Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4082/2020 23.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia qaldıraraq, cavabdehin üzərinə iddiaçıya vurulan zərərə görə 6432 manat pulun ödənilməsi öh dəliyinin qoyulması və iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-1947/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia qismən təmin edilməsi, cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə 4.932 (dörd min doqquz yüz otuz iki) manat məbləğində pul vəsaitinin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin tərəflərdən müştərək qaydada tutularaq, 120 manat və əlavə ekspertizaya görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət оlunmuşdu r. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilə zərər dəyməsinə görə cavabdehdən tutulmuş zərərin məbləği aşağı olduğu halda yuxarı göstərilmişdir. Apelyasiya in stansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə aşağıdakıları müəyyən etmişdir. xx xxxx xx 2019-cu il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixində saat 09:46 radələrində “Cadillac” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Ə.Əliyev küçəsində düzgün ara məsafəsi seçməyib, qarşısında olan “Nissan” markalı **-LN-*** övlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “xxxx” ASC-in zərərləri qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Nissan Pathfinder” minik markalı, **-LN*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1.300 (bir min üç yüz) manatdır. “Avtomobillərə texniki xidmət sah əsi” tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli Qüsur aktının surətindən görünür ki, “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 6432 (altı min dörd yüz otuz iki) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, № 10526 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli qərardadından görünür ki, əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək hər iki tərəfin təqdim etdiyi qüsur aktlarının nəzərə alınması həmin qəardadda göstərilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, № 16286 nömrəli əlavə ekspertizanın nəticəsi üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Nissan Pathfinder” minik markalı, 99-LN992 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) məbləğində maddi ziyan dəymişdir. Hər iki ekspertizanın nəticəsi üzrə-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli № 10526 nömrəli ekspert rəyi ilə xx xxxxxx 2019-cu il tarixli, X nömrəli əlavə ekspertizanın nəticəsi üzrə ekspert rəyi ilə “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) məbləğində maddi ziyan dəyməsi qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təq sirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üç ün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmədə X3 mülkiyyətində olan və özü tərəfindən idarə edilən, cavabdeh “xxxx” ASC-də sığortalanmış “Cadillac SRX” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mülki hüquq pozuntusu törətməsi, bu pozuntu nəticəsində İddiaçı mülkiyyətində və istifadəsində olan “Nissan Pathfind er” markalı, **-LN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəyməsi öz təsdiqi tapır və bu hal tərəflər arasında mübahisələndirilmir, lakin dəymiş ziyan hissəsində mübahisə mövcuddur. Qeyd edilən maddi zərər isə müvafiq ekspert rəyləri ilə 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) müəyyən edilmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4082/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4082/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver