Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-880/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi; preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1887/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhəmmədli Bələdiyyəsinin “Ramana südçülük sovxozunda yaşayan İddiaçı kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi satılması barədə 23 iyul 2003-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alğı-satqı qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №li Qərarına müvafiq olaraq Ramana südçülük sovxozunda yaşayan İddiaçı Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondundan az yararlı əkin yerindən kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə 20,0 hektar torpaq sahəsi satılması barədəki ərizəsini, komissiyanın torpaqqayırma aktını və digər sənədləri əsas tutaraq X2 rayon Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan torpaq sahəsindən Ramana südçülük sovxozunda yaşayan İddiaçı az yararlı əkin yerindən 20,0 hektar torpaq sahəsinin satılması haqqında hazırlanmış torpaqqayırma sənədlərinin nəzərə alınması, Y.K.X1 ehtiyat fondunun alğı-satqı pred meti olan torpaqdan kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə az yararlı əkin yerindən 20,0 hektar satılması qərara alınmışdır.
2. Torpağa mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixli Kod 30800108 nömrəli JN 0639 saylı dövlət aktına əsasən, İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 ha kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha kənd təsərrüfa t təyinatlı torpaq sahəsi Cavabdeh2 MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 502 saylı reyestr kitabının 9 saylı vərəqində **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9226 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2 MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 502 saylı reyestr kitabının 10 saylı vərəqində **********996 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndindəki 5.0 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 443.7 kv.m olan ticarət təyinatlı iki mərtəbəli qeyri-yaşayış binası Cavabdeh2 MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 5 saylı vərəqində **********1106301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə xx.xx.2017-ci il tarixli 2-1(85)17/2017 saylı qərarına əsasən iddia təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəs inin 1.9226 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2012-ci il tarixli qərarları ləğv edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3173/2021 saylı qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır.
8. Sumqayıt Apellyasiya Məh kəməsinin İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə xx.xx.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı qərarına əsasən cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinin və 3-cü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə xx.xx.2020-ci il tarixli 2-1(102)- 736/2020 saylı qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)189/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmış, 3-cü şəxs "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmişdir.
10. Cavabdeh1 xx.xx.2021-ci il tarixl i **********31 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3507/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən mütəxəssisin cəlb edilməsi haqqında qərarın icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinə iddiaçının iştirakı ilə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Texniki baxış zamanı məlum olmuşdur ki, ərazidə yarımçıq tikililər mövcuddur. Sözügedən yarımçıq tikililərin kimə məxsus olmasını təyin etmək mümkün olmamışdır. Əlavə olaraq, müayinə olunan ərazi "xxxx" MMC-nin adına qeydiyyata alınmış (**********89, **********96, **********7 reyestr nömrələri) torpaq sahələrinin və **********11- 06301 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli, ******* saylı və xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışların etibarsız hesab edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* saylı və xx.xx.2014- cü il tarixli ******* saylı çıxarışların ləğv edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə iddiaçının mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırmışdır ki, o, əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılması ilə bağlı Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixli 243 saylı rəy verilmişdir. Həmin rəyə əsasən əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılmasına X3 Komitəsinin Abşeron rayon şöbəsinin etiraz etmədiyi bildirilmişdir. Bundan sonra Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı Qərarı ilə Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədi ilə az yararlı əkin yerindən 20.0 ha torpaq sahəsi ona satılmışdır. Qeyd olunan qərar əsasında xx.xx.2003-cü il tarixdə DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən ona verilmiş torpaq sahəsinin planı tərtib edilərək, həmin torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bütün sadalananlar qeyd olunan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin təsdiqidir. Sonra dan, məlum olmuşdur ki, Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 1.9258 ha, xx.xx.2013-cü il tarixli qərarı ilə 1.9258 ha, xx.xx.2012-ci il tarixli qərarı ilə 5.0 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə üçüncü şəxslərə satılmışdır. Həmin torpaq sahələri onun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, onun tərəfindən məhkəməyə müraciət olunaraq Abşeron rayon Məmmədli Bələdiyyəsinin 1.92 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.92 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə işə aidiyyəti üzrə baxaraq, iddianın tə min edilməsi barədə xx.xx.2017-ci il tarixli, 2-1(85)-17/2017 saylı qərar qəbul etmişdir. Qərardan narazı qalan cavabdeh və 3-cü tərəf "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Şikayətlər apellyasiya instansiyasının inzibati kollegiyası tərəfindən baxılmış, inzibati iş üzrə cavabdeh və 3-cü tərəf "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)189/2019 saylı qərarından narazı qalan 3-cü şəxs "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək həmin qərarın ləğv olunaraq, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası baxaraq, 3-cü şəxs Hilal-Aqro MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-189/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2020-ci il tarixli, 2-1(102)-736/2020 saylı qərar qəbul etmişdir. Bütün bunlardan sonra o yuxarıda qeyd edilən 20.0 ha torpaq sahəsinə çıxarışın alınması üçün müraciət etdiyi zaman ona bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* saylı və xx.xx.2014cü il tarixli ******* saylı çıxarışlar qüvvədə oldu ğundan və həmin ərazilər iddiaçının torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınaraq bu barədə çıxarışın verilməsi mümkün deyildir. Təqdim olunmuş sənədlərdən və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, qeyd olunan torpaq sahəsinin onun mülkiyyəti olduğu və həmin torpaq sahəsinin digər şəxslərə satılması qanunsuz yollarla həyata keçirilmişdir. Bütün bunlara əsasən onun tərəfindən Cavabdeh2 MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, o, iddia tələbində xx.xx.2003-cü il tarixli dövlət aktına əsasən mülkiyyətində olan Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin ərazisində yerləşən 20,0 ha torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsini və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasını xahiş etmişdir.
14. Abşeron Rayon Məhkəməsinin ( bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-3507/2021 nömrəli mülki iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi tərəfindən verilmiş JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin ərazisinə düşən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılması cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki mülki iş üzrə iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarı əsasında tədqiq edilmiş, məhkəmənin 22 se ntyabr 2016-cı il tarixli qərardadı ilə təyin edilərək keçirilən məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertin 26 dekabr 2016-cı il tarixli 22636 saylı rəyi ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən mülki iş üzrə mübahisə predmeti olan iddiaçıya ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsinə aid JN0639 saylı, kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğun olduğu və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixli qərarları ilə "xxxx" MMC-yə satılmış 1.9226 ha, 1.9258 ha və 5.0 ha torpaq sahələri ilə bütövlükdə üst-üstə düşdüyü müəyyən edilmişdir.
16. Məhkəmə qanunvericiliyə istinad edərək mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi M əhkəməsinin xx.xx.2017-ci il tarixli 21(85)-17/2017 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)189/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 21(102)-736/2020 saylı qərarlarını qiymətləndirib belə hesab etmişdir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən mülki iş üzrə iddiaçıya ayrılmış mübahisə predmeti olan torpaq sahəsinin həmin torpaq sahəsinə aid JN-0639 saylı, kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğun olduğu və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixli qərarları ilə "xxxx" MMC-yə satılmış 1.9226 ha, 1.9258 ha və 5.0 ha torpaq sahələri ilə bütövlükdə üst-üstə düşdüyü öz təsdiqini tapmış və 1.9226 ha torp aq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2012-ci il tarixli qərarların ləğvi öz təsdiqini tapdığından "xxxx" MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı və xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.2, 82.3,14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessua l qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edərək haqlı olmamışdır. Məhkəmənin bununla maddi hüquq pozuntusuna yol verərək Cavabdeh2 MMC-nin həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qanuna əsasən tutulan qətnaməsi qanunsuz və əsassızdır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə işə onların iştirakı olmadan baxaraq, prosessual hüquq normalarının tələblərini pozmuşdur.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1887/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnam əsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsaslı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh "xxxx" MMC (Vəkil2)kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən həmin torpaq sahəsini qanuni əsaslarl a əldə etmiş, vicdanlı alıcı və mülkiyyətçi olan "xxxx" MMCnin hüquqları və qanuni mənafeləri unudulmuşdur. "xxxx" MMC qeyd olunan torpaq sahələrinin qanuni mülkiyyətçisidir və dövlət tərəfindən verilmiş çıxarışla mülkiyyət hüququ təsdiqlənmişdir. Lakin buna baxmayaraq cavabdehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran qanunsuz qərar qəbul edilmişdir. Kassasiya şikayətinin dəlili Mülki Məcəllənin 1.2-ci maddəsinə istinadla əsaslandırılmışdır.
24. Məhkəmə maddi hüquq pozuntusuna yol verərək qətnamə çıxararkən Mülki Məcəllənin 148.2 və 182.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə istinad edərək iddia tələbini rədd etməli olduğu halda, Mülki Məcəllənin 152-ci maddəsinə istinad etmişdir. Halbuki Mülki Məcəllənin 152-ci maddəs inə istinadən "xxxx" MMC də ona mənsub torpaq sahəsinin mülkiyyətçisidir və onun mülkiyyət hüquqları dövlət tərəfindən tanınaraq ona Çıxarışlar verilmişdir.
25. Qanunverici vicdanlı 3-cü şəxslərin hüquqlarının saxlanmasına dair imperativ norma müəyyən etmişdir. Lakin məhkəmələr tərəfindən "xxxx" MMC-nin vicdanlı alıcı olmasına heç bir əhəmiyyət verilməmişdir. Kassasiya şikayətinin dəlili Mülki Məcəllənin 149.2-ci maddəsinə istinadla əsaslandırılmışdır. 26. "xxxx" MMC qanuni şəkildə əldə etdiyi torpaq sahələrinin mülkiyyətçisidir və bu hüquq dövlət tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr tərəfindən qeyd olunan hala əhəmiyyət verilməmiş, sadəcə preyudisiallıq əsas götürülmüşdür. Halbuki, məhkəmələr cavabdeh Cəmiyyətin hüquqlarının kobud pozuntusuna yol verən orqanlar barədə tədbirlər g örülməsi üçün cinayət işinin başlanması barədə xüsusi qərardad çıxartmalı idilər. Hətta bununla bağlı vəsatət versək də, məhkəmə qeyd olunanları görməzdən gəlmişdir. Kassasiya şikayətinin dəlili Mülki Məcəllənin 152.1-ci maddəsinə istinadla əsaslandırılmışdır.
27. Cavabdehin sözügedən torpaq sahələri üzərində qanuni əsaslarla mülkiyyət hüququ əldə edilməsinə əhəmiyyət verilməmişdir. Əgər məhkəmə iddiaçının qeyd olunan torpaq sahələrinin mülkiyyətçisi olması əsası ilə iddianı təmin edirdisə, o halda nəyə görə cavabdehin də qanuni əsaslarla həmin torpaqlara mülkiyyət hüququnu əldə etməsinə biganə yanaşmışdır? Halbuki, məhkəmənin səlahiyyəti vardır ki, hər hansı şəxsin hüquqlarının pozulması halında qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün cinayət işinin başlanmasına dair xüsusi qərardad çıxarsın. Kassasiya şikayətinin dəlili MPM-in 9, 14.1,88, 265.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.
28. Dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Kassasiya şikayətinin dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə” 2018-ci il 18 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
32. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq o lmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 141.1.Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibl iyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 9.1-ci ma ddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi;
4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafi q məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda ba xılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar ddia tələbinə və (və ya) etirazl arın predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tə rəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prose si iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və ə saslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 261.0.1.İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 50. 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən e dir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 51. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. 52. 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 53. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 54. 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra olunur. 55. 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 56. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 No-li Qərarının 57. 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməs i, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır 58. 15.4-cü bəndinin ikinci cümləsinə görə... nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh "xxxx" MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmas ı ilə qəbul edilmişdir.
62. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli, ******* saylı və xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışların etibarsız hesab edilməsi, - Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi - torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması
63. Göründüyü kimi, hazırki iddianın 1-ci tələbi müvafiq icra haki miyyəti orqanın torpaq sahəsinə dair verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, sonrakı tələbləri isə törəmə tələblər olmaqla, həmin etibarsızlığın nəticələrinin tətbiqindən ibarətdir.
64. Kassasiya qaydasında həmin hissə (müvafiq icra hakimiyyəti orqanın torpaq sahəsinə dair verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi) üzrə qərar qəbul edilərək xitam verilmiş və müvafiq olaraq həmn tələbin mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olması qeyd edilmişdir. Nəzərə alınmışdır ki, inzibati orqanların qeyd olunan hərəkətləri isə ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir.
65. Odur ki, torpaq sahəsinin cavabdehə ayrılması və reyestrdəki qeydiyya t inzibati aktlar əsasında aparıldığından, iddianın 1-ci tələbinin faktiki əsasını bu aktların qanunsuzluğu təşkil etdiyindən, həmin məsələlər ayrıca icraatda həll edildiyindən və bununla bağlı məhkəmə aktları qanuni qüvvəsində olduğundan iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı (və ya faktiki xarakterli hərəkəti) qəbul etmiş orqana (orqanlara) qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin tələbi (çıxarışların və onların verilməsinə əsas olan reyestr qeydinin etibarsızlığını və ya ləğvini) irəli sürməlidir.
66. Lakin iddiaçı reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəx slərə qarşı mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər.
67. İzah edilməlidir ki, müvafiq tələb inzibai qaydada baxıldıqdan sonra iddiaçının digər tələblərinə mülki icraat qaydasında baxılması mümkün ola bilər. 68. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fə aliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. 69. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərar larından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
70. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılmasına aid hissədə ləğv edilməklə, həmin hissədə iddia rədd olunmalıdır.
71. İzah olunmaldır ki, müvafiq olaraq inzibati icraat qaydasında 1-ci tələb üzrə mübahisələndirmə başa çatdıqdan sonra, iddiaçı 2-3 tələblər üzrə məhkəməyə müraciət edə bilə r.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(105)-1887/2022 nömrəli qətnaməsi qismən, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılmasına dair iddiası təmin olunmasın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.