Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4131/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X5 və X6 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2344/2020 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş № 2(006)-3042/2019) İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi X1rşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilərək cavabdehdən 12.520,67 avronun ödəniş anında olan məzənnəyə uyğun o laraq manatla tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2009-cu il tarixdə iddiaçı ilə QSC “Bank Standard” Kommersiya Bankı arasında 2 il müddətinə bank əmanəti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən bankın depozit hesabına illik faiz dərəcəsi 13 faiz olmaqla 18.500 Avro məbləğində əmanət yerləşdirilmişdir. xx xxxx 2016-cı il tarixdə tərəflər arasında həmin Depozit müqaviləsinə əlavə razılaşma imzalanmış və müqavilənin 1.3-cü bəndinə “həmin əm anət xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək illik 3 faizlə yerləşdirilir” cümləsi əlavə edilmişdir. Bundan sonra bank məhkəmənin qərarı əsasında müflis elan olunmuş və X4 ləğv prosesində olan bankın ləğvedicisi təyin edilmişdir. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2016-cı il tarixli əlavə razılaşmanın bankın elektron sisteminə daxil edilməməsi səbəbindən ona məxsus depozitin kompensasiya edilməməsini, halbuki əlavə razılaşmanın əslinin onda olmaqla əmanətin sığortalanmasına heç bir şübhənin olmamasını, bankın ləğvedicisinə müraciət etməsinə baxmayaraq ona məxsus qalıq əmanətin ona verilməməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 29.121 avronun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh X4 kasasiya şikayəti verərək iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanətin cəlb edildiyi tarixdən qorunmayan əmanət hesab edilməsini, məhkəmənin istinad etdiyi əlavə sazişin fonda təhvil verilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsəl ələr: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddiaçıya məxsus əmanətin verilməsindən imtina edərkən cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş razılaşmanın bankın elektron sistemində qeydiyyata alınmamasını və əmanətin qorunmayan əmanət olmasını əsas göstərmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət – hesablanmış faizlər də daxil, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. (2.1.1-ci maddə). Qorunan əmanət-sığorta hadisəsi baş verdikdə X4 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. (2.1.2-ci maddə). Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. (26.1-ci maddə). “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa görə qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X2 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddin dən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. (4.1-ci maddə). X2 iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.(5.1-ci mad.). İşdən görünür ki, xx xxxx 2016-cı il tarixli əlavə razılaşmaya əsasən əmanətin faiz dərəcəsi 3 faiz müəyyən edilmişdir. X2 Himayəçilik Şurasının xx xxxx 2016-cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xari ci valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Müqaviləyə dəyişiklik edilməklə əmanətin illik faiz dərəcəsi, yuxarıda qeyd olunduğu kimi, 3 % müəyyən olduğundan, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmanətin tam qorunan əmanət kimi kompensasiya edilməsi qanuni olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4131/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4131/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver