Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4083/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh ASC və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2940/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 21 may 2007-ci il tarixdə Cavabdeh ASC ilə "xxxx" MMC-nin direktoru X1 arasında 5 il müddətinə illik istifadə dərəcəsi 7 faiz olmaqla 150.000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi müxtəlif daşınmaz əmlaklar, o cümlədən İddiaçı məxsus N saylı evin 42 saylı mənzili ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla mülkiyyətçi arasında 04 iyul 2007-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2016-cı ildə Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Etibar Əliyevin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 73.977,15 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun MMCdən tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 mənzilini ipoteka qoymuş X3 əri olmaqla həmin mənzilin onların ümumi birgə mülkiyyəti olmasını, mənzilin ipoteka qoyulmasına razılıq verməməsini, 03 iyul 2007-ci il tarixli razılıq ərizəsinin onun tərəfindən imzalanmamasını əsas göstərməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasının ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilərək iş həmin hissədə yenidən apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında X4 Cavabdeh ASC-yə və maraqlı şəxslər "xxxx" MMC-y ə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bankın tələbinin rədd edilməsini, həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan 4 il keçməsinə baxmayaraq ona məxsus mənzilin yüklülüyünün indiyə kimi davam etməsini və bunun həmin əmlaka dair onun mülkiyyət hüququnu pozmasını, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən belə olduqda ipoteka müqaviləsinin etibarsız hesab edilməli olmasını əsas göstərməklə onunla bank arasında bağlanmış 04 iyul 2007-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması və mənzilin bankı n xeyrinə yüklü edilməsi barədə Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək 21 may 2007-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğin borcluya ödənilməməsi barədə nəticənin əsassız olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2940/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hak imlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh ASC kassasiya şikayəti verərək ipoteka müqaviləsinin qanunun tələblərinə uyğun bağlanmaqla onun etibarsız sayılması üçün əsasların olmamasını, müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən olunmuş 1 il müddətin ötürülməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri K assasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı n əticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətna mənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi ipoteka müqaviləsinin etibarsız sayılmasını qanuni sayarkən əsas öhdəlik üzrə iddianın rədd edilməsini və belə olduqda ipotekanın öz əsas məqsədini itirməsini əsas göstərmiş və bu zaman qanuni əsas kimi “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Məhkəmə kollegiyasının qanuni əsas kimi istinad etdiyi “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İş materiallarından görünür ki, 21 may 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması məhkəmə qaydasında mübahisələndirilməmiş və müqavilə etibarsız hesab edilməmişdir. Belə olduqda “İpoteka haqqında” Qanunun qüvvəsi tətbiq edilməklə ipoteka müqaviləsi etibarsız sayıla bilə rdi. Çünki həmin qanun yalnız kredit müqaviləsinin etibarsız sayıldığı halda ipoteka müqaviləsinin etibarsız hesab edilməsi imkanını nəzərdə tutmuşdur. İpoteka müqaviləsi etibarsız sayılarkən onun etibarsızlığı üçün əsas verən başqa dəlillərə və maddi hüquq normasına istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində əqdin etibarsız sayılmasının əsasları müəyyən olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbində ipoteka müqaviləsinin etibarsız sayılmasına imkan verən qanunda nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcud olması iddia olunmamışdır. İşdən göründüyü kimi, ipoteka müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə bağlanmış, müqavilənin bağlanmasına onun həyat yoldaşı N tərəfindən razılıq verilmiş və müqavilə notariatda təsdiq olunmaqla dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, işdən görünür ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb hazırkı iş üzrə iddiaçının əri N tərəfindən irəli sürülmüş və Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Nə həmin iddia tələbində, nə də hazırkı iddia tələbində ipoteka müqaviləsinin bağlanması zamanı onun etibarsızlığına səbəb ola biləcək hər hansı əsasın olması iddia olunmamış və müəyyən olunmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsində borcun verilməsinin sübuta yetirilməməsi barədə göstərilənlər ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsas verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddi a onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin məhkəmə iddianı təmin edərkən qanunun həmin normasının tələbini nəzərə almamış və həmin məsələyə müvafiq hüquqi qiymət verməmişdir. Bununla belə, kollegiya qeyd edir ki, borcun tutulması barədə bankın tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğundan, ipoteka predmetinin yüklü vəziyyətdə qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu pozuntu müqavilənin etibarsız sayılması ilə deyil, əmlakın yüklülükdən azad edilməsinə imkan verən və qanunun tələblərinə uyğun əsaslandırılmış tələblə aradan qaldırıla bilər. İşə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan, onlara qanunun tələbinə uyğun qiymət vermədən nəticəyə gəlməklə maddi və prosessual hüquq normaları nın tələblərini pozmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2940/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4083/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4083/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver