Məhkəmə qərarları › İş №2(102)-405/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-405/2020

31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-405/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qət naməsi ilə (hakim P.Hüseynov) iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia təmin edilmiş, X3 mülkiyyətində olan Naxçıvan şəhəri 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evi üzərində ipotekaya xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ə.Şadıyev, hakimlər Q.Allahverdiyev və İ.Xələfov) cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidə n apelyasiya qaydasında baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və İ.Xəlilov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 5 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericili yinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Naxçıvan şəhəri 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X1 Cavabdeh ASC-nin Şərur rayon filialına olan 223866 manat 72 qəpik məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlərin tutulub Cavabdeh ASC-nin Şərur rayon filialının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Naxçıvan şəhəri 20-ci məhəllədə 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 ota qlı, 85,55 kv.m yaşayış sahəsindən ibarət 95A nömrəli fərdi yaşayış evinə yönəldilib açıq hərracdan satılması və əldə olunan vəsaitdən kredit borcunun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Eyni zamanda iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən Naxçıvan şəhər İcra Bölməsinə, Cavabdeh ASC-nin Şərur rayon filialına və X2 ünvanlanmış xx xxxxx 2015-ci il tarixli bildirişdə Şərur rayon İcra Bölməsinin xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən fərdi yaşayış evi ilə bağlı hərracın ilkin satış qiyməti 130000 manat olmaqla xx xxx 2015-ci il tarixdə saat 10:00-da X5 Auksion Mərkəzi, Heydər Əliyev pr.6 ünvanında keçiriləcəyi göstərilmişdir. Bundan başqa iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Auksion Mər kəzi tərəfindən Naxçıvan şəhər İcra Bölməsinə, Cavabdeh ASC-nin Şərur rayon filialına və X2 ünvanlanmış xx xxxx 2015-ci il tarixli bildirişdə Şərur rayon İcra Bölməsinin xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən fərdi yaşayış evinin hərracının ilkin satış qiyməti 110500 manat olmaqla xx xxxx 2015-ci il tarixə saat 10:00-a Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə təyin olunduğu bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X7 Komissiyasının baş tutmamış hərracın xx xxxx 2015-ci il tarixli yekun protokolunda satılması üçün sifariş verilmədiyindən fərdi yaşayış evinin satılmamış hesab olunduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X6 şəhər İcra Bölməsinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubda fərdi yaşayış evinin ilkin və təkrar hərraca çıxarıldığı, lakin alıcı olmadığından satılmadığından, “İpoteka haqqında ”Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən müvafiq tədbirlərin görülməsi üçün sənədlərin icra bölməsinə qaytarıldığı göstərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haq qında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraa tı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İş materiallarından görünür ki apellyasiya instansiyası məhkəməsi hərracla bağlı bildirişlərin, o cümlədə ipoteka predmetini əldə etməklə bağlı məktubun Cavabdeh ASCnin Şərur rayon filialına çatmasını, habelə hərrac baş tutmadıqdan sonra evin tələbkara təklif olunmasını təsdiq edən sübutlar (xəbərnamə, çatdırılmanı təsdiq edən sair sənəd) barədə sorğu vermiş, lakin Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi, Naxçıvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim olunmamışdır. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, Cavabdeh ASC-nib hazırkı iddia tələbinin təmin edilməsinə etirazı ondan ibarətdir ki, ipoteka predmetinin əldə edilməməsi ilə bağlı onlara məktub çatdırılmamışdır. Görün düyü kimi işin qeyd edilən halları İddiaçı iddiasının təmin edilməsini istisna edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar