Məhkəmə qərarları › İş №2(102)-4079/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4079/2025

22.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4079/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1194/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2026-cı il tarixdə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X4 və X5 28 aprel 1989-cu il tarixində nikaha daxil olmuşlar.

2. X4 16 noyabr 2021-ci il tarixində vəfat etmişdir.

3. JN-052A, kod 80524018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarı əsasında X3 0.43 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. 4. 17 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 qanun üzrə vərəsəsi kimi arvadı İddiaçı miras əmlakdan tam hissədə pay almalı olması qeyd edilmişdir.

5. Masallı RİHB-nin Xırmandalı kənd İƏDÜN-nin 1 noyabr 2022-ci il tarixli, 1612 saylı arayışına əsasən X1 daimi yaşayış yeri Xı rmandalı kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü kimi İddiaçı qeyd olunmuşdur. X1 başqa vərəsəsi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonunun Xırmandalı kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarına əsasən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-052A, KOD 80524018 saylı şəhadətnamə ilə mərhum əri X2 mülkiyyətində olan 0,43 ha torpaq sahəsində Cavabdeh məxsus fərdi yaşayış evinin onun hesabına sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, həmçinin 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozs oran, 100 manat dəyərində 1 ədəd elektrik sobası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 ədəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat dəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət əşyalarının və ya onların dəyərinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10.000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Masallı Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) ilk iddia qismən təmin edilmiş, Masallı rayonu, Xırmandalı kəndində yerləşən, X1 mülkiyyətində olmuş 0,43 ha torpaq sahəsində ilk iddia üzrə Cavabdeh tərəfindən inşa edilmiş 115,5 kv.m. fərdi yaşayış evinin onun öz hesabına sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınaraq ilk İddiaçı təhvil verilməsi, ilk iddianın 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik sobası, 200 manat dəyərində 2 ədəd xal ça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat dəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 ədəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat dəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət, cəmi 2995 manat dəyərində əmlak tələbinə münasibətdə təmin olunmaması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manat pul və 120 manat dövlət rü sumu tələbi barədə iddiasının təmin olunmaması, ilk iddia üzrə Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcə görə 95 manatın alınaraq ilk İddiaçı, məhkəmə tikintitexniki ekspertiza xərci 50 manatın alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1194/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qə tnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayəti vermişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1194/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi) Aytən Novruzova və Tofiq Heydərov) kassasiya şikayəti geri qaytarılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti veril ə bilər. MPM-in 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli qətnaməsi “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetinə 27 sentyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə ona təqdim olunmuş hesab olunur. Cavabdehin vəkili kassasiya şikayətini 7 dekabr 2024-cü il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir Göründüyü kimi, kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, 2 ay 10 gündən sonra, 07 dekabr 2024-cü il tarixdə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda cavabdehin vəkili kassasiya şikayətinə müddətin bərpası barədə vəsatəti əlavə etməmişdir. Kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən t əyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

14. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırkı kassasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinin tələblərinə əməl edilməmiş, yəni şikayət səlahiyyət olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə bu əsasla da kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qərardadın ləğv edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən verilmiş kassasiya şikayəti qərardadda göstərildiyi kimi, xx.xx.2024-cü il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya məhkəməsinə təqdim edilmişsə, apellyasiya məhkəməsinin heç bir prosessual hərəkət etmədən, hansı səbəbdən (və ya maraq üzündən) kassasiya şikayətinə münasibət bildirmədən mülki işi Masallı Rayon Məhkəməsinə qaytarması sual yaradır. X9 Məhkəməsi kassasiya şikayətinə münasibətdə obyektiv hüquqi mövqe nümayiş etdirmiş olsaydı, tərəfindən göndərilən teleqramdan çox əvvəl, kassasiya şikayətinə hüquqi münasibətini bildirmiş olardı. Məhkəmə sözügedən qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3-cü, 408.1.1-ci və 408.1.4-cü maddələrini göstərməklə ədalətsizliyini ört-bas etməyə çalışmışdır. Halbuki kassasiya şikayətinə lazımı bütün sənədlər də əlavə edilmişdir. Apellyasiya məhkəməsinin hazırkı mö vqeyi ədalətli məhkəmə araşdırılmasının aparılmasına mane olmaqla yanaşı iddiaçı tərəfin tələbinin müdafiəsinə xidmət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə130.2.Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.

20. Maddə 130.3.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

21. Maddə 135.5.Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 1 35.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

22. Maddə 135.6.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Maddə 405.0.1.Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

24. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 407.3.Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

26. Maddə 408.1.1.Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

27. Maddə 416.1.Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin də lilləri əsassızdır.

33. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

34. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli qətnaməsi “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetinə 27 sentyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə ona təqdim olunmuş hesab olunur.

35. Cavabdehin vəkili kassasiya şikayətini 7 dekabr 2024-cü il tarixdə “Elektronməhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir. Belə olan halda kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, 2 ay 10 gündən sonra, 07 dekabr 2024-cü il tarixdə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir.

36. Cavabdehin vəkili tərəfindən kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir. Kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür.

37. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 38. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onla rın dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

39. Digər tərəfdən müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən ş ikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

40. MPM-in 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır.

41. MPM-in 408.2-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırkı kassasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinin tələblərinə əməl edilməmiş, yəni şikayət səlahiyyət olmayan şəxs tərəfindən imzalanmışdır.

42. Odur ki, kassasiya şikayətinin geri qaytarılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kas sasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(106)-1194/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar