Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4110/2022 04.07.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh tərəfindən ayqı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadından iddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin icraata qəbul olunmasından imtina edilməlidir. İddiaçı və cavabdehin kassasiya şikayətləri onların vəkilləri tərəfindən “Elektron məhkə mə” informasiya sistemi vasitəsilə verilsə də, iş materiallarına və adıçəkilən sistemə vəkillərin orderləri əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə qaytarılmalıdır. Ona görə də iddiaçı və cavabdehin kassasiya şikayətlərinin icraata qəbul olunmasından imtina edilməli və şikayətlər geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALD İ: İddiaçı və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadından ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin icraata qəbul olunmasından imtina edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4110/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4110/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver