Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4045/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2, Cavabdeh1 vəkili X8 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli X -cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 17 may 2008-ci il tarixdə bağlanmış nikah pozulmuş və bu nikahdan 14.03.2012-ci ildə doğulmuş X nın, 07.04.2009-cu ildə doğulmuş X nın və 01.11.2013cü ildə doğulmuş Lətifə Hüseynovanın ananın yanında qalmaları qət edilmişdir.
2. Hazırda mübahisə Gəncə şəhəri, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsi və üzərində inşa olunmuş tikilinin (fərdi yaşayış evinin) əldə edilməsi üçün sərf olunmuş 33.000 ABŞ dolları məbləğində pul vəsaitinin 2/3 hissəsinin (22.000 ABŞ dollarının) Cavabdeh1 alınaraq iddiaçı X5 ödənilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhk əməsinə müraciət edərək, birgə nikah dövründə, yəni 10.06.2015-ci il tarixdə Gəncə şəhəri, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunan tikilinin (fərdi yaşayış evi) əldə edilməsi üçün ödənilmiş 33.000 (otuz üç min) ABŞ dolları məbləğində pul vəsaitinin 2/3 hissəsinin, 22.000 (iyirmi iki min) ABŞ dollarının Cavabdeh1 alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, birgə nikah dövründə, yəni 10.06.2015-ci il tarixdə Gəncə şəhəri, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunan tikilinin (fərdi yaşayış evi) əldə edilməsi üçün ödənilmiş 33000 (otuz üç min) ABŞ dolları məbləğində pul vəsaitinin 2/3 hissəsinin, 22.000 (iyi rmi iki min) ABŞ dollarının Cavabdeh1 alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində, göstərmişdir ki, 03.03.2010-cu il tarixdə birgə təsərrüfat hesabına 33.000 ABŞ dolları ödənilməklə X4 Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş tikili (fərdi yaşayış evi) faktiki olaraq alınmışdır. Həmin torpaq sahəsinin və tikilinin alınması üçün çəkilən xərc cəmi 33.000 ABŞ dolları məbləğindədir və bu məbləğin 5000 ABŞ dollarını onun atası X öz şəxsi pulundan, o cümlədən 16.000 manat məbləğində pulu isə "xxxx" ASC-nin Bərdə filialından kredit müqaviləsi əsasında götürərək cavabdehə sözügedən evin alınmas ı üçün ümumilikdə 500 ABŞ dolları və 16.000 manat vermişdir. Bundan əlavə o, evlilik müddətində müxtəlif növ şirniyyat və tortların bişirilməsi və satışından əldə etdiyi 5000 manat məbləğində pulu da evin alınması üçün cavabdehə nəğd şəkildə vermişdir. O, və atası ümumilikdə evin alınması üçün çəkilən xərc kimi 21.000 manat və 5000 ABŞ dolları cavabdehə vermişlər. Evə çəkilən xərcin böyük hissəsi iddiaçının özü və atası tərəfindən ödənilmişdir. Məhkəmədən Gəncə şəhəri, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunan tikilinin (fərdi yaşayış evi) əldə edilməsi üçün çəkilmiş xərc 33.000 (otuz üç min) ABŞ dolları məbləğində pul vəsaitinin 2/3 hissəsinin, 22.000 (iyirmi iki min) ABŞ dollarının Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qət namə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı ilə 17.05.2008-ci il tarixdə rəsmi olaraq ailə qurmuş və onların birgə nikahlarından üç uşaqları vardır. Onların birgə yaşamaları mümkün olmadığından məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuş, uşaqlar iddiaçının himayəsində qalmışdır. Hazırda iddiaçının iddia ərizəsində mübahisələndirdiyi X torpaq sahəsində yerləşən fərdi yaşayış evini onun atası 2015-ci ildə X4 almışdır. Onun atası X həmin evə dair ilkin olaraq 26.500 ABŞ dolları vermiş, qalan 6500 ABŞ dollarını isə həmin ilin iyul ayının axırına kimi tədricən verəcəyi barədə razılaşmışlar. Həmin evə dair pulun qalan hissəsi onun qardaşlarının göndərdikləri pulun hesabına onun a tası tərəfindən ev sahibinə ödənilmişdir. İddiaçı ilə həmin evdə yaşamalarına baxmayaraq evi onun atası X almışdır və iddiaçının atası tərəfindən evin alınması üçün pul verilməmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində 400 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini onun atası almış və pulunu da onlar ödəmişlər.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) 14 oktyabr 2020-ci il tarixli, 2(044)-648/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X torpaq sahəsində inşa olunmuş tikilinin (fərdi yaşayış evi) əldə edilməsi üçün ödənilmiş 33000 (otuz üç min) ABŞ dollarının tərəflərin ümumi birgə mülkiyyəti sayılması və həmin əmlak (pul) üzərində tərəflərin hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, Cavabdeh1 16500 (on altı min beş y üz) ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi ilə tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 nikahı 17.05.2008-ci il tarixdə rəsmiləşdirilmiş, mübahisə predmeti olan GX yerləşən 400 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə olunmuş və bununla da həmin yaşayış sahəsi üzərində iddiaçı və cavabdehin birgə əmlak rejimi yaranmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının atası X tərəfindən Gəncə şəhəri, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsində inşa olunmuş tikilinin (fərdi yaşayış evi) əldə edilməsinə görə 5000 ABŞ dolları və 15.000 manat pul verilməsi öz təsdiqini tapmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və A.Hüseynzadə) 12 fevral 2021-ci il tarixli,Xnömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, şahid kimi ifadə vermiş X9 özünə məxsus olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsinin iki sot üstündə olan evi 33.000 ABŞ dollarına X1 bildirmişdir. Bundan əlavə, 02.03.2010-cu il tarixdə Gəncə şəh əri 7 saylı Notariat Kontorunda təsdiq edilmiş ƏN-İ 134706 saylı etibarnamənin surətindən görünür ki, X3 şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsinə dair X11 iyirmi il müddətinə etibarnamə vermişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin məlumatına görə Gəncə şəhəri, Avtozavod yaşayış massivində Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan halda, iddiaçının iddia etdiyi daşınmaz əşyaya Cavabdeh1 mülkiyyət hüquqları əldə etmədiyindən iddiaçının tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət vermədən mülki qanunvericiliyinin tələbləri pozan kobud qanun pozuntusu ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən qətnamə ləğv edilərkən iş üzrə şahid kimi ifadə vermiş X9 birinci instansiya məhkəməsində təhrif edilmiş ifadəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarını təhrif etmiş, həmin şahidin, yəni iş üzrə dindirilmiş X6 təkrar dindirmədən ifadəsinə istinad etməsi tam əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir.
17. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikl əri əmlak onların ümumi mülkiyyəti sayılır.
19. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 26. 02.03.2010-cu il tarixdə X tərəfindən təsdiq edilmiş ƏN-İ 134706 saylı etibarnamənin surətindən görünür ki, X3 şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsinə dair X11 iyirmi il müddətinə etibarnamə vermişdir.
27. T orpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod ərazisindən X7 400 kv.m torpaq sahəsi ayrılmışdır. 28. 30.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına əsasən Gəncə şəhəri, Avtozavod yaşayış massivində Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
29. X9 tərəfindən yazılmış əlyazma ərizədən görünür ki, X3 şəhər Avtozavod qəsəbəsindəki 4 (dörd) sot yerin 2 sot üstündə tikili olan evi 33 min ABŞ dollarına X2, onun əvəzində 26.500 ABŞ dolları almış, 6500 ABŞ dollarını iyulun axırına kimi tədricən vermək şərt i ilə satması barədə əlyazma qəbz yazmışdır. 30. 16.10.2019-cu il tarixli TŞ-9-419 saylı rəyin surətindən görünür ki, Gəncə şəhər İHB-nın 14.04.1993-cü il tarixli 46 saylı sərəncamına və “Farforist” bağçılıq Yoldaşlığı Birliyinin 26.11.1993-cü il tarixli 09 saylı protokolundan çıxarışa əsasən Avtozavod qəsəbəsi ərazisindəki baş evi tikintisi üçün D.İ.Tağıyevaya verilmiş 400.0 kv.m torpaq sahəsi Kəpəz rayonu ərazisində olmaqla D.İ.Tağıyevanın istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. Ona görə D.İ.Tağıyevanın istifadəsində olan 400 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi etiraz etməmişdir.
31. Ləğv prosesində olan "xxxx" ASC-ti tərəfin dən verilmiş hesabdan çıxarışın surətindən görünür ki, X12 01.09.2009-cu il tarixdən 28.01.2017-ci il tarixədək 15.000 manat məbləğində kredit götürmüşdür.
32. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının tələbinin əsas mahiyyəti ondan ibarətdir ki, cavabdehlə birgə nikah dövründə onlar birgə gəlirləri hesabına X7 məxsus olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsi əldə etmişlər. Birinci instansiya məhkəməsinin 05 mart 2020-ci il tarixində keçirilmiş işin məhkəmə baxışı iclasında da iddiaçı eyni məzmunlu izahat vermiş, həmin daşınmaz əmlakın onunla cavabdehin birgə gəlirləri hesabına əldə edildiyini bildirmişdir. Bundan sonra, yəni 21 iyun 2020-ci il tarixdə iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verər ək, bildirmişdir ki, həmin əmlakın əldə edilməsi üçün onun atası X öz şəxsi vəsaitindən cavabdehə sözügedən evin alınması üçün ümumilikdə 500 ABŞ dolları və 16.000 manat vermişdir.
33. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki işin materiallarında olan məhkəmənin 05 mart 2020-ci il tarixdə keçirilmiş, işin məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin tarixdə məhkəmədə şahid kimi ifadə vermiş X9 özünə məxsus olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsinin iki sot üstündə olan evi 33000 ABŞ dollarına X1 bildirmişdir. Bundan əlavə, artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materiallarında olan 02.03.2010-cu il tarixdə Gəncə şəhəri 7 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş ƏN-İ 134706 saylı etibarnamənin surətində n görünür ki, X3 şəhəri, Kəpəz rayonu, Avtozavod yaşayış massivində yerləşən 400 kv.m torpaq sahəsinə dair X11 iyirmi il müddətinə etibarnamə vermişdir. Həmçinin, mülki işin materiallarında olan 30.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına əsasən Gəncə şəhəri, Avtozavod yaşayış massivində Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
34. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin məhkəmədə müəyyən edilən faktiki halına görə Cavabdeh1 Gəncə şəhəri, Avtozavod yaşayış massivində hər hansı bir daşınmaz əmlak əldə etməmişdir. Belə ola n halda, mübahisə predmeti olan daşınmaz əmlaka Cavabdeh1 mülkiyyət hüquqları əldə etmədiyindən iddia tələbi əsaslı deyil.
35. Kollegiya bildirir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını və sübutları araşdırmır, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
36. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla