Məhkəmə qərarları › İş №2(102)-4035/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4035/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4035/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X4, vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-7965/2019, hakim A.N.Həsənova) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, icra mərhələsində cavabdehin bu müddət ərzində ödədiyi 970 manat pulun nəzərə alınması, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X5 və xx xxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxxxx 2019cu il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1433/2020, hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova, İ.K.Xəl ilov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki nikahlarından doğulmuş uşaqların hər birinə görə 160 manat, ümumil ikdə 320 manat sabit pul məbləğində alimentin, habelə son üç illik dövr üçün 5760 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən halalra düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh Bakı şəhərində daimi qeydiyyatdadır, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra o, Yardımlı rayonunda müvəqqəti qeydiyyata düşməklə orada fəaliyyət göstərən “xxxx” MMC-də çalışması barədə arayış əldə etmiş və apellyasiya şikayəti ilə birlikdə apellyasiya məhkəməsinə təqdim etmişdir. Halbuki, cavabdeh “Ford Tranzit” markalı avtomaşınla fərdi sahibkar kimi Bakı şəhərində fəaliyyət göstərir. Digər tərəfdən uşaqlar böyümüş və müvafiq olaraq tələbatları artmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməməklə ailə qurmuş, faktiki nikah münasibətlərində olduqları müddət ərzində xx xxxxxxxx 2009-cu il təvəllüdlü Səma və xx xxx 2012-ci il təvəllüdlü Fidan adlı uşaqları doğulmuşdur. Hazırda tərəflər ayrı yaşayır və uşaqlar iddiaçının himayəsindədir. Hazırki iddia tələbinin əsasını yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün uşaqların hi mayəsində olduqları valideynin xeyrinə digər valideyndən 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumu məbləğində alimentin, o cümlədən son üç illik alimentin hesablanaraq tutulması təşkil edir. Uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasının əsaslarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmad ığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin maddənin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nə zərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Deməli, aliment öhdəliklərinin əsaslarını müəyyən edən ailə qanunvericiliyinin tələblərinə görə alimentin müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması götürülməklə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmalıdır. Uşağın əvvəlki təminat səviyyəsinin maksimal səviyyədə saxlanması anlayışı valideynlərin birgə yaşadıqları dövrlə müqayisədə onlar ayrıldıqdan sonra uşağa çəkilən xərclərin kəskin azaldılmaması, uşağın maddi rifahının pisləşməməsi və ya digər məhrumiyyətlərə məruz qalmamasını ehtiva edir. Qanunvericinin bu göstərişi yalnız daimi iş yeri olmayan və qeyri-müntəzə m, dəyişən gəliri olan valideynlər üçün deyil, iş yeri olmayan və aliment ödəməyə borclu olan bütün valideynlərə şamil edilir. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinə Bakı şəhərində qeydiyyatda olmasını təsdiq edən və “qonşularının aktına əsasən heç bir yerdə işləmədiyi” ifadələri qeyd edilmiş arayış təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə çıxarıldıqdan sonra, cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Yardımlı rayonuna 1 il müddətinə müvəqqəti qeydiyyata düşmüş, həmin halı təsdiq edən sənədlə birlikdə, eyni tarixli, yəni xx xxxxxx 2019-cu il tarixli Yardımlı rayonunda “xxxx” MMC-də 2-ci dərəcəli fəhlə işləməklə 250 manat aylıq əmək haqqı alması barədə arayışı apellyasiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya məhkəməsi həmin sə nədləri mötəbər sübut hesab edərək cavabdehin Yardımlı rayonunda yaşamasına və orada fəhlə kimi işləməsini işin həqiqi halları kimi müəyyən etmiş və sonuncunun həmin rayonda işləyərək əldə etdiyi qazancın şəhərlə müqayisədə aşağı səviyyədə olmasına istinad edərək, birinci instansiya məhkəməsinin cavabdehdən yaşayış minimumu həddində aliment məbləğinin tutulması barədə qətnaməsini ləğv edərək cavabdehdən hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulmasnı qət etmişdir. Digər tərəfdən, qət edilmiş aliment məbləği cavabdehin göstərdiyi aylıq gəlirinə münasibətdə öz-özlüyündə kifayət qədər yüksək məbləğ olsa da, yəni aylıq gəlirinin beşdən dörd hissəsini təşkil etsə də, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni mübahis ələndirməmişdir. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən Qanun Respublikanın bütün ərazisində qüvvədə olmaqla, ayrı-ayrı regionlar üçün xüsusi müddəa müəyyən edilməmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Yenə həmin Qanunda göstərilmişdir ki, minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyriərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə, 160 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu mü əyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, apellyasiya məhkəməsi mübahisəyə uşaqların üstün mənafeyi prinsipini müəyyən edən qanunvericilik normaların tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, cavabdehin Yardımlı rayonunda yaşamaqla fəhlə kimi çalışaraq aylıq 250 manat təşkil etməsinə istinad edərək cavabdehdən uşaqların saxlanması üçün hər uşaq üçün 100 manat, cəmi 200 manat sabil pul məbləğində alimentin tutulması barədə səhv nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar