Məhkəmə qərarları › İş №2(102)-4130/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4130/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4130/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh və vəkili Vəkil2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) xxx, xx xcu il tarixli qətnaməsi ilə İddiaçı qızının iddia tələbi təmin edilərək onun ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin Cavabdeh qadağan edilməsi qət olunmuş, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə daşınmaz əmlakın tikintisinə çəkilən xərclərdə payın müəyyən edilməsi və tərəflər arasında bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xxx-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilm ədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 övladları – xx.xx.2006-cı il təvəllüdlü A, xx.xx.2008-ci il təvəllüdlü B, xx.xx.2010-cu il təvəllüdlü C dünyaya gəlmişdir. Kəlbəcər rayon Məhkəməsinin xxx saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Nikahları dövründə birgə v əsaitləri hesabına Z ünvanında 4 mərtəbəli yaşayış evi inşa etmişlər. Torpaq və ev sənədsizdir, ev - özbaşına tikilidir. Tikinti vaxtı kirayə qalmışlar. Tikinti bitəndən sonra həmin yaşayış evinə köçmüş və orada birgə yaşamağa başlamışlar. xx.xx.2019-cu il tarixdə yaşayış evinə daxil ola bilməmiş, qapının açarları dəyişdirilmiş, əşyaları çölə atılmış, pul və qızıl-zinət əşyaları oğurlanmışdır. Bununla bağlı dərhal 102 mərkəzinə xəbər vermişdir. Hazırda mübahisəli evdə Cavabdeh üç övladları ilə birgə yaşayır. Cavabdeh onun evə daxil olmasına imkan vermir. O, məcbur olub kirayə qalır. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə daşınmaz əmlakın tikintisinə çəkilən xərclərdə payın müəyyən edilməsi və tərəflər arasında bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 372047,72 manat məbləğində xərclərin ½ hissəsinə onun, ½ hissəsinə İddiaçı payı müəyyən edilməklə, 372047,72 manat məbləğində xərcin ½ hissəsini təşkil edən 186023,86 pulun ondan tutularaq İddiaçı ödənilməklə, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə pay hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasındakı münasibətlər münaqişəli olduğundan, bir yaşayış sahəsində yaşamaqları mümkün deyil. Belə ki, İddiaçı ilə onun arasındakı nikah 2017-ci ildə pozulduqdan sonra, İddiaçı həmin nikahdan anadan olan uşaqlar-Ai, Bni və Cu mütəmadi olaraq döyərək onlara xəsarət yetirmişdir. Bundan başq a uşaqları hədələyərək ondan külli miqdarda pul tələb etmələrini istəmiş və uşaqlar buna razı olmadıqda isə onlara işgəncələr vermişdir. Bununla bağlı Bakı şəhəri Baş Polis İdarəsində və Binəqədi RPİ-də araşdırmalar hələ də aparılır. Hesab edir ki, belə olan halda üzərində fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi və evin layihələndirmə sənədlərinin onun adına rəsmiləşdirildiyini və həmin fərdi yaşayış evində hal-hazırda uşaqları ilə birlikdə onun yaşadığı nəzərə alınarsa, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evin tikintisinə çəkilmiş xərclərin 1/2 hissəsinə onun, ½ hissəsinə İddiaçı payı müəyyən edilməklə, xərcin 1/2 hissəsini təşkil edən pulun ondan tutularaq İddiaçı ödənilməklə, İddiaçı sözügedən fərdi yaşayış evinə münasibətdə pay hüququna xitam verilməsi daha ədalətli olar. “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticəsinə dair verilmiş hesabat cədvəlindən görünür ki, fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərclər 372047,72 manat pul təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh və Vəkil2kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq nor malarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı ilə Cavabdeh arasındaki münasibətlər münaqişəli olduğundan, bir yaşayış sahəsində yaşamaları mümkün deyil. Belə ki, aralarındakı nikah 2017-ci ilin yayında pozulduqdan sonra, İddiaçı həmin nikahdan anadan olan Ai, Bni və Cu mütəmadi olaraq döyərək onlara xəsarətlər yetirmişdir. Bundan başqa uşaqları hədələyərək ataları Cavabdeh külli miqdarda pul tələb etmələrini istəmiş və uşaqlar buna razı olmadıqda isə onlara işgəncələr vermişdir. Bununla bağlı Bakı şəhəri Baş Polis İdarəsində və Binəqədi RPİdə araşdırmalar aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin xx.xx.2018-ci il tari xli 1312 və 1313 saylı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayanlar X7 və X3 xx.xx.2018-ci il tarixdə müxtəlif xəsarətlər yetirilmiş, bütün bu xüsusatlar təsdiq edildiyindən və yetkinlik yaşına çatmayan A və Bnin anaları İddiaçı tərəfindən fiziki və psixoloji baxımdan məişət zorakılığına məruz qaldıqlarından, uşaqların mühafizəsi ilə bağlı Binəqədi rayon İcra hakimiyyətinin xx.xx.2018-ci il tarixli 17/2018 saylı qərarına əsasən, 30 günədək müddətə - qısa müddətli mühafizə orderi də verilmişdir. Daha sonra Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh “zərərçəkmiş şəxslərə məişət zorakılığından uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsi təmin edilmiş və yetkinlik yaşına çatmayanlar xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010cu il təvəllüdlü X5 180 günədək müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Birgə nikahdan anadan olmuş uşaqlar xx.xx.2018-ci il tarixdən etibarən Cavabdeh faktiki himayəsindədir və onunla birlikdə mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qalırlar. Həmçinin uşaqların, atanın himayəsinə verilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli xxx saylı qətnaməsi də vardır. Həmin iş üzrə kompleks məhkəmə-psixolojı ekspertizası keçirilmişdir. Ekspertiza zamanı uşaqlar fərdi qaydada psixoloqlar tərəfindən dindirilmiş və anaları İddiaçı onları yenidən döymələrindən qorxduqları üçün onunla qalmaq istəmədiklərini bildirmişlər. Həmçinin xx.xx.2019-ci il tarixdə yenidən keçirilmiş məhkəmə-tibbi ekspertiz asının rəyinə əsasən Ain sağlamlığına anası İddiaçı tərəfindən yüngül zərər vurulduğu öz təsdiqini tapmışdır. Bundan başqa dəfələrlə İddiaçı özünə xəsarətlər yetirməklə, hüquq-mühafizə orqanlarına həqiqətə uyğun olmayan yalan məlumatlarla dolu şikayət ərizələri verməklə, Cavabdeh şər-böhtan atmağa çalışmışdır. Bütün bu qeyd olunanlar apelyasiya məhkəməsində bildirilsə də, təəssüflər olsun ki, mübahisələndirilən qətnamə çıxarılmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üzərində fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi və evin layihələndirmə sənədlərin Cavabdeh adına rəsmiləşdirildiyini və həmin fərdi yaşayış evində hal-hazırda uşaqları ilə birlikdə yaşadığını nəzərə alsaq, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcl ərin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı payı müəyyən edilməklə, xərcin 1/2 hissəsini təşkil edən pul məbləğinin ondan tutularaq İddiaçı qızma ödənilməklə, İddiaçı sözügedən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş xərcə münasibətdə pay hüququna xitam verilməsi daha ədalətli olardı. Belə ki, mübahisəli evin özbaşına tikili olması faktı özözlüyündə Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyə əsasən özbaşına tikiliyə daşınmaz əmlak kimi mülkiyyət hüququ yaranmasa da, həmin tikilini inşa etmiş tərəflərin müvafiq tikilini təşkil edən ayrı-ayrı daşınar əşyalara əmlak hüquqları mövcud olur. Bu baxımdan mübahisəli tikilini təşkil edən ayrı-ayrı daşınar əşyalar tərəflərin birgə mülkiyyətidir. Tikili Cavabdeh ayrılmış torpaq sahəsində yerləşdiyi ndən və tərəflər arasında nikah pozulduğundan tikili halhazırda onun faktiki sahibliyində və istifadəsindədir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından ona tərəflərin paylarının müəyyən edilməsi, əmlakın bölünməsi və məcburi satılması hüquqi cəhətdən mümkün deyildir. Mövcud vəziyyətdə əmlak hüquqlarının təmin edilməsinin yeganə yolu Cavabdeh qarşılıqlı iddia tələbini təmin etməklə fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərci təşkil edən məbləğin yarısının İddiaçı xeyrinə tutulmasıdır. Tərəflərin izahatları: Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsin i, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 2005-ci ilin iyun ayında tərəflər rəsmi nikaha daxil olmuşlar, cavabdehlə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, özünə məxsus cehiz əşyalarını da həmin evə gətirərək orada yaşamış və cavabdehlə birgə təsərrüfat aparmışlar. Kəlbəcər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, xxx saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2005-ci il tarixdə bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş xx xxx 2006-cı il təvəllüdlü X7, xx xxxxxx 2008-ci il təvəllüdlü X8 və xx xxxxxx 2010-cu il təvəllüdlü X2 anaları cavabdeh İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43.1 və 71-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 158-ci maddələrinə, istinad edərək ilk iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev xüsusi mülkiyyətdə deyil. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticən i qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilən hissədə qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflə rin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin edərkən qətnamədə qeyd etmişdir ki, iddiaçının mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qətnamədə özünün gəldiyi nəticəyə zidd olaraq iddiaçının köçməsini tələb etdiyi evə istifadə hüququnun olub-olmaması barədə hər hansı bir araşdırma aparmamış, iddia tələbinin qanuni əsasının müəyyən etməmiş, iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər nor mativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə qiymət verərkən tərəflər arasında mübahisəli evlə bağlı münasibətlərin hansı tarixdə yaranmasını, mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməsini, iddia tələbini həlli üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının mübahisəli yaşayış evinə köçürülməsinin zəruriliyini əsaslandırmamış, sadəcə olaraq Mülki Məcəllənin 27.1, 158-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 43.1 və 71-ci maddələrinə istinad edərək ilk iddia tələbi ni təmin etmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normaya görə, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Birinci instansiya məhkəməsi qeyd edi lən hallarla bağlı hər hansı bir araşdırma aparmamış, yuxarıda qeyd edilən normalara qətnamədə göstərərək ilk iddia tələbinin əsaslı olması qənaətinə gəlmiş, məhkəmə gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İlk iddia tələbini təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallara diqqət verməmiş, heç bir əsaslandırma aparmadan, apelyasiya şikayətinin dəlillərinə ümumi sözlərlə qiymət verərək qətnaməni də yişdirimədən saxlamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli s ürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə x xxxxxx 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, bu hissədə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 213.1, 213.2, 220.3-220.6-cı maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən tikili özbaşına tikinti olmaqla tərəflərin nə ümumi paylı, nədə ki, ümumi birgə mülkiyyəti sayılmır. Həmin tikintiyə çəkilmiş xərc isə tərəflərin ümumi birgə mülkiyyəti kimi qəbul edilən olsa da, qanunverici mülkiyyətçiyə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol vermişdir. İşdən görünür ki, İddiaçı mübahisəli tikintiyə çəkilmiş xərcdə payının müəyyən olunaraq digər mülkiyyətçi tərəfindən ona ödənilməsini istəməmişdir. Belə olan halda qarşılıqlı iddia tələbi rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində mübahisəli evə çəkilmiş vəsaitə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi və həmin xərcinin yarısının iddiaçıya verilməklə sonuncunun mübahisəli evə olan payına xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabde h qarşılıqlı iddia tələbində evə çəkilmiş xərcə paylarının müəyyən edilməsini payın ona düşən hissəsini tələb etmək üçün deyil, iddiaçıya (qarşılıq iddia üzrə cavadeh) aid olan hissənin ona verilərək mübahisəli evə dair pay hüququna xitam verilməsini tələb etmişdir. Mübahisəli fərdi yaşayış evinə dair hüquq müəyyən edici sənəd olmadığına görə, işə baxan məhkəmələr haqlı olaraq həmin evə dair iddiaçının payına xitam verilməsi barədə tələbi əsassız edərək rədd etmişlər. Digər tərəfdən İddiaçı mübahisəli tikintiyə çəkilmiş xərcdə payının müəyyən olunaraq digər mülkiyyətçi tərəfindən ona ödənilməsi barədə hər hansı bir tələb irəli sürülməmişdir. Belə olan halda Cavabdeh İddiaçı pay hüququna xitam verilməsi barədə tələbi təmin etməməklə məhkəmələr bu hissədə düzgün nəticəyə gəlmişlər. Kasasiya şikayətinin qeyd edilən hissə ilə bağlı dəlilləri əsaslandırılmamışdır. MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara l azımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə ilk iddia tələbinin təmin edilən hissəsində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsi nə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh və Vəkil2 verdiyi kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh tərəfindən İddiaçı həmin evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması barədə ilkin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar