Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4117/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4117/2022 (Açar sözlər: alqı-satıq müqaviləsinin etibarsız hesab edilməsi, öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd) Bakı şəhəri 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və cavabdehə başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılm ası tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)641/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X6 əmisidir. X14 2002-ci ildən ruhi-əsəb xəstəsidir və ona Psixi Sağlamlıq mərkəzində “F20.0 X8” diaqnozu qoyulmuş və İİ qrup əlildir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)4384/2020 saylı qətnaməsi ilə X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
3. Abşeron rayon İcra Hakimiyyətinin 25 dekabr 2020-ci il tarixli, 225 saylı sərəncamı ilə xx.xx.1973-cü il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan X6 üzəri ndə əmisi xx.xx.1938-ci il təvəllüdlü İddiaçı qəyyum təyin olunması qərara alınmışdır
4. X3 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evini alıcıya 20.000 manata satmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata a lınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə fəaliyyət qabiliyyəti olmayan X14 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evinə dair 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evinə dair çıxarışının etibarsız hesab edilməsi və Cavabdeh başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X6 fəaliyyət qabiliyyəti olmayan he sab edilməsinə dair bacısı X13 məhkəmədə iddia qaldıran zaman qardaşı oğlu onların xəbəri olmadan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan iki mərtəbəli (birinci mərtəbə tam təmirli, ikinci mərtəbə isə qismən təmirli) fərdi yaşayış evini Cavabdeh 20.000 manata satmış, 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində alqı-satqını rəsmiləşdirmişlər. Həmin alqı-satqı müqaviləsi etibarsızdır. Aydının deməsinə görə cavabdeh ona beh kimi 500 manat vermiş, aralarında olan razılığa əsasən o, evi 38.000 manata satmışdır. Cavabdeh ilkin ödəniş kimi 20.500 manatı ödəmiş, yerdə qalan 17.500 manat pulu isə qısa zaman ərzində ona ödəyəcəkdir. Cavabdeh avtomobil şüşələrinin alışı-quraşdırılması işi ilə məşğuldur. Əlində pulu qalsın deyə 17.500 manatı sonra ödəyəcəyini bildirmişdir. Həmin ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ucuz qiymətə satılması real deyildir. Həmin sözügedən evin bugünkü gündə bazar qiyməti 60.000-70.000 manat təşkil edir. Beləliklə, qəyyumu təyin olunduğu Aydını cavabdeh aldadaraq, xəstəliyindən sui-istifadə edərək iki mərtəbəli fərdi yaşayış evini ucuz qiymətə əldə etmişdir. Artıq Aydın pulun ödənmədiyini görüb ona iki mərtəbəli evi satması barədə bildirmişdir. Aydın hal-hazırda onun və bacısının himayəsindədir. Aydının hazırda yaşamağa başqa yeri yoxdur. Hesab edir ki, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 24 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi tamamilə etibarsızdır.
8. Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edilmişdir. Məhkəmə yə təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Müqavilə bağlanan zaman X14 fəaliyyət qabiliyyətli şəxs olmuş, yaşayış evi alınarkən onun həyat yoldaşı da həmin prosesdə iştirak edərək öz münasibətini bildirmişdir. Aydın Rəhimov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4384/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25 dekabr 2020-ci il tarixli, 225 saylı sərəncamı ilə onun üzərində əmisi İddiaçı qəyyum təyin edilmişdir. Yəni alqı-satqı müqaviləsi bağlanan zaman Aydın Rəhimov fəaliyyət qabiliyyətli olmuşdur. Ona görə də məhkəmədə n iddianın rədd olunması, habelə, hazırkı iddiaya baxılması ilə əlaqədar Cavabdeh tərəfindən hüquqi yardım və məhkəmədə müdafiə üçün vəkilə ödənilmiş 1.500 manat məbləğində pulun İddiaçı aid edilməsi və ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
9. İddiaçının vəsatətinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1618/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 1131 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 “X8, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu mülki iş materialları, anamnestik m əlumatlar (deməsinə görə 2002-ci il tarixdən psixi xəstəliklə əlaqədar qeydiyyatda olması, dəfələrlə psixiatrik xəstəxanalarda stasionar müalicələr alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 613560 saylı arayışında İİ qrup əlil olduğunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 dəfələrlə “X8” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-nın poliklinikasında “X8, natamam remissiya” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 10 saylı poliklinikasında “X8” diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, xarici görünüşünə görə qəribə geyim tərzinin olması, ünsiyyətə formal daxil olması, verilən suallara qısa cavablar verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu və s.) sübut edir.
10. Ekspertiza qarşısında qoyulan suallara cavab olaraq ekspet təqdim olunmuş tibbi sənədin təhlili nəticəsində belə qənaətə gəlmişdir ki, X14 uzun müddət “X8” xəstəliyindən əziyyət çəkmiş, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmamış, xəstəliyi son nəticədə psixi qüsur halına çatmışdır. Buna əsasən belə nəticəyə gəlmək olar ki, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsini imzalayarkən X14 onda qeyd olunan “X8” xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olm amışdır. X14 xx.xx.2021-ci il tarixdə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 2004 saylı rəyinə etirazını məhkəməyə təqdim etmiş Cavabdeh etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 1131 saylı rəyi ilə əsassız olaraq X9 9 ay əvvəl apardığı alqı-satqı zamanı onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə qənaətə gəlinmişdir. Aydın Rəhimov 2005-ci ildə Bakı Baş Səhiyyə İdarəsinin “X20”ində müalicə alıb evə buraxılandan sonra bir dəfə də olsun müalicə almamış, yəni özünü normal hiss etdiyinə görə müalicə olunmamışdır. Bunu həmin vaxtlarda onunla bir məhəllədə yaşayanlar da təsdiq edə bilərlər. xx.xx.2021-ci il tarixdə 274/2021 saylı vəkil sorğusu ilə Abşeron rayon Mərkəzi xəstəxanasına müraciət edilərək X6 həmin xəstəxanada qeydiyyatda olubolmaması, əgər qeydiyyatdadırsa nə vaxtdan və hansı diaqnozla qeydiyyatda olması və hansı vaxtlarda müayinə və müalicəsi alması ilə bağlı ətraflı arayış verilməsi xahiş edilmişdir. Həmin sorğuya verilən 22 aprel 2021-ci il tarixli 577 saylı arayışdan görünür ki, Aydın Rəhimov başqa ərazidən köçüb gəldiyi üçün xx.xx.2020-ci il tarixdən Abşeron Rayon Poliklinikasında “F20.0 X8 natamam remissiya" diaqnozu ilə ruhiəsəb kabinetində dispanser qeydiyyatındadır. İİ qrup əlildir. Göründüyü kimi, Aydın Rəhimov sonuncu dəfə xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı Baş Səhiyyə İdarəsinin “X20"ndə müalicə almış, bundan sonra səhhətində ciddi problemlər olmadığından heç bir müalicə müəssisəsinə müraciət etməmişdir. Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi 03 mart 2021-ci il tarixli **********85 saylı məktubdan görünür ki, Aydın Rəhimovun adına satdığı yaşayış evindən başqa da həmin evə bitişik başqa bir yaşayış sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, 3L ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/6 hissəsi qeydiyyatdan keçmişdir. Həmin qeyri-yaşayış sahəsinin 1/6 hissəsinə dair X2 ilə X6 arasında 12 saylı DNK-nın 4Ə\647 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sözügedən müqavilə dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, Aydın Rəhimov hazır da aktiv vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə İdarəsində qeydiyyatdadır. Aydın Rəhimovun nə vaxtdan vergi ödəyicisi kimi qeydiyyatda olması və hazırkı vaxta kimi hansı əməliyyatları aparması barədə vəkil sorğusuna İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin verdiyi 11 avqust 2021-ci il tarixli, **********431100 nömrəli sorğuya cavab məktubunda X6 (VÖEN: **********) fərdi sahibkar kimi xx.xx.2011-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğunu və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olması qeyd olunmuş, digər məlumatların isə Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya sirri olduğu üçün həmin məlumatların təqdim edilməsini n mümkünsüz olduğu qeyd olunmuşdur. Bütün bunları deməklə onu diqqətə çatdırmaq istəyir ki, Aydın Rəhimov onunla alqı-satqı müqaviləsi bağlayarkən tam anlaqlı olmuş və öz hərəkətlərinin mənasını dərk etmişdir. Rəydən də göründüyü kimi, Aydın Rəhimov əsəblərində müəyyən pozuntular olduğu dövrlərdə könüllü olaraq xəstəxanaya gedərək müalicə almış və sağaldıqdan sonra xəstəxanadan evə buraxılmışdır. Məhkəmə isə şəxsin fəaliyyət qabiliyyətli olması məsələsinə baxan zaman faktiki olaraq onun psixiemosional vəziyyətini nəzərə almadan, guya qonşuların Aydının hərəkətlərindən şikayət etməsini və s. nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. Hansı ki, qonşuların hamısı Aydından razıdırlar və onun hərəkətləri barədə heç bir şikayət olmamışdı r. Bundan əlavə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxılmalı olduğu halda, məhkəmə bu qaydaya da riayət etməmişdir. X16 aldığı ev tam təmirsiz olmuşdur. Alandan sonra o, Aydının özünün tapdığı ustalar vasitəsi 20.000 manatlıq təmir işləri aparmışdır. Beləliklə, həmin ev ona 60.000 manata başa gəlmişdir. Odur ki, yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2021- ci il tarixli, 1131 saylı rəyini əsassız və qanunsuz olduğuna görə mötəbər sübut kimi qiymətləndirilməsi və təkrar kompleks Ambulator Məhkəmə Psixiatrik ekspertizasının k eçirilməsini təmin edib, rəy alındıqdan sonra bu barədə obyektiv qərar qəbul edilməsini xahiş etmişdir.
12. Abşeron Rayon Məhkəməsinin (hakim H.Y.Əhmədov) 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evinə dair X14 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması, xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20.000 (iyirmi min manat) manat pul vəsaitinin İddiaçı Cavabdeh geri qaytarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-c i il tarixli, 1131 saylı rəyini paralel şəkildə qiymətləndirərək hesab etmişdir ki, X14 uzun müddət “X8” xəstəliyindən əziyyət çəkmiş, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmamış, xəstəliyi son nəticədə psixi qüsur halına çatmışdır. Buna əsasən xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsini imzalayarkən X14 onda qeyd olunan “X8” xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olmadığından, bu hal onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına zəmin yaratmışdır.
14. Məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəmə Plenum Qərarını, mülki iş materiallarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.202 1-ci il tarixli, 1131 saylı rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməli, X14 ilə Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı müqavilə bağlanan zaman X6 “X8” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması, həmçinin, tədqiq olunmuş sübutlara əsasən həmin müqavilənin bağlandığı tarixdən öncə və sonra X6 müalicələr alması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, müqavilə tərəfləri arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
15. Məhkəmə iddiaçının iddia tələbinin xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında cavabdehin adına qeydə alınmış çıxarış etibarsız deyil, ləğv edilməlidir. Belə ki, cavabdehin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu müəyyən edən çıxarı şın verilməsi alqı-satqı müqaviləsi əsasında qanunla nəzərdə tutulmuş qaydada olduğundan müqavilə etibarsız sayıldığı halda onun nəticəsi olaraq verilmiş çıxarış ləğv olunmalıdır.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, X3 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən cavabdehin bu müqavilə üzrə satıcıya ödədiyi 20.000 manat ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
17. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh etirazında X10 müqavilə üzrə 20.000 manat pul vəsaitindən savayı 17.500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə iddia tələbinin “Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evindən ona başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin fərdi yaşayış evinə dair müqavilə və çıxarış etibarsız hesab edildiyindən və bununla da, fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüquqları olmadığın dan, yaşayış sahəsi ilə təmin edilmə cavabdehin mülkiyyət hüquqlarına aid olduğundan və mülkiyyət hüquqlarının qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılması yol verilmədiyindən məhkəmə iddia tələblərini bu hissədə qismən təmin edərək, cavabdehin ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m. olan fərdi yaşayış evindən çıxarılması qənaətinə gəlir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 329.1, 337.1, 337.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 14.2, 77.1,88,119.1,124.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh X11 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, Aydın Rəhimovun psixi durumunun hansı vəziyyətdə olmasının müəyyən edilməsi ilə bağı təkrar kompleks məhkəmə-psixiatrik ekspertizası keçirilməsi məhkəmədən xahiş edilmiş, lakin bu vəsatət təmin edilməmişdir. Konkret halda bu iş üzrə alqı-satqı müqaviləsi bağlanan zaman 4 saylı notariusun xüsusi notariusu tərəfindən bilavasitə onun iş otağında təsdiq edilmiş və bu zaman Aydının hərəkətlərinin mənasını başa düşməməsi və onun sağlamlıq durumunun müqavilənin bağlanmasln a mane olması müəyyən olunmadığından müqavilə təsdiq edilmişdir. Lakin sübutların araşdırılmasının tamlığının təmin olunması və həqiqətin müəyyən edilməsi üçün notarial əməliyyatını aparmış notariusun məhkəmədə dindirilməsi, eləcə də həmin yaşayış evinin 38.000 manata satılması ilə bağlı məlumatlı olan Masazır kəndində yerləşən alqı-satqı ofisinin əməkdaşlarının, həmçinin, alqı-satqı əməliyyatı aparılan zaman Aydının həyat yoldaşının da iştirak etməsi ilə bağlı onun da məhkəmədə dindirilməsi, Aydınla bir məhəllədə yaşayan qonşuların onun hərəkətləri barədə münasibətlərinin öyrənilməsi, yaşayış evini alandan sonra onun təmirinə 20.000 manatdan çox pulun xərclənməsi barədə deyilən dəlillərin (evin əvvəlki və alınandan sonrakı vəziyyətinə dair fotoşəkillər əlavə olunur) araşdırılması üçün heç bir tədbir görülmədən və demək olar ki, heç bir məhkəmə araşdırılması aparılmadan, yalnız bir dəfə 5-10 dəqiqəlik məhkəmə iclası keçirərək iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsini elan edib, cavabdeh tərəfin fikir və dəlillərini dinləmədən və Covid19xəstəliyi ilə əlaqədar işin təxirə salınması barədə müraciəti nəzərə almayaraq ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi barədə MPM-nin 9-cu maddəsində nəzərdə tutulmuş tələblərin kobud şəkildə pozaraq cavabdeh tərəfin məhkəmədə iştirakını təmin etmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmışdır
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) 2(105)-641 /2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək qətnaməni ləğv edib yeni qərar qəbul edilməsi və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı halların müəyyən edildiyi halda qətnaməni ləğv edib işə yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbinin mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini əsaslandırarkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 346.1-ci maddəsinə əsaslanıb, natamam ekspertiza rəyini digər sübutlarla əlaqəli şəkildə tədqiq etməyərək, imperativ xarakterli sənəd kimi nəzərə alaraq guya Aydın Rəhimovun əqd bağlanan vaxtdan əvvəl və bir az sonra vəziyyətinin pisləşməsi ilə bağlı müalicə aldığını əsas götürərək ( hansı ki, iş materiallarından da görünür ki, Aydın Rəhimov sonuncu dəfə 2005ci ildə müalicə alaraq vəziyyəti yaxşılaşdığı üçün evə buraxı lmış və alqı-satqı müqaviləsi aparılan vaxta kimi heç bir müalicə almamışdır, “Abşeron rayon Mərkəzi Xəstəxanasının” X19 direktoru Mehriban xanım X5 hansı vaxtlarda müayinə və müalicə alması barədə sorğularına veridyi 22 aprel 2021-ci il tarixli, 577 saylı məktubda sonuncunun 14 mart 2020-ci il tarixdən Abşeron rayon poliklinikasında “F20.0 X8 natamam remissiya” diaqnozu ilə ruhi-əsəb kabinetində qeydiyyatda olduğunu, lakin onun müalicə alması barədə heç bir məlumat verilməmişdir. Ekspert isə guya alqı-satqı ərəfəsində Aydının poliklinikaya müraciət edərək hansısa dərmanları qəbul etdiyini qeyd etməklə öz rəyini Aydının guya xəstəxanadan kənar hansısa həbləri qəbul etməsi ilə əsaslandırmışdır. Heç bir elmi dəlillərlə əsaslandırılmayan rəyə əsaslanaraq qətnamə qəbul etdiyini qanuni və əsasl ı hesab etməklə cavabdeh tərəfin iştirakını təmin etməyərək prosessual və maddi hüquq normalarını pozmuşdur. Alqı-satqı zamanı Aydın Rəhimov fəaliyyət qabiliyyətli şəxs olmaqla öz hərəkətlərinin mənasını başa düşmüş, alqı-satqı zamanı və eləcə də ondan sonrakı müddətdə onun yaşadığı ərazidə davranışında heç bir anlaqsızlıq əlamətləri hiss olunmamış, əksinə qonşuları tərəfindən olduqca müsbət xarakterizə olunmuşdur. Bundan başqa, alqı-satqı zamanı mənzillə tanış olarkən, Aydının həyat yoldaşı Təranə də evdə olmuş və ərinin həmin evi satmaq istədiyini bilmişdir. Aydının fəaliyyət qabiliyyətli olubolmamasını müəyyən etmək cavabdehin vəzifəsi deyildir. İşin tam, hərtərəfli və obyektiv araşdırılaraq ədalətli qərar qəbul edilməsi üçün həmin alqı-satqını reallaşdırmış notarius və alqı-satqı ofisi nin əməkdaşları da məhkəməyə dəvət edilərək dindirilməli və nəticəsindən asılı olaraq qərar qəbul edilməsi daha ədalətli olardı. Apellyasiya instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin bərabərlik və faktlar əsasında həyata keçirilmə prinsipləri pozulmuş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, cavabdeh tərəfindən təqdim olunan sübutlara qərəzli yanaşılmış, məhkəmə faktlara deyil, fərziyyələrə, eyni zamanda həqiqəti əks etdirməyən ehtimallara söykənmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz edərək iddiaçı məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, Aydın Rəhimov qeydiyyatda olduğu ərazi üzrə Xırdalan Poliklinikasında hər ay ambulator qaydada psixiator həkimin resepti illə güzəştli verilən dərmanlar ını alıb bacısının nəzarətində müalicəsini davam etdirmişdir. Bu barədə ambulator tibbi kartında qeydlər var. Aydının həyat yoldaşı Təranə onun xəstələyinə dözməyib xx.xx.2019-cu ildə ondan ayrılmışdır. Cavabdeh Aydının xəstə olmasında istifadə edərək onu aldadıb 2 mərtəbəli evi ucuz qiymətə əldə etmişdir. Ərizəyə ambulator tibbi kartın surəti, nikahın pozulamsı haqqında şəhadətnamənin surəti əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarma lı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.
32. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
34. Maddə 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxs in psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiz iki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığ ı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar.
46. Kassasiya şikayətinin Aydın Rəhimovun fəaliyyət qabiliyyətli şəxs olmaqla öz hərəkətlərinin mənasını başa düşməsi, alqı-satqı zamanı və eləcə də ondan sonrakı müddətdə onun yaşadığı ərazidə davranışında heç bir anlaqsızlıq əlamətləri hiss olunmaması, rəyin əsassız olması və s. dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zam anı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
47. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əqd bağlanarkən Aydın Rəhimovun fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə ərizə məhkəmənin icraatında olmuş və həmin şəxsin psixi vəziyyətinin müəyyən edilməsi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdi. Həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2640saylı rəyi ilə şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı, onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
48. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
49. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əh əmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
51. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmiş, məhkəmə həmin rəyi işdə olan digər sübutlarla yanaşı qiymətləndirmiş və müəyyən edilmiş halı təkzib edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmə mişdir.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən düzgün olaraq mübahisələndirilən əqd öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd kimi etibarsız hesab edilmişdir.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə ria yət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
54. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-641/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.