifəsində işləmiş və yüksək əmək haqqı almışdır. Lakin, bir müddət sonra o, şirkətdən işdən çıxmış və hal-hazırda işsizdir, hər hansı qazancı və ya gəliri yoxdur. Bununla da, onun Sazişin bağlanmasından sonra maddi vəziyyətində əsaslı dəyişikliklər olmuş və hal-hazırda gəliri olmadığından Sazişlə müəyyən edilmiş aliment məbləğinin ödənilməsini qeyri-mümkün edir. Tərəfindən cavabdehə göndərilmiş Sazişin pozulması təklifinə cavabdeh 06.07.2020-ci il tarixli cavabla imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir k i, 2012-ci ilin avqust ayında X7 köçmüşlər. Buna qədər isə Səudiyyə Ərəbistanında yaşamışlar. 2015-ci ilin iyun ayında ona məlum olmuşdur ki, İddiaçı hansısa yollarla onunla olan nikahını pozdurmuşdur. Hətta İddiaçı uşaqların Dubaydan çıxışına belə qadağa qoydurmuşdur. Dubayda Azərbaycan konsulluğuna uşaqların ölkədən çıxması ilə bağlı müraciət etmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, İddiaçı onunla nikahda olduğu halda, başqa bir qadınla qanunsuz nikaha girmiş və həmin qadından iki uşağı vardır. 2015-ci ilin avqust ayında uşaqları da götürüb Bakıya qayıtmışdır. Bir müddət sonra yenidən Ərəb Əmirliklərinə qayıtmışdır. İddiaçı ona heç bir sənəd verməyəcəyini, maddi yardım göstərməyəcəyini, uşaqların təhsilinin davam etməyəcəyini bildirmişdir. 2017-ci ildə məcburiyyət qarşısında qal ıb məhkəməyə müraciət etmiş və BƏƏ ailə məhkəməsinə müraciət edib uşaqların təhsili, yaşayış və mənzil hüquqlarını bərpa etdirmişdir. 07.09.2017-ci il tarixdə İddiaçıla aralarında notarial qaydada təsdiq olunmuş «Uşaqları saxlamaq barədə» Saziş bağlanmış və İddiaçı uşaqların təhsil, mənzil, tibbi yardım, kommunal və gündəlik xərcləri ilə bağlı tam təminatlı öhdəliklər götürmüşdür. İddiaçı həmin vaxt BƏƏ-nin Əbu-Dabinin «Baker Hughes a GE Company» şirkətində işləyirdi və xarici valyuta ilə yüksək əmək haqqı alırdı. O, hər ay 1620 manat (3500 BƏƏ dirhəmi) uşaqların aylıq ərzaq, geyim, dərslik və digər xərcləri üçün ödəniş edirdi. Bundan başqa uşaqların təhsil haqqı üçün illik 16200 manat (BƏƏ 35000 dirhəmi) və illik icarə haqqı olaraq 16200 manat (BƏƏ 35000 dirhəmi) ödəyirdi. Bu hal 2017-2 018-ci illər ərzində və 2019-cu ilin may ayına kimi davam etmişdir. Bakıya qayıtdıqdan sonra, o, həmin vaxtdan etibarən Sazişlə üzərinə götürdüyü öhdəlikləri pozaraq uşaqların saxlanılmasına heç bir maddi yardım göstərməmişdir. Ona görə də İddiaçı «Uşaqların saxlanması barədə Saziş»lə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsinə görə yaranmış borcun tutulmasına dair notarius qeydinin verilməsi üçün notariat orqanına müraciət etmiş, notariat qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. İcra hərəkətləri nəticəsində İddiaçı borclu olduğu aliment məbləğini tam həcmdə ödəmiş, lakin digər öhdəliklər üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Buna baxmayaraq, aralarında tam razılıq olmuşdur ki, aliment öhdəlikləri üzrə aldığı pul vəsaiti ni uzun müddət təhsil almaqdan məhrum olmuş uşaqların münasib məktəb xərclərini ödəmək üçün versin, Nəriman isə həmin pulu ona qısa müddətdə qaytaracağına söz vermişdir. Uşaqların məktəbə qəbul imtahanları verilib qurtardıqdan sonra məktəblə təhsil haqqının ödənilməsi ilə bağlı müqavilə və pul köçürülməsi zamanı İddiaçı verdiyi sözdən yayınmağa başlamışdır. Buna baxmayaraq, təhsil haqqının bir hissəsini məktəbə köçürməli olmuşdur. iddiaçı iddia ərizəsində göstərir ki, heç bir yerdə işləmir. Tamamilə yalan məlumatdır. İddiaçı ona göndərdiyi səs və yazışmalarda bildirir ki, uşaqların yay istirahətləri üçün bağ evinin kirayələnməsi, məktəbə köçürüləcək təhsil haqqının ödənilməsini təmin edəcək, o, BP şirkətində dəniz ekspedisiyasında işləmək üçün müqavilə bağlamışdır, digər mütəxəssislərlə bi rlikdə COVİD-19 pandemiyası ilə bağlı testdən keçmişdir və bir həftəyə işə başlayacaqdır. İddiaçı hal-hazırda "xxxx" Şirkətində işləyir və BP şirkəti tərəfindən icarəyə götürülüb. Göstərilənlərə əsasən iddia tələbinin əsassız və qanunsuz olduğuna görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə baxışı zamanı təqdim edilən əmək müqaviləsinə xitam bildirişindən göründüyü kimi, şirkətlə aralarında olan əmək müqaviləsinə 21.05.2018-ci il tarixdə xitam verilmişdir. Bundan sonra o, BƏƏ-də yerləşən Baker Hughes şirkətində 29.12.2019-cu il tarixədək işləmişdir. Bundan sonra və bu günə kimi heç bir yerdə işləmədiyinə görə və gəlirləri olmadığına görə Sazişlə müəyyən edilən uşaqları saxl amaq üçün 960 ABŞ dolları miqdarında vəsaiti ödəməyi imkanı yoxdur və bununla əlaqədar Sazişin pozulması tələbini irəli sürmüşdür. Hal-hazırda Azərbaycan Respublikasının ərazisində heç bir yerdə işləməməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi "DOST" mərkəzi tərəfindən verilmiş müvafiq arayışla təsdiq edilir. Cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş şəkillər və elektron rabitə vasitəsi ilə əldə edilmiş "səs yazıları"nın ümumiyyətlə sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə sosial şəbəkədə olan X adı ilə istifadəçinin profil şəkillərini, mənbəyi məlum olmayan telefon yazışmaların şəkilləri və səs yazıları təqdim edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi qanuni və əsaslı olduğununa görə və təqdim olunmuş sübutlar la tam təsdiq edildiyinə görə, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsinə əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon icra və Probasiya şöbəsinin 21.05.2020-ci il tarixli surətindən görünür ki, Bakı Şəhəri 9 saylı Notariat Kontorunun 8İ-3906 nömrəli, 15.05.2020-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 14580 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. "X12 & Services LLC" şirkətinin İddiaçı ünvanladığı 22.04.2018-ci il tarixli, HR/800153/18 saylı əmək müqaviləsinə xitam bildirişinin surətindən görünür ki, layihələrin azalması və biznesin idarə edilməsi tələblərindən onun şirkətlə bağlanmış əmək müqaviləsinə 22.04.2018-ci il tarixdən xitam verilir. Bununla d a, ona 1 aylıq xəbərdarlıq müddəti verilir və 21.05.2018-ci il onun son iş günü kimi qeydə alınır. Son haqq hesabın aparılması üçün İnsan resursları departamentinə hesabat verməsi xahiş edilir. “Baker Hughes” şirkətinin 05.03.2020-ci il tarixli, ******* saylı xidmət şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 30.04.2018-ci il tarixdən 29.12.2019-cu il tarixədək Baker Eastern S.A. şirkətinin Abu Dabi ofisinin işçisi olmuşdur. Onun son iş vəzifəsi "Sahə Supervayzeri" olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 24.08.2020-ci il tarixli, **********2 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elek tron informasiya sisteminin “X9” altsisteminə əsasən hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(011)-4169/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi, hazırkı iş üzrə aliment barədə sazişin pozulması barədə iddianı rədd edərkən, iddiaçının hal-hazırda işsiz olduğunu qeyd etməsinə baxmayaraq, cavabdehin etirazından sonra BƏƏ-də yerləşən “Baker Hughes” şirkətində 29.12.2019-cu il tarixədək işlədiyini, bununla da, iş üzrə əhəmiyyətli halları məhkəmədən gizlətməyə cəhd etməsini, həmçinin, qeyd olunan şirkətlərdə işinə xitam verilməsinə dair sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilməməsini nəzərə alara q və “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1, 18.1, 27.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 12.11.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 95.1, 95.4, 1112.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 422.2, 422.4, 422.2.1, 422.2.2, 422.2.3, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1, 80, 89.3, 106.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 07.09.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” saziş birgə nikahlarından anadan olmuş uşaqların təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir və məh kəmə baxışı zamanı həmin sazişin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07.09.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” sazişin 3.1-ci bəndinə əsasən, iddiaçı uşaqların qidalanması, geyinməsi, oyuncaqlarının alınması, əylənməsi və digər gündəlik xərclərini ödəmək üçün cavabdehə aylıq 3.500 BƏƏ dirhəmi və ya onun ekvivalenti 960 ABŞ dolları vəsait ödəməyi öz üzərinə götürmüşdür. Lakin saziş bağlandığı zaman iddiaçı Əbu Dabi ni aparıcı neft şirkətlərindən birində neft kəşfiyyat əməliyyatları ilə bağlı müşahidəçi vəzifəsində işləmiş və aldığı əmək haqqı hesabına uşaqların saxlanılması üçün qeyd olunan vəsaiti ödəmişdir. Hazırda isə heç yerdə işləmir, hər hansı gəliri yoxdur. Bu hal məhkəməyə təqdim olunmuş sənədlərlə sübuta yetirilmişdir. Lakin məhkəmə bu sübutlara əhəmiyyət və düzgün qiymət verməyərək qətnaməni yalnız cavabdehin uydurma ifadələrinə müvafiq olaraq əsaslandırmışdır. Halbuki, cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş şəkillər və elektron rabitə vasitəsilə əldə edilmiş “səs yazılarının” ümumiyyətlə məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə sosial şəbəkədə olan X adı ilə istifadəçinin profil şəkillərini, mənbəyi məlum olmayan telefon yazışmaların şəkilləri və səs yazıları təqdim edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Rafael Eyvazov) 10 fevral 2021-ci il tarixli 2(103)-1257/2021 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4169/2020 saylı iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” sazişin pozulması, (ləğv edilməsi), İddiaçı 15.01.2008ci il təvəllüdlü X4 və 10.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cə mi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, aliment barədə sazişin bağlandığı vaxt iddiaçı həmin sazişdən irəli gələn öhdəliklərini icra edə bilmək üçün kifayət qədər maddi vəsaitə malik olmuş, lakin sonradan - 2019-cu ilin dekabr ayından etibarən sonuncu iş yerindən ayrılaraq, hazıra kimi işsiz olduğundan onun maddi vəziyyətində aliment barədə öhdəliyin eyni qaydada icrasını mümkünsüz edəcək dərəcədə əsaslı dəyişiklik baş vermişdir. Cavabdeh isə qeyd olunanları təkzib edərək, iddiaçının maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, onun hal-hazırda xarici şirkətlərin birində işl əməyə davam etdiyini bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçı tərəfindən aliment barədə sazişdə onların təhsil, müalicə, gündəlik və əyləncə xərclərinin yüksək standartlarda qarşılanması nəzərdə tutulmaqla iddiaçı tərəfindən uzun müddət təmin edilmişdir. Hazırda uşaqların saxlanılması üçün minimum yaşayış miqdarı həddində alimentin təyin edilməsi isə onların əvvəlki yaşayış səviyyəsi ilə mənafelərinə uyğun olmayan şəkildə kifayət qədər əhəmiyyətli fərq yaradacaq. Ona görə də, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, uşaqların əvvəlki təminat səviyyələrinin mümkün qədər saxlanılması baxımında n İddiaçı 15.01.2008-ci il təvəllüdlü X4 və 10.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər hay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 95.1, 95.4, 78.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1, 422.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-1257/2021 nömrəli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda iş üzrə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi barədə səhv nəticəyə gələrək yeni qətnamə çıxarmışdır. İddiaçının heç bir yerdə işləməməsi, tamamilə yalan məlumatdır. İddiaçı göndərdiyi səs və yazışmalarda bildirir ki, uşaqların yay istirahətləri üçün bağ evinin kirayələnməsi, məktəbə köçü rüləcək təhsil haqqının ödənilməsini təmin edəcək, o, BP şirkətində dəniz ekspedisiyasında işləmək üçün müqavilə bağlamışdır, digər mütəxəssislərlə birlikdə COVlD-19 pandemiyası ilə bağlı testdən keçmişdir və bir həftəyə işə başlayacaqdır, iddiaçı hal-hazırda "xxxx" Şirkətində işləyir və BP şirkəti ilə əməkdaşlıq edir. İddiaçı oğlu Abduləzizə Vatsap üzərindən göndərdiyi 02.12.2020-cİ il tarixdə mesajda yazır ki, “sizə yeni ev tikdirirəm, yaxın günlərdə evin layihələşdirilməsi və dizayn verilməsi üçün layihəçi və dizayner gələcək, yüksək komfortlu ev tikiləcəkdir”. Bundan başqa, İddiaçı bir həftə olar ki, xaricdən qayıdıb və uşaqları ilə görüşüb, onları gəzintiyə aparıb, bir gün saxlayıb və onlara kompüter və «lphone» markalı mobil telefon alıb. Hətta, uşaqların 3 günlük istirahət etmələri üçün Şamaxıda istirahət zonalarında otel kirayələyib. Bütün bunlar uşaqlara olan qayğıdan irəli gəlir. Belə olduğu təqdirdə uşaqların saxlanılması üçün mövcud Sazişin ləğv edilməsi qanunsuzdur. Belə ləğv etmə onların əvvəlki qayğı və diqqətin göstərilməməsi kimi anlaşılır. Heç bir yerdə işləməyən, maddi cəhətdən sıxıntılar keçirən bu adam, uşaqlarına yüksək komfortlu ev tikdirir, dizayner, layihəçi dəvət edir, digər tərəfdən uşaqlarına verilən alimentin azaldılması üçün məhkəmədə iddia qaldırır. Təkcə dizaynerin haqqı, layihəçiyə veriləcək pulun məbləği, bu uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəniləcək pul vəsaitindən qatqat artıqdır. Bu qədər pul vəsaiti olan bir adam niyə uşaqlarına çatacaq alimentin ləğvini istəyir. Maddi imkanı olmayan iddiaçının bu gəlirləri harada ndır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən İddiaçı BƏƏ-də yerləşən "xxxx" neft Şirkətindən işdən çıxarılması barədə 22.04.2018-cİ il tarixli HR/800153 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişə və «Baker Hughes» şirkətinin 05.03.2020-ci il tarixli ******* saylı xidmət şəhadətnaməyə həmçinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinin 24.08.2020-ci il tarixli arayışına istinad etmişdir. Lakin, həmin sənədlər kserosurətlər olmuş, İddiaçı BƏƏ-də neft sektorunda əmək müqaviləsi üzrə hazırda işləyib- işləmədiyini müəyyən etmək üçün əsaslı hesab edilməmişdir. Məhkəmə kollegiyası işin bu faktiki hallarını düzgün qiymətləndirməmiş və əsassız olaraq tərəflər arasınd a Sazişin pozulması kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası əsassız və qanunsuz olaraq, iddia tələblərindən kənara çıxaraq, «Uşaqları saxlamaq haqqında Sazişlə tənzimlənən uşaqların təhsil, tibbi yardım və mənzil hüquqlarını özündə ehtiva edən və iddiaçı tərəfindən mübahisələndirilməyən öhdəliklərin də ləğv edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qərarında göstərmişdir ki, cavabdeh iddiaçının maddi vəziyyətində heç bir dəyişiklik olmadığı və hal-hazırda xarici şirkətdə işlədiyini təsdiq edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Lakin, məhkəmə kollegiyası cavabdehin həmin sübutun əldə olunması mümkünlüyünü, əlçatanlığını nəzərə almamışdır, xarici bir şirkətdən kommersiya sirri kimi mühafizə olunan məlumatı necə əldə edə biləcəyini düşünməmişdir. İddiaç ı 29 yanvar 2021-ci il tarixdə BƏƏ-dən İstanbul-Bakı reysi ilə ölkəyə gəlmiş, 17 fevral 2021-ci il tarixdə Bakı-İstanbul reysi ilə BƏƏ-nə uçmuş, 05 mart 2021-ci il tarixdə yenidən Bakıya qayıtmış, təxminən 10 gün sonra BƏƏ-nə qayıtmışdır. Kassasiya şikayəti apellyasiya instansiyasına təqdim edilən vaxtlarda Abu-Dabidə iş vaxtı səhrada neft quyularının ətrafında dəvələrin olması ilə çəkdiyi video görüntülərinə uşaqlara Vatsap üzərindən onların telefonuna göndərmişdir və hal-hazırda da xaricdədir. Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edil ir. 94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğ u qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Ape llyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi BƏƏ-də yerləşən "xxxx" neft Şirkətindən işdən çıxarılması barədə 22.04.2018-cİ il tarixli HR/800153 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişə və iddiaçının sorğusuna əsasən «Baker Hughes» şirkətinin 05.03.2020-ci il tarixli ******* saylı xidmət şəhadətnaməyə (iddiaçının 30.04.2018-ci il tarixdən 29.12.2019-cu il tarixədək Abu Dabi ofisinin işçisi olması barədə), həmçinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinin 24.08.2020-ci il tarixli, iddiaçının hal-hazırda qüvvədə olan əmək müqaviləsinin olmaması barədə arayışına istinad etməklə, iddiaçının hazırda işsiz olduğunu, onun maddi vəziyyətində aliment barədə öhdəliyin eyni qaydada icrası nı mümkünsüz edəcək dərəcədə əsaslı dəyişiklik baş verdiyini müəyyən etmiş, cavabdehin isə iddiaçının 2019-cu ildən sonra da xarici şirkətdə işləməsi, maddi vəziyyətinin dəyişməməsini təsdiq etmək üçün sübut təqdim etmədiyini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaya etirazın əsası kimi istinad olunan halların sübut olunmaması qənaətinə gəlsə də, iş üçün əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış, işdə olan bəzi sübutları öyrənməmişdir. Belə ki, Cavabdeh iddiaçının 2019-cu ildən sonra da xarici şirkətdə işləməsi, maddi vəziyyətinin dəyişməməsini təsdiq etmək üçün pandemiya dövrünə aid olan tərəflər arasında vatsapp yazışmaları, səs yazıları barədə diski mülki işə əlavə etsə də, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə olunmamış, diskdə olan məluma tların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymət ləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı) Digər tərəfdən, məhkəmənin istinad etdiyi iddiaçının sorğusuna əsasən «Baker Hughes» şirkətinin 05.03.2020-ci il tarixli ******* saylı iddiaçının 30.04.2018-ci il tarixdən 29.12.2019-cu il tarixədək Abu Dabi ofisinin işçisi olm ası barədə arayışında iddiaçının həmin tarixdən sonra həmin ofisdə və ya Şirkətin başqa ofisində işləyib-işləməməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib-verilməməsi barədə heç nə qeyd edilməmişdir. Həmçinin iddiaçının xarici ölkədə işlədiyi iddia edildiyi halda, 2019-cu ildən sonra iddiaçının Azərbaycan Respublikası ərazisində faktiki yaşayıb-yaşamadığını, Azərbaycan Respublikası ərazisini tərk edib-etmədiyini müəyyən etmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinin 24.08.2020-ci il tarixli arayışının hazırki iddianın təsdiqi üçün mötəbər sübut olmasına apellyasiya məhkəməsi tənqidi yanaşmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış sazi ş təkcə aliment öhdəlikləri barədə deyil, uşaqların təhsil, tibbi yardım, yaşayış yeri ilə təmin edilməsi üçün icarə xərcləri, həmçinin uşaqlarla görüşün şərtləri barədə öhdəliklər barədə şərtləri də nəzərdə tutduğu halda məhkəmə sazişi tamamilə ləğv etmiş, digər hissələrdə sazişin ləğvini əsaslandırmamışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflərin nikahlarından olmuş uşaqlarının əvvəlki təminatını, hal-hazırda uşaqların harada yaşaması, harada təhsil alması, maddi ehtiyaclarının hansı səviyyədə olması barədə araşdırma aparmadan hər uşağa hər ay sabit pul məbləğində 250 manat aliment məbləği müəyyən etməsi barədə gəldiyi nəticələr qanuni və əsaslı sayıla bilməz. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mən afelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. İstinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxla nılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment k imi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.3 bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu öd əmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd ed ilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya və apellyasiya şikayətinə etirazında göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma tam aparılmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin qeyd edilən hissədə ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayə ti təmin edilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1257/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar