Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4086/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Xətai rayon İcra şöbəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “aliment üzrə dəbbə pulunun ödənilməsi” tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4148/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə cavabdeh) xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2009-cu il tarixdə Nuray adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşağın anasının yanında qalması qət edilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3506/2010 saylı, 05 oktyabr 2010cu il tarixli icra sənədi üzrə 07 sentyabr 2010-cu il tarixdən hesablanaraq 08 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir.
3. Sonradan İradə və Cavabdehlar arasında ailə münasibətləri bərpa edilmiş, onlar 2015-ci ilə qədər birlikdə yaşamış, birgə yaşayışlarından xx.xx.2013-cü il tarixdə Lalə adını verdikləri uşaqları dünyaya gəlmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən 26 sentyabr 2014-cü il tarixdən hesablanaraq 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, 13 may 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədi üzrə alimentin miqdarı dəyişd irilərək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, yəni 19 iyun 2019-cu il tarixdən hesablanaraq 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı (bundan sonra mətndə iddiaçı) xeyrinə ödənilməlidir.
6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, XətaiRayon Məhkəməsinin xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli qətnamələri üzrə yaranmış aliment borcunun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh adına qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə yaranmış aliment borcun unödənilməsini təmin etmək məqsədilə Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Rüstəmov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs tətbiq edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmiş, Cavabdeh təyin olunmuş 15 gün inzibati həbs tənbeh tədbiri 500 manat miqdarında inzibati cərimə tənbeh növü ilə əvəz edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli qətnamələri üzrə aliment borcunun yenidən hesablanar aq xx.xx.2020-ci il tarixinə olan aliment borcunun məbləğinin 31 495,45 manat müəyyən olunması qərara alınmışdır.
11. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin xx.xx.2022-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2019-cu il tarixli qətnamələri üzrə borclu Cavabdeh xx.xx.2022-ci il tarixinədək tələbkar İddiaçı ödəməli olduğu aliment borcu 25 536,87 manat məbləğində müəyyən edilmişdir.
12. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən Vüqar Qasımov tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən 27 719,45 manat alimentdən 1329 manatın, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsa sən 5871 manat aliment tam, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 7040 manat alimentdən 1500 manatın ödənilməsi təmin edilmişdir və hazırda iki icra sənədi üzrə cəmi 31 930,45 manat borc mövcuddur.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2019cu il tarixli qətnamələri üzrə icra məmurunun qanuni tələblərinə əməl etməməsi və 31 930,45 manat məbləğində aliment borcunun olması ilə əlaqədarCavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tənbeh tədbirinin tətbiq olunmasına dair Xətai rayon İcra şöbəsindən daxil olmuş materiala Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə baxılmış, xx.xx.2023-cü il tarixli qərarla işin icraatına şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, xx.xx.2018-ci il tarixdən 13 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X2 üçün 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin gecikdirilməsinə görə 3.757,42 manat məbləğində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli 2(011)-581/2015 saylı icra vərəqəsinə əsasən 30 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 sentya br 2014-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 13 may 2019-cu il tarixli, 2(011)-4870/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli 2(011)-581/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 30 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 160 manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçıya ödənilməlidir. Qətnamə 19 iyun 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh alimenti ödəməkdən imtina edir. Alimentin ödənilməməsinə görə 24 iyun 2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinin qərarı ilə cavabdehin adına olan mənzilə həbs qoyulmuşdur. 05 iyul 2019-cu il tarixdə məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq bir il müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra da o, alimenti ödəməmişdir. 26 oktyabr 2022-ci il tarixdə alimenti ödəmədiyinə görə Xətai Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin ödənilməsi üzrə yaranmış borc üzrə dəbbə məbləği 3.757,42 manatdır.
17. Həmin iddia tələbi əsasında 2(011)-7588/2022 sayısı ilə müvafiq mülki icraat başlanmışdır.
18. İddiaçı cavabdehə qarşı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 üçün 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin gecikdirilməsinə görə 7.544,12 manat məbləğində dəbbə pulunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Digər iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3506/2010 saylı, 05 sentyabr 2010-cu il tarixli icra sənədi üzrə 08 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 sentyabr 2010-cu ildən başlayaraq cavabdehin hər aylıq qazancının ¼ hissəsi qismində aliment tutularaq İd diaçı ödənilməlidir. Cavabdeh aliment ödəməkdən imtina edir. 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin ödənilməsi üzrə yaranmış dəbbə məbləği 7.544,12 manatdır.
20. Göstərilən iddia tələbi əsasında 2(011)-7587/2022 sayısı ilə müvafiq mülki icraat başlanmışdır.
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(011)-650/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddiasına dair 2(011)-650/2023 saylı mülki işlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddiasına dair 2 (011)-649/2023 saylı mülki işin birləşdirilməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında mövcud olan sənədlərə əsasən Cavabdeh 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində aliment borcu 12.431 manat məbləğində müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3506/2010 saylı, 05 sentyabr 2010-cu il tarixli icra sənədi üzrə 2010-cu il oktyabr ayından 2022-ci ilin noyabr ayınadək olan 24.835,72 manat aliment borcuna görə gecikdirilmiş məbləğ üzrə hər gün üçün 0.01 faiz hesablanmaqla dəbbə pulunun 6.524,85 manat olduğu müəyyən edilmişdir.
24. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 3(011)-1399/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır.
25. Bakı şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim A.N.Həsənova) 2(011)-650/2023 saylı iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, iddiaçının cavabdehə qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir. 2
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment öhdəliklərini lazımi qaydada icra etməmiş və bununla bağlı onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində borclu ilə bağlı könüllü və məcburi icra hərəkətlərinin görülməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3(103)235/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarını ləğv edərək qeyd etmişdir ki, cavabdehin məcburi icra hərəkətləri çərçivəsində əmlakının müəyyən edilib üzərinə həbs qoyularaq zəruri halda satılması ilə bağlı tədbirlər həyata keçirilmədən birbaşa inzibati qaydada həbslə bağlı məhkəməy ə müraciət edilməsi düzgün olmamışdır. İş materiallarında olan sənədlərdən, həmçinin də məhkəmə araşdırması zamanı izahatı dinlənmiş icra məmurunun qeyd etdiklərindən və icra işinin materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 8(062)-291/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 62 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. 30 yanvar 2020-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlakın qiymətləndirilməsindən ötrü "xxxx" MMC-nə müraciət edilmiş, əmlak 100.000 manat dəyərində qiymətləndirilmişdir. 06 iyul 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən “X4” MMC-yə sözügedən mənzilin satılmasına dair sifariş göndərilsə də, hərracın baş tutmaması səbəbindən “İcra haqqında” AR Qanununun 53.3-cü maddəsinə əsasən sənədlə r toplusu 03 noyabr 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsinə qaytarılmışdır. Bu səbəbdən də borcun ödənilməsi baş tutmamışdır.
27. Eyni zamanda, cavabdehin aliment tutulandan bu günkü dövrədək mütəmadi olaraq aliment ödənişləri etdiyi araşdırma zamanı müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin verdiyi izahatdan görünür ki, saxlanılması üçün aliment tələb olunan 08 iyul 2009-cu il təvəllüdlü Nuray adlı uşaq avqust ayından etibarən onun yanında qalır. 2023-cü ilin aprel ayında Xətai Rayon Məhkəməsinin icraatında olmuş inzibati xəta ilə bağlı işə baxılarkən cavabdehin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan maddənin tərkibi olmadığından həmin işin icraatına xitam verilmişdir. Beləliklə, yuxarıda istinad olunanlar məhkəmə yə belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin hərəkətlərində təqsirin olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də iddia təmin edilə bilməz.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 108.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.2, 19.3, 69.1-1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
5. Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı qətnamədən narazı qalaraq apellasiya şikayəti vermişdir və Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-650/2023 saylı iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi) X.A.Mərdanova, S.X.Bəhrəmzadə) xx.xx.2023-ci il tarixli 2(103)-4148/2023 saylı qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-650/2023 saylı iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, iddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin vaxtında ödənilməməsi səbəbilə yaranmış aliment borcuna faizin (dəbbə pulunun) hesablanıb ödənilməsi barədədir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 108.2-ci maddəsi təşkil edir. Qanunverici, mə hkəmə tərəfindən müəyyənləşdirilmiş alimentin vaxtında ödənilməməsi səbəbilə aliment üzrə borclar yarandıqda, aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu tələb olunmasının mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti aliment borclusunun alimenti vaxtında ödəməməkdə təqsirli olmasının sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə müəyyən olunan hallar, aliment borcunu vaxtında ödəməməyə görə cavabdehi təqsirli hesab etməyə imkan vermir və bu xüsusat qanuni qüvvədə olan məhkəmə qərarı ilə də təsbit olunmuşdur.
32. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Qanunun müddəasına görə, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3506/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq hər ay aylıq qazancının ¼ hissəsinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit 160 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Borclu ödənişləri vaxtında etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş və bundan sonra məsuliyyəti dərk edərək icra sənədinə əsasən təyin edilmiş borcdan xx.xx.2020-ci il tarixdə 500 manat, xx.x x.2020-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində ödənişlər etmişdir. Həmçinin, məhkəmə iclasında borclu Cavabdeh tərəfindən əlavə olaraq 5000 manat məbləğində ödəniş edilmiş və hal-hazırda onun 18.218,69 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bundan başqa iş materiallarında olan elektron çıxarışlardan görünür ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 7, 62 saylı mənzil və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə icra sənədi üzrə aliment borcu yönəldilsə də, alıcı olmadığından hərracdan satılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh həmin evin satılmasına etiraz etməmiş, heç bir maneə törətməmişdir. Məhkəmə iclasında da Cavabdeh qeyd etmişdir ki, hərracdan satıla bilməməsinə baxmayaraq həmin evi satışa qoymuşdur və satılan kimi aliment borcunu ödəyəcəkdir. Göründüyü kimi Cavabdeh üzrsüz səbəbdən aliment borcunu ödəməməsi halı mövcud deyildir. Həmçinin Cavabdeh vəkil kimi də fəaliyyət göstərir, icra məmuru tərəfindən a liment borcunun onun aylıq qazancına yönəldilməsi istiqamətində də hər hansı bir icra tədbiri görülməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Cavabdeh tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir”.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsi nin 75.1, 75.4, 78.1,78.2, 108.1, 108.2, 108.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü ilil tarixli, 2(103)- 4148/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında müəyyən edilmiş sübutlara əsaslanmayan qətnamə qəbul edilmişdir. Cavabdeh 2010-2016-cı illər ərzində 3 bankda (Turanbank, Unibank və Bank BTB) hüquqşünas vəzifəsində çalışıb. Hazırda da vəkil kimi işləyir.O ali mentin ödənilməməsi haqqında onu hansı məsuliyyət gözlədiyini bilə-bilə 2010-cu ildən 2020-ci ilə kimi bir dəfə də olsun aliment ödəməyib. 2019-cu ildə aliment borcu 29083 manat təşkil edib. Buna görə Tovuz rayon məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarı ilə onun mənzilinə həbs qoyulub və 15 iyul 2019-cu ildə ölkədən çıxma hüququ məhdudlaşdırılıb. Cavabdeh 24 yanvar 2020-ci il tarixdə aliment ödəmədiyinə görə barəsində inzibati həbs tətbiq edilib. 2022-ci ildə isə ölkədən çıxma hüququ külli miqdarda aliment borcuna görə məhdudlaşdırılıb. Məhkəmə qətnaməsində bu təqsirləri nəzərə alınmayıb. İş materiallarında olan Xətai rayon İcra və Probasiya Şöbəsinin arayışına görə icra sənədi üzrə 2022-ci ilədək olan aliment borcun olması cavabdehin alimenti vaxtında ödəmədiyi nəticəsində yaranmışd ır. Ödənişin gecikməsində heç bir üzürlü səbəb haqqında iş materiallarında hər hansı sənəd yoxdur. Məhkəmə nəzərə almayıb ki, iddia ərizəsində dəbbə pulu 2022-ci il dekabrın 1-də ödənilməli olduğu göstərilib. 2023-cü ilin aprel ayında Xətai rayon məhkəməsinin qərarı ilə cavabdehin əməlində İXM-nin 528.1-cimaddəsinin tərkibi olmadığından xitamm verilməsi onu həmin dövrə kimi yığılan dəbbə pulundan azad etmir. Məhkəmə bu araşdırmalara önəm verməyibdir. Məhkəmə qətnaməsində nəzərə almayıb ki, inzibati xəta İXM ilə, dəbbə pulu ilə ailə qanunvericiliyinə müvafiq nəzərə alınır.
36. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 12, 60-ci maddələrinə, AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə və MPM-in 14.1, 217.1, 217.2, 217.3 218.1-ci maddələrinə istinad etmiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
37. Maddə 108.1. Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
38. Maddə 108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir
39. Maddə 108.3. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tə ləb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara v ə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçü n əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyul 2023-cü il tarixli 2(103)- 4148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.