Məhkəmə qərarları › İş №2(102)-4146/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4146/2021

06.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4146/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-yə qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh xxx İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı xxx İddiaçı və vəkili Və kil3, Cavabdehin vəkili Vəkil2, X1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)2525/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xxx İddiaçı və Cavabdeh1 ilə 27 oktyabr 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh3 MTK tərəfindən verilmiş 29 sentyabr 2015-ci il tarixli, 05 nömrəli orderə əsasən ünvan 1, sahəsi 126 kv.m olan 2 otaqlı 65 saylı mənzil Cavabdeh2 istifadəsinə verilmişdir. Cavabdeh3 MTK tərəfindən verilmiş 29 sentyabr 2015-ci il tarixli 01/005 nömrəli maliyyə arayışına əsasən Cavabdeh2 ünvan 2-də “Nehrəm MTK” tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 126 kv.m olan 65 saylı mənzilin dəyərini tam ödəmiş və MTK-ya borcu qalmamışdır. X2 notarial qaydada təsdiq etdiyi 11 dekabr 2019-cu il tarixli ərizəsinə əsasən Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqavilə əsasında ünvan 1 ünvanda inşa edilmiş və əvvəl ona məxsus olmuş 65 saylı mənzili sonradan adını və soyadını bildiyi Cavabdeh1 satmışdır. Cavabdeh3 MTK-ya yazdığı ərizədə 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Mənzilin alqı-satqısı zamanı Cavabdeh1 söhbət əsasında həmin m ənzili özü və ailəsi üçün aldığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı xxx İddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilin cavabdehə məxsus olması, eyni zamanda onun adına "xxxx" ASC-də hesabının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh1 adına hər hansı bir əmlak mövcud deyil, onun adına Cavabdeh3 MTK-da hər hansı bir müqavilə rəsmiləşdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə xxx İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərima nov Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi “birgə nikah dövründə əldə edilmiş avtomobilin bölünməsinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Cavabdeh1 2750 manat alınaraq iddiaçı xxx İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarı ilə iddiaçı xxx İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı xxx İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın (pul vəsaitinin) bölgüsü” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdeh xxx İddiaç ı, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “birgə nikah dövründə yaranmış ümumi borcun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə xxx İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Cavabdeh2 06 avqust 2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında 29 sentyabr 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsinə dair (alqısatqı) müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xxx İddiaçı və Cavabdeh1 birgə nikah dövründə Cavabdeh3 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzili kredit hesabına alınmışdır. Lakin Cavabdeh3 MTK-nin 29 sentyabr 2015-ci il tarixli maliyyə arayışına və həmin tarixli 05 saylı orderə əsasən mənzil alıcısı keçmiş qayınatası Cavabdeh2 qeyd olunmuşdur. Müvafiq mənzilə dair alqı-satqı (və ya podrat) müqaviləsinin surəti iddiaçıya təqdim olunmamışdır. Halbuki, X2 11 dekabr 2019-cu il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsinə əsasən, əvvəllər sonuncuya məxsus olmuş Cavabdeh3 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş binanın 65 saylı mənzi li sonradan adının və soyadını bildiyi Cavabdeh1 satılmışdır. Cavabdeh3 MTK-ya yazılan ərizə də 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsmiləşdirilməsinə etirazlarının olmadığını bildirmişdir. Mənzilin alqı-satqısı zamanı da Cavabdeh1 söhbət əsnasında həmin mənzili özü və ailəsi üçün aldığını bildirmişdir. Cavabdeh3 MTK-nin elektrik enerjisinin ödəniş qəbzlərindən müəyyən olunur ki, 2015-ci ildən 2017-ci ilin iyul ayı daxil olmaqla həmin elektrik enerjisinin abunəçisi kimi məhz Cavabdeh1 qeydiyyata alınmış və bu ödənişlər məhz Cavabdeh1 adından aparılmışdır. Cavabdeh3 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış evinin 65 saylı mənzili Cavabdeh2 adına hər hansı hüquqi ilə keçirilməsinə iddiaçının razılığı olmamışdır. İddiaçı Cavabdeh1 cavabdeh xxx İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vicdansızcasına iddia tələbi irəli sürməsi səbəbindən, 15000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xxx İddiaçı tərəfindən iddia tələbi üzrə mübahisəyə hüquqi qiymət verilmiş və mənzilin ona deyil, atası Cavabdeh2 aid olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur. Lakin, cavabdeh tərəfindən ümumi birgə nikah dövründə əldə edilmiş əmlaklar adından qəsdən, hər dəfə heç bir hüquqi əsası olmayan iddia ərizələri ilə məhkəməyə müraciət etməklə ona qarşı vicdansızcasına iddia irəli sürmüş və bu səbəbdən də normal olaraq gündəlik fəaliyyətini davam et dirə bilmir. Nəticədə gündəlik həyat tərzinin pozulması, istər maddi, istərsə də mənəvi cəhətdən ziyan vurmasına gətirib çıxarmış və heç bir hüquqi əsası olmayan iddia tələbləri ilə məhkəmələrə gəlməyini istəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)2525/20 nömrəli qərardadı ilə (hakim V.Ş.Quliyev) ilkin iddia üzrə iddiaçı xxx İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbi üzrə iddiaya Cavabdeh2 aid hissədə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)2525/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddiaçı xxx İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-yə qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh xxx İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. İlkin iddiaya hüquqi qiymət verən birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı yeni əsaslarla X4 tərəfindən 11 dekabr 2019-cu il tarixli 8İ-8507 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqavilə əsasında ünvan 1 ünvanda inşa edilmiş və əvvəl ona məxsus olmuş 65 saylı mənzili sonradan adını və soyadını bildiyi Cavabdeh1 satması, Cavabdeh3 MTK-ya yazdığı ərizədə 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirməsini əsas gətirərək ünvan 1 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair cavabdehlər Cavabdeh1, C avabdeh2, Cavabdeh3 MTK arasında 29 sentyabr 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunmasını xahiş etsə də, bu əsaslarla bağlı sübut təqdim edə bilməmişdir. Əksinə olaraq cavabdeh tərəf mübahisəli mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaiti vaxtı ilə Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olmuş, ünvan 3 ünvanında yerləşən 40 nömrəli mənzilin satılması və bunun müqabilində hazırki mübahisə predmeti üzrə olan mənzilin əldə olunması ilə həyata keçirilməsi ilə izah etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsindən müəyyən edilmiş hallarla da öz təsdiqini tapmışdır ki, Cavabdeh3 MTKdan 29 sentyabr 2015-ci il tarixli 05 nömrəli orderi və 29 sentyabr 2015-ci il tarixli maliyyə arayışı əsasında mübahisəli mənzili Cavabdeh2 almışdır. Göstərilənləri ümumiləşdirən məhkəmə hesab etmişdir ki, müqavilənin ləğvi üçün ilk növbədə onun Mülki Məcəllənin 421.1-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Mülki qanunvericilik müqavilənin ləğv edilməsini tələb etmə təşəbbüsünü yalnız həmin müqavilə tərəflərinin subyektiv hüququ kimi müəyyən etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı xxx İddiaçı müqavilə tərəfi olmadığı halda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında 29 sentyabr 2015-ci il tarixdə bağlanmış müqavilənin ləğvini tələb etməkdədir. Qarşılıqlı iddia tələbinə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etmə hüququnun qanuni əsaslarını müəyyən edən hallar qarşılıqlı iddia ərizəsində mövcud deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) xxx İddiaçı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)2525/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və müvafiq olaraq iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-2525/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)-2525/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin tərəflərin birgə nikah dövründə əldə edilən mənzil olmadığı üç instansiya məhkəməsi tərəfindən baxılmış iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Düzdür, hazırki iş üzrə iddianın predmeti fərqli olsa da, nəticə etibarı ilə iddiaçının niyyəti və məqsədi həmin mənzilə hansısa hüquqlarının yaranmasına nail olmaqdır. Lakin bunun üçün yeni faktiki və hüquqi əsas yaranmalıdır, ancaq yaranmamışdır. Cavabdeh1 hansısa məhkəmə iclasında mübahisəli mənzili birgə ni kah dövründə kredit götürərək almasını etiraf etməsi həqiqi olsa belə, bu halda hazırki ilk iddianı əsaslı olduğuna dəlalət etmir. Çünki, qeyd olunduğu kimi mübahisə predmeti olan mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilən mənzil olmadığına, başqa sözlə birgə mülkiyyətləri sayılmadığına dair qüvvədə olan məhkəmə aktı mövcuddur. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Ona görə də hansısa mülki işin protokollarının və MTK-dan bu mənzillə bağlı sənədlərin tələb edilərək tədqiq edilməsinə də zərurət və əsas olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 da qarşılıqlı iddiasını və apellyasiya şikayətini əsaslı hesab etməmiş və göstərmişdir ki, qarşılıqlı iddiaçı ilk iddiaçının vicdansızcasına əsassız iddia verməsini sübuta yetirməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-2525/2021 nömrəli qətnaməsinin ilk iddia üzrə iddiaçı xxx İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti ilk iddia ərizəsində göstərilən hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yeni faktiki və hüquqi əsaslarını araşdırmamış, zəruri olan sorğuları verməmiş, iddiaçının bununla bağlı iddiaçı tərəfin vəsatətlərini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı xxx İddiaçı və onun vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya bax ışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ilk iddia üzrə iddiaçı tərəfindən onun tələbinin təmin olunmayan hissədən verildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəx slər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləc ə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassas iya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbləri əsassızdır. Qeyd edilməlidir ki, məhkəmə işin düzgü n həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında eyni mənzilə mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisələri mövcud olduğu halda, iddiaçı hazırda başqa əsaslarla həmin qətnamə ilə müəyyən olunmuş halları təkzib etmək niyyət indədir. Lakin iş üzrə iddiaçının MM-in 421-ci maddəsinə uyğun Cavabdeh3 MTK və Cavabdeh2 arasında bağlanmış müqavilənin ləğvini tələb etməyə subyektiv hüquqa malik olması müəyyən olunmur. Belə ki, iddiaçı həmin müqavilənin tərəfi olmamış və yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisələndirilən mənzilin Cavabdeh1 (və bunun nəticəsi olaraq birgə nikahda əldə olunmuş əmlak kimi Daşdəmirov İddiaçı) məxsus olması müəyyən olunmamışdır. Kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının araşdırılmaması ilə bağlı dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisə nin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-2525/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar