Məhkəmə qərarları › İş №2(102)-4048/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4048/2024

13.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4048/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (işə bərpa (Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən), işçilərin sayı və ya şatatları ixtisar edildiyinə görə), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı işə bərpa olunması və s. tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-3639/2*24 nömrəli, 24 iyun 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı adına 14.*5.2*22-ci il tarixdə açılmış əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, *7.*5.2*12-ci il tarixdə Bakı Yüklərin və obyektlərin mühafizə komandasına atıcı vəzifəsinə işə qəbul edilmiş, 1*.*8.2*12-ci il tarixdə həmin komandanın daimi komanda rəislərinin müavini vəzifəsinə keçirilmiş, *8.*9.2*17-ci il tarixdə həmin komandada qaravul rəisi vəzifəsinə keçirilmiş, *1.1*.2*18-ci il tarixdə İdarənin böyü k təlimatçısı vəsifəsinə keçirilmiş, *4.*6.2*19-cu il tarixdə həmin idarə "xxxx" QSC-nin Mühafizə departamenti adlandırılmışdır. 2. "xxxx" QSC-nin Müşahidə Şurasının *3.*7.2*23-cü il tarixdə keçirilmiş qərarında QSC-nin Gürcüstan filialının Əsasnaməsinin təsdiq edilməsi, QSC ilə aidiyyəti şəxslər arasında əqdlərin təsdiq edilməsi və QSC-nin yeni korporativ strukturunun təsdiq edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Qərara korporativ struktur və ştat cədvəli haqqında hüquqi əsaslandırma, habelə yeni ştat cədvəli əlavə olunmuşdur. 3. "xxxx" QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmrlə, "xxxx" QSC- də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasi b optimallaşdırmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq yeni korporativ strukturu təsdiq edilmiş, 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq olunmuşdur. 4. "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X2 2*.*7.2*23-cü il tarixdə İddiaçı 87 saylı xəbərdarlıq ünvanlamışdır. Xəbərdarlıqda qeyd olunub ki, "xxxx" QSC-nin Mühafisə departamentində aparılmış struktur dəyişikliklərin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində Azərbaycan Dəmir Yollarının sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin böyük təlimatçısı ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarl ığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv ediləcəkdir. Nəzərinə çatdırılır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən sözügedən xəbərdarlıq müdddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Həmçinin qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsini n "xxxx" bəndinə əsasən xitam verilə bilər. Eyni zamanda, ADY QSC ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2*23-2*25-ci” illər üçün X6 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur. 5. "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X2 21.*7.2*23-cü il tarixdə İddiaçı ünvanlanmış 96 saylı məktubda göstərmişdir ki, “Azər baycan Dəmir Yolları" QSC-nin Mühafizə departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdınlmasının təmin ediməsi zərurəti ilə əlaqədar Mühafizə departamentinin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi“nnin böyük təlimatçısı vəzifəsi üzrə mövcud olan ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş 21.*7.2*23-cü il tarixində ona təqdim olunmuşdur. Ona hal-hazırda vakant olan ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində atıcı, həmçinin həmin bölmədə səyyar atıcı vəzifəsi təklif edilir. Xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməsi xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbayca n Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir.

6. İddiaçı 2*.*7.2*23-cü il tarixli xəbərdarlıqla və 21.*7.2*23-cü il tarixdə ona ünvanlanmış məktubla 21.*7.2*23-cü il tarixdə tanış olmuşdur.

7. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22.*9.2*23-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin, habelə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Həmin əmrin əsaslandırılmasında bu qərarın 1-3-cü paraqraflarında göstərilən hallara istinad olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Mühafizə departamentinin X5 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - "xxxx" QSC-nin 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58- 3869/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1 avqust 2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi; - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şi kayət edilən şəxs X1 göndərilməsinin qanunsuz hesab edilməsi; - Aparılmış ştat ixtisarının qanunsuz hesab olunması; 4. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2* *7 2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7 2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi; - Əmək müqaviləsinin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi; - onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki Yüklərin və obyektlərin mühafizəsi", hazırkı “Xidmətin təşkili" şöbəsinin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması; - məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Dəmir Yolları“ QSC-nin Mühafizə Departamentinin rəhbərliyi ADY sədrinin yeni korporativ strukturun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli əmrindən sui-istifadə edərək, ixtisar adı altında tutduğu müvafiq ştat vahidinin güya ixtisar olunması barədə 21 iyul 2*23cu il tarixində ona xəbərdarlıq təqdim etmiş, bundan sonra hüquqlarını qərəzli şəkildə, dəfələrlə pozmuşdur. 22 sentyabr 2*23-cü il tarixdə isə 13-1-18/3-1*-6687/2*23 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Ona təqdim olunmuş 2*.*7.2*23-cu il tarixli xəbərdarlıq etibarsız, əmək müqaviləsinin ləğv olunması haqqında əmr və həmin əmrə əsas kimi göstərilən ştat ixtisarı qanunsuz və əsass ızdır. Bütün bunlar isə işəgötürənin ona qarşı aşkar qərəzli münasibətinin nəticəsi olmuş və hüquqlarını kobud şəkildə pozmuşdur. Təqdim edilmiş xəbərdarlığı imzalayaraq ona işəgötürən qismində təqdim etmiş Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq uzrə müavini T.Quliyev ADY sədrinin *1.*3.2*23-cü il tarixli, 13-1/3-17-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən müvəqqəti icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.Quliyev isə işəgötürən qismində çıxış edərək qeyd edilən xəbərdarlığı 2*.*7.2*23-cu il tarixdə, onun bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalamışdır. ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-172*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri *5.*9.2*23-c ü il tarixədək uzadılsa da, sonuncu əmr Əmək Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. Göründüyü kimi T.Quliyevin göstərilən səlahiyyətlərinin uzadılması ilə bağlı ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı əmri qanunun normasının tələblərini aşkar şəkildə pozmuşdur. Ona təqdim edilmiş xəbərdarlıqda istinad edilən ADY sədrinin 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 saylı əmrindən də göründüyü kimi, həmin əmr korporativ strukturun və ştat cədvəllərinin təsdiq edilməsi haqqında olub, hər hansı ştat ixtisarını özündə ehtiva etmir. Yüklərin və obyektlərin mühafizəsi şobəsi dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan müvafiq yüklərin mühafizə və müşayiəti, həmçinin oğurluq və digər qeyri-qanuni qəsdlərlə mübarizə üzrə Mühafizə Depar tamentinin yeganə xidmət şöbəsi olaraq mühafizə kontingentinin (yerlərdəki mühafizə bölmələrinin) təmin etdiyi mühafizə işlərində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən struktur vahididir. Şöbənin adı 2**1-2**2-ci illərədək “Xidmətin Təşkili şöbəsi”, daha sonra bir müddət “Yüklərin və obyektlərin təhlükəsizliyi şöbəsi”, son ştat cədvəli təsdiq edilənə qədər “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”, hazırki - yeni ştat cədvəlində isə yenidən “Xidmətin Təşkili şöbəsi” adlandırılmışdır. Buna görə də təbii ki, xidməti fəaliyyəti mühafizə işlərindən ibarət olan Mühafizə Departamentində yuxarıda qeyd edilmiş mühafizə fəaliyyətləri üzrə xidməti təşkil edən yeganə struktur vahidinin və onun alt struktur vahidlərinin ləğv edilməsi inandırıcı görünmədiyindən yeni ştat cə dvəlinin təqdim olunması haqqında 25.*7.2*23-cü il tarixli, 13-1-18/3-58-3869/2*23 saylı ərizə ilə cavabdeh Mühafizə Departamentinə müraciət etmişdir. Lakin yeni ştat cədvəli ona təqdim olunmamış, həmin ərizəyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamış və bununla da cavabdeh Mühafizə Departament Əmək Məcəlləsinin 12-ci maddəsinin “e" bəndinin tələblərini aşkar şəkildə pozmuşdur. Eyni zamanda, ştat cədvəlini hər bir vasitə ilə gizlədən Mühafizə Departamenti 21.*7.2*23-cü il tarixdə ona 96 saylı məktubla iş təklifi barədə bildiriş təqdim edərək, vəzifəsinə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan bir neçə böyük mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştatları vakant olmasına baxmayaraq, tutduğu mütəxəssis kateqoriyasına aid vəzifədən 7 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu - atıcı (səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini bir daha nümayiş etdirmişdir. Bundan sonra isə xəbərdarlıq müddətinin gedişində Departament rəisi X2 ona təklif edilməmiş, yuxarıda göstərilən mütəxəssis kateqoriyasından olan vəzifələrə vakant vəzifə kimi kənardan, özünün şəxsi münasibətləri olan, əksəriyyəti pensiyaya çıxarılmış şəxsləri işə qəbul etmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b" bəndinə əsasən işəgötürən işçiyə yalnız xəbərdarlıq etdiyi gün deyil, həm də işçinin işdən çıxarılmasına qədərki bütün dövr ərzində mövcud olan boş iş yerləri haqqında məlumat verir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndi üzrə ləğv edildikdə məhkəmə işə bərpa haqqında mübahisəyə baxarkən işdən çıxarılmış işç inin işə düzəldilməsi imkanını aydınlaşdırmalıdır. İşçiyə əsasən boş olan bütün iş yerləri təklif edilməlidir. Ştat cədvəli ilə bağlı sonradan ona məlum olmuşdur ki, yeni təsdiq edilmiş ştat cədvəlində nəinki boş vəzifələr ləğv edilməmişdir, hətta əvvəlki ştat sayı ilə müqayisədə ümumilikdə Departament üzrə 1**-ə yaxın ştat vahidi artırılmış, şöbələrin sayı isə əksəriyyətinin adlarında dəyişikliklər edilməklə 5 şöbədən 6 şöbəyə çoxaldılmışdır. Cavabdeh Mühafizə Departamentinin rəhbərliyinə fəaliyyət istiqamətləri üzrə müvafiq dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidmətin Təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, onun tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən bir neçə “aparıcı mütəxəssis" və ya "mütəxəssis” vəzifələrindən birinə keçirilməsi təmin olunmasına dair 1 avqust 2*23-cü il tarixdə ərizə ilə rəsmi müraciət etmiş, lakin cavabdeh Mühafizə Departamenti bu müraciətinə də cavab verməmişdir. Eyni zamanda, hüquqlarının cavabdeh Mühafizə Departamentinın rəisi X2 tərəfindən dəfələrlə pozulması və ona qarşı qərəzli hərəkətləri barədə 1*.*8.2*23-cü il tarixli ərizələrlə müxtəlif vəzifəli şəxslərə müraciət etmiş, həmin müraciətlər baxılması üçün “Azərbaycan Dəmir Yolları'' QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC müraciətində göstərdiyi xüsusatları araşdırmaq, hüquqlarının pozulmasının və ona qarşı qərəzli hərəkətlərin qarşısının alınması ba xımından tədbirlər görmək əvəzinə, “Vətəndaşların müraciətləri haqqında" Qanunun 7.13-cü bəndinin tələblərinə zidd olaraq şikayətini araşdırılması üçün şikayət olunan şəxsə Mühafizə Departamentinin rəisi X1 göndərmişdir. T.Quliyev isə ərizəsində göstərilmiş xüsusatların təbii olaraq hər-hansı birini araşdırmadan, tutduğu ştat vahidinin ixtisar olunması və ona bu barədə xəbərdarlıq təqdim edilməsi haqqında məlumat vermişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh Departamentin 22.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6687/2*23 saylı əmrinin hər hansı hüquqi əsası olmamış və həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, müvafiq mübahisəli əmrin məzmunundan da görünür ki, əmrin yeganə əsası kimi ADY-nin müvafiq əmri ilə tutduğu ştat vahidinin guya ixtisar edilməsinə istinad o lunmuşdur. “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin bir struktur vahidi və ya həmin şöbənin böyük təlimatçı vəzifəsinin bir ştat vahidi kimi ixtisar edilməsinin zəruriliyini əsaslandıran hər hansı əmr və ya tənzimləyici akt olmamış, həmçinin mübahisəli əmrdə istinad edilən ADY-nin 13.*7.2*23-cü il tarixli əmri də yuxarıda qeyd edildiyi kimi hər hansı ştat vahidinin ləğv edilməsinin əsaslandırılması ilə əlaqədar deyildir. Cavabdeh Departament qanunun normasının tələblərinə riayət etməmiş ümumi sözlərə əsaslanaraq, sadə söz yığınından ibarət əmr vermiş və əsassız olaraq əmək müqaviləsini ləğv etmişdir. İşəgötürən qismində çıxış edən cavabdeh Departament heç bir ixtisar olmadığı halda ştat vahidlərinin adlarının dəyişməsini bəhanə etmiş, əmək hüquqlarını pozmuşdur. 16**-dən artıq kontin genti olan Departamentdə hamını öz vəzifəsinə uyğun vəzifələrə keçirdiyi halda onun da vəzifəsinə uyğun olan və xəbərdarlıq müddətində vakant olan kifayət qədər vəzifə olmasına baxmayaraq, hər hansı uyğun vəzifəyə keçirilməsini təmin etməmiş, ayrı-seçkiliyə yol vermiş, diqqətəlayiq halları qətiyyən nəzərə almamış və aşkar şəkildə qərəzli münasibət nümayiş etdirərək əmək müqaviləsini ləğv etmək haqqında əmr vermişdir.

10. Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli əmri ilə ADY-nin 2*23cü il üzrə ştat cədvəll əri təsdiq edilmişdir. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən, Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin böyük təlimatçısı ştatı ixtisar edilmişdir. Bundan sonra, qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nin mühafizə departamentinin 2* iyul 2*23cü il tarixli 87 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 21.*7.2*23-cü il tarixdə təqdim edilmiş, iddiaçı bildirişi imzalayaraq qəbul etmiş və bildirişlə tanış olmuşdur. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvə lcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Xəbərdarlıq müddəti ərzində 21 iyul 2*23-cü il tarixli 96 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı, həmçinin həmin bölmədə səyyar atıcı vəzifələri təklif edilmiş, lakin iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin iddiaçının tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 13 sentyabr 2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarışa əsasən "xxxx" QSC Mühafizə departamentinin X5 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Xəbərdarlıq müddəti bit dikdən sonra 22.*9.2*23-cü il tarixli 13-1-18/3-1*6687/2*23 nömrəli əmr ilə Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin böyük təlimatçısı İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 22.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Hazırkı mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam əməl edilmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunmasını tənzimləyir. Belə ki, əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğundan və müqavilə bağlamaq və ləğv etmək azadlığı qanunvericiliklə nəzərdə tutulmuş müə yyən tələblərə riayət etmək şərti ilə hər iki tərəfə məxsus olmuş və Əmək Məcəlləsinin 7*-ci maddəsində nəzərdə tutulan hallarda bu hüquqdan istifadə etmək imkanı işəgötürənə verilmişdir. Müşahidə edildiyi kimi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Həmin Məcəllənin 71-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 3**-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Bundan əlavə, Mühafizə departamentinin rəisi vəzifəsini X3 26.*7.2*23-cü il tarixə kimi müvəqqəti icra etmiş, 31.*7.2*23-cü il tarixdən isə həmin vəzif əyə təyin olunmuşdur. Həm müvəqqəti icra zamanı, həm də həmin vəzifəyə təyin olunduğu müddətdə X3 ADY sədrinin əmrinə əsasən işəgötürən səlahiyyətinə malik olub. Bu hissədə də iddia əsassız olduyğundan təmin edilməməlidir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2*24-cü il tarixli, 2(**6)586/2*24 nömrəli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə ilk öncə iddia tələbinin “ştat cədvəlinin təqdim edilməsi ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3869/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə 1 avqust 2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, işəgötürəni n iddiaçıya ünvanladığı 25.*8.2*23-cü il tarixli məktubu ilə "xxxx" QSC-nin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu böyük təlimatçı ştatının da ixtisar olunduğunu bildirilmiş, həmçinin ona qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərinin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin iş təklifindən imtina etdiyi göstərilmişdir. İşəgötürən 2*.*7.2*23-cü il tarixli 87 saylı xəbərdarlıqla ştatların ixtisarı barədə xəbərdar etmiş və 21.*7.2*23-cü il tarixli 96 saylı təkliflə işçiyə vakant v əzifə təklif etmiş, iddiaçının oxşar məzmunlu 25.*7.2*23-cü il tarixli, *1.*8.2*23-cü il tarixli və 1*.*8.2*23-cü il tarixli müraciətlərinə 25.*8.2*23-cü il tarixli məktubla cavab verilmişdir. Odur ki, iddiaçının bu hissədə iddiası tamamilə əsassız olmaqla təmin edilməməlidir.

13. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" QSC tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs T.Quliyevə göndərilməsinin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, QSC-nin 29.12.2*22-ci il tarixli əmri ilə Mühafizə departamentinin rəisinə rəhbərlik etdiyi struktur qurumları üzrə təyinatı ADY-nın sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nın adından işəgötürən səlahiyyətləri verilmişdir. Bu o anlama gəlmi şdir ki, ərizə cavablandıran dövrdə (25.*8.2*23-cü il) X2 Mühafizə departamentin sədri olmuş və həmin ərizənin araşdırılmaqla onun tərəfindən cavablandırılması tam qanuni əsaslarla həyata keçirildiyindən iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir.

14. Məhkəmə iddia tələbinin aparılmış ştat ixtisarının qanunsuz hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, X5 Komitəsi İddiaçı Nurəddin oğlunun 21.*7.2*23cü il tarixli 96 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. Həmçinin *3.*7.2*23-cü il tarixli QSC-nin Müşahidə Şurasının iclasının 2 saylı protokoluna əsasən QSC-nin yeni korporativ strukturunun və 2*23-cü il üzrə şt at cədvəlinin təsdiq edilməsinə dair razılıq verilmiş, QSC tərəfindən 13.*7.2*23-cü il tarixdə “2*23-cü il üzrə ştat cədvəlinin təsdiq edilməsi” barədə 13-1/3-5-22*11/2*23 saylı əmr verilmişdir. Göründüyü kimi ştatların ixtisarı QSC-nin müvafiq əmri ilə həyata keçirilməklə tam qanuni və əsaslı olmuşdur.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. İş materiallarında olan "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmada göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin korporativ strukturunun optimallaşdırılması və idarə etmənin təkmilləşdirilməsi məqsəd i ilə beynəlxalq masləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu ve stat cədvəlinin layihəsi hazırlanmışdır. Hazırda ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarətdir. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filial daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezide ntinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Eyni zamanda ADY-nin Müşahidə Şurasınn 2*21-ci il 11 iyun tarixli 2 nömrəli protokolu ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin X4 və mükafatlandırma komitəsi haqqında Əsasnamə"yə əsasən ADY-nin korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi adı çəkilən komitənin funksiyalarından biri kimi müəyyən olunmuşdur. Qeyd olunanlara uyğun olaraq, ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi üçün məsələyə Təyinat və mükafatlandırma komitəsinin iclasında baxılması məqsədəuyğ un hesab olunur.

17. Göründüyü kimi ştatların ixtisar olunmasına hüquqi əsaslandırma verilmiş, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmi sənədlərdə öz əksini tapdığından iddia tələbi bu hissədə də təmin edilə bilməz.

18. Məhkəmə iddia tələbinin cavabdeh QSC-nin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2*.*7.2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7.2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edib ki, əmək qanunvericiliyə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İstər müəssisə bölünə rkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilati-hüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər.

19. Məhkəmə iddiaçının həmin bildirişlərin “səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanması” dəlillərinə münasibətdə hesab etmişdir ki, onları imzalayan şəxs Tikrar Quliyev daha öncə yuxarıda adı çə kilən əmrə əsasən səlahiyyətli olmuşdur.

20. Məhkəmə iddia tələbinin “əmək müqavilənin ləğv edilməsi haqqında 22.*9.2*23cü il tarixli, 13-1-18/3-1*-6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, ştatların ixtisarı barədə QSC tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq və iş təklifi göndərilmişdir. Odur ki, 22.*9.2*23- cü il tarixli, 13-1-18/3-1*- 6687/2*23 saylı əmrin qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir.

21. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olm adığından, bu hissədə də iddia təmin edilə bilməz. Belə ki, iddia tələbində göstərilənlərin, o cümlədən onunla bağlı verilmiş əmrin ona qarşı qərəzli münasibət və hərəkətlər, əmr qəbul edilərkən və iş təklif edilərkən ona münasibətdə ayrıseçkiliyin edilməsi ilə əsaslandırmağa çalışmışdır. Bu halları sübutetmə yükü iddiaçının üzərində olduğundan iddiaçı qərəzli münasibətə dair fikrini belə ifadə etmişdir ki, yeni şöbədəki vəzifə təlimatları və funksiyaları ixtisar olunmuş şöbədə olan vəzifə təlimatları, funksiyalarla ilə eyni olduğu halda ona yeni yaradılmış şöbədə tutduğu vəzifəyə uyğun deyil, təhsili, stajı və peşəkarlığı nəzərə alınmadan 7 pillə aşağı vəzifə təklif edilmişdir. Məhkəmə proseslərində "xxxx" QSC-nin Mühafizə departamentinin 13.*7.2*23-cü il və ondan əvvəlki, *7.*2.2*23-cü i l tarixli ştat cədvəllərində vəzifələrin adları ilə və “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi"-nin işçilərinin 2*17-ci il və 2*2*-ci il tarixli vəzifə təlimatları ilə hazırkı “Xidmətin təşkili" şöbəsinin işçilərinin 2*23-ci il tarixli vəzifə təlimatları müqayisə edildikdə vəzifələrin və əmək funksiyaların fərqli olması aşkar edildi.

22. Həmçinin iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.

23. İşin halları ilə müəyyən olunmuşdur ki, cavabdeh müəssisədə ümumilikdə xeyli saylı işçi ixtisar prosesinə cəlb edilmiş və cavabdehin nümayəndələrinin iclaslarda səsləndirdiyinə görə ixtisar prosesinə cəlb edilmiş iddiaçının d a işlədiyi şöbədəki işçilərdən yalnız iddiaçı və ixtisar edilmiş şöbənin rəisi yeni iş təklifini qəbul etməmişlər. Bu səbəblə də iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyi müəyyən edilməmişdir. Məhkəmə iclasları zamanı da iddiaçı məhkəmə iclasında onunla əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona digər vəzifənin təklif edilməsini sahib olduğu təhsilinə, stajına, peşəkarlığına uyğun olmadığı üçün qəbul etməkdən qəti imtina etdiyini bildirmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 7*, 71.3, 77 və 3**-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir.

26. Apellyasiya şikayətində qeyd edilmişdir ki, yeni ştat cədvəlinin təqdim edilməsi ilə bağlı 25.*7.2*23-cü il tarixdə cavabdeh Departamentə təqdim etdiyi ərizəyə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Həmçinin uyğun vəzifəyə keçirilməsi ilə əlaqədar *1.*8.2*23-cü il tarixdə cavabdehə verdiyi ərizəyə də cavabdeh hər hansı cavab verilməmişdir. Lakin məhkəmə qətnamədə heç bir əsası olmadan qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verilmişdir. İş materiallarından da göründüyü kimi işəgötürənin “ixtisar” adlandırdığı proseslərin əsasını təşkil edən, ixtisarla əlaqədar olan hər hansı əmr və ya hüquqmüəyyənedici akt mövcud deyildir. Azərbaycan Respublikasını n Ali Məhkəməsi 2(1*2)-2996/2*23 saylı, 17.1*.2*23 tarixli qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı), ştatların ixtisarı dedikdə isə konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Lakin ləğv edildiyi söylənən “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin həyata keçirdiyi vəzifələri tam şəkildə indiki “Xidmətin təşkili” şöbəsi eynisi ilə icra edir. Bu isə şöbənin ştatlarının ləğv edilməsinə (ixtisarına) deyil, ştatlarının adlarının dəyişməsinə dəlalət edir. Şöbə əməkdaşlarının sayının 6 nəfərdən 7 nəfərə çoxalmas ını (i.m. olan *7.*2.2*23-cü il tarixli əvvəlki və 13.*7.2*23-cü il tarixli yeni ştat cədvəllərinin müqayisəsi) da nəzərə alınsa aydın şəkildə görünər ki, qeyd edilən şöbəyə münasibətdə hər hansı ixtisar aparılmamışdır və ya aparıldığı söylənən ixtisar real deyildir. Aydındır ki, şöbənin və ştatların yalnız adlarının dəyişməsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinin təsiri altına düşmür. İşçi kimi hüquqlarının Departament rəisi T.Quliyev tərəfindən dəfələrlə pozulması və ona qarşı qərəzli hərəkətləri barədə 1*.*8.2*23-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına və "xxxx" QSC-nin sədrinə müraciət etmiş, müvafiq şikayət ərizələri baxılması üçün digər instansiyalardan "xxxx" QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC şikayətində göstərdiyi xüsusatları araşdırmamış, şikayət ərizəsini araşdırılması üçün şikayət olunan şəxsin özünə - Mühafizə Departamentinin rəisi T.Quliyevə göndərmişdir. T.Quliyev isə özü haqqında olan şikayətə 25.*8.2*23-cü il tarixli məktubla özünə məxsus, şikayətin mahiyyətinə uyğun olmayan cavab məktubu ilə ona məlum olan hallar haqqında məlumat vermişdir (sübut: i.m.olan 1*.*8.2*23-cü il tarixli şikayət ərizəsi və 25.*8.2*23-cü il tarixli cavab məktubu). Məhkəmə isə qətnamənin əsaslandırıcı hissəsində heç bir əsası olmadan qeyd etmişdir ki, "xxxx" QSC-nin 29.12.2*22- ci il tarixli əmri ilə Mühafizə departamentinin rəisinə rəhbərlik etdiyi struktur qurumları üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-n in adından işəgötürən səlahiyyətləri verilmişdir. Tutduğu ştat vahidinin ixtisar edilməsi barədə xəbərdarlıq aldığı gün (22.*7.2*23-cü il) əmək funksiyası və vəzifələri ilə tam uyğun olan 7 ştat vahidi vakant olduğu halda (i.m. olan 13.*7.2*23-cü il tarixli yeni ştat cədvəli və yeni işçilərin işə qəbul əmrləri) və həmin ştat vahidlərindən hər hansı biri ona təklif edilmədiyi halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmış hesab edilə bilməz. Göründüyü kimi qanunun norması boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsi üçün yalnız bir dəfə 3 aylıq dövr tanımaqla bu dövr bitdikdən sonrakı tədbirləri tənzimləyir. Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq üzrə müavini T.Quliyev ADY sədrinin *1.*3.2*23-c ü il tarixli, 13-1/317-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən 3 aylıq icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.Quliyev isə qanunazidd şəkildə işəgötürən qismində çıxış etməyə davam edərək 87 saylı xəbərdarlığı (2*.*7.2*23-cü il) və 96 saylı iş təklifi bildirişini (21.*7.2*23-cü il), onun bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalayaraq təqdim etmişdir. ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri ikinci dəfə 3 aylıq müddətə (*5.*9.2*23-cü il tarixədək) yenidən verilsə də düşünür ki, sonuncu əmr ƏM-in 61.3-cü maddəsinin tələblərini pozmaqla verilmişdir (sübut: i.m. müvafiq əmrlər, 87 saylı xəbərdarlıq və 96 saylı iş təklifi bildirişi). Həmin sonuncu əmr və bu əmrin verdiyi səlahiyyətlər qanuni hesab edilməməli və qanuni səlahiyyətlərə malik olmayan işəgötürən tərəfindən imzalanaraq təqdim edilmiş xəbərdarlıq və iş təklifi bildirişi məhkəmə tərəfindən etibarsız hesab edilməli idi. Lakin məhkəmə ƏM-nin həmin imperativ normasının cavabdeh tərəfindən kobud surətdə pozulmasına münasibət bildirməmiş, bununla da cavabdehin qanunsuz mənafeyinə uyğun mövqe nümayiş etdirmişdir. Xəbərdarlıq müddətində isə cavabdeh əvvəllər heç bir zaman Dəmir yol strukturlarında işləməmiş, əksəriyyəti pensiyaçı olan şəxslərlə əmək müqavilələri bağlayaraq onları işə qəbul etmiş, bundan sonra isə onunla bağlanmış əmək müqaviləsini ləğv edərək həm qərəzli şəkildə ayrı-seçkiliyə yol vermiş, həm də hüquqdan sui-istifadənin qadağan edilməsi prinsipini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən ləğv edildiyi söylənən “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin həyata keçirdiyi vəzifə və funksiyalarla indiki “Xidmətin təşkili” şöbəsinin həyata keçirdiyi vəzifə və funksiyaların eyni olmasını bir neçə dəfə məhkəmənin nəzərinə çatdırsa da, hakim təqdim edilmiş faktiki halın araşdırılmasına meyl etməmişdir. Məhkəmə təqdim etdiyi, işin obyektiv nəticəsi üçün mühüm əhəmiyyətli çoxsaylı sübutların əksəriyyətini qiymətləndirməmiş, lakin cavabdehin təqdim etdiyi ixtisarla bağlı məzmununda hər-hansı söz və ya ifadə qeyd olunmamış “Müşahidə Şurasının iclas protokolundan çıxarış”ı və "xxxx" QSC sədrinin 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 saylı əmrini ixtisarların aparılmasının əsası kimi qiymətləndirmiş və cavabdehin “hüquq i əsaslandırma” adlandırdığı, hətta kim tərəfindən tərtib edildiyi belə göstərilməyən, hər-hansı təsdiqləmə aktı (imza, möhür və s.) ilə təsdiqlənməyən kağıza istinad etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-3639/2*24 nömrəli, 24 iyun 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışınski - məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədəın saxlanılmışdır.

28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilməmiş və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmədiyin dən sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilməmişdir.

29. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, qeyd etmişdir ki, iddiaçı hər bir cavabdehə qarşı yönələn tələbi dürüst təsnif etməyərək, o cümlədən hüquqi şəxs qismində hüquq (fəaliyyət) qabiliyyəti müəyyən edilməyən cavabdeh "xxxx" QSC Mühafizə Departamentinə qarşı tələb irəli sürmüşdür. Qeyd edilməlidir ki, ərizələr üzrə işəgötürənin və yaxud onun vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsi müvafiq qurumların səlahiyyətlərinə aid inzibati xəta haqqında, habelə cinayət əməli üzrə araşdırmanın predmeti olmuşdur. Həmçinin iddiaçı tələbinin – «aparılmış ştat ixtisarının qanunsuz hes ab olunması; cavabdeh «Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2*.*7.2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7 2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*-6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun Cəmiyyətin Mühafizə Departamentınin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili şöbəsi»nin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması» hissələrində ümumi 13.*7.2*23-cü il tarixli ixtisar barədə əmri mübahisələndirmədən, ixtisarın prosedurunu mübahisələndirmiş, habelə mövcud olmayan vəzifəyə bərpa edilməsi, əslində isə başqa bir vəzifəyə təyin edilməsi kimi mücərrəd tələblər irəli sürmüşdür. Qeyd edilməlidir ki, ümumi 13.*7.2*23-cü il tarixli ixtisar barədə QSC-nin sədri tərəfindən imzalanan əmrdə bütün səlahiyyətlər müəyyən edilmiş, o cümlədən müvafiq struktur bölmələrə aidiyyəti üzrə səlahiyyətlər əmr edilmişdir. Yəni, ümumi 13.*7.2*23-cü il tarixli ixtisar barədə QSC-nin sədri tərəfindən imzalanan əmr mübahisələndirilmədiyindən bu əmr əsasında edilən hərəkətlərin müzakirəsi prosessual cəhətdən yolverilməzdir.

30. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 11, 42, 71.1, 76.2, 77.1, 78.1, 79 və 3**.1-ci, Mülki Məcəllənin 43.1, 44.1, 44.2, 49.1, 49.2, 54.2, 54.3, 54.5 və 54.5ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a ) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

34. Maddə 11 (bənd “ə”). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

35. Maddə

42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən h eç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

36. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

37. Maddə 71 (hissə 1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

38. Maddə 76 (hissə 2). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

39. M addə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 7*-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; -beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsə di ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvi m həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

40. Maddə 78 (hissə 1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

41. Maddə

79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

42. Maddə 8* (hissə 1). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

43. Maddə 3** (hissə 1). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı ma ddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə ist inad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla yanaşı, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-3639/2*24 nömrəli, 24 iyun 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar