Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-149/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, dövlət reyestrində qeydiyyata alınmamış mənzili müqavilə əsasında əldə edənin vicdanlılığı. Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(105)-1249/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassa siya şikayətinə 4 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 və İddiaçı 26 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü Əsra İsazadə və 3 avqust 2019-cu il təvəllüdlü Tuqay İsazadə adında uşaqları doğulmuşlar.
2. Ağsu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.
3. Tərəflərin birgə nikahları dövründə bağlanmış 6 dekabr 2017-ci il tarixli “Mənzilin tikintisi haqqında” müqavilə ilə "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv metr olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh1 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50410 manatı hər ay 1400 manat olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşlər.
4. Sonradan, Cavabdeh1 13 sentyabr 2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verərək, mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus ümumi sahəsi 71 kv metr olan 1-ci blokun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 88 saylı mənzildən və pay hüququndan imtina etdiyini, həmin pay hüquqlarının satılmasına və digər şəxsin adına keçirilməsinə etirazı olmamasını bəyan etmişdir. Ərizə xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuşdur. 5. 14 sentyabr 2022-ci il tarixli “Mənzilin tikintisi haqqında” müqavilə ilə "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qay ıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci bloku, 17/13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 69,42 kv metr olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50400 manat ödəməyi öhdəsinə götürmüşdür. MTK-nın 14 sentyabr 2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 17/13 mərtəbəsində 2 otaqlı, 88 saylı mənzilin pay dəyəri 50400 manat Cavabdeh2 tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər MTK ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv metretr, iki otaqlı, 88 saylı mənzilin alqısatqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, həmin mənzilə 2/3 hissədə pay haqqının tanınması, mənzilə köçürülməsi və tərəfindən ödənilmiş 100,4 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 birgə nikah dövründə aldıqları mənzili iddiaçının razılığı olmadan satıb mənimsəmək istəmişdir. İddiaçının ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3 dekabr 2022-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuşdur. Lakin qərardad icra olunarkə n məlum olmuşdur ki, iddiaçının razılığı olmadan cavabdeh mənzili Cavabdeh2 satmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadə) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbəsində yerləşən, 69 kv metretr, iki otaqlı, 88 saylı mənzilin alqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı həmin mənzilə dair pay haqqının ikidə bir hissədə tanınması, iddiaçının mənzilə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı 14 sentyabr 2022- ci il tarixli müqavilə qanunun tələblərinə zidd bağlanmış, cavabdehlər tərəfindən qanunvericiliyə zidd olaraq iddiaçının MTK-dan payı özgəninkiləşdirilmiş, bu zaman onun razılığı alınmamış, iddiaçının mübahisəli olan mənzil üzərində hüququ pozulmuşdur.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 222.2, 222.3, 225.1, 337.1, 337.3, 337.4, 337.5 və 340.1-cı, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3 və 37-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandı rılmışdır ki, cavabdeh mübahisə predmeti olan mənzilə pay hüququndan imtina edərkən, həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun MTK-ya 2000 manat məbləğində borcu qalmışdır. Mübahisəli mənzilin pay haqqı tam ödənilmədiyinə görə mənzilə mülkiyyət hüququ əldə etməmiş və əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassız olmuşdur. Mübahisəli mənzilə olan pay haqqından imtina edərək, mənzili MTK-ya qaytarmağının və mənzilə görə ödədiyi pulu geri almağının səbəbi X1na olan borcunu qaytarmağı olmuşdur. Belə ki, 2021-ci il ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində, Almaniyada yaşayan X1ndan hissə-hissə olmaqla ümumilikdə 35000 avro məbləğində pulu borc götürmüşdür. Dayısından götürdüyü pullarla obyekt icarəyə götürmüş və müxtəlif ava danlıqlar alaraq həmin obyektdə quraşdırmışdır. X1 2022-ci ilin avqust ayında Azərbaycana gəldikdə ondan pulunu tələb etdiyi üçün 13 sentyabr 2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edərək, mənzilə görə ödədiyi pulu geri alaraq dayısına olan borcunu qaytarmışdır. İddiaçının bu məsələdən xəbəri olmuşdur. Mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan Cavabdeh2 yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 avqust 2023-cü il tarixl i, 2(105)-1235/2023 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və S.A.Qafaridən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, mənzilin dəyəri olan 50410 manatın 49000 manat hissəsi tərəflərin birgə nikah dövründə ödənilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə dair pay hüququndan iddiaçının razılığı olmadan cavabdeh tərəfindən imtina edilmiş, bundan sonra həmin mənzil 14 sentyabr 2022-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nə əsasən Cavabdeh2 təhvil verilmişdir ki, bununla da qeyd edilən mənzilə dair cavabdeh tərəfindən pay hüququndan imtina edilərkən və mənzilə dair başqa şəxslə müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulduğundan həmin müqavilə etibarsız hesab edilməlidir. Mənzilə dair pay hüququndan imtina edilərək, mənzilin geri qaytarılması zamanı iddiaçı tərəfindən razılıq ərizəsinin alınmaması halını cavabdeh izahatında təsdiq etmişdir.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən mənzil üzərində onların payı ikidə bir hissədə müəyyən edilməli və iddiaçının həmin mənzilə gözlənti hüququ olduğundan o, həmin mənzilə köçürülməlidir.
16. Apellyasiya şikayətinin dəlillərinə qiym ət verərək apelyasiya insnatsiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh aptek biznesi ilə məşğul olması üçün dayısından borca pul almasını, mənzili sataraq dayısına olan borcunu qaytarmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 182.1-ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, 13 sentyabr 2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edilərkən tərəflər rəsmi nikahda olm uş, iddiaçının ərizədən xəbəri olmuşdur. Mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur. Cavabdeh mübahisə predmeti olan mənzilə pay hüququndan imtina edərkən, həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun MTK-ya 2000 manat məbləğində borcu qalmışdır. Mübahisəli mənzilin pay haqqı tam ödənilmədiyinə görə mənzilə mülkiyyət hüququ əldə etməmiş və əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassız olmuşdur.
19. Cavabdeh2 kassas iya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Bu kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 112.1, 112.3, 135.5, 182.1, 222.3, 404.1-ci, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1,-ci maddələri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini kooperativdəki pay hüququ təşkil etdiyindən, Mənzil Məcəlləsinin 112-ci maddəsinin tələbinə mənzil üzərində Cavabdeh1 tərəfindən mülkiyyət hüququ əldə edilməmiş, dolayısı ilə iddiaçı və Cavabdeh1 ər-arvad kimi ümumi birgə mülkiyyət hüquqları yaranmadığından, Cav abdeh1 ümumi əmlaka – kooperativdəki paya - dair sərəncam verilməsi ilə əlaqədar onun lazımi səlahiyyətlərinin olmamasını Cavabdeh2 bildiyini və ya bilməli olduğunu iddiaçı tərəfindən sübuta yetirilməmiş, eyni zamanda Cavabdeh2 vicdanlı əldə edən (alıcı) olmuşdur. Cavabdeh2 kooperativdəki pay haqqını tam ödəmiş və mənzilə tam mülkiyyət hüququ əldə etmişdir.
21. Cavabdeh "xxxx" MTK həmçinin kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 222.3-cü, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, əmlakın hazırki mülkiyyətçisinin - əqdi bağlayan şəxsin, eləcə də MTK-nın iddiaçı ilə Cavabdeh1 ailə vəziyyətindən, onların mübahisəsindən məlumatları olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur. MTK əvvəlki payçı Cavabdeh1 pay haqqını tam ödəmədiyi, pay haqqından imtina etdiyi üçün ödədiyi pulu özünə geri qaytarmış və yeni payçı ilə müqavilə bağlamışdır. MTK yalnız qanuna uyğun olaraq pay haqqını tam ödəmiş payçıya maliyyə arayışı vermiş və maliyyə arayışı, protokol əsasında həmin şəxs daşınmaz əmlaka hüquq əldə etmişdir. MTK-nın istədiyi şəxslə müqavilə bağlamaq və ləğv etmək hüququ olmuş, tərəflərin razılaşması ilə müqavilə və qanuna əsasən müqaviləni bağlamaq, imtina etdiyi müqaviləni də ləğv edə bilmək, bu zaman müqavilə tərəfinin ailə vəziyyətini bilmək məcburiyyəti qanunla müəyyən edilməmişdir. Belə olan halda müqavilənin əsassız, qanunsuz yerə etibarsız hesab olunması, onların hüquqlarını kobud şəkildə pozmuşdur.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1660/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qərarı ilə (hakim Elşad Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyeva və Əhliman Xıdırovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(105)-1235/2023 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilənin tərəfi olan Cavabdeh2 vicdanlı əldə edən olması olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu dəlili ətrafında araşdırma aparmamış, 14 sentyabr 2022-ci il tarixli müqavilə bağlanılarkən bu müqavilənin tərəflərinin vicdanlı olub-olmamalarına hüquqi qiymət verməmişdir.
25. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 222.2, 222.3, 225.1, 256.6cı, Ailə Məcəlləsinin 32.1, 33.1 və 33.3-cü maddələri ilə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(105)-1249/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Lalə Rəhimli və Almaz Süleymanovadan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmişdir. ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv metr olan 2 otaqdan ibarət 88 nömrəli mənzilə görə ödənilmiş 48.410 manat pul vəsaitinin ½ hissəsi - 24.205 (iyirmi dörd min iki yüz beş) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 50 (əlli) manat Cavabdeh1 alınaraq İddiaç ı ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair cavabdehlər MTK və Cavabdeh2 arasında mənzilin alqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri daşınmaz əmlak kimi mülkiyyət hüququnun müstəqil predmeti olmadığından ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olunmuşdur ki, daşımaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi məhz dövlət qeydiyyatından sonra dövlət tərəfindən tanınır. Bu baxımdan birgə nikah müddətində ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşay ış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir.
28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MTK mənzilə dair mübahisələndirilən müqaviləni bağlayan zaman Cavabdeh1 evli olduğunu bilməmişlər. Belə ki, həmin vaxt Cavabdeh1 tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti subay göstərilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 qohumluq və tanışlıq əlaqələri olmamışdır. Belə olan halda, Cavabdeh2 vicdanlı əldə edən şəxs olduğundan onun bağladığı müqavilə etibarsız sayıla və müqavilənin etibarsız hesab olunması, həmi n mənzilə 2/3 hissədə pay haqqının tanınması və mənzilə köçürülmə barədə iddiaçının tələbi təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin dəyəri tam ödənilməsə də, onun alınması üçün tərəflərin birgə nikahı zamanı xərclənmiş pul vəsaitinə ½ hissəsinə iddaçının pay hüququ yaranmışdır. Belə ki, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış 6 dekabr 2017-ci il tarixli mənzilin tikintisi haqqında müqavilənə əsasən, mübahisəli mənzilin dəyəri həmin müqavilə ilə 50410 manat müəyyən edilmiş və 36 ay müddətində hər ay 1400 manat olmaqla ödənilməsi şərtləşdirilmişdir. Cavabdeh1 həmin müqavilə üzrə 2000 manat borcu qaldığını, ödəmədiyini göstərmişdir.
30. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan mənzilin müqavilə üzrə ümumi dəyəri 50410 manat olduğundan, həmin dəyərin 2000 manat hissəsinin ödənilmədiyi nəzərə alınaraq, ödənilmiş 48.410 manat (50410-2000) vəsait üzərində tərəflərin hər birinin ½ hissədə pay hüququ olduğundan, Cavabdeh1 24.205 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh1 mənzilə dair mübahisələndirilən müqavilənin bağlanmasına iddiaçının razılığının olmasını bildirsə də, bu halı məhkəmə iclasında sübuta yetirə bilməmişdir.
31. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 222.2, 222.3, 225.1, 256.6, 324.1, 324.4 və 337.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1 və 33.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsnin tələblərini pozaraq iddia tələbindən kənara çıxmış və mənzilə görə ödənilmiş pul vəsaitinin ikidə bir hissəsinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılma sı təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 13 (birinci hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
40. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
41. Maddə
225. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasın dakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
42. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
43. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
44. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahi bkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
45. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ on ların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
46. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin 2(102)-1660/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qərarındakı göstərişlərə əməl olunmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1249/2024 nömrəli iş üzrə 27 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.