Məhkəmə qərarları › İş №2(102)-5380/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5380/2022

14.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5380/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli 2(103)-161/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı babası X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır.

2. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasport un surətinə əsasən, ünvan 2 ünvanda yerləşən 52, 54, 56 saylı fərdi yaşayış evləri X3, X8 və X4 adlarına qeydə alınmışdır.

3. X7 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

4. X6 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixində Bakı şəhəri 4 saylı no tariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2000-ci tarixində vəfat etmiş babası X2 qalmış miras əmlaka (ünvan 1) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mövcud qanunvericiliyin tələbinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimat’ın 7-ci bindiinin tələblər inə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə qeydiyyat orqanı arayış verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu baxımdan 4 saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 3 müraciət olunmuşdur. Lakin, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid texniki pasportun və dövlət reyestrdən çıxarışın verilməsi ilə ba ğlı ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən Balaxanı qəsəbəsi, Bolşevik (indiki Dirçəliş) küçəsi ünvanında yerləşən 52, 54, 56 nömrəli fərdi yaşayış evləri və onların yerləşdiyi 634,70 kv metr torpaq sahəsi X3, X8 və X4 ümumi paylı mülkiyyətində olduğundan yuxarıda qeyd olunan fərdi yaşayış evlərinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına tam şərait yaradılmamış və digər payçıların razılıq ərizələri əlavə edilməmişdir. Bundan əlavə cavabdehlərlə yuxarıda qeyd olunan miras əmlakın istifadəsi ilə bağlı mübahisələr mövcuddur və bu səbəbdən digər payçılar olan cavabdehlər razılıq ərizələrini verməmişlər. Belə ki, 1963-cü ildə verilmiş texniki pasportda göstərilən fərdi yaşayış evlərinə və onların yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulan ümumi həyətyanı sahə Cavabdeh2 tərəfindən zəbt edilmiş və həmin sahədə tikinti norma və qaydalarına riayət olunmadan qanunsuz tikililər inşa edilmişdir. Nəticədə ümumi həyətə və fərdi yaşayış evlərinə giriş üçün nəzərdə tutulan ümumi istifadədə olan sahədən iddiaçı istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulmuşdur. Eyni zamanda Cavabdeh2 tərəfindən iddiaçıya məxsus 56 nömrəli fərdi yaşayış evi ilə 54 nömrəli fərdi yaşayış evi arasındakı bitişik divarla bağlı texniki pasportda nəzərdə tutulan ölçüləri nəzərə almadan tikinti norma və qaydalarına riayət olunmadan, onun razılığı alınmadan artımlar və əlavələr etmiş, eyni zamanda ara məs afəsi saxlamadan dam örtüyü inşa etdirmişdir. Bu isə onun dam örtüyü inşa etdirməyimə əngəl yaradır, yağıntı zamanı evi su basır və eyni zamanda yanğın təhlükəsizliyi tələblərini pozur. Digər Cavabdeh1 isə iddiaçıdan yaşadığı 52 nömrəli fərdi yaşayış sahəsinə giriş üçün ona yol verilməsini tələb edir. Halbuki Cavabdeh1 fərdi yaşayış evinə giriş üçün kifayət qədər əlavə sahəyə malikdir. Eyni zamanda iddiaçının evinə hava axınını kəsməklə tikinti norma və qaydalarına riayət olunmadan, iddiaçının razılığını almadan artımlar və əlavələr etmişdir. Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh2 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı vərəsəlik əsasında texniki pasportda babasının adına olan mənzili adına keçirmək istəyir. Babası 2000-ci ildə rəhmətə getmiş və həmin vaxt iddiaçı babasına məxsus olan sahədə yaşamayıb. Vərəsəliyi qəbul etməmiş və babasının hazırda 2 qızı 1950-ci il təvəllüdlü X13 və 1956-cı i təvəllüdlü X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1ci növbəli vərəsələrdir. İddiaçı ikinci növbəli vərəsədir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 8. 4 saylı Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 3 ünvanladığı məktubdan görünür ki, İddiaçı babası X2 qalmış miras əmlaka (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) ölən X3 hüquqlarının qeydiyyata alınmadığı üçün v ərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Bu səbəbədən miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsi xahiş olunmuşdur.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/2020 saylı 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia təmin edilməmişdir.

10. Məhkəmə ilkin olaraq iddia tələbinin “iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı mübahisəli evə dair mülkiyyət hüququnun tanınmasını xahiş etdiyi ev vaxtilə onun babasının və digər şəxslərin sahibliyinə verilsə də, sonradan həmin şəxslər tərəfindən dövlət qeydiyyatına alınmalı idi. Mübahisəli ev yalnız qeydiyyata alındığı təqdirdə babasının vəfatından sonra onun vərəsələri arasında bölünə bilərdi. İ ddiaçı ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariusa müraciət etsə də, qeyd olunan evə dair onun babasının hüquqlarının dövlət qeydiyyatına alınmaması səbəbilə ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Göründüyü kimi hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasına əsas verən hər hansı bir hal müəyyən olunmamışdır. Digər tələblər mülkiyyət hüququnun tanınması tələbindən irəli gəldiyindən, müvafiq olaraq təmin olunması istisna edilir.

11. Məhkəmə gəldiyi nəticəni MM-in 139.1, 185.5-ci, 1133.1 və 1166-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci, 67.3 və 67.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələ rinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətində qeyd etmişdir ki, rayon məhkəməsi əsassız qətnamə qəbul etmişdir, belə ki, maddi hüquq normalarının tələbləri nəzərə alınmadan iddia tələbini rədd etmiş, nə iddiaçının mübahisəli evə mülkiyyət, nə də evdən istifadə və sahiblik hüquqlarını nəzərə almamış, həmçinin tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatət də təmin olunmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətini müdafiə edərək ekspert rəyi i lə razılaşmadığını, ekspert rəyinin mübahisəlini olduğunu, belə ki, ekspert rəyinə əsasən, tikilinin normalara uyğun olmadığı göstərilmiş, bununla belə həmin tikililəri evə giriş-çıxışa və istifadəyə hər hansı maneə yaratmadığı təsbit olunmuşdur. Evin texniki pasportunda ayrıca giriş-çıxış göstərilməyib, ancaq ekspert rəyində göstərilib, həmin giriş-çıxışlar sonradan yaradıb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Apellyasiya instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(103)1372/2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/6852 nömrəli, 17 may 2022-ci il tarixli tikinti-texniki ekspertizası rəyinə əsasən 1-ci sual üzrə 54 saylı yaşayış evinə aid olan 3 saylı otağın qarşısında ümumi isti fadədə olan taxta materialdan quraşdırılmış meydançanın bir hissəsinin mişar daşı ilə hörülərək 54 saylı evin yaşayış sahəsinə əlavə edildiyi və bununla müvafiq normaların tələblərinin pozulduğu müəyyən olunmuşdur. Həmçinin 52, 54 və 56 saylı evlərə ayrıayrılıqda giriş-çıxış yolu olduğundan, eləcə də 54 saylı evin mülkiyyətçisi tərəfindən taxta meydançada aparılmış tikinti işlərinin yalnız 54 saylı evə aid olduğunu nəzərə alınaraq həmin evlərin istifadəsinə mane (giriş, çıxış və s.) yaratmadığı, 54 saylı evdə aparılmış rekonstruksiya işlərinin iddiaçıya məxsus 56 saylı evdə dam örtüyü inşa edilməsinə mane olmaması və hava axının kəsilmədiyi qeyd edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(103)-161/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasi ya şikayəti təmin olunmamışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MMnin 139.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 67.3 və 67.4-cü maddələrinə, MPM-nin 14.2, 77.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 161/2022 saylı qətnaməsini ləğv edərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 1 6 0 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın 4.1 və 4.2-ci bəndlərin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 17 may 2022-ci il tarixli ekspert rəyi ziddiyətli olduğundan qarşısında qoyulmuş 2-ci və 3-cü suallar üzrə yenidən tədqiqat aparılmalı və əsaslı rəy verilməli idi. Məhkəmə isə bu halları nəzərə almamışdır. Məhkəmə tərəfindən ziddiyətli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinin səbəbləri qətnamədə əsaslandırılmamışdır. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir. İddiaçının iddia tələblərindən biri mülkiyyət hüququnun tanınması olmuşdur. 4 saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən Əm lak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 3 müraciət olunmuşdur. Lakin iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid texniki pasportun və dövlət reyestrdən çıxarışın verilməsi ilə bağlı ərizəsinin icrası mümkün olmamışdır. İmtinaya əsas kimi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən Balaxanı qəsəbəsi, Bolşevik (indiki Dirçəliş) küçəsi ünvanında yerləşən 52, 54, 56 nömrəli fərdi yaşayış evləri və onların yerləşdiyi 634,70 metr torpaq sahəsi X3, X8 və X4 ümumi paylı mülkiyyətində olduğundan yuxarıda qeyd olunan fərdi yaşayış evlərinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən şərait yar adılmaması və digər payçıların razılıq ərizələrinin əlavə edilməməsi göstərilmişdir. Məhz bu səbəbdən iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmişdir. Halbuki, iddiaçı babası X2 miras qalmış əmlaka sahiblik etmiş və həmin əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Bu baxımdan mülkiyyət hüquqlarını təsdiq edən çıxarış alması mümkün olmadığından iddiaçı mülkiyyət hüququnun tanınmasını tələb etməkdə haqlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatın a alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 1151.1və 1151.2. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

24. Maddə 1159.1.4. Miras qoyanın nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

25. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmla kın dövlət reyestrində aparılır.

26. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

27. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir k i, kassasiya şikayətində irəli sürülmüş dəlillər iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırlımaqla tərəflərin təqdim etdiləri sübutlara əsasən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirilməsinə zərurət görmür.

33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. İddiaçı babasından qalmış evə mülkiyyət hüququnun tanınmasını tələb ediərkən nəzərə almamışdır ki, məhkəmə yalnız mülkiyyətdə olan torpaq sahəsində yerləşən tkililərələ mülkiyyət hüququnu tanıya bilər, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması isə təsdiq olunmur, həmçinin torpaq sahəsinə miras qoyanın mülkiyyət hüququnun qeydiyyata alınması da müəyyən edilmir. Digər tərəfdən iddiaçının valideyninin, sonradan isə onun özünün babadan qalmış mirası qəbul etməsi, babanın digər 1-ci növbədə vərəsələrin mirası qəbul etməmələri barədə də sübutlar təqdim olunmamışdır.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüqu q normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nadiyə Bala Hüseyn qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli 2(103)161/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar