Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4134/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam vermə və daşınmaz əmlak üzərində yüklülüyə dair çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdeh l əğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(105)787/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(012)-870/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər QSC "xxxx" KB və Cavabdeh1 qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, QSC "xxxx" KB, X2 və Cavabdeh1 arasında Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, 8 saylı evə dair bağlanmış 2 5 noyabr 2014-cü il tarixli, 160/00/263/14 saylı ipoteka müqaviləsi və 08 iyul 2015-ci il tarixli, 160/00/415/15 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(105)490/2019 saylı qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-nın verdiyi apellyasiya şikayətinin təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(012)-870/2017 saylı qətnaməsi cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(102)-4310/2019 saylı qərarı ilə cavabdeh QSC "xxxx" KB-nın kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(105)-490/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və QSC "xxxx" KB-na qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam vermə və daşınmaz əmlak üzərində yüklülüyə dair çıxarışların ləğvi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə X3 arasında ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 üzərinə qoyulmuş ipotekaya xitam verilməsi və ona məxsus olan daşınmaz əmlakın yüklülüyünə dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka ilə yüklü edilmiş evlə bağlı 2012-ci ildən halhazırki vaxta kimi məhkəmə mübahisələrinin getməsinə və bu mübahisələrdən cavabdehlər İlham Sultanovun və Cavabdeh1 məlumatlı olmalarına baxmayaraq onlar bankla qarşılıqlı razılaşmaya gələrək bir evin hətta bir dəfə deyil, 2 dəfə ipoteka ilə yüklü edilməsinə və 2 dəfə böyük məbləğdə kredit götürməyə nail olmuşlar. Halbuki hələ Abşeron Rayon Məhkəməsində onun iddiası üzrə işə baxılan vaxt 14 sentyabr 2012-ci il tarix li 2(012)-1992/2012 saylı qərardadla həmin evin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuş və torpaq sahəsi ilə bağlı əməliyyatların aparılması qadağan edilmişdir.(həmin qərardadın surətini şikayətə əlavə etmişdir). 2012-ci ildən bu günə qədər bu ipoteka predmeti ilə bağlı məhkəmə mübahisələri davam edir və onun adında olan bu torpaq sahəsi ilə bağlı cavabdehlərin məqsədli surətdə apardıqları bütün özgəninkiləşdirilmə ilə bağlı əqdlər etibarsız hesab edilmiş və hazırda ev ipoteka ilə yüklü edilməsi səbəbindən o ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən adına olan çıxarış götürə bilmir, halbuki qanuni qüvvəsini almış məhkəmə aktları ilə bu torpaq sahəsi ilkin vəziyyətə, yəni onun adına qaytarılmışdır və torpaq sahəsinin bu günkü sahibi odur. Ləğv prosesində olan "xxxx" QSC KB- na 2-ci dəfə, yəni 08.07.2015-ci il tarixdə bu əmlakı ipoteka ilə yüklü edərkən və yenidən kredit verərkən həmin evin mübahisəli olduğunu bilmiş və İlham Sultanovun bank qarşısında götürdüyü öhdəliyi tam olaraq yerinə yetirə bilməməsinə baxmayaraq ona təkrar kredit vermişdir. Belə ki, 25.11.2014-cü il tarixli ipoteka müqaviləsi bağlandıqdan sonra krediti götürmüş İlham Sultanov öz adından və ev adına olmuş Əliyeva Həcərin adından evi ipoteka ilə yüklü etdirmiş Cavabdeh1 qarşı Abşeron Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, məhkəmənin 31.03.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin iş üzrə iddiaçı İ.Sultanovun apelyasiya şikayəti təmin edilməklə AR Sumqayıt Apelyasiya Məhkəməsinin 27.02.2017-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş və hər iki tərəf arasında - X4 Sultanov arasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilmişdir. İlk öncə bildirmək istəyir ki, ipoteka ilə yüklü edilmiş evə dair ipoteka qoyan Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli 14 noyabr 2014-cü il tarixli çıxarış məhkəmə qərarı ilə ləğv edilmiş və həmin qərar da bu gün qüvvədədir. Məhz həmin çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş evin hüquqi rejimi müəyyən olunmuşdur, belə ki, bu çıxarış verilənə qədər həmin ev qanunsuz tikili olmuş və ev üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır, yəni ipoteka predmeti ilə bağlı dövlət qeydiyyatı ləğv olunmuşdur. Belə olan təqdirdə, həmin ləğv edilmiş çıxarışın ipoteka ilə yüklülüyünə də xitam verilməlidir. İpoteka predmeti olan ünvan 1 ünvan kimi artıq mövcud deyildir, ona dair verilmiş Cavabdeh1 adına çıxarış ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1804/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam vermə və daşınmaz əmlak üzərində yüklülüyə dair çıxarışların ləğv edilməsi tələbi barədə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(102)-4310/2019 saylı qərarına istinad edərək hesab etmişd ir ki, mübahisəli ev üzrə ipoteka müqavilələri bağlanan vaxt İddiaçı birgə mülkiyyət hüququ olmadığından və mübahisə predmeti olan əmlaka münasibətdə Bankın vicdanlı əldə edən hüququ nəzərə alınmalıdır. İddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsinin predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 saylı evə dair birgə mülkiyyətçi olmaması müəyyən edildiyindən onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1804/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 24 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin və “İpoteka haqqında” Qanununun 15, 32.3, 48-ci maddələrinin, Azəbaycan Respublikası MPM-nin 8.1, 14.1, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 11 mart 2021-ci il tarixli, 2(105)787/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1804/2020 sayl ı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(102)-4310/2019 saylı qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı İ. Abdullayeva 17 avqust 2009-cu ildə əri İlham Sultanovun adına əmlaka dair sərəncam vermək səlahiyyətinin də nəzərdə tutulduğu ümumi etibarnamə vermiş, 14 avqust 2012-ci ildə həmin etibarnaməni ləğv etdirmişdir. 16 avqust 2012-ci ildə İlham Sultanov ləğv olunmuş etibarnamə əsasında iddiaçıya məxsus Masazır qəsəbəsində yerləşən mübahisəli torpaq sahə sini öz bibisi qızı Arzu İmanovaya satmışdır. İddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmiş, işə baxılması müddətində, yəni 21 sentyabr 2014-cü ildə Arzu İmanova həmin torpaq sahəsini anası Həcər Əliyevaya bağışlamışdır. 29 oktyabr 2014-cü ildə mübahisəli torpaq sahəsi Həcər Əliyeva tərəfindən Cavabdeh1 satılmışdır. 14 noyabr 2014-cü ildə mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 İlham Sultanovun Bankdan götürdüyü kreditin müqabilində torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini Bankın xeyrinə mübahisələndirilən ipoteka və sonrakı ipoteka müqavilələri əsasında ipoteka ilə yüklü etmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İlham Sultanov və Arzu İmanova arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, qətnamədən kassasiya şikayəti verilməmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunaraq Arzu İmanova və Həcər Əliyeva arasında bağlanmış 21 sentyabr 2014-cü il tarixli bağışlama müqaviləsi və Həcər Əliyeva ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmış, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7 sentyabr 2016-cı il tarixli qətnaməsi qüvvədə saxl anmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, həmin qətnamə ilə Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsi 8 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı, ******* saylı, 14.11.2014-cü il tarixli çıxarış ləğv edilmişdir. İş materiallarından da göründüyü kimi ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair RX seriyalı, ******* saylı, 14.11.2014-cü il tarixli çıxarış, fərdi yaşayış evinə dair RX seriyalı, ******* saylı, 28.11.2014-cü il tarixli çıxarış verilmişdir. Sonradan həmin evə dair RX seriyalı, ******* saylı, 10.07.2015-ci il tarixli saylı çıxarış alınmışdır. Başqa sözlə, Binəqədi Rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qətnaməsi ilə yalnız RX seriyalı, ******* saylı, 14.11.2014-cü il tar ixli çıxarışın ləğv edildiyi, RX seriyalı, ******* saylı, 28.11.2014-cü il tarixli və RX seriyalı, ******* saylı, 10.07.2015-ci il tarixli çıxarışların hazırda qüvvəsini saxlamasına baxmayaraq iddiaçı ipoteka müqaviləsinin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 üzərinə qoyulmuş ipotekaya xitam verilməsi və ona məxsus olan daşınmaz əmlakın yüklülüyünə dair çıxarışların ləğv edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması qənaəti ilə razılaşmışdı r. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, iddia ərizəsində göstərilən xüsusuatları özündə əks etdirib, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddia ərizəsinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın çıxarışı etibarsız hesab olunub, belə olan halda həmin müqavilə də öz əhəmiyyətini itirmişdir, lakin bütün bunlara və iddiaçının iddia tələbi üzrə ipoteka predmeti ilə bağlı bağlanmış müqavilələrin məhkəmə qərarları əsasında ləğv olunmalarına baxmayaraq ipoteka müqa viləsinə gəldikdə o, “subyektiv hüququ olmayan” şəxs kimi qəbul edilir. Bu cür yanaşma bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının pozulması ilə yanaşı, onun prosessual hüquqlarının da pozulması deməkdir. “İpoteka haqqında” Qanunun 48-ci və 32.3-cü maddələrə əsasən iddia təmin edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini x ahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqi qi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “İpoteka haqqında” Qanun: Maddə 32.3. İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən s onra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: Maddə 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; Maddə 48.1.2. əsas öhdəliyə xitam verildikdə; Maddə 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; Maddə 48.1.4. ipoteka predmeti məhv olduqda; Maddə 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılsa da, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməli olması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, mübahisəli ev üzrə ipoteka müqavilələri bağlanan vaxt İddiaçı birgə mülkiyyət hüququ olmadığından və mübahisə predmeti olan əm laka münasibətdə Bankın vicdanlı əldə edən hüququ nəzərə alınmalı olduğundan iddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsinin predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 saylı evə dair birgə mülkiyyətçi olmaması müəyyən edildiyindən onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Lakin bu zaman məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının iddia tələbi əsasında ona məxsus Masazır qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələri, bağışlama müqavilələri etibarsız hesab edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı həmin əmlaka dair ipoteka yüklülüyünə xitam verilməsi barədə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə olan halda, apellyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 4.1-ci madd əsinin tələblərini və Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə deyil, iddiaçının həmin əmlaka dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması və ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş digər əsasların işdə mövcud olmaması əsası ilə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. A zərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(102)-4310/2019 saylı qərarı ilə iddiaçının QSC "xxxx" KB, X2 və Cavabdeh1 arasında Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, 8 saylı evə dair bağlanmış 25 noyabr 2014-cü il tarixli, 160/00/263/14 saylı ipoteka müqaviləsi və 08 iyul 2015-ci il tarixli, 160/00/415/15 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın ipoteka ilə yüklü edilməsi barədə müqavilələr qüvvədə olduğundan, həmçinin bu ipotekaya xitam verilməsi üçün “İpoteka haqqında” qanunun 48ci maddəsində göstərilən əsaslardan hər hansı birinə iddiaçı istinad etmədiyindən və bu əsaslarla bağlı məhkəməyə sübutlar təqdim etmədiyindən həmin ipoteka müqa viləsi üzrə ipotekaya xitam verilməsi və həmin daşınmaz əmlakın yüklülüyünə dair çıxarışların ləğvi barədə iddia təmin edilə bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeyə görə, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. ("xxxx" ASC-nin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarı ) Göstəril ənlərə əsasən, ipoteka müqaviləsinin bağlanması zamanı mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun ipoteka qoyana məxsus olması barədə təqdim edilmiş çıxarış mövcud olduğundan, həmin torpaq sahəsinə, üzərindəki evə başqa şəxsin hüququnun olması nə notariusa, nə də ipoteka saxlayana məlum olmamışdır. Buna görə də, Mülki Məcəllənin 140, 149.2 və 182.1-ci maddələrinin tələblərinə əsasən bank vicdanlı əldə edən hesab olunur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyas iya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(105)787/2021 nömrəli qətnaməsi ləğv edil sin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam vermə və daşınmaz əmlak üzərində yüklülüyə dair çıxarışların ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.