Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4142/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının hər birin ə 75 manat olmaqla, iki uşağa görə 150 manata qədər azaldılması və ödənməmiş aliment borclarını ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8754/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sərlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiy a şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçının vəkili teleqram göndərərək ölkə hüdudlarından kənarda olduğundan məhkəmə iclasının 1 ay sonraya təxirə salınmasını xahiş etmiş dir. Lakin məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü x və xx.xx.2012-ci il təvəllüdlü x adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, x saylı qətnaməsi ilə uşaqların saxlanması üçün xan hər ay hər uşaq üçün 110 manat a liment tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xsaylı qətnaməsi ilə əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılmış, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 154 manat məbləğində olmaqla, 308 manat məbləğində sabit pul şəklində aliment tutulmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə X3 ilə yeni nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X və xx.xx.2018ci il təvəllüdlü Sabir adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75). Xpul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və a ilə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmi n edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. A pelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi v əziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı mübahisə üzrə iddiaçı hal-hazırda rəsmi heç yerdə işləmədiyinə və yeni nikaha daxil olmasına, həmin nikahdan doğulan övladlarının onun himayəsində olduğuna istinad edərək təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsini və iki uşağa görə ümumilikdə 150 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, həmin tələbin təmin olunması son nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır. Belə ki, məhkəmə qətnaməsi ilə uşaqlar üçün sabit pul məbləğində tutu lmuş aliment ümumilikdə 308 manat, hər uşağa düşən məbləğ 154 manat olduğu halda iddiaçı 2 uşağa birlikdə 150 manat aliment təyin edilməsini xahiş edir. Halbuki hal-hazırda uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Eyni zamanda iddiaçının yeni nikaha daxil olması onu özünün əvvəlki nikahdan olan uşaqlarını saxlamaq vəzifəsindən azad etmir və bu fakt özüözlüyündə həmin uşaqların təminat səviyyəsinin azaldılmasına əsas ola bilməz. İddiaçının ödənilməmiş aliment borcunun silinməsi barədə tələbinə münasibətdə Kollegiya qeyd etmişdir ki, Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2). Apelyasiya məhkəməsinin araşdırması zamanı aliment borcunun silinnməsi üçün əsaslar - şəxsin xəstəliyi və ya digər üzrlü səbəblər, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi hallar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələ b olunmasını istisna etmir. Baxılan iş üzrə uşaqlar cavabdehin himayəsində olduğundan onların saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də cavabdehin üzərinə düşür. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanls
Məhkəmə qərarları › İş №2(102)-4142/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4142/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver