Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4066/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4066/2023 (Açar sözlər: nikahın pozulması, uşağın himayəyə verilməsi, aliment, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların alınıb verilməsi, aliment və əmlak bölgüsü” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-482/2023 nömrəli, 06 iyun 2023 -cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) və Cavabdeh (Vəkil Nümayəndə) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan onların xx.xx.2008-ci il tarixdə Nihad və xx.xx.2013-cü il tarixdə Şəhla adlı uşaqları doğulmuşdur.
2. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqlar hazırda atanın – cavabdehin yanında yaşayırlar.
3. Azərbaycan Respublikası DİN Baş Dövlət Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin 34818-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, DİN Baş Dövlət Polis İ darəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2018-ci il tarixdən “Mersedes Benz E200” minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastırı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixli, 4Ə2462 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adma qeydiyyata alınmış və buna dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların alınıb verilməsi, aliment və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında olan 06 avqust 2007-ci il tarixli nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında saxlanılmaqla cavabdehdən alınıb ona verilməsi, həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə cavabdehdən tutulması və ünvan 1 ünvanda yerləşən mənzilin, “Mersedes Benz E200 minik” markalı **-SV-*** dövlət nömrə nişanlı avtomaşının paylarının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehlə birlikdə yaşamaları mümkün olmadığından nikahlarını pozmaq qərarına gəlmişdir. Sonuncu dəfə 2022-ci ilin martın 14-də baş vermiş növbəti döyülmədən sonra evdən çıxmağa məcbur olmuşdur. Döyülməsi ilə bağlı polisə məlumat vermiş, hazırda cinayət işi istintaq şöbəsinin icraatındadır. 14 mart 2022-ci il tarixdə evdən çıxarkən cavabdeh və atası uşaqları götürməyə imkan vermədilər və zorla uşaqları əlindən almışlar. O, artıq bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətində uşaqları müdafiə komissiyasına müraciət etmiş və araşdırma aparılmaqdadır. Cavabdehin bütün zorakılıqlarını görmüş uşaqlar hal hazırda böyük təzyiq altındadır. Belə bir şəxsdə azyaşlı uşaqlar saxlanıla bilməz, tez bir halda uşaqlar ondan alınaraq ona verilməlidirlər. Uşaqları saxlamaq cavabdehin borcudur. Ona görə də ondan uşaqlar saxlanması üçün aliment alınmalıdır. Cavabdeh maşın alveri ilə məşğul olur və uşaqları saxlamaq üçün kifayət qədər maddi imkana malikdir. Uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən ayda hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Birgə nikah dövründə ümumi vəsait hesabına cavabdeh tərəfən ünvan 2 ünvanda yerləşən mənzil “Mersedes Benz E200 minik” markalı **-SV-*** dövlət nömrə nişanlı avtoma alınmışdır. Bu əmlaklar onların birgə ümumi mülkiyyətləri olduğu və həmin əmlakda payları bərabər olduğu üçün, həmin əmlaklarda 1/2 payları müəyyən edilməlidir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izah at verərək bildirmişdir ki, iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 2 uşaqları olmuşdur, əvvəllər mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş, birgə yaşamaları mümkün deyildir. Uzun müddətdir ayrı yaşayırlar, cavabdehlə bir yerdə yaşamaları mümkün deyil, ona görə onlara vaxt vermədən boşanmağa razıdır. Birgə nikahdan olan həmin uşaqlarının onun himayəsində qalmasını istəyir. İddianın əmlakla bağlı hissəsi əsasızdır.
8. Birinci instansiya məhkəməsinin iclasında Ağdam rayon Xındırıstan kəndi tam orta məktəbində psixoloqu vəzifəsində işləyən X1 iştirakı ilə yetkinlik yaşina çatmayan Nihad dinlənilmiş və o, bildirmişdir ki, anası və atasını istəyir, hazırda bacısı və qardaşı ilə birlikdə atalarının yanında olurlar. Hər iki valideynini ist əsə də, lakin atası Cavabdeh yanında qalmaq istəyir.
9. Birinci instansiya məhkəməsinin iclasında Ağdam rayon Xındırıstan kəndi tam orta məktəbində psixoloqu vəzifəsində işləyən X1 iştirakı ilə yetkinlik yaşina çatmayan Şəhla dinlənilmiş və o, bildirmişdir ki, anasını istəyir. Hazırda qardaşı ilə birlikdə atasının yanında olur və anasının yanında qalmaq istəyir.
10. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” Komissiyasının birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022ci il tarixli, 284 saylı rəyində qeyd olunmuşdur ki, komissiya tərəflərin izahatlarını uşaqların yaşını, fikirlərini hazırda daha çox ana qayğısına ehtiyacları olması nəzərə alaraq, lakin digər valideyin ilə ünsiyyətə maneəçilik törədilməməsi şərti ilə, xx.xx.2008-c i il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqların anaları İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir.
11. Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 1162 nömrə ilə qeydiyyata alınmış nikah aktı qeydinin pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları analarının yanında saxlanılması və həmin uşaqların cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, Nihad və Şəhla adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində al imentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının Nihad və Şəhlanın cavabdehdən alınaraq iddiaçının himayəsinə verildiyi vaxtdan başlanılması, tərəflərin birgə nikah dövründə, ümumi vəsaitləri hesabına əldə edilmiş ünvan 3 ünvanda yerləşən mənzilə və “Mersedes Benz E200 minik” markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçının payının 1/2 (ikidə bir) hissə ilə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi, tərəflər arasında bağlanmış nikahın pozulmalı olmasını uşaqların analarının yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqların yetkinlik yaşına çatanadək saxl anılması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir.
13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, uşaqların sağlam inkişaflarının və onların artıq vərdiş etdiyi şəraitdə anası ilə birlikdə yaşamasının təmin olunması baxımından, həmçinin onların daha çox ana qayğısına ehtiyacları olması önə çəkilərək həmin uşaqların anasının yanında qalması onların qanunla qorunan mənafelərinə uyğundur.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, uşaqlar hal-hazırda cavabdehin yanındadır, ona görə də alimentin tutulması uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə eyni vaxtda tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin əmlakın 1/2 hissədə bölünməsi hissəsini də əsaslı hesab edərək təmin etmişdir.
16. Biri nci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 37.1 75, 78.1, 100.1, 100.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında saxlanılması və həmin uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi, uşaqların saxlanılması üçün iddiaçının himayəsinə verildiyi tarixdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması, birgə n ikah dövründə əldə olunan ünvan 4 ünvanında yerləşən mənzilə və “Mercedes Benz E200 minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların atadan alınaraq anasının himayəsinə verilməsi hissəsində nə o, uşaqların anasına verilməsini, nə də uşaqlar ananın himayəsində yaşamağı istəmirlər. Lakin, məhkəmə tərəfindən heç bir əsas olmadan iş iddia tələbinin bu hissədə tam təmin olunması barədə qətnamə ilə yekunlaşmışdır. Belə ki, hazırki iş üzrə məhkəmə öz qətnaməsində də qeyd etmişdir ki, Nihad atanın yanında qalmaq istəyir. Nihad kifayət qədər yaşa malik, 14 yaşı tamamlamış bir uşaqdır. Öz iradə ifadəsini kifayət qədər səlis bir formada ifadə etməyi də bacarmışdır. Həmin nüansda isə konkret olaraq uşaq atanın yanında qalmaq istədiyini açıq şəkildə ifadə etmişdir. Şəhlaya dair hissədə məhkəmə iclasa dəvət olunmuş psixoloq, konkret olaraq Ağdam Rayon Xındırıstan kənd orta məktəbində psixoloq vəzifəsində işləyən X1 vasitəsilə törədilmiş olan təsirləri nəzərə almamış, müəllim psixoloqun sadəcə olaraq uşaqların dindirilərkən yanında olmalı olduqlarını nəzərə almayıb, əksinə olaraq uşaqlarla psixoloqun təklikdə görüşünə şərait yaratmış və daha sonra övladları Nihad və Şəhlanın da ona bildiriyinə əsasən qeyd etmişdir ki, psixoloq uşaqlara təkidlə hakim soruşanda ananın yanında qalmaq istədiyini bildirmələrini vurğulamışdır. Artıq bu məsələnin də araşdırılması üçün tərəfindən müvafiq orqa nlara müraciətlər edilmişdir. Daha sonra məhkəmə prosesində vəkil tərəfindən 2 dəfə məhkəmə psixoloji ekspertizası təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən bu vəsatətlər təmin edilməmişdir. Dindirilmə zamanı uşaqların yanında olmalı olan psixoloqun 3 dəqiqə görüşüb uşaqlarla konfidensial ünsiyyət aparılmış və ziddiyyətli şəkildə psixoloq tərəfindən cavabdeh olaraq ona qarşı çox kəskin ittihamlar səsləndirilmişdir. Bu isə psixoloqun da uşaqların anasına verilməsində maraqlı olması anlamına gəlir. Uşaqlar artıq uzun müddətdir ki, onun yanındadırlar və onunla yaşamaqdan da çox xoşbəxt olduqlarını davamlı olaraq ifadə edirlər. İddia tələbinin əmlaklarla bağlı olan hissəsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında avtomobillə bağlı sual verildikdə cavabd eh avtomobilin markasını və rəngini belə səhv demiş, ümumiyyətlə bu avtomobilin mövcudluğu barədə məlumatı olmamasını sadəcə etiraf etməmişdir. O, avtomobil ticarəti ilə məşğul olan şəxsdir və dəfələrlə bununla bağlı alqı-satqı etdiyi avtomobillər mövcuddur. Qeyd olunan iddiaçının rəngini və markasını bilmədiyi, amma guya onun, yəni həyat yoldaşının olan avtomobili o, uzun illər əvvəl başqa bir şəxsə etibarnamə ilə sahiblik istifadəsinə vermişdir. Lakin həmin şəxsin əmlakı öz adına rəsmiləşdirməməsi, hazırki gündə əmlakın bölgüsü baxımından iddianın təmin edilməsinə gətirib çıxarmışdır. Mübahisəli avtomobil başqasının mülkiyyətidir sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə-psixoloji ekspertizası təyin edilərək müvafiq rəy alınmışd ır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11/105 nömrəli, 18 aprel 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları Cavabdeh və anaları İddiaçı eyni dərəcədə bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət ümosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalmasında narahat olmaq) müəyyən olunur. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar p sixoloji təsir əlamətləri müəyyən olunmur.
20. Apellyasiya instansiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, avtomaşın alğı-satqısı ilə məşğuldur, aylıq qazancı 1.000-1.500 ABŞ dolları civarındadır. İddiaçı isə işsizdir. Uşaqların hər ikisinin onun yanında saxlanılmaları uşaqların mənafeyinə daha uyğundur Həmçinin, uşaqların ona veriləcəyi təqdirdə onun İddiaçı aliment tələbi olmayacaqdır. Apellyasiya şikayətinin təmin edilməsini, əmlak və uşaq tələbi hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmənin suallarına cavab olaraq isə bild irmişdir ki, Cavabdeh avtomaşın alğı-satqısı ilə məşğuldur. Kənanın hər hansı bir avtomaşını alıb satmasından onun məlumatı olmur. Bu işlərdə onun iştirakı olmur. “Mersedes Benz E200” minik markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilin alınmasından məlumatı olmamış, həmin avtomaşından heç zaman Kənanla birlikdə istifadə etməmişlər.
22. Apellyasiya instansiya məhkəməsinin iclasında dinlənilmiş xx.xx.2008-ci il təvəllüdlü Nihat atası ilə qalmaq istədiyini bildirmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin iclasında dinlənilmiş xx.xx.2013-cü il təvəllüdlü Şəhla hər iki valideyninin yanında qalmaq istədiyini, ancaq anasının yanında qalmağa daha çox meylli olduğunu, həmçinin işə birinci instansiya məhkəməsində baxılarkən onun anası ilə qalmaq istəməsi barədə fikir bildirərkən sərbəst ol duğunu, ona heç kəsin təsir etmədiyini bildirmişdir.
24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-482/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış Nihadın iddiaçının yanında saxlanılması və həmin uşağın cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, Nihadın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və “Mersedes Benz E200” minik markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçının payının 1/2 (ikidə bir) hiss ə ilə müəyyən edilməsi” hissələrində ləğv edilmiş, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddia rədd edilmiş, tərəflərin birgə nikahından 05 may 2008-ci il tarixdə doğulmuş Nihadın cavabdehin yanında saxlanılması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mövcud vəziyyətdə azyaşlı Nihad və Şəhla adlı uşaqların məcburi şəkildə bir valideyndən alınaraq digərinə verilməsi onların mənafeləri baxımından yolverilməzdir. Belə ki, ailə qanunvericiliyinin normaları baxımından bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə ve rilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Odur ki, Nihad adlı uşağın anasının yanında qalması barədə qərar qəbul edərkən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
26. Məhkəmə kollegiyası həmçinin, tərəflərin birgə nikahından anadan olmuş uşaqları Şəhlanın iddiaçının yanında qalması və onun saxlanılması üçün 150 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehdən tutulmalı olan alimentin hər ay 150 manat sabit pul məbləğində m üəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmalı olması qənaətinə gələrkən kollegiya iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyini də nəzərə alır.
27. Məhkəmə kollegiyası cavabdehin “Mersedes Benz E200” minik markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomobil üzərində payların müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçı apelyasiya məhkəməsinin iclasında cavabdehin şikayətinin dəlilərini təsdiq etmiş, onun “Mersedes Benz E200” minik markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomaşının alınmasından məlumatsız olmasını bildirmişdir. Hər iki tərəfin məhkəməyə bildirdiklərindən işin faktiki halı kimi müəyyən olunur ki, həmin avtomaşın Cavabdeh alver etmək məqsədi il ə İddiaçı iştirakı olmadan aldığı avtomaşındır və həmin avtmaşının tərəflərin ümumi əmlakı sayılması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini həmin hissədə əsaslı hesab etmiş və belə qərara gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsi, ünvan 3 ünvanda yerləşən mənzilinin tərəflər arasında 1/2 paylarda bölünməsi hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış və apellyasiya şikayətində cavabdehin həmin mənzilin ona məxsus olmaması, formal olaraq onun mülkiyyətində olması ilə bağlı dəlilini əsas sız hesab etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 37.1, 49.2, 49.3, 50, 52, 60.2, 60.4, 73.2, 78.1, 78.2, 78.3, 100.1, 100.2-ci maddələrinə, Mülki Məcəllənin 139.1, 140, 223.3, 225.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 5 və 19-cu maddəsinə və Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 77.1, 78.1, 81, 88, 106.1, 217.3, 218.1, 388 və 389-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı (Vəkil2) və cavabdeh (Vəkil Nümayəndə) kassasiya şikayətləri verəmişlər.
31. İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasi ya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ilə birgə nikahdan anadan olan uşaqlardan Nihad cavabdehin himayəsinə verilsə də, hər iki uşaq onun himayəsində olmalıdır. Uşaqlar onun himayəsinə verildidikdən sonra uşaqlarını saxlamaq onların borcudur. O, bu borcu layiqincə yerinə yetirmək üçün bütün ömrünü onlara həsr edəcək. Çünki uşaqlar onunm həyatda yaşama səbəbləridir. Ona daha çox ehtiyacı olan övladlarını ayrı saxlamaqla cavabdeh tək ondan yox, uşaqlarından qisas almış olur. Bir sözlə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə atasına verilmiş 05 may 2008-ci il tarixdə doğulmuş Nihadın mənafeyi naminə onun da anasına verilməsini, anasınınm qayğısına daha çox ehtiyac olduğunu və həmçinin bacısı ilə birlikdə böyümələri baxımından iddiaçının himayəsində qalmaları məqsədə müvafiqdir. Bundan başqa, mübahisə edilən avtomobil də birgə nikah dövründə əldə edilmişdir, həmin avtomobilin markasını, rəngini, ilini bilməyi şərt deyil. Avtomaşın birgə nikah dövrü ümumi qazanc hesabına alınmışdır. Məhkəmə onun mülkiyyət hüquqlarını pozmuşdur.
33. Cavabdeh (Vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, nikahın pozulması hissəsi istisna olmaqla iddianın təmin edildiyi digər hissələrində də ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, m übahisə predmeti olan mənzil onun adına qeydiyyata alınsa da, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında əmlaka dair verilmiş olan suallara iddiaçının qeyri-iradi olaraq həqiqətə uyğun olmayan məlumatlar verməsi də məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Əmlakla bağlı hissədə isə bildirdikləri kimi, iddiaçının özünə də həmin əmlakın kimə məxsus olması məlumdur. Bu onun ailə dostuna məxsus bir mülkiyyətdir ki, sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. Lakin, buna baxmayaraq iddiaçı sırf əmlakın ona aid olmadığını bildiyi halda əmlak əldə etmək niyyəti ilə bu iddianı məhkəməyə vermiş və iddia tələbi həmin hissədə təmin edilmişdir. Məhkəmə tərəfindən heç bir hal araşdırılmamış və bu halların araşdırılmasına təşəbbüs göstərilməmişdir. Bundan başqa, məhkəmədə iş, audio və videoyazı qeydə alınmaqla keçirilmişdir. Həmin audio və videoyazıdan da konkret olaraq Şəhlanın atasının yanında qalmaq istədiyini bildirməsi tam şəkildə öz əksini tapmışdır. Lakin məhkəmə səbəbi də məlum olmadan, ümumiyyətlə bu barədə qətnamədə heç bir qeyd aparmamışdır. Uşaqların məhkəmə iclasında dindirilməsi zamanı hazırki qətnamə ilə anaya verilən Şəhlanın fikrini təkrar-təkrar öyrənməsinə baxmayaraq məhkəmə uşağın ananın himayəsində qalmasına qərar vermişdir. Yəni uşağın hansı əsasla “ananın yanında qalmağa daha çox meylli olmasını” müəyyənləşdirilməsini başa düşmək mümkün deyil. Yekun olaraq uşaqdan kimin yanında qalmaq istəməsi soruşulan zaman atanın yanında qalmaq istəməsini bildirməsi barədə qətnamədə heç bir cümlə belə qeyd edilmir. Bu hal iki uşağın bir-birindən ayrı b öyüməsinə gətirib çıxaracaq ki, bu da ailə bağlarının qırılması deməkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
36. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi v ə ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
37. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
39. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur..
40. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
41. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümum i birgə mülkiyyəti sayılır.
42. Maddə 32.2.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
43. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
44. Maddə 37.1. Ər-arva d arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
45. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
46. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
47. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
48. Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
49. Maddə
52. Uşaq ailədə onun m araqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
50. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
51. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
52. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
53. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
54. Maddə 73.
2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
55. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
56. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
57. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəlir i yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
58. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
59. Maddə 78.3. Tərəflərd ən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
60. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
61. Maddə19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanın da qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı:
62. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə al ınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
63. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış r əyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-in 97ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
64. Bənd 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uş ağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
67. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları il ə müəyyən edilir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində, cavabdeh tərəfindən isə iddianın onun ziyanına təmin olunması hissəsində mübahisələndirildiyindən apellyasiya instansi yası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
80. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən han sının yanında qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. 81. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
82. Barəsində kassasiya şikayətləri verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən - “tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış Nihadın iddiaçının yanında saxlanılması və həmin uşağın cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, Nihadın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment in tutularaq iddiaçıya ödənilməsi və “Mersedes Benz E200” minik markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçının payının 1/2 (ikidə bir) hissə ilə müəyyən edilməsi” hissələrində ləğv edərək, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddianı rədd edərkən, həmçinin tərəflərin birgə nikahından 05 may 2008-ci il tarixdə doğulmuş Nihadın cavabdehin yanında saxlanılması barədə nəticəyə gələrkən uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı baxımından onların mənafeyini və işin faktiki hallarını nəzərə almışıdr.
83. Apellyasiya instansiya məhkəməsi gəldiyi həmin nəticəni hazırki qərarın 20-28-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmışdır.
84. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətlərində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
85. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmı ş uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
86. Göründüyü kimi, qanunvericilik 7 yaşına çatmış uşağın fikrinin öyrənilməsini imperativ qaydada müəyyən etməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən Plenum Qərarının 7.5-ci bəndində məhkəmələrə izah edilib ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymə tləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
87. Hazırki işdə yetkinlik yaşına çatmayan, yəni 15 yaşı olan Nihadın atasının yanında, yetkinlik yaşına çatmayan, yəni 10 yaşına çatmış Şəhlanın isə anasının yanında qalmaq istəməsi müstəsna hal kimi qiymətləndirilə bilər.
88. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şi kayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
89. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
90. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında f ormalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya ins tansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
92. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-482/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.