Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-410/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, apellyasiya şikayəti verməyən işdə iştirak edən şəxsin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK-ya qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı və əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1235/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama CİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbəsində yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) alqısatqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, mübahisəli mənzilə dair 2/3 hissədə pay haqqının tanınması, mənzilə köçürülməsi və tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2(060)-641/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 Xurrəm oğlu arasında mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, iddiaçının mənzilə dair pay haqqının 1/2 hissədə tanınması, iddiaçının mənzilə köçürülməsi, iş üzrə ödənilmiş 50 manat 40 qəpik dövlət rüsumu və medi asiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1235/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən cavabdehlər Cavabdeh2 (vəkil Nümayəndə2) və "xxxx" MTK (vəkil Nümayəndə1) da ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.
6. Apellyasiya instansiyası məhkəməsinin 14 noyabr 2023-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-nın verdiyi kassasiya şikayətləri geri qaytarılmışdır.
7. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilərək, apellyasiya şikayəti verilmiş, hazırkı qətnamə ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi digər cavabdehlər "xxxx" MTK və Cavabdeh2 Xurrəm oğlu tərəfindən mübahisələndirilməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402 və 408-ci maddələrinə istinadla hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK-nın hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququ istisna olunduğundan və şikayət kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən kassasiya şikayətləri geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
9. Cavabdehlər "xxxx" MTK (vəkil Nümayəndə1) və Cavabdeh2 (vəkil Nümayəndə2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsi və şikayətlərinin mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
10. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytarmaqla qüvvədə olan prosess ual hüquq normalarının tələbini, həmçinin maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsə də, Cavabdeh1 vermiş olduğu apellyasiya şikayəti üzrə qanuni qətnamə qəbul ediləcəyini, apellyasiya şikayətinin təmin ediləcəyi təqdirdə onun birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi hüquqlarının təmin ediləcəyini ümid etmiş, lakin apellyasiya məhkəməsi mülki iş üzrə çıxardığı qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsə də, məhkəmə qətnaməsi ona münasibətdə hər hansı bir hissədə qanuni qüvvəsini almamışdır. Əgər qətnamə apellyasiya şikayəti verm əmiş şəxslərə münasibətdə qanuni qüvvəsini almış olsa, həmin hissələr üzrə icra vərəqəsi verilmiş olardı. Mübahisə predmetinin mahiyyətindən göründüyü kimi bölünməz olduğundan, eyni zamanda iş üzrə cavabdehlərdən biri apellyasiya şikayəti verməklə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən və hazırkı vəziyyətdə apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinə kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyindən kassasiya şikayəti vermək hüququna malikdir.
11. Kassasiya şikayətləri MPM-in 393, 403.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadının 41-45-ci bən dlərinə ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsi
13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, ü çüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər
15. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020 -ci il tarixli Qərardadı
17. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni q üvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı) (bənd 44).
18. MPM-in 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən maddə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətini n icraata qəbulundan bu əsasla imtina edilməməlidir (bənd 52).
19. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır (bənd 53). Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlərin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
23. Belə ki, MPM-in 402.1 və 40 3.1-cü maddələrinə əsasən iş üzrə cavabdehlər olan kassatorların apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmuşdur, və prosessual qanunvericilik apellyasiya şikayəti verməmiş işdə iştirak edən şəxsin bu hüququnu qadağan edən norma müəyyən etməmişdir.
24. MPM-in 403.1-ci maddəsi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici həmin normada “tələbləri təmin olunmadığı hallarda” ifadəsini yalnız iddia və şikayətlərlə məhdudlaşdırmır, həmçinin iddiaya və şikayətlərə etirazları da ehtiva edir. Başqa sözlə, apellyasiya şikayəti təmin olunmayan işdə iştirak edən şəxsin sonuncu qətnamədən kassasiya şikayəti vermək hüququ olduğu kimi, iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildikdə və yeni qətnamə ilə iddia rədd olunduğu halda, sonuncu qətnamə ilə cavabdehə qarşı iddia təmin edildiyi, yaxud iddiaya etirazı təmin olunmadığı üçün onun kassasiya şikayəti vermək hüququ yaranır.
25. Eyni qaydada əgər birinci instansiya məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərdən biri tərəfindən tam mübahisələndirildikdə və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanıldıqda qəbul olunmuş qətnamə ilə son olaraq iddiası rədd olunmuş, yaxud ona qarşı iddia təmin olunmuş tərəfin apellyasiya şikayəti veribverməməsindən asılı olmayaraq kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərdən biri onunla eyni mənafedən çıxış edən digər şəxs tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi halda həmin şikayətin təmin olunacağı na güvənərək, apellyasiya şikayəti verməyə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qəbul olunmasını gözləyə bilər. Apellyasiya şikayəti verməmiş işdə iştirak edən şəxsin kassasiya şikayəti o zaman qeyri mümkün hesab edilə bilər ki, başqa işdə iştirak edən şəxsin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi şikayət verməyən şəxsə aid hissədə yoxlanılmamış olsun. Bu cür hallarda şikayət verməyən şəxsin kassasiya şikayətinin qeyri-mümkünlüyü ona əsaslanır ki, həmin şəxsə aid hissə apellyasiya baxışının predmeti olmadığı üçün, onun həmin hissədən apellyasiya şikayəti vermək imkanı mövcud olur. 26. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədlə ri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqelərə əsasən apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiy ası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (bənd 44).
27. MPM-in 403.1-ci maddəsi..., bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir (bənd 52).
28. Bu baxımdan hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 Xurrəm oğlunun və "xxxx" MTK-nın apellyasiya instansiyası məhkəməsini qətnaməsindən kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiya sının 60-cı maddəsinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən İ hissəsinə, habelə MPM-in 402.1 və 403.1-ci maddələrinin tələblərinə uyğun olmamışdır.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş kassasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(105)-1235/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin və iş kassasiya şikayətlərinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.