Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1660/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, dövlət reyestrində qeydiyyata alınmamış mənzili müqavilə əsasında əldə edənin vicdanlılığı, apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibd ə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(105)-1235/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 və İddiaçı 26 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü X6 və 3 avqust 2019-cu il təvəllüdlü X5 adında uşaqları doğulmuşlar.
2. Ağsu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.
3. Tərəflərin birgə nikahları dövründə bağlanmış 06 dekabr 2017-ci il tarixli Mənzilin tikintisi haqqında müqavilə ilə "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-c ı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh1 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50410 manatı hər ay 1400 manat olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşlər.
4. Sonradan, Cavabdeh1 13 sentyabr 2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verərək, mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilən “ünvan 3əxsus ümumi sahəsi 71 kv.m olan 1-ci blokun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 88 saylı mənzildən və pay hüququndan imtina etdiyini, həmin pay hüquqlarının satılmasına və digər şəxsin adına keçirilməsinə etirazı olmamasını bəyan etmişdir. Ərizə xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuşdur. 5. 14 sent yabr 2022-ci il tarixli Mənzilin tikintisi haqqında müqavilə ilə "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci bloku, 17/13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 69,42 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50400 manat ödəməyi öhdəsinə götürmüşdür. MTK-nın 14 sentyabr 2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 17/13 mərtəbəsində 2 otaqlı, 88 saylı mənzilin pay dəyəri 50400 manat Cavabdeh2 tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi və daha son ra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər MTK ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin alqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, həmin mənzilə 2/3 hissədə pay haqqının tanınması, mənzilə köçürülməsi və tərəfindən ödənilmiş 100,40 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 16-cı mkr. ünvanda yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13cü mərtəbəsində, iki otaqlı mənzil almış və birgə nikah dövründə qazanılmış pulun hesabına tam təmir etmişlər. Cavabdeh1 bu mənzili iddiaçının razılığı olmadan satıb mənimsəmək istəmişdir. İddiaçının ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuşdur. Lakin qərardad icra olunarkən məlum olmuşdur ki, iddiaçının razılığı olmadan cavabdeh mənzili Cavabdeh2 satmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadə) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbəsində yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin a lqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı həmin mənzilə dair pay haqqının 1/2 hissədə tanınması, iddiaçının mənzilə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı 14 sentyabr 2022-ci il tarixli müqavilə qanunun tələblərinə zidd bağlanmış, cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və iddiaçının mübahisəli olan mənzildə əldə edilmiş hüquqları kobud şəkildə pozulmuşdur.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 222.2, 222.3, 225.1, 337.1, 337.3, 337.4, 337.5, 340.1-cı, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 37-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisə predmeti olan mənzilə pay hüququndan imtina edərkən, həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun MTK-ya 2000 manat məbləğində borcu qalmışdır. Mübahisəli mənzilin pay haqqı tam ödənilmədiyinə görə mənzilə mülkiyyət hüququ əldə etməmiş və əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassız olmuşdur. Mübahisəli mənzilə olan pay haqqından imtina edərək, mənzili MTK-ya qaytarmağının və mənzilə görə ödədiyi pulu geri almağının səbəbi X1na olan borcunu qaytarmağı olmuşdur. Belə ki, 2021-ci il ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində, Almaniyada yaşayan X1ndan hissə-hissə olmaqla ümumilikdə 35000 avro məbləğində pulu borc götürmüşdür. Dayısından götürdüyü pullarla obyekt icarəyə götürmüş və müxtəlif avadanlıqlar alaraq həmin obyektdə quraşdırmışdır. X1 2022-ci ilin avqust ayında Azərbaycana gəldikdə ondan pulunu tələb etdiyi üçün 13 sentyabr 2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edərək, mənzilə görə ödədiyi pulu geri alaraq dayısına olan borcunu qaytarmışdır. İddiaçının bu məsələdən xəbəri olmuşdur. Mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilmə si və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(105)-1235/2023 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və S.A.Qafaridən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, mənzilin dəyəri ola n 50410 manatın 49000 manat hissəsi tərəflərin birgə nikah dövründə ödənilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə dair pay hüququndan iddiaçının razılığı olmadan cavabdeh tərəfindən imtina edilmiş, bundan sonra həmin mənzil 14 sentyabr 2022-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nə əsasən Cavabdeh2 təhvil verilmişdir ki, bununla da qeyd edilən mənzilə dair cavabdeh tərəfindən pay hüququndan imtina edilərkən və mənzilə dair başqa şəxslə müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulduğundan həmin müqavilə etibarsız hesab edilməlidir. Mənzilə dair pay hüququndan imtina edilərək, mənzilin geri qaytarılması zamanı iddiaçı tərəfindən razılıq ərizəsinin alınmaması halını cavabdeh izahatında təsdiq etmişdir.
15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən mənzil üzərində onların payı ½ hissədə müəyyən edilməli və iddiaçının həmin mənzilə gözlənti hüququ olduğundan o, həmin mənzilə köçürülməlidir.
16. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh aptek biznesi ilə məşğul olması üçün dayısından borca pul almasını, mənzili sataraq dayısına olan borcunu qaytarmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 182.1-ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, 13 sentyabr 2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edilərkən tərəflər rəsmi nikahda olmuş, iddiaçının ərizədən xəbəri olmuşdur. Mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur. Cavabdeh mübahisə predmeti olan mənzilə pay hüququndan imtina edərkən, həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun MT K-ya 2000 manat məbləğində borcu qalmışdır. Mübahisəli mənzilin pay haqqı tam ödənilmədiyinə görə mənzilə mülkiyyət hüququ əldə etməmiş və əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassız olmuşdur.
19. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Bu kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 112.1, 112.3, 135.5, 182.1, 222.3, 404.1-ci, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1,-ci maddələri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini kooperativdəki pay hüq uqu təşkil etdiyindən, Mənzil Məcəlləsinin 112-ci maddəsinin tələbinə mənzil üzərində Cavabdeh1 tərəfindən mülkiyyət hüququ əldə edilməmiş, dolayısı ilə iddiaçı və Cavabdeh1 ər-arvad kimi ümumi birgə mülkiyyət hüquqları yaranmadığından, Cavabdeh1 ümumi əmlaka – kooperativdəki paya - dair sərəncam verilməsi ilə əlaqədar onun lazımi səlahiyyətlərinin olmamasını Cavabdeh2 bildiyini və ya bilməli olduğunu iddiaçı tərəfindən sübuta yetirilməmiş, eyni zamanda Cavabdeh2 vicdanlı əldə edən (alıcı) olmuşdur. Cavabdeh2 kooperativdəki pay haqqını tam ödəmiş və mənzilə tam mülkiyyət hüququ əldə etmişdir.
21. Cavabdeh "xxxx" MTK həmçinin kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 222.3-cü, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, əmlakın hazırki mülkiyyətçisinin - əqdi bağlayan şəxsin, eləcə də MTK-nın iddiaçı ilə Cavabdeh1 ailə vəziyyətindən, onların mübahisəsindən məlumatları olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur. MTK əvvəlki payçı Cavabdeh1 pay haqqını tam ödəmədiyi, pay haqqından imtina etdiyi üçün ödədiyi pulu özünə geri qaytarmış və yeni payçı ilə müqavilə bağlamı şdır. MTK yalnız qanuna uyğun olaraq pay haqqını tam ödəmiş payçıya maliyyə arayışı vermiş və maliyyə arayışı, protokol əsasında həmin şəxs daşınmaz əmlaka hüquq əldə etmişdir. MTK-nın istədiyi şəxslə müqavilə bağlamaq və ləğv etmək hüququ olmuş, tərəflərin razılaşması ilə müqavilə və qanuna əsasən müqaviləni bağlamaq, imtina etdiyi müqaviləni də ləğv edə bilmək, bu zaman müqavilə tərəfinin ailə vəziyyətini bilmək məcburiyyəti qanunla müəyyən edilməmişdir. Belə olan halda müqavilənin əsassız, qanunsuz yerə etibarsız hesab olunması, onların hüquqlarını kobud şəkildə pozmuşdur.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir gös tərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əml aka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin m ülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və y a bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-ci maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci m addəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli o lan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həmçinin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilmə li olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
33. Belə ki, hazırki mülki işin predmeti olan çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə dair müqavilənin iddiaçı və Cavabdeh1 birgə nikahları dövründə bağlanması, onların birgə vəsaitləri hesabına mənzilin dəyərinin (cavabdehlərin dəlillərinə əsasən dəyərinin əsas hissəsinin) ödənilməsi işin mübahisəsiz hallarıdır.
34. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 13 sentyabr 2022-ci il tarixli ərizə ilə mənzildən və pay hüququndan imtina edərkən iddiaçının razılığı alınmamışdır.
35. Göstərilənləri əsas gətirməklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması qənaətinə gəlmiş və mübahis əli mənzillə bağlı MTK və Cavabdeh2 arasında bağlanmış müqaviləni etibarsız hesab etməklə, iddiaçının mənzil üzərində payını müəyyən etmişdir.
36. Lakin, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən mübahisəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını və müvafiq olaraq mübahisələndirilən müqavilə bağlanılarkən Cavabdeh2 vicdanlılığına hüquqi qiymət verməmişdir. 37. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.15-ci bəndinə izah olunmuşdur ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qe yri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Bununla belə, Qərarın 7.8-ci bəndində göstərilmişdir ki, ər-arvadın birgə mülkiyyətində olan d aşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz. Qərarın 7.10-cu bəndinə əsasən, məhkəmələr bəzi hallarda Mülki Məcəllənin 650-ci maddəsinin tələblərindən çıxış edərək, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydanı ər-arvadın bir gə mülkiyyətində olan reyestrdə qeydə alınmalı daşınar əşyalara, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara (məsələn, yaşayış binasının tərkib hissəsi üzərində pay hüququna) da tətbiq edirlər. Lakin Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik münasibətlərini tənzimlədiyi üçün həmin normanın əşya-hüquq münasibətlərinə tətbiqi hüquqi baxımdan yolverilməzdir.
38. Göründüyü kimi, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaka ərin (arvadın) mülkiyyət hüququ üçüncü şəxslərin vicdalılığından asılı olmayaraq qorunduğu halda, belə qeydiyyatı olmayan əmlaka dair bağlanmış əqdlərə hüquqi qiymət verilərkən, əldə edənin vicdanlı olub-olmamasının müəyyən edilməsi əhəmiyyətlidir.
39. Hazırki işdə Cavabdeh1 apellyasiya şi kayətinin dəlillərindən biri iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilənin tərəfi olan Cavabdeh2 vicdanlı əldə edən olması olmuşdur.
40. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu dəlili ətrafında araşdırma aparmamış, 14 sentyabr 2022-ci il tarixli müqavilə bağlanılarkən bu müqavilənin tərəflərinin vicdanlı olub-olmamalarına hüquqi qiymət verməmişdir.
41. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88, 217.3, 218.1 və 392.1.5-ci maddələri pozulmuşdur.
42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.... Ərizəçinin arqumentinin apel lyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
45. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(105)-1235/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.