Məhkəmə qərarları › İş №2(102)-4085/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4085/2019

10.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4085/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11371/2018 nömrəli iş üzrə 29 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Zeynəb Axundova) 23 may 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilərək, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı ilə İddiaçı ayrılmış və həmin sərəncama əsasən “Torpaqların alqısatqısı”na dair 05.04.2007-ci il tarixli Akt ilə satılmış 1000 kvadrat metr torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsi (ticarət obyekti) üzərində İddiaçı Cavabdeh tərəfindən sahiblikdən özbaşına məhrum edilməsi barədə pozuntulara son qoyulması, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin (ticarət obyekti) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, həmçinin qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, İddiaçı 52000 manatı n Cavabdeh xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Vahid Sadıqov) 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “sahibliyin müdafiəsi, torpaq sahəsinin və tikilinin boşaldılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı ilə ona ayrılmış və “Torpaqların alq ı-satqısına dair” 05.04.2007-ci il tarixli Aktla satılmış 1000 kvadrat metr torpaq sahəsindən, habelə həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsindən (ticarət obyektindən) Cavabdeh tərəfindən sahiblikdən özbaşına məhrum edilməsi barədə pozuntulara son qoyulması, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamına əsasən Bakı şəhəri Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə 1000 kvadrat metr torpaq sahəsini bağ evi nin tikintisi üçün alqı-satqı qaydasında almış, həmin vaxt Buzovna qəsəbə sakini olan yaxın dostu, Cavabdeh mərhum əri X28 da onun torpağının yanında, yəni Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə, düz magistral yolun kənarında ümumi sahəsi 2000 kvadrat metr olan 2 torpaq sahəsini almış, X1un aldığı həmin 2 torpaq sahəsinin hər biri 1000 kvadrat metrdən ibarət olmaqla, özünün və qaynının, yəni arvadı Cavabdeh qardaşı X5 adına sənədləşdirilmişdir. Həmin ərəfədə, yəni 2007-ci ildə X1un ona 10000 ABŞ dolları borcu olmuş, ona bildirmişdir ki, borcunun əvəzində qaynı X2un adına sənədləşdirilmiş 1000 kvadrat metr torpaq sahəsini onun adına sənədləşdirəcək və bununla da ona olan borcu ödənilmiş olacaq. Yaxın dostu olan X1un həmin təklifi ilə razılaşmışdır. Daha sonra X1 ona həmin torpaq sa həsində obyektlər tikmək istədiyini, lakin bundan ötrü pulunun olmadığını bildirmiş, ona təklif etmişdir ki, pulu o qoymaqla şərikli obyektlər tiksinlər, sonra da obyektlərdən gələn qazanca şərik olsunlar. Həmin təkliflə də razılaşmış və aralarında olan şifahi razılaşmaya əsasən obyektlərin tikintisinə başlamaq istəmişlər ki, bu zaman uzun müddət ərzində xəstəlikdən əziyyət çəkən X1un xəstəliyi daha da şiddətlənmiş, sonuncu hətta bir müddət Almaniyada müalicə olunmuşdur. Bu səbəblə də torpaq sahəsində obyektlərin tikintisinə başlaya bilməmişlər. 2009-cu ildə X1 vəfat etmiş, bu səbəblə də sonuncunun qaynı X2un adına olan torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. Mərhum dostu X1la münasibətlərinin çox yüksək səviyyədə olması səbəbindən həmin torpaq sahələrinin hansının kimin adına olma sı o qədər də əhəmiyyət kəsb etməmişdir. X50 vəfat etdikdən sonra da qaynı X2 ilə münasibətlərinin davam etdiyi 5 il müddətində,yəni X2 23.01.2014-cü il tarixdə vəfat edənə qədər və bundan bir neçə ay sonra da torpaq sahələrinin hansının kimin adına olması elə bir əhəmiyyət kəsb etməmiş, yalnız bundan sonra Cavabdeh ilə münasibətləri kəskinləşmişdir. X1 vəfat etdikdən bir müddətdən sonra Cavabdeh qardaşı X2la o, həmin torpaq sahəsində avtomobillərin təmiri obyektinin tikintisinə başlamağı qərara almışlar. X2 əslində mərhum X1un işlərini davam etdirmək istəmiş, məqsədləri həm özlərinin müvafiq gəlir əldə etmələri, həm də mərhum X1un ailəsinin maddi cəhətdən təminatının təmin olunması olmuşdur. Beləliklə, 2009-cu ildə sahəsi 1000 kvadrat metr olan X2un adına olan torpaq sahəsində ticarət oby ektlərinin tikintisinə dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən X2un adına sərəncam verilmiş, lakin torpaq sahəsinin magistral yolun kənarında olan 500 kvadrat metr hissəsində tikinti aparılmışdır. Həmin torpaq sahəsində avtomobillərin təmiri obyektinin tikilməsinə adambaşına, yəni mərhum X1un adından vəsait xərcləyən X2 ilə onun tərəfindən bərabər olmaqla hər biri 26000 manat, cəmi isə 52000 manat pul vəsaiti qoyulmuşdur. Bundan sonra obyektin arxasında yerləşən sahəsi 1500 kvadrat metr olan hissəsində avtomobillərin təmiri üçün obyektin tikintisi aparılmış, obyektin tikilməsinə 2011-ci ilin axırlarından başlanıb davam etdiyi 2014-cü ilin əvvəllərinə qədər, müxtəlif vaxtlarda, ümumilikdə X2 tərəfindən 25300 manat, onun tərəfindən 78800 manat, cəmi isə 104800 manat vəsa it xərclənmişdir. X2a müxtəlif vaxtlarda deyəndə ki, 1000 kvadrat metr olan torpaq sahəsini onun adına sənədləşdirsin, sonuncu hər dəfə ona “heç bir problem yoxdur, hesab elə ki, mərhum X1un adında olan torpaq sahəsi səninkidir” demiş, o da inanmışdır. Bu məsələni mərhum X1in arvadı Cavabdeh da bilmişdir. X1 hələ sağlığında həmin torpaq sahəsinin 10000 ABŞ dolları borcunun əvəzinə ona verildiyini bildirməsəydi və bunu qaynı X2 təsdiq etməsəydi, heç vaxt başqasının adına olan torpaq sahəsinə bu qədər maliyyə vəsaiti xərcləməzdi. Bu gün isə məlum olur ki, vəsait xərclədiyi torpaq sahəsi əslində özünə məxsus sahədir. Bütün gündəlik xərclər, onların tarixləri və təyinatı göstərilməklə, mühasibatlıqlarını aparan Mahir adlı şəxs tərəfindən müvafiq qeydiyyat dəftərində aparılmışdır. Hamıya məlumd ur ki, sahibkarlıq fəaliyyətində görülən işlərin bu qaydada uçotunun aparılmasına dair işgüzar adətlər çoxdan mövcuddur və onların münasibətləri də həmin işgüzar adətlərə tam uyğun olmuşdur. Beləliklə, sahə avtomobillərin təmiri obyekti kimi əsasən tam inşa edilmiş, istismara verilmiş və təyinatı üzrə fəaliyyət göstərməyə başlamışdır. Orada təmirtikinti işlərini aparan ustalar da şəxsən onun tərəfindən gətirilmişdir. 2014-cü ilin əvvəllərində X2 ölmüş, lakin bundan sonra da mərhum dostu X1un arvadı Cavabdeh ilə işgüzar münasibətləri davam etmişdir. Artıq obyektdən tədricən gəlir əldə etməyə başlamışlar və əldə olunan gəlir tam ədalətli bölünmüşdür. Eşitmişdir ki, onun və mərhum dostu X1in ümimi tanışı olan X3 adlı şəxslə Cavabdeh arasında narazılıq yaranmışdır. Bu səbəblə də Cavabdeh ona d emişdir ki, “gəl ikimiz birləşib, X3in üzünə durub deyək ki, X3in və onun adına rəsmiləşdirilmiş, hər biri 1000 kvadrat metr olan torpaq sahəsini X1 alıb”. Cavabdeh bildirmişdir ki, əgər onlar belə desələr, onda X3 fakt qarşısında qalacaq və onların bu hərəkəti inandırıcı görünəcəkdir. Cavabdeh dedikləri həqiqətə uyğun olmadığına görə o, sonuncunun bu şərti ilə razılaşmamış və bundan narazı qalan Cavabdeh artıq ona qarşı müxtəlif orqanlara əsassız müraciətlər etməyə, onunla münasibətlərini pozmağa başlamışdır. Müraciəti əsasında “AYAN-A Yaradıcılıq İstehsalat” firması tərəfindən həmin torpaq sahəsinin müvafiq hissəsində ona məxsus “Avtomobillərin təmiri obyekti”nin Eskiz layihəsi tərtib olunmuş, obyektin ona aid hissəsi qiymətləndirici şirkət olan “xxxx” MMC tərəfindən müəyyən olunmuş qa ydada 30.01.2014-cü il tarixdə qiymətləndirilmiş, obyektin ümumi sahəsi 557,7 kvadrat metr təşkil etmiş, obyektin inventar qiyməti 234234 manat müəyyən edilmiş, obyektin inventar qiymətinin 112900 manat məbləğində hissəsi isə tərəfindən sığortalanmışdır. Belə ki, “xxxx” ASC-yə müraciəti əsasında 20.08.2014-cü il tarixli BA 421856 saylı sığorta müqaviləsi ilə həmin obyektin ona məxsus hissəsi sığortalanmış və obyektin sığortalanmasına dair “Daşınmaz əmlakın icbari söğortası” Şəhadətnaməsi verilmişdir. Torpaq sahəsindən və əmlakdan qanunvericiliklə müəyyən olunmuş qaydada təyinatı üzrə istifadə edilir, Buzovna Bələdiyyəsinə əmlak və torpaq vergisi də bütünlüklə onun tərəfindən ödənilir. Həmin obyektin tikintisinə xərclənmiş pulların xeyli hissəsi “xxxx” QSC-nin Xırdalan filialından götürülmü şdür. Belə ki, ona “xxxx” QSC tərəfindən 20.12.2011-ci il tarixdə 7800 ABŞ dolları kredit verilmiş, 30.10.2012-ci il tarixdə kreditin ödənişi başa çatmış, 11.04.2012-ci il tarixdə 7800 ABŞ dolları kredit verilmiş, 30.10.2012-ci il tarixdə kreditin ödənişi başa çatmış, 30.10.2012-ci il tarixdə 30000 ABŞ dolları kredit verilmiş, 27.06.2013-cü il tarixdə kreditin ödənişi başa çatmış, sonuncu dəfə 11.09.2013cü il tarixdə 10000 ABŞ dolları kredit verilmiş, iddia qaldırılan vaxt əsas məbləğ üzrə qalıq borc 1323,39 ABŞ dolları təşkil etmiş, hal-hazırda borc qalmamışdır. Təbii ki, həmin torpaq sahəsi onun olmasaydı, torpaq sahəsinin üzərində obyektin tikintisinə tərəfindən 104800 manat (26000+78800=104800 manat) xərcləməzdi. Obyektlərin tikintisinə qeyd etdiyi məbləğdə pullar xərcləməsinə baxmayar aq, Cavabdeh başqa şəxslərlə əlbir olub obyekti və torpağını qanunsuz üsullarla ələ keçirməyə, mənimsəməyə cəhd edir. Cavabdeh və onun əlbir olduğu şəxslər obyektin artıq işlək vəziyyətə gətirilməsini, gəlir verməyə başladığını görüb, onu həmin obyektdən kənarlaşdırmaq istəyirlər. Bununla da illərdən bəri vəsait qoyaraq, böyük ümidlə gələcəkdə ailəsinin maddi təminatı kimi ərsəyə gətirdiyi mülkün qanunsuz olaraq əlindən alınması təhlükəsi yaranmışdır. Bunun əsas səbəbi kimi, obyektin yerləşdiyi torpaq sahəsinin birinin Cavabdeh mərhum əri X1un, digərinin isə mərhum qardaşı X2un adına olması göstərilir. Halbuki, torpaq sahəsi alınan vaxt X1 ona 10000 ABŞ dolları borcun əvəzində qaynı X2un adına sənədləşdirilmiş 1000 kvadrat metr torpaq sahəsinin onun olduğunu bildirmiş və o da bir dost kimi həmin təkliflə razılaşmışdır. Aralarında olan hədsiz səmimiyyətin və inamın nəticəsi olmuşdur ki, o, həmin vaxt bu torpaq sahəsini X2in adından öz adına sənədləşdirməmişdir. Qarşı tərəflə müqayisədə obyektin tikintisinə onun tərəfindən 2 dəfədən də çox vəsait xərclənmişdir. Bu faktı mühasib və ustalarla yanaşı, digər şəxslər də, o cümlədən əgər səmimi etiraf etsə, Cavabdeh da təsdiq etmişlər. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 90250,0 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki,2007-ci ildə BuzovnaMaştağa yolunun sağ tərəfində əri X28 40 sot torpaq sahəsi almış, həmin torpaq sahəsinin 10 sotu özünün, 10 sotu qardaşı X6, 10 sotu ərinin dost u İddiaçı, 10 sotu ərinin dostu X7 adına onların razılıqları əsasında rəsmiləşdirilmiş, əri xəstə olduğu üçün işlərinə qardaşı X2 Seidov rəhbərlik etmiş, 2009-cu ildə əri vəfat etmişdir. Qeyd edilən torpaq sahəsində avtoservis, anbar tikmək üçün İddiaçıla aralarında şifahi razılaşma olmuş, pulun yarısının onun tərəfindən, yarısının isə İddiaçı tərəfindən ödənilməsi şərtləşdirilmişdir. 2012-ci ildə İddiaçı təklifi ilə Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi 9 saylı ünvanda yerləşən iki otaqlı evini “xxxx” QSC-yə girov qoyaraq 30000 ABŞ dolları kredit götürüb İddiaçı vermiş, sonradan pulu qaytara bilmədiyi üçün 2013-cü ilin avqust ayında evi satmışdır. İddiaçı tikinti üçün ondan yenə pul istəmiş, 2013-cü ilin sentyabr ayında “xxxx” ASC-dən 3500 manat pul götürərək, 2500 manatını yenə Bayr ama vermiş, sonuncunun təklifi ilə “xxxx” ASC-nin “Sahil” metrostansiyasının yanında olan filialından 4000 manat götürüb 3000 manatını ona vermişdir. 2014-cü ilin aprel ayından avtoservis fəaliyyətə başlamış, 2014-cü ilin dekabr ayınadək avtoservisə İddiaçı rəhbərlik etmişdir. X31 2014-cü ilin yanvar ayında vəfat etmişdir. Avtoservis fəaliyyətə başladıqdan sonra İddiaçı tanımadığı X23, X10, X17 ilə 01.05.2014-cü ildə, X29, X24 ilə 01.11.2014-cü ildə və X11 ilə 01.12.2014-cü ildə onun adından icarə müqavilələri bağlamış, əldə edilən gəlirdən ona heç nə verməmişdir. Bundan başqa Rusiya Federasiyasından gətirilən dərmanlar ona aid olan torpaq sahəsində tikilən anbarda saxlandığına görə də İddiaçı hər ay ona 3500-2000 manat arasında pul ödəməli olmuş, lakin uzun müddət həmin pulu da tikintiy ə yatırmaq bəhanəsi ilə ona verməmişdir. İddiaçı həmçinin adına aldıqları torpaq sahəsinin 5 sotunu da satıb pulunu mənimsəmişdir. Hüquq mühafizə orqanlarına etdiyi şikayət əsasında İddiaçı barəsində CM-nin 320.1 və 320.2-ci maddələri əsasında cinayət işi başlanmış, 08.06.2015-ci il tarixdə həmin maddələr əsasında ittiham aktı tərtib edilmişdir. Qeyd edilən cinayət işi üzrə 31.05.2015-ci il tarixdə Bakı şəhər Xəzər RPİ-də qərar qəbul edilmişdir. Həmin qərarda İddiaçı ifadəsində qeyd olunur ki, guya onlar tikintiyə 52000 manat, özü isə 104000 manat pul vəsaiti yatırmışdır. Cinayət işi aparılarkən həmin iş üzrə məhkəmə ekspertizası təyin olunmuşdur. Ekspertiza tikiliyə qoyulan dəyərin 48003 manat olduğunu qeyd etmişdir. Avtoservis fəaliyyət göstərdiyi müddətdə İddiaçı ondan gizlətdiyi və ica rə adı ilə aldığı pulun miqdarı 18000 manat təşkil etmişdir. Dərman preparatlarını satarkən ona veriləsi 2000 manat pulu guya tikintiyə yönəlmişdir ki, bu da təqribən 30000 manat təşkil edir. Beləliklə, İddiaçı onun etibarından istifadə edərək 138250 manat pulunu mənimsəmişdir. Tikinti ekspertizasının rəyindən görünür ki, tikintiyə ümumilikdə 48000 manat vəsait yatırılmışdır - 138250 manatdan 48000 manat çıxıldıqda isə 90250 manat pulunun mənimsənilmiş olduğu aydın olur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən, ilkin iddianın rədd edilməsi hissədə ləğv edilməsini və i lkin iddianın təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin ilkin iddianı rədd etməsi barədə nəticəsi tamamilə əsassızdır. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Buzovna - Maştağa yolunun sağ tərəfindəki ərazi istiqamətindən (yoldan) başlayaraq birinci və ikinci torpaq sahələrinin müvafiq olaraq X18 və X12 verilməsi, yəni hazırda Cavabdeh aid olması barədə nəticəyə gəlmişdir. Əvvəla, həmin nəticə tamamilə əsassızdır. Belə ki, işin həqiqi hallarından göründüyü kimi Buzovna - Maştağa yolunun sağ tərəfindəki ərazi istiqamətindən (yoldan) başlayaraq birinci torpaq sahəsi məhz İddiaçı məxsusdur. Bundan başqa, işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, X2 tərəfindən qoyulmuş ümumilikdə 52000 manat pul vəsaitinin hamısı onun özünə aid torpaq sahəsindəki tikintiyə xərclənmiş, həmin məbləğin 14000 manat hissəsi X1a aid magistral yoldan sonuncu 10 sot torpaq sahəsinin 6 sot hissəsinin X2 tərəfindən satılmasından əldə edilmiş, X1a aid 10 sot torpaq sahəsinin 4 sot hissəsi isə bu gün də boşdur və Cavabdeh istifadəsindədir. Yoldan başlayaraq birinci və ikinci torpaq sahəsindəki tikinti yə xərclənmiş vəsaitin əksər hissəsi, yəni 104800 manat vəsait İddiaçı tərəfindən qoyulmuşdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi həmin 104800 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı verilməsini təmin etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə nəinki həmin vəsaitin Cavabdeh tutularaq İddiaçı verilməsini təmin etmiş, hətta gələcəkdə belə bir tələblə məhkəməyə müraciət etmək hüququnu belə izah etməmişdir. Belə çıxır ki, İddiaçı tərəfindən həmin torpaq sahəsindəki tikintiyə xərclənmiş 104800 manat vəsait, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Cavabdeh hədiyyə edilmişdir. Təbii ki, bu nəticə tamamilə əsassızdır. Halbuki, işdən göründüyü kimi, Cavabdeh iş üzrə barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan verilmiş həmin şikayətində göstərir ki, “mənim həmin torpaq sahələrinin bir hissəsi ilə bağlı barışıq sazişi bağlamaq səlahiyyətim yoxdur; çünki həmin torpaq sahəsinin və orada yerləşən tikililərin çox hissəsi X12 məxsusdur”. Əslində isə həm X18, həm də X12 aid torpaq sahələrinin heç birinin Cavabdeh məxsus olmasına dair işdə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Başqa sözlə, Cavabdeh hazırkı iddia qaldırmağa səlahiyyəti, yəni subyektiv hüququ yoxdur. Bu mənada qeyd olunmalıdır ki, Cavabdeh irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının pul ödənilməsini iddia etdiyi qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin yuxarıda qeyd edilən statusa malik olduğu, ümumiyyətlə sözügedən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torp aq sahəsinin hər hansı hüquqla iddiaçı Cavabdeh məxsusluğu müəyyən edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddianın rədd edilməsi hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, o, 90250 manat məbləğində pula dair müfəssəl məlumat verə bilməmiş və tələbini əsaslandıra bilməmişdir. Halbuki iş materiallarında olan ekspert rəyindən görünür ki, tikiliyə qoyulan xərc 48003 manat müəyyən edilmiş, lakin İddiaçı ondan 52000 manat pulun alınmasını etiraf etmişdir. Bu fakt iş materiallarında olan ittiham aktı, qərar, ekspert rəyi, ittiham hökmü və İddiaçı izahatı ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə kollegiyası ən azından İddiaçı 40003 manatın tutularaq ona ödənilməsini təmin etməli idi. Məhkəmə bu hala əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh və onun vəkili Vəkil 2 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüq uqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsi sədrinin 153 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə İddiaçı, 154 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə X19, 155 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə X7, 156 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə X13 hər birinə müvafiq alqı-satqı aktları əsasında 1000 kvadrat metr torpaq sahəsi satılmışdır. 26.01.2009-cu il tarixdə X28, 23.01.2014-cü il tarixdə isə X30 vəfat etmişdir. Bakı şəhəri 31 saylı və Bakı şəhəri 9 saylı notariat kontorlarında açılmış vərəsəlik işləri üzrə həmin torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə bağlı müvafiq olaraq mərhum X13 vərəsəsi kimi arvadı Cavabdeh, X8 vərəsəsi kimi arvadı – hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X20 tanınmışdır. İşə birinci instasiya məhkəməsində baxılarkən keçirilmiş yerli baxışda iştirak etmiş Buzovna Bələdiyyəsinin nümayəndəsi X25 bildirmişdir ki, Buzovna Bələdiyyəsinin sədrinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı ilə İddiaçı, 05.04.2007-ci il tarixli 154 saylı sərənca mı ilə Seidov X2 Mail oğluna, 05.04.2007-ci il tarixli 155 saylı sərəncamı ilə X14, 05.04.2007-ci il tarixli 156 saylı sərəncamı ilə X18 ayrılmış torpaq sahələri Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə yoldan başlayaraq aşağıdakı ardıcıllıqla verilmişdir: 1-ci topraq sahəsi İddiaçı, 2-ci torpaq sahəsi Seidov X2 Mail oğluna, 3-cü torpaq sahəsi X14 və 4-cü torpaq sahəsi X18. Buzovna Bələdiyyəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 29.01.2016-cı il tarixli məktubda da eyni xüsusat göstərilmiş, həmin Bələdiyyənin 09.02.2016-cı il tarixli məktubunda isə 05.04.2007-ci il tarixli 153, 154, 155, 156 saylı, habelə 152 və 156 saylı sərancamlar üzrə ayrılmış torpaq sahələrinin plan sxemləri mövcud olmadığına (çəkilmədiyinə) görə onların surətlərinin məhkəməyə göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Birinci instasiya məhkəməsində şahid qismində dindirilmiş Buzovna Bələdiyyəsində Ərazi İdarəetmə və planlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyən X21 göstərmişdir ki, 2005-ci ildən Buzovna Bələdiyyəsində işləyir, Bələdiyyə tərəfindən 2007-ci ildə torpaq sahələri İddiaçı, X2, X3 Kazımov və X1a ardıcıllıqla verilmişdir. Əvvəllər X3in adını eşitməmiş, ya da özünü həmin ərazidə görməmiş, özü torpaq sahələrinin bölgüsündə iştirak etmişdir. Ardıcıllıq qaydasına uyğun olaraq Buzovna-Maştağa yolunun sağ tərəfindən 1-ci torpaq sahəsi İddiaçı verilmişdir, lakin torpaq sahələrinin naturada bölgüsü olmamış, torpaq sahəsinə cizgi-plan, xəritə, plan-ölçü verilməmişdir. Buzovna Bələdiyyəsinin 26.08.2013-cü il tarixli məktubunda Buzovna Bələdiyyəsi sədrinin 156 saylı 05.04.20 07-ci il tarixli sərəncamı ilə Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə 1000 kvadrat metr torpaq sahəsinin bağ evinin tikilməsi üçün X18 ayrıldığı, göstərilən torpaq sahəsinin hal-hazırda mərhumun arvadı Cavabdeh daimi istifadəsində olduğu göstərilmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 418 saylı 03 iyun 2009-cu il tarixli sərəncamı ilə X9 məxsus Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində, həyətyanı torpaq sahəsindəki mövcud tikilinin rekonstruksiya edilib ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmiş, sərancam əsasında X2 Seyidovun adına tikiləcək obyektin eskiz layihəsi tərtib olunmuşdur. İş materiallarında surəti olan, 2014-cü ildə tərtib olunmuş Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində Abşeron küçəsində yerləşən “Avtomobillərin təmiri obyekti”nin Eskiz layihəsinədə obyektin İddiaçı məxsus olduğu göstərilmişdir. İş materiallarında surəti olan 30.01.2014-cü il tarixli hesabat cədvəlinə görə, BuzovnaMaştağa yolunda yerləşən obyektin ümumi sahəsi 557,7 kvadrat metr, inventar qiyməti 234234,0 manat təşkil edir; “Daşınmaz əmlakın icbari sığortası” haqqında 20.08.2014-cü il tarixli BA 421856 saylı Şəhadətnaməyə görə isə, həmin ünvanda yerləşən “Avtoservis” 19.08.2015-ci il tarixədək İddiaçı tərəfindən “xxxx” ASC-də sığortalanmışdır. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin icraatında olmuş 9/19-HK-1/2-PB-1169-2014 saylı iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 3596 saylı 10 mart 2015-ci il tarixli rəyi ilə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində Abşeron küçəsində yerləşən tikintinin dəyərinin tikinti aparıldığı 2011-2013-cü illərdə bazar satış qiymətinə uyğun olaraq təqribən 48003 manat olduğu müəyyən edilmişdir (tədqiqat Bakı şəhəri Xəzər rayonu, Buzovna-Maştağa yolunun sağ kənarında 15 sot torpaq sahəsində avtomobillərə texniki xidmət göstərən 16 ədəd təmir otağından, 1 ədəd yeməkxanadan, 1 ədəd anbardan, 1 ədəd ofisdən ibarət olan tikililər üzrə aparılmışdır). Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin icraatında olmuş cinayət işi üzrə qəbul edilmiş 31.05.2015-ci il tarixli qərardan aydın olur ki, İddiaçı verdiyi izahatında mərhum X32 Həsənovun adından və Cavabdeh tikintiyə 52000 manat pul vəsaiti yatırdığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 13 aprel 2018-ci il tarixli rəyin də göstərilmişdir ki, “.... mübahisələndirilən 2055 kvadrat metr torpaq sahəsi Buzovna X1 və X13 adlarına torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında Cavabdeh faktiki istifadəsindədir. X19 adına yaşayış evinin inşası üçün ayrılmış torpaq sahəsində mövcud, ona məxsus tikililərin rekonstruksiyası barədə Əzizbəyov (Xəzər) İHB-nin 418 saylı 03.06.2009-cu il tarixli sərəncamı əsasında ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmiş tikililər, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağında yerləşməklə, hazırda Cavabdeh Mail qızının faktiki istifadəsində olan, qeyd edilən tikililərin bir hissəsi ilə üst-üstə düşür. Mülki iş materiallarına Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı, X15 və X13 adlarına ayrılmış torpaq sahələrinin (torpaq sahələrinin yerləşmə sxemi) cizgi planı əlav ə edilməmişdir və bu səbəbdən sözügedən torpaq sahələrinin naturada sərhədlərini müəyyən etmək mümkün olmamışdır”. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları və işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153, 154, 155, 156 saylı sərəncamları ilə ayrılmış torpaq sahələri Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində həmin yola perpendikulyar qaydada Ə.Vahid küçəsində yerləşir; lakin nə tərəflər, nə də bələdiyyə torpaq sahələrinin koordinatlarını müəyyən etməyə imkan verən plan-ölçü, çizgi və digər texniki sənəd təqdim etmədiklərindən, kimə hansı torpaq sahəsinin verilməsi qeyrimüəyyən qalmışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, X48 sağlığında sonuncu ilə İddiaçı magistral yoldan birinci və ikinci sırada o lan ümumilikdə 2000 kvadrat metr torpaq sahəsində avtomobillərin təmiri obyekti tikmək qərarına gəlmiş, bu qərara müvafiq olaraq, əvvəlcə birinci 1000 kvadrat metr torpaq sahəsinin təxminən 500 kvadrat metr hissəsində sahəsi 557,7 kvadrat metr olan obyekt tkilmiş, bundan sonra isə təxminən 2012-2014-cü illərdə həmin obyektin arxa hissəsində yerləşən sahəsi 1500 kvadrat metr olan hissədə, yəni magistral yoldan birinci torpaq sahəsinin boş qalan 500 kvadrat metr hissəsi və növbəti torpaq sahəsinin tam olaraq 1000 kvadrat metr hissəsindən ibarət ərazidə avtomobillərin təmiri obyekti inşa olunmuş, obyekt 2014-cü ilin aprel ayında fəaliyyətə başlamış, həmin ilin sonunadək İddiaçı rəhbərliyi altında fəaliyyət göstərmişdir. İddiaçı iddia ərizəsində, eləcə də barəsində edilən şikayətlər əsasında a parılan istintaq və məhkəmə araşdırması zamanı bütün izahat və ifadələrində magistral yoldan birinci torpaq sahəsinin mərhum X1a, ikinci torpaq sahəsinin mərhum X2a, üçüncü torpaq sahəsinin X3 Kazımova, dördüncü torpaq sahəsinin özünə məxsus olduğunu göstərsə də, (bəzən birinci sahənin X2a, ikinci sahənin isə X1a satıldığını bildirmişdir), hazırki işə birinci intansiya məhkəməsində baxılarkən Buzovna Bələdiyyəsinin birinci torpaq sahəsinin ona, ikinci torpaq sahəsinin mərhum X2a, üçüncü torpaq sahəsinin X3, dördüncü torpaq sahəsinin mərhum X1a satılması barədə verdiyi məlumatlardan sonra iddiasının predmetini dəyişərək, birinci torpaq sahəsinin Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı əsasında ona satılmış sahə olduğunu iddia etmiş, birinci instansiya məhkəməsi i sə əlavə heç bir araşdırma aparmadan və torpaq sahələrinin yerləşmə ardıcıllığına dair bələdiyyənin arayışını işin digər halları ilə müqayisəli şəkildə təhlil etmədən müvafiq nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından alınaraq məhkəməyə təqdim olunmuş, Buzovna Bələdiyyəsi sədrinin 153 saylı 05.04.2007-ci il tarixli sərəncamı əsasında İddiaçı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemindən müəyyən edilmişdir ki, həmin sahə Bu zovna-Maştağa yolunun sağ tərəfində yola perpendikulyar qaydada Ə.Vahid küçəsində dördüncü-sonuncu sırada yerləşir və sxem Buzovna Bələdiyyəsinin Ərazi İdarəetmə və planlaşdırma şöbəsinin müdiri D.Hacıyev, yəni birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 tərəfindən tərtib olunaraq bələdiyyənin möhürü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından Buzovna Bələdiyyəsi sədrinin 154 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə X26, 155 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə X14 və 156 saylı 05.04.2007-ci il tarixli sərəncamı ilə X18 ayrılmış torpaq sahələrinin cizgi sənədləri (torpaq sahələrinin sxemi) də tələb edilmiş, lakin arxivdən məhkəməyə göndərilmiş həmin şəxslərə aid torpaqayırma sənədlərinə həmin torpaq sahələrinin sxemləri əl avə olunmamışdır. X2 Sevər Mayıl qızına ünvanladığı 19.11.2018-ci il tarixli 243 saylı məktubda BuzovnaMaştağa yolunun sağ tərəfindəki ərazidə, Abşeron küçəsi ilə Ə.Vahid küçəsinin kəsişməsində 2000 kvadrat metr torpaq sahələrinin bir-birinə bitişik olmaqla, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 154 və 156 saylı sərəncamlarına əsasən X27 və X13 adına olduğu, torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahələrinin Cavabdeh faktiki istifadəsində olduğu və sonuncunun vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi göstərilmişdir. Buzovna Bələdiyyəsinin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 19.11.2018ci il tarixli 243 saylı məktubda isə göstərilmişdir ki, “Milli Arxiv İdarəsindən Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamına əsasən İddiaçı ayrılmış t orpaq sahəsinin yerləşmə sxemi əldə olunmuş və müəyyən edilmişdir ki, torpaq sahəsi hazırda bölünərək başqa şəxslərin istifadəsində olmaqla həmin torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir. Torpaq sahələri ilə bağlı sənədlər Milli Arxiv İdarəsində saxlanıldığı üçün məhkəməyə 29.01.2016-cı il tarixli məktubla natamam cavab verilmişdir”. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Buzovna Bələdiyyəsinin 05.04.2018-ci il tarixli 153 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 1000 kvadrat metr torpaq sahəsinin Buzovna-Maştağa yolunun sağ tərəfində həmin yola perpendikulyar qaydada Ə.Vahid küçəsində dördüncü-sonuncu sırada yerləşir və hazırda bölünərək başqa şəxslərin istifadəsində olmaqla orada fərdi yaşayış evləri inşa edilmişdir. Yoldan birinci və ikinci sahə lər isə X27 və X18 ayrılmış sahələr olmaqla, ümumilikdə 2000 kvadrat metr olan həmin sahə, habelə üzərində yerləşən qeyri-yaşayış sahələri Cavabdeh faktiki istifadəsindədir. Bu o deməkdir ki, İddiaçı birinci sahəyə hüquqi bağlılığı mövcud deyildir və belə olan halda onun Cavabdeh qarşı müvafiq iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmal ıdır. Obyektə 2014-cü ildə İddiaçı adına eskiz layihəsinin tərtib olunması və sonuncu tərəfindən icbari sığortalanması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir tərəfdən həmin işlər tərəflər arasındakı münasibətlər soyumağa başladığı ərəfədə görülmüşdür; digər tərəfdən isə eskiz layihəsi, sahənin ölçüsü və invertar dəyəri barədə hesabat hüquqmüəyyənedici sənəd yox, texniki məlumatlar hesab olunur və onların mötəbərliyi iş materiallarından müəyyən edilmir. Qarşılıqlı iddia ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh cəmi 4000 kvadrat metr torpaq sahəsini mərhum ərinin aldığını və həmin torpaq sahəsinin 1000 kvadrat metr hissəsini özünün, 1000 kvadrat metr hissəsini qardaşı X4, 1000 kvadrat metr hissəsini İddiaçı, 1000 kvadrat metr his səsini isə X7 adına rəsmiləşdirdiyini bildirsə də, bu dəlilinin təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, Cavabdeh həmin halı bələdiyyənin işçisi X4ə istinadən bildirsə də, sonuncu ona belə bir məlumat verməsini və ümumiyyətlə belə halın baş verməsini inkar etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh İddiaçı tələb etdiyi 90250 manat məbləğində pula dair müfəssəl məlumatlar verə bilməmiş, qarşılıqlı iddia ərizəsini ümumi sözlərlə əsaslandırmışdır. Belə ki, qarşılıqlı iddia ərizəsini təhlil etdikdə, Cavabdeh tələbinin üç hissədən ibarət olduğu müəyyən olunur: “Avtoservis fəaliyyətə başladıqdan sonra İddiaçı tanımadığı şəxslərlə onun adından saxta icarə müqavilələri bağlamaqla 2014-cü ilin aprel ayından həmin ilin sonunadək cəmi 18000 manat gəlir əldə edərək ondan gizlətməsi”, “İddiaçı Rusiya Federasiyasından gətirilən dərmanları ona aid olan torpaq sahəsində tikilən ambarda saxladığına görə hər ay ona 3500-2000 manat arasında pul ödəməli olduğu halda ödəməməsi” və “mərhum ərinin İddiaçı adına aldığı 1000 kvadrat metr torpaq sahəsinin 500 kvadrat metr hissəsini sonuncunun sataraq pulunu məsimsəməsi”. Qarşılıqlı iddia tələbinin birinci hissəsi və həmin tələblə bağlı İddiaçı barəsində olan Xəzər rayon məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmünün preyudisiallıq qüvvəsi ilə bağlı Cavabdeh dəlillərinə münasibət bildirərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hökmlə İddiaçı Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 156 saylı sərəncamına əsasən Cavabdeh mərhum əri X1a və həmin bələ diyyənin 05.04.2007-ci il tarixli 154 saylı sərəncamına əsasən mərhum qardaşı X2a ayrılmış cəmi 2000 kvadrat metr torpaq sahəsinin 1500 kvadrat metr hissəsində Cavabdeh ilə birgə inşa etdikləri avtomobillərə texniki xidmət obyektində dəmirçi işləmiş X23, təmirçi işləmiş X10, rəngsaz işləmiş X17 ilə bağlanmış 01.05.2014-cü il, rəngsaz işləmiş X29, dəmirçi işləmiş X22 ilə bağlanmış 01.11.2014-cü il və dəmirçi işləmiş X11 ilə bağlanmış 01.12.2014-cü il tarixli icarə müqavilələrini qanunsuz hazırlayaraq “icarəyə verən” qrafasında Cavabdeh əvəzinə imza etdiyi və həmin ilin sonuna kimi bilə-bilə həmin saxta sənədlərdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş d igər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İstinad olunan normanın dispozisiyasından göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində preyudisial əhəmiyyət kəsb edir. Bu mənada, İddiaçı Cavabdeh adından qanunsuz icarə müqavilələri hazırlayaraq imza edib, bilə-bilə həmin saxta sənədlərdən istifadə etməsində ifadə olunmuş hadisənin baş verməsi aşkardır və mübahisələndirilə bilməz. Ancaq həmin hərəkətlər nəticəsində İddiaçı 18000 manat, yaxud da başqa məbləğdə gəlir əldə etməsi hökmlə müəyyən olunmur və həmin məsələ (icarə haqqı) ilə bağlı hökmün hazırki mübahisəyə aidiyyəti yoxdur. Digər tərəfdən, Cava bdeh həmin cinayət işinə baxılarkən məhkəmədə verdiyi ifadəsində qarşılıqlı iddia ərizəsindən fərqli olaraq göstərmişdir ki, İddiaçı saxta icarə müqavilələri üzrə hər boksdan 600 manat olmaqla cəmi 7200 manat məbləğində icarə haqqı alaraq mənimsəmişdir. Həmin işə baxılarkən şahid qismində dindirilmiş X23 2014-cü ilin aprel ayından noyabr ayınadək mübahisəli obyektdə icarəyə götürdüyü dəmirçi sexində fəaliyyət göstərdiyini, icarə haqqını isə İddiaçı, sonuncunun oğlu X8ə, hesabat aparan X7 və üç dəfə də Cavabdeh verdiyini göstərmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş digər “icarəçilər” də oxşar ifadə vermiş, onlardan X5 və X6 200 manat, digərləri isə 56 manat aylıq icarə haqqı ödədiklərini bildirmişlər. Göründüyü kimi, mübahisəli obyektdə (avtoservisdə) fəaliyyət göstərən sexləri n 2014cü ildə icarəyə verilməsi buna hüquq verən sənədin (icarə müqavilələrinin) saxtalaşdırılması yolu ilə həyata keçirilsə də, həmin hərəkətlər tərəflərin şərikli (birgə) biznes fəaliyyətinin tərkib hissəsini ifadə etmişdir. Cavabdeh obyekti 2014-cü ilin yanvar ayında qardaşı X2 vəfat etdikdən sonra həmin ilin oktyabr ayınadək İddiaçıla birgə işlətməsini (şərikliyini davam etdirməsini) sonuncudan etdiyi şikayət üzrə aparılan araşdırma (təhqiqat) zamanı da etiraf etmişdir. Belə olan vəziyyətdə icarəyə götürülmüş sexlərə görə hansı icarəçinin kimə (Bayram, Mürid, Mahir, Sevər) hansı məbləğdə icarə haqqı ödəməsini müəyyən etmək mümkün deyil və Cavabdeh da bununla bağlı məhkəməyə müfəssəl məlumatlar, yəni iddiasının əsasını təşkil edən hallara dair sübutlar təqdim etməmişdir. İddiaçı Rusiya Federasiyasından gətirilən dərmanları ona aid olan torpaq sahəsində tikilən ambarda saxladığına görə hər ay ona 3500-2000 manat arasında pul ödəməli olduğu halda ödəməməsi ilə bağlı Cavabdeh dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin materiallarında olan və tərəflərin mötəbərliyini mübahisələndirmədikləri Bakı şəhəri Xəzər rayon Polis şöbəsi 20-ci PB-nin təhqiqatçı Rövşən Xanbabayev tərəfindən qəbul olunmuş 18.01.2015-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda əksini tapmış izahatında Cavabdeh həmin məsələ ilə bağlı “ərinin sağlığında mübahisəli ərazidə tikililər tikildiyini, həmin dövrdə kənd təsərrüfatına lazım olan gübrə satışının təşkil edildiyini, satışdan hər ay ona 3000 manat pul daxil olduğunu, bildi yinə görə qalan dörd şəriyin də bir o qədər özlərinə götürdüklərini, əri rəhmətə getdikdən sonra onun işlərini qardaşı X2in apardığını, lakin sonuncunun artıq ona 2000 manat verdiyini, 1000 manatı isə özünə götürdüyünü, sonradan qardaşının adına hazır tikililər də daxil olmaqla tikinti layihəsinin təsdiq edildiyini, layihəyə uyğun tikililərin inşa olunduğunu, əlavə tikililərin xərcinin onun və Bayramın gəliri hesabına ölənildiyini” bildirmişdir; bundan aydın olan isə odur ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində “Rusiya Federasiyasından gətirilən dərmanlar” dedikdə gübrə satışını nəzərdə tutmuşdur və həmin işlərə əri X1, sonuncu vəfat etdikdən sonra isə mərhum qardaşı X2 rəhbərlik etmişdir. Belə olan halda həmin gübrə satışının İddiaçı aidiyyətinin olması və sonuncunun həmin satışı həyata keçirib qazancını Cavabdeh gizlətməsi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh “mərhum ərinin İddiaçı adına aldığı 1000 kvadrat metr torpaq sahəsinin 500 kvadrat metr hissəsini sonuncunun sataraq pulunu məsimsəməsi” ilə bağlı dəlillərini də əsaslı hesab etməyərək göstərmişdir ki, işin araşdırılan halları ilə müəyyən olunduğu kimi həmin sahə Buzovna Bələdiyyəsi tərəfindən məhz İddiaçı satılmışdır və sonuncunun özünə məxsus həmin torpaq sahəsi ilə bağlı müstəqil qərarlar qəbul etmək səlahiyyəti Cavabdeh tərəfindən məhdudlaşdırıla bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tə ləblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunanlar qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətdə iddiaçı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi 104800 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı verilməsini təmin etməməklə düzgün nəticəyə gəlməmiş, ona bu barədə iddia qaldırmaq hüququnu belə izah etməmişdir. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllə 281.3-cü maddəsinin tələblərinə görə, hakim işə irəli sürülmüş tələblər əsasında baxır. Hazırki iddia tələbində iddiaçı B.Bayarmov cavabdehə qarşı pul tələbi irəli sürməmiş, iddiaçının tələbi qeyriyaşayış sahəsindən (ticarət obyektindən) Cavabdeh tərəfindən sahiblikdən özbaşına məhrum edilməsi barədə pozuntulara son qoyulması, Buzovna Bələdiyyəsinin 05.04.2007-ci il tarixli 153 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi olmuşdur. Belə olan halda məhkəmə 104800 manat vəsaitin cavabdehdən tutulması barədə məsələyə baxmamaqda haqlı olmuşdur. Bu barədə iddiaçının müstəqil iddia tələbi irəli sürmək hüququ istisna edilmir. Məhkəmə kollegiyasına daxil olmuş sənəddən müəyyən edilir ki, iddiaçı artıq Xəzər rayon məhkəməsinə bu barədə iddia tələbi ilə müraciət etmişdir. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, Cavabdeh hazırkı iddia qaldırmağa səlahiyyəti, yəni subyektiv hüququ yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya ayrılmış torpaq sahəsində fərdi yaşayış evlərinin tikilməsi müəyyən edilmiş, digər torpaq sahələri isə cavabdehin mərhum əri və mərhum qardaşına məxsus olmuşdur. İşdən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 31 saylı və Bakı şəhəri 9 saylı notariat kontorlarında açılmış vərəsəlik işləri üzrə həmin torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müvafiq olaraq mərhum X13 vərəsəsi arvadı Cavabd eh, X8 vərəsəsi arvadı – hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X20 müəyyən olunmuşlar. Ona görə də, Cavabdeh mərhum X1un vərəsəsi qismində məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməkdə subyektiv hüququ olmuşdur. Digər tərəfdən Cavabdeh ilə İddiaçı arasında mübahisəli torpaq sahələrində yerləşən qeyri-yaşayış obyekti ilə bağlı münasibətlərin Cavabdeh qardaşı və həyat yoldaşının vəfatından sonra da bir müddət davam etdirilməsi işin mübahisə edilməyən halıdır. Cavabdeh qarşılıqlı iddia tələbində İddiaçı pul tələb etmişdir. Bu baxımdan da Cavabdeh həmin tələbi irəli sürməkdə subyektiv hüququ olmuşdur. Cavabehin kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin d əlillər tam, hərtərfəli və obyektiv araşdırırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11371/2018 nömrəli iş üzrə 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar