Məhkəmə qərarları › İş №2(102)-4155/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4155/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4155/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq (sonradan iddia tələbinin həcmi dəyişdirilmişdir), cavabdeh ASC-dən sığorta ödənişi olaraq 2.223 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci hesabına cavabdehdən 120 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılmışdır. Cavabdeh “xxxx” ASC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin qismən ləğv, iddia tələbinin 1270 manat məbləğində təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərər məbləği qətnamədə qeyd edildiyindən aşağı həddədir. Odur ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsəl ər də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.2019-cu il tarixli, PXA********** saylı “xxxx” görünür ki, ASC tərəfindən X1 mülkiyyətində olan “Mercedes-Benz E-200” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat məbləğində sığorta olunmuşdur. 081007 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Mercedes-Benz S-500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixi, x saylı məktubdan görünür ki, “X4”in müəyyən etdiyi zərər məbləğini təşkil edən 1.270 manatın pul şəklində alınması, buna razı olmadığı təqdirdə isə avtomobilin təmir olunması üçün onun “X4”ə təqdim edilməsi təklif olunmuşdur. “X4” tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 26 saylı “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi aktına” əsasən, “MercedesBenz S-500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1.270 manat məbləğində zərər dəyməsi müəyyən olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tar ixli, 01 saylı akta əsasən, “Mercedes-Benz S-500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2.273 manat məbləğində zərər dəyməsi müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında protokoldan” görünür ki, X2 tərəfindən xx.xx.2019-cu il tarixində 16:15 radələrində “Mercedes-Benz E200” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. xx.xx.2019-cu il tarixli TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, X2 xx.xx.2019-cu il tarixində 16:15 radələrində “Mercedes-Benz E200” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələ rinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan” görünür ki, X1 idarə etdiyi “Mercedes-Benz E -200” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı mülkiyyətində olan və onun idarə etdiyi “Mersedes Benz S-500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə əmlaka zərər dəymişdir. İddiaçı tərəfindən ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsi barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli, 15556 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “MercedesBenz S-500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 2.223 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 214919 saylı “Kassa mədaxil orderi qəbzinə” əsasən, İddiaçı tərəf indən mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün Vəkil hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 926.1, 927.1 və 927.2-ci maddələrinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılmas ı üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Həmin Məcəllənin 926-cı maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (maddə 926.2.). Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qa nunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir (maddə 926.3.). “İcbari sığortalar haqqında” Qanuna görə, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna mal ik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab ol unur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir (maddə 6.2., 6.6., 7., 15.1., 15.3.1., 52.1. və 53.4.). Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq nəzərə alır ki, işin mübahisəli halı – avtomobilə dəymiş zərərin məbləği xüsusi bilik tələb edən məsələdir. Bu xüsusat üzrə keçirilmiş ekspertiza rəyi ilə zərər məbləğinin 2.223 manat olduğu müəyyən edilmişdir. Cavabdeh isə həmin rəyin qəbul edilməməsinə əsas verə biləcək mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda, mə hkəmələrin ekspertizanın rəyini əsas götürməklə mübahisəni həll etmələri qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar