Məhkəmə qərarları › İş №2(102)-4048/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4048/2022

17.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4048/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin ləğv edilməsi və pul vəsaitinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-653/2022 nömrəli, 6 aprel 2022-ci il tar ixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında 27 may 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən istifadəçi Cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 76 ünvanında yerləşən, sahəsi 62 kv metr olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində ünvan 2 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 43,07 kv metr olan 22 saylı 2, otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra istifadəçiyə vermə yi öhdəsinə götürmüşdür.

2. Müqavilə ilə həmçinin İddiaçı MMC "xxxx"-nin mənzilinin 2018-ci ilin oktyabr ayında sökülməsini qəbul edir və MMC müqavilənin 1.4-cü bəndində təsvir edilmiş mənzil "xxxx"yə təhvil verilənədək, 01 oktyabr 2018-ci ildən 01 iyun 2019-cu il tarixə kimi olan dövor üçün, cəmi 8 ay aylıq 350 manat olmaqla, 2800 manat istifadəçinin bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə 2019-cu ilin iyun ayından başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. 3. 02 noyabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən imzalanmış və cavabdehə 27 noyabr 2020-ci il tarixdə çatdırılmış ərizə ilə İddiaçı MMC 9 saylı notariat kontorunda bağlanmış müqavilənin qanunvericiliyin tələbləri əsasında bağlanmadığını əsas gə tirməklə, həmçinin Mülki Məcəllənin 390.2 və 337.1-ci maddələrinə uyğun olaraq Cavabdehla aralarında bağlanmış 27 may 2019-cu il tarixli müqaviləyə xitam verildiyi bildirilib, sonuncudan ona ödənilmiş 7350 manat pulun 5 gün müddətində MMC-yə qaytarılması tələb edilmiş, əks halda MMC-nin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında 27 may 2019-cu il tarixdə bağlanmaqla, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş 7350 manat məbləğində pul vəsaitinin sonuncudan alınaraq idd iaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış, tikinti üçün İddiaçı MMC-yə icazə verilmişdir. 11 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi 76 ünvanında sahəs i 344,4 kv metr olan qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, Abdullayev, Əşrəf Bəkir oğlu və X1 adına dövlət qeydiyyatına alınmışdır. Lakin, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 400 kv metr təşkil etmişdir. Bu hal adları çəkilən şəxslərin başqa məhkəmə işlərində verdikləri izahatları ilə də təsdiq olunur. Cavabdeh MMC-yə və Səbail rayon İcra Hakimiyyətinə dəfələrlə şifahi və yazılı müraciət edərək, Elçin Çıraqov və qeyriləri ilə razılaşdırılmaqla, həmin qeyri-yaşayış sahəsinə bitişik olan, lakin dövlət qeydiyyatına alınmayan 62 kv metr sahə üçün ona ödəniş edilməsini və yeni tikiləcək binada həmin sahəyə uyğun mənzil verilməsini istəmiş, bundan sonra tərəflər arasında 27 may və 11 iyun 2019-cu il tarixlərdə müqavilələr imzalanaraq notarial qaydada təsdiq edilmişd ir. 27 may 2019-cu il tarixdə bağlanmış müqavilənin tələblərinə görə cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 76 ünvanında yerləşən 62 kv metr olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən, sahəsi 43,07 kv metr olan 22 saylı, 2 otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra istifadəçiyə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, müqavilənin 2.2-ci bəndinə görə iddiaçı 1.4-cü bənddə təsvir edilmiş mənzil "xxxx"yə təhvil verilənədək, 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay, aylıq 350 man at olmaqla, 2800 manat istifadəçinin bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə 2019-cu ilin iyun ayından başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödəməyi öhdəsinə götürmüş, həmin məbləğ, yəni cəmi 7350 manat İddiaçı MMC tərəfindən cavabdehə ödənilmişdir. Cavabdeh X2, X3, X4 və İddiaçı MMC arasında bağlanmış 11 iyun 2019-cu il tarixli qarşılıqlı razılaşma müqaviləsinin tələblərinə görə ünvan 5 ünvanında yerləşən birinci və üçüncü tərəfin istifadəsində birgə iddialı olduqları 1995-ci ildən Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə edilən 62 kv.m sahə hər üç tərəfin qarşılıqlı razılığı əsasında cavabdeh ilə İddiaçı MMC-nin arasında hüquqların ötürülməsi və yaşayış sahəsinin əvəzləşdirilməsi müqaviləsi notarial qaydada imzaladığı üçün birinc i tərəfin tələbi təmin edilmiş, onun üçüncü tərəfə bu sahə ilə bağlı iddiası bitmiş hesab olunmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh ümumiyyətlə həmin evlə hər hansı bağlılığı yoxdur. Buna görə də, müqavilənin ləğv edilməsinə və cavabdehə ödənilmiş məbləğin MMC-yə qaytarılmasına zərurət yaranmışdır. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh ünvan 5 ünvanında yerləşən 62 kv metr sahəsi olan tikiliyə heç bir aidiyyətinin olmadığını bildiyi halda, bunu gizlətmiş, hüququ olmayan evə dair müqavilə bağlamışdır. Sözügedən müqavilənin ləğv edilməsini səciyyələndirən aşağıdakı halları qeyd etmək kifayətdir: 1) müqavilə buna hüququ olmayan şəxs tərəfindən bağlanılmışdır. Həmçinin müqavilədə həmin tikilinin 1995-ci ildən Cavabdeh qanuni istifadəsində olduğu bildirilsə də, notarius bu halı təsdiq edən sənədi tələb etməmiş, yalnız cavabdehin izahatına əsaslanmışdır. 2) Müqavilə notarius tərəfindən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olmadan bağlanaraq təsdiq edilmişdir. Həmçinin cavabdeh buna hüququ olmadığını bilə-bilə qeyd edilən müqaviləni imzalayaraq, gəlir əldə etmiş, dəfələrlə müraciət olunmasına baxmayaraq ilə müqavilənin ləğv edilməsi ilə bağlı aralarıda razılıq əldə edilməsi mümkün olmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 76 ünvanında yerləşən 62 kv metr olan mənzildə 1995-ci il tarixdən öz ailə üzvləri ilə birgə yaşamış, bu mənzil 2 otaqdan, mətbəx, hamam və sanitar qovşaqdan ibarət olmuşdur. 2018-ci ildə bin anın digər sakinləri ilə birlikdə Səbail Rayon İcra Hakimiyyətinə dəvət edilərək, bu binaların istismara yararsız vəziyyətdə olduğu üçün söküləcəyi bildirilmişdir. Beləliklə, 2018-ci ilin iyul ayında “Hermes-S MMC tərəfindən binanın sökülməsinə başlanılmış, 2-3 aydan sonra ona 43 kv metr veriləcəyi bildirilmişdir. Onunla iddiaçı MMC arasında 27 may 2019-cu il tarixdə bağlanmış müqavilənin şərtinə əsasən 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay aylıq 350 manat olmaqla, 2800 manat onun bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə iyun 2019-cu il tarixdən başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödənilməli idi. Ona 19 iyun 2020-ci il tarixədək pul ödənilsə də, sonradan pulun ödənilməsindən imtina edilmiş və həmin vaxtdan etibarən on a pul ödənilməmişdir

7. Siyəzən Rayon Məhkəməsinin (hakim B.R.Ələkbərov) 26 iyul 2021-ci il tarixli, 2(059)-347/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müqavilə tərəflər arasında könüllü surətdə bağlanmaqla, bütün məqamlar şərtləndirilmiş, həmçinin notarial qaydada təsdiqlənərək, həmin vaxt bağlanmış müqavilə ilə bağlı tərəflər arasında mübahisə olmamış, o cümlədən müqavilənin bağlanmasına bu və ya digər formada etiraz olunmamışdır. Bundan əlavə, müqavilə bağlanarkən tərəflərdən biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır.

9. Belə ki, iddiaçı tərəf qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, o cümlədən müqavilə onun səlahiyyətli nümayəndəsin ini iradəsi nəticəsində yaranmış, müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olmuş, tərəflərin sərbəst iradələrini tam əks etdirmişdir. Məhz bütün bu qeyd olunanlar 27 may 2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmamasına dəlalət edir.

10. Bundan əlavə, iddiaçı MMC 27 may 2019-cu il tarixli müqavilə üzrə cavabdehə kompensasiya ödənişləri həyata keçirməklə, tərəf olaraq bağladığı müqaviləni təsdiq etmiş, həmçinin, müqavilə əxlaq tələblərinə zidd olmamaqla, üçüncü şəxslərin mənafelərini pozmamışdır. Beləliklə, müqavilənin iddiaçı MMC tərəfindən təsdiqlənməsi, həmçinin onun icrası ilə bağlı müvafiq hərəkətlərin icra edilməsi müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmadığını bir daha təsdiq edi r.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 6, 152, 324, 389, 405, 406, 421 və 423-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Akimova Azərbaycana qarşı" 27 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddi a ərizəsinin məzmununa uyğun əsaslandırılmış ki, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi 26 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) 6 aprel 2022-ci il tarixli, 2(105)-653/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına ə sas ola biləcək sübut təqdim edə bilməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması ilə çıxarılmışdır.

16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 6, 324, 405, 421, 423 və 425-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarına, və “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı MMC (vəkil Nümayəndə) kassasiya şikayəti və kass asiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə buna hüququ olmayan şəxs tərəfindən bağlanılmışdır. Həmçinin müqavilədə həmin tikilinin 1995-ci ildən Cavabdeh qanuni istifadəsində olduğu bildirilsə də notarius bu halı təsdiq edən sənədi tələb etməmiş, yalnız onun izahatına əsaslanmışdır. Müqavilə notarius tərəfindən notariat hərəkətlərinin aparılması qaydası haqqında təlimatın tələblərinə uyğun olmadan bağlanaraq təsdiq edilmişdir. Cavabdeh buna hüququ olmadığını biləbilə qeyd edilən müqaviləni imzalayaraq əsassız varlanmışdır.

19. Apellyasiya məhkəməsi mübahisəli müqavilə üzrə verilməsi göstərilən tikilinin ümumiyyətlə mövcud olub-olmadığını, Cavabde h belə bir əmlak üzərində hər hansı bir qanuni əsasla sahibliyinin olub-olmamasını araşdırmadan Mülki Məcəllənin 139, 144 və 146.3-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmiş, yalnız notarial qaydada müqavilənin olmasına əsaslanaraq yanlış olaraq Mülki Məcəllənin 421.1-424-cü maddələrinə istinad etmişdir.

20. Apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun analoji işlər üzrə məhkəmələr tərəfindən tətbiqi məcburi olan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında şərh olunanları da nəzərə almamış, notarial formada olsa belə, mübahisələndirilən müqavilənin etibarlı olub-olmamasına həmin Plenum qərarının tələbinə uyğun qiymət verməmişdir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

21. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

23. Maddə 389.2 Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

26. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

27. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

28. Maddə. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsin də o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 29. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

30. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

31. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cava b almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

38. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irə li sürülmüş dəlillər iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırlımaqla tərəflərin təqdim etdiləri sübutlara əsasən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirilməsinə zərurət görmür.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki 2(105)-653/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar