Məhkəmə qərarları › İş №2(102)-4053/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4053/2019

20.06.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4053/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili X2 və 3-cü şəxs “X10 LTD” MMC-nin vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli, 2(103)-6414/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki i şə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 20.11.2017-ci il tarixli, 2(006)-6365/2017 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və “xxxx” MMCnin direktoru X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və s” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və “xxxx” MMC-nin direktoru X3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və “xxxx” MMC-dən müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 xeyrinə ******* manatın və 50000 ABŞ dolları əsas borcun tutulması, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və “xxxx” MMC-nin E ünvanında tikilən qaraj və qeyri-yaşayış sahəsindən ibarət binadan 150 maşınlıq qaraj yerinin Cavabdeh1 və Cavabdeh2 istifadəsinə təhvil vermələri və lazımi sənədləşdirmə aparılması öhdəliklərini icra etmələri, E ünvanında tikilən qaraj və qeyriyaşayış sahəsindən ibarət binadan 2950.85 kv.m olmaqla qeyri-yaşayış sahəsini tikib Cavabdeh1 6 ay ərzində təhvil verilməsi öhdəliyini icra etmələri, E küçəsində inşa edilmiş 3 mərtəbəli ofis binasının tikintisini başa çatdıraraq Cavabdeh1 6 ay ərzində təhvil verilməsi öhdəliyini icra etmələri, E ünvanında tikilən qaraj və qeyri-yaşayış sahəsindən ibarət binadan 2950.85 kv.m olmaqla qeyri-yaşayış sahəsini tikib Cavabdeh2 6 ay ərzində təhvil verilməsi öhdəliyini icra etmələri, E ünvanında inşa edilən blok XXİ saylı çoxmənzilli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 723, 724 saylı 285. kv.m sahəsi olan m ənzilin Cavabdeh1 istifadəsinə təhvil vermələri və lazımi sənədləşdirmə aparılması öhdəliyini icra etmələri, E ünvanında tikilən qaraj və qeyri-yaşayış sahəsindən ibarət binadan, E küçəsində inşa edilmiş 3 mərtəbəli ofis binasından, E ünvanında inşa edilən blok XXİ saylı çoxmənzilli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 723, 724 saylı 285. kv.m sahəsi olan mənzildən Cavabdeh1 və Cavabdeh2 başqa cavabdehlərin və digər şəxslərin həmin binalar və mənzillə bağlı hər hansı öhdəlik, özgələşdirmə vəzifəsi yaradan əqdlər bağlanması, tikinti işlərinə və iddiaçıların həmin sahələrə sərbəst daxil olmalarına maneəçilik yaradılmaması və imkan verilməməsi və hüquqlarının ötürülməsi üçün sənədləşdirmədən imtina edilməsinin cavabdehlər İddiaçı1 və “xxxx” MMC-nə qadağan edilməsi qət edilmişdir. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) xxx il tarixli, 2(103)-6414/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxslər X5 və “X10 LTD” MMC-nin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin olunaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli, 2(006)-6365/2017 nömrəli qətnaməsinin X4 və “X10 LTD” MMC-nin mübahisələndirdikləri hissələrdə, yəni “E ünvanında tikilən qaraj və qeyri-yaşayış sahəsindən ibarət binadan 150 maşınlıq qaraj yerinin İddiaçı1 və “xxxx” MMC tərəfindən qarşılıqlı iddiaçıların istifadəsinə təhvil verilməsi və lazımi sənədləşdirmə aparılması öhdəliyinin icra edilməsi, E ünvanında tikilən qaraj və qeyri-yaşayış sahəsindən ibarət binadan 2950.85 kv.m olmaqla qeyri-yaşayış sahəsini, E k üçəsində inşa edilmiş 3 mərtəbəli ofis binasını tikib 6 ay ərzində Cavabdeh1 təhvil verilməsi və E ünvanında inşa edilən blok 21 saylı çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqlı, 723, 724 saylı 285. kv.m sahəsi olan mənzilin Cavabdeh1 istifadəsinə təhvil verilməsi və lazımi sənədləşdirmə aparılması öhdəliyinin icra edilməsi, E ünvanında tikilən qaraj və qeyriyaşayış sahəsindən ibarət binadan 2950.85 kv.m olmaqla qeyri-yaşayış sahəsini tikib Cavabdeh2 6 ay ərzində təhvil verilməsi öhdəliyinin icra edilməsi, həmin əmlaklardan (qarajlar, qeyri-yaşayış sahələri, ofis binası və mənzillər) Cavabdeh1 və Cavabdeh2 başqa cavabdehlərin və digər şəxslərin həmin binalar və mənzillə bağlı hər hansı öhdəlik, özgələşdirmə vəzifəsi yaradan əqdlər bağlanması, tikinti işlərinə və iddiaçıların həmin sahələrə sərbəst daxil olmalarına maneəçilik yaradılmaması və imkan verilməməsi və hüquqlarının ötürülməsi üçün sənədləşdirmədən imtina edilməsinin İddiaçı1 və “xxxx” MMC-nə və digər şəxslərə qadağan edilməsi” tələblərinin təmin edildiyi hissələrdə ləğv edilməsi, həmin hissələrdə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, Q.Əsgərov, S.Hacıyev) 21.01.2019-cu il tarixli, 2(102)-453/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli, 2(103)-6414/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli, 2(103)-6414/2018 nömrəli qətnaməsinin kassatorlara münasibət də dəyişdirilmədən saxlanması qərara alınmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və baxılması üçün 20.06.2019-cu il tarixə saat 11:25-ə təyin edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəməyə kassasiya şikayətindən imtina etməsi barədə ərizə ünvanlayaraq, kassasiya şikayətindən imtina etdiyini bildirib, imtinasının qəbul edilməsini və kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili X6 mənafeyini müdafiə etdiyi kassatorun ərizəsini müdafiə edərək, məhkəmədən kassas iya şikayətindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs “X10 LTD” MMC-nin vəkili R kassasiya şikayətindən imtinanın qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam ver ilir. Həmin Məcəlləsinin 410.3-cü maddəsinə əsasən, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindən imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 410, 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar