Məhkəmə qərarları › İş №2(102)-4147/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4147/2023

06.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4147/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu ( məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1265/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 06 noyabr 202 3-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən 8000 manat son haqq-hesabın, son haqq-hesabın gecikdirilməsinə görə 29200 manat faizin tutularaq ona ödənilməsi barədə qətnamə qçıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Aztexnika LTD" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 8000 manat son h aqq-hesab, 29200 manat faiz borcu olaraq, cəmi 37200 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva)

3. Cavabdeh "xxxx" MMC qətnamənin faiz borcuna aid iddianın təmin edilən hissəsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, “Aztexnika LTD" Məhdud Məsuliyyətli Cəmiyyətindən 29200 manat faiz borcu tutulması hissəsində iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1265/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və işin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

7. Kassasiya instansiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi qaydada alınsa da, həmin qətnamədən kassasiya şikayəti, şikayətin verilməsi üçün qanunla nəzərə tutulmuş müddətin bitməsindən 1 ay 7 gün keçdikdən sonra, xx.xx.2021-c i il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.

8. Kassasiya şikayətinin poçt xidmətinə daha əvvəl – xx.xx.2021-ci il tarixdə təhvil verildiyi barədə şikayətə əlavə edilmiş xüsusi rabitə xidmətləri göstərən "xxxx" MMC-nin qaiməsi həmin halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həqiqətən də iddiaçının kassasiya şikayətini rabitə xidməti göstərən orqana xx.xx.2021-ci il tarixdə təhvil verməsi, lakin məktubun iki aya yaxın müddət keçdikdən sonra – xx.xx.2021-ci il tarixdə apellyasiya instansiya məhkəməsinə daxil olması ağlabatan və inandırıcı deyil. Digər tərəfdən, qaimənin üzərində həm təhvil, həm də qəbul tarixləri üzərində sonradan düzəlişlər edildiyi aşkar görünür.

9. Həmçinin işdən görünür ki, kassasiya şikayətinin xüsusi rabitə xidmətinə təxminən 2 ay əvvəl verildiyini təsdiq edən sənəd qismində şikayətə əlavə olunmuş poçt sənədinin surətinin mötəbərliyi şübhə doğurduğu üçün apellyasiya instansiyası məhkəməsi bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə bir neçə dəfə məhkəmə iclasları təyin etmiş, bu barədə iş üzrə tərəflərə məhkəmə bildirişləri, habelə poçt xidmətini həyata keçirən "xxxx" MMC-yə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə çatdırılması ilə bağlı qəbzin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərmişdir. Təyin olunmuş məhkəmə iclaslarına iddiaçı və ya onun nümayəndəsi (vəkili) gəlməmiş, rabitə orqanı tərəfindən sorğuya cavab verilməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəmə sinin 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

11. İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Şikayətdə 20 iyul 2022-cü il tarixli qətnamədən kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Əsas ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində 20 iyul 2022-ci il tarixli qərardaddan şikayət verilməsi qeyd edilsə də, “xahiş etdi” hissəsində 20 iyul 2022-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayəti üzrə müddətin bərpa edilməsi xahiş edilmişdir. Başqa sözlə, iddiaçı mövcud olmayan (yəni 20 iyul 2022-ci il tarixli qətnamədən) məhkəmə aktından ötürülmüş müddətin bərpasını xahiş etmişdir.

15. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi üzrə 23 iyul 2021 tarixli kassasiya şikayətinə dair müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə vermişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixl i 2(105)-1265/2021 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin itirilməmiş hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Elman Əhmədov)

17. Apellyasiya instansiyası məhkəməsi işin halları baxımından mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı yenidən prosessual müddətin itirilməmiş hesab edilməsinə dair ərizə vermişdir. Halbuki Sumqayıt Apellyasiya Məhkəməsinin qüvvədə olan qərardadı ilə İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir.

18. İddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilmədiyi və sonuncu bu qərardaddan şikayət vermədiyi halda, müddətin itirilməmiş hes ab edilməsi barədə ərizəsinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə olan halda iddiaçının ərizəsində göstərilən xüsusatlar qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin itirilməmiş hesab edilməsinə əsas hesab edilə bilməməklə formal mülahizədən ibarətdir. Buna görə də ərizə təmin edilməməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni, Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 129, 133, 263, 264, 400, 405, 408.1.4 və 408.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa edilməsinə dair yen i qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırlıb: - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)1265/2021 saylı qətnaməsi poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Həmin qətnamədən kassasiya şikayətini xx.xx.2021-ci il tarixdə "xxxx" vasitəsilə qısa müddətə çatdırılması üçün göndərmişdir. Buna baxmayaraq, kassasiya şikayəti xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə çatdırılmışdır. Halbuki, kassasiya şikayəti və ona əlavə edilmiş dövlət rüsumu prosessual müddətdə nəzərdə tutulmuş vaxtda ödənilməklə göndərilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən kassasiya şikayəti qeyrimümkün hesab edilərək geri qaytarılmasına dair qərardad çıxarılmışdır. Belə ki, kassasiya instansiyası məhkəməsi şikayət üzrə müddətin ötürülmüş hesab edilməsi qənaətinə gələrək, kuryer şirkəti tərəfindən 1 ay 9 gün sonra şikayət ərizəsinin apellyasiya məhkəməsinə çatdırıldığını göstərmişdir. Halbuki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual müddət daxilində apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin məsələyə obyektiv baxılaraq şikayət ərizəsi baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir; - qeyd edilməlidir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə kassasiya şikayətinin göndərilməsini təsdiq edən poçt qəbzi də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir; - Su mqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1265/2021 saylı qərardadında müddətin itirilməmiş hesab edilməsinə dair xüsusatlara, ümumiyyətlə, əhəmiyyət verilməmişdir. Prosessual müddətin itirilməmiş hesab edilməsi ilə bağlı iddiaçının mövqeyi ilə apellyasiya instansiyası məhkəməsinin razılaşmamasının səbəbi qərardadda əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Buna görə də məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilmədiyi və bu qərardaddan şikayət vermədiyi halda yenidən pros essual müddətin itirilməmiş hesab edilməsinə dair ərizə vermişdir.

29. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri bağlı qeyd edir ki, bu dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)1265/2021 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı dəlillərdir ki, hazırda bu məsələ kassasiya baxışının predmeti deyil.

31. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1265/2021 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar