Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4147/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4147/21 (Açar sözlər: sığorta məbləğinin tutulması, subroqasiya qaydasında zərər tələbi, məhkəmə aidiyyatı) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh (qarşılıqlı iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin n ümayəndəsi Quliyev Səfahət Xəlil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair ilk, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1885/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mağaza İddiaçı məxsusdur.
2. İddiaçı həmin mağazanı icbari sığorta etdirib. Sığorta müqaviləsinin təsdiqi kimi cavabdeh şirkət BA seriyalı 9 43407 saylı, 24 yanvar 2019-cu il tarixli şəhadətnamə verib. Sığorta müqaviləsi bir il müddətinə bağlanıb, sığorta məbləği 36111 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilib.
3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, 16 iyul 2019-cu il tarixdə həmin daşınmaz əmlakda yanğın baş vermişdir.
4. İddiaçı ilə cavabdeh arasında mübahisə sığorta ödənişinə görə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, BA seriyalı, 943407 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən 36111 manat sığorta məbləğinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsasland ırılıb ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən iddiaçıya məxsus Sabirabad rayonu, Bazar daxilində yerləşən ərzaq mağazası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən sığorta risklərindən, o cümlədən yanğından sığortalanmışdır.
7. Sığorta müqaviləsinin qüvvədə olduğu 16 iyul 2019-cu il tarixdə mağazada iddiaçının təqsiri olmadan yanğın baş vermiş, nəticədə həmin ərzaq mağazası, onun yanında yerləşən X1 məxsus “Çıraq” market və digər ticarət obyektləri yanğının təsirinə məruz qalmışdır.
8. Qonşu mağazanın sahibi X1 31000 manat sığorta məbləği ödənilib.
9. İddiaçının sığorta məbləğinin alınması üçün müraciətinə isə cavabdeh baxmayıb. Halbuki iddiaçıya da sığorta ödənişi verilməli idi.
10. İddiaçı tələbinin hüquqi əsası kimi “İcbari Sığorta haqqında” Qanunun 36 və 41.1 -ci maddələrinə istinad etmişdir. 11. "xxxx" Açıq Səhmdar Cəmiyyəti də qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, zərərçəkmiş Sahil Əliyevə dəymiş zərərin əvəzi qismində ödənilmiş 31000 manat sığorta ödənişi məbləğinin və məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, ünvan 2 ünvanında yerləşən X1 məxsus mağaza daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığortalanmışdır. Bu barədə S.Əliyeva BA seriyalı 902842 saylı sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 16 iyul 2019-cu il tarixdə İddiaçı məxsus ərzaq mağazasında yanğın baş vermişdir. Nəticədə həmin ərzaq mağazasının yaxınlığında yerləşən X1 m əxsus “Çıraq market” ərzaq mağazası da yanğına məruz qalmışdır. Yanğın hadisəsi nəticəsində sözü gedən obyektlərə maddi zərər dəymişdir.
13. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2019-cu il tarixli qərarında yanğının İddiaçı məxsus mağazadan baş verməsi öz təsdiqini tapmışdır.
14. İddiaçı ona məxsus əmlakdan istismar qaydalarına düzgün riayət etməmiş, yüksək enerji tələb edən avadanlıqları buna uyğun olmayan elektrik xətlərinə qoşmuş, eləcə də ticarət mallarını və digər əşyaları elektrik yükləyicilərinə yaxın məsafədə yerləşdirmiş, bununla da onun bu hərəkətləri yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. İddiaçı məxsus əmlaka dair “İcbari Sığortalar haqqında” Qanunun tələbləri nə uyğun olaraq daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığorta müqaviləsi mövcud olmadığından subroqasiya hüququ zərərvuran şəxsə qarşı yönəlməlidir.
15. X1 məxsus mağaza "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığortası üzrə təminat aldığından, müqavilə ilə müəyyən edilmiş sığorta məbləği 3565/M/CFİ-237/2019 saylı sığorta aktına və 005XOH********** saylı ödəniş tapşırığına əsasən X1 31000 manat "xxxx" ASC tərəfinədn sığorta ödənişi həyata keçirilmişdir.
16. Qarşılıqlı iddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 936, və 1097-ci maddələrinə istinad etmişdir.
17. Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilmiş, "xxxx" ASC-dən 36111 (otuz altı min yüz on bir) manat məbləğində sığorta məbləğinin tutularaq İddiaçı ödənilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə 31000 (otuz bir min) manat məbləğində sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Təhminə Xəlilova)
18. Birinci instansiya məhkəməsi təqdim olunmuş yazılı sübutlarla iddiaçı İddiaçı məxsus Sabirabad şəhərində yerləşən ərzaq mağazasının "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinə əsasən sığortalanması, həmin müqavilə üzrə sığorta hadisəsi baş verəcəyi təqdirdə "xxxx" ASC-nin 36111 manatın ödənilməsini öhdəlik kimi üzərinə götürməsi, yanğın nəticəsində iddiaçıya məxsus sıgortalanmış əmlaka dəymiş zərərin 36619,90 manat məbləğində olması müəyyən edildiyindən hesab edib ki, iddiaçı haqlı olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərər tələbi ilə məhkəməyə müraciət etmişdir və sığorta məbləği müqavilə ilə 36111 manat məbləğində müəyyən edildiyindən ilk iddia təmin edilməlidir.
19. Qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsi Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2019-cu il tarixli 20042 saylı yanğın-texniki rəyi ilə razılaşmayaraq qeyd edib ki, İddiaçı yanğının baş verməsinə qəsdən yönəldilmiş hərəkətləri müəyyən olmasa da, yanğın iddiaçının ehtiyatsızlıqdan etdiyi hərəkətlər nəticəsində baş vermişdir. Belə ki, iddiaçıya məxsus mağazada qısa qapanma nəticəsində yanğın baş verməsinə baxmayaraq, mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatlarının (elektrik avtomat açarlar və istilik qoru yucuları) hiss etməyərək avtomatik işə düşməməsi həmin mühafizə edən aparatların keyfiyyətsiz olmasını və ya düzgün quraşdırılmamasını sübut edir.
20. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, İddiaçı məxsus mağazada yanğının – sığorta hadisəsinin baş verməsi sonuncunun öz təqsirindən baş verdiyindən və həmin yanğın nəticəsində "xxxx" ASC-nin sığortalısı X1 məxsus mağazaya dəymiş 31000 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən verildiyindən, "xxxx" ASC-nin də subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilməlidir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 883.1, 899.1.2, 898.2, 898.4, 904.1, 922.1, 926.1, 926.2, 933.1.1, 936.1, 1097.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 35.1, 35.4 və 36.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyas iya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı İddiaçı apellyasiya şikayəti verib, qətnamənin qarşılıqlı iddianın təmin olunmuş hissəsində rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə sübutlara düzgün qiymət verməyib. Məhkəmə işdə olan Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 Sentyabr 2019-cu il tarixli qərarındakı 16 Sentyabr 2019-cu il tarixli 20042 saylı yanğın-texniki ekspertizasının rəyi ilə razılaşmayaraq gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı yanğının baş verməsinə qəsdən yönəldilmiş hərəkətləri müəyyən olunmasa da, yanğın ilk iddia üzrə iddiaçının ehtiyatsızlıqdan etdiyi hərəkətlər nəticəsində baş verib. Lakin məhkəmə həmin nəticəyə gəlməsini təsdiq edən mötəb ər sübuta istinad etməyib, yalnız öz mülahizələrinə əsaslanıb; - məhkəmə əsassız və qanunsuz olaraq hesab edib ki, iddiaçının ehtiyatsızlığı qısa qapanma nəticəsində baş vermiş yanğın zamanı mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) keyfiyyətsiz olmasında və düzgün quraşdırılmamasındadır. İlk növbədə sual yaranır ki, ekspert rəyi ilə razılaşmayan məhkəmə nəyə görə yanğının səbəbini məhz ekspert rəyinə istinad edərək göstərib. Hətta məhkəmənin ehtiyatsızlığı əsaslandıran mövqeyi ekspert rəyinə istinad olunsa belə yanlışdır. Çünki rəydə yanğının səbəbi tək qısa qapanma deyil, birləşmə yerlərində keçirici müqavimətin artması artıq yüklənmə və s. kimi göstərilib; - məhkəmə işin tam və hərtərəfli araşdırılmasına şərait yaratmayıb, mütəxəsis dəvət etməyib, ekspertiza keçirməyib, mütəxəssıs və ekspert səlahiyyətlərini öz üzərinə götürüb. - məhkəmə yanğının səbəbinin müəyyən olunması üçün sübut kimi təqdim olunmuş ekspert rəyi ilə razılaşmasa da, yeni ekspertiza keçirməyib, mütəxəssis rəyi almayıb, yanğının səbəbini özü müəyyən edib və səhvən ilkin iddiaçının təqsirli olması nəticəsinə gəlib. Məhkəmə nəzərə almayıb ki, yanğın hadisəsinin mənbəyini, səbəbini, yanğın baş verərkən hansı normativ aktların pozulub-pozulmamasını, pozuntuya kimin, hansı həddə yol verməsim müəyyən etmək xüsusi bilik tələb etdiyi üçün ekspertin səlahiyyətlərinə aiddir; - konkret iş üzrə yanğın hadisəsinin səbəbini, mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) keyfiyyətsiz olub-olmam asını və düzgün quraşdırılıb-quraşdırılmamasını hadisə yerinə baxış keçirmiş, istintaq orqanı tərəfindən aparılmış araşdırma materialları ilə tanış olmuş xüsusi biliyə malik olan şəxs-ekspert müəyyən edə bilər. Subut kimi iş materiallarına əlavə olunub araşdırılmış ekspert rəyində isə hadisənin mənbəyi, səbəbi, normativ aktların pozulubpozulmaması artıq müəyyənləşdirilib; - məhkəmə isə özünü ekspert kimi göstərərək mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) avtomatik işə düşməməsini onların keyfiyyətsiz olması və düzgün quraşdırılmaması ilə əlaqələndirib.
24. Apellyasiya baxışında cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib göstərib ki, iddiaçı 30 aprel 2016-cı ildən işdən çıxdığı və əmək kitabçasın ı almadığı halda 3 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürüb.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1885/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)
26. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçı "xxxx" ASC o halda hazırki iddia tələbi ilə çıxış edə bilərdi ki, sığortalı X1 məxsus mağazaya zərər dəyməsində İddiaçı təqsiri olsun. Lakin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 20 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, yanğın baş vermiş mağazanın elektrik qurğularında aparılmış yoxlama və sınaqlarla, hadisə ərəfəsində mağazanın daxili elektrik şəbəkəsinin qurğularının və elektrik avadanlıqlarının (soyuducuların, tənzimləyicinin və s.) texniki cəhətdən düzgün quraşdırıldığı və saz vəziyyətdə olduğu, həmin qurğu və avadanlıqlarda yaranan elektrik təbiətli qəza halının (qısa qapanmanın, birləşdirici yerlərdə müqavimətin artması və s. nəticəsində əmələ gələn elektrik cərəyanının) şəbəkəni mühafizə edən aparatların ( elektrik avtomat açarlar və istilik qoruyucuları) hiss etməyərək avtomatik işə düşməməsinin mümkün olmasını nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozulması müəyyən edilmir.
27. Apellyasiya məhkəməsi hesab edib ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, sığortalı X1 məxsus mağazaya dəymiş ziyanda İddiaçı heç bir təqsiri müəyyən olunmadığından ona qarşı "xxxx" ASC iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Ona görə də, qarşılıqı iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
28. Apellyasiya məhkəməsi möv qeyini Mülki Məcəlləsinin 936.1, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1097.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (qarşılıqlı iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə prosessual hüquq normalarını pozub. Belə ki, iddiaçı sahibkardır, ********** saylı VÖENİ var; Sıöorta predmeti qeyri-yaşayış sahəsinidir və iddiaçı həmin sahəni mağaza kimi istifadə edir; - məhkəmə Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinin tələblərini pozub. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
31. Kass asiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabdeh (qarşılıqlı iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Quliyev Səfahət Xəlil oğlC vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı (qarşılıqlı cavabdeh) MəMənsimov məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkə məsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
37. İlk iddia tələbi sığorta ödənişinin verilməsi barədədir və iddiaçı tələbin əsası kimi sığorta müqaviləsinə istinad etmişdir. Eyni zamanda cavabdeh də qarşılıqlı iddiasında subroqasiya qaydasında pulu zərərvurmadan yaranan öhdəliyə istinadən tələb edir.
38. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə sığorta şirkəti arasında icbari sığorta müqaviləsi bağlanıb, müqavilədə sığortalanan daşınmaz əmlakın təyinatının ticarət təyinatlı Market olması göstərilmişdir.
39. Cavabdehin hüquqi şəxs olması işin mübahisə edilməyən halı olduğu kimi, iddiaçının da sahibkarlıq fəaliyyətini həyata keçirməsinə müqavilədə sığortalanan daşınmaz əmlakın təyinatının ticarət təyinatlı Market olması dəlalət edir. Belə olan halda, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi görünür. 40. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilm əsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
41. Qərarın 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərində n yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
42. Həmin Qərarın 14-cü bəndində isə qeyd edilib ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs old uğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
43. Göründüyü kimi, Ali Məhkəmənin qeyd edilən Plenum Qərarı mübahisələrin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi üçün meyarları göstərmiş və konkret hansı növ iddiaların kommersiya məhkəmələrinə aid edilməli olmasına aydınlıq gətirmişdir.
44. Hazırki i şdə də mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə əsas verə bilən hallar olmasına baxmayaraq, məhkəmələr buna diqqət yetirməmiş, məhkəmə aidiyyatı ilə bağlı məsələləri müzakirə etmədən işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməklə aidiyyatla bağlı prosessual normaların tələblərini pozmuşlar. Halbuki prosessual qanunvericilik aidiyyət qaydalarının pozulmasına yol vermir.
45. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 418.4.9-cu maddəsinə görə şərh edilən pozuntular şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsas olduğundan qətnamə ləğv edilməlidir.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxış ına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1885/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.