Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-416/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X1 MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, X1 MMC-nin vəkili Vəkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-236/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən X1 MMC tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 müştərək qaydada 1999,32 ABŞ dolları əsas kredit borcunun, 4163,71 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 1074,65 ABŞ dolları məbləğində cərimənin olmaqla, cəmi 7237,68 ABŞ dolları məbləğində borcun və 30.40 manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxx» MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansi ya məhkəməsində icraat Cəlilabad rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev, iş № 2(073)-1254/2019) iddia qismən təmin edilmiş, iddiaçı «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bahadur oğlu və Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 müştərək qaydada 1999,32 ABŞ dolları əsas kredit borcunun, 4163,71 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə fazi borcunun, 200 ABŞ dolları məbləində cərimənin olmaqla, cəmi 6362 ABŞ dolları məbləğində borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” MMC-nə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdi r. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMC-nin Cəlilabad filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30 faiz olmaqla 6350 ABŞ dolları məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay aldığı krediti faizləri ilə birlikdə ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli, CaCal 125910/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlə rinə götürmüşlər. Cavabdeh1 xx.xx.2016-cı ildə iddiaçı təşkilata müraciət edərək, «xxxx» MMC ilə aralarında baglanmış xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqayıləsi üzrə ona verilmiş 6350 ABŞ dolları məbləğində olan krediti ABŞ dolları məzənnəsinin artması və bununla əlaqədar bankla arasında yazılı tərtib olunmuş müqavilə üzrə ödəmək iqtidarında olmadığına görə həmin kreditin restrukturizasyasının həyata keçirilməsini xahiş etmişdir. «xxxx» MMC Cavabdeh1 xahişini nəzərə alaraq onunla xx xxxxxx 2016-ci il tarixdə xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 0 faiz təşkil etməklə restrukturizasiya olunmuşdur. Həmin razılaşmaya əsasən Cavabdeh1 kredit borcu 30 ay müddətinə razılaşdırılmış və tərəflər arasında yeni ö dəniş cədvəli tərtib edilmişdir. Yeni ödəniş cədvəlinə əsasən Cavabdeh1 30.01,2017-ci ildən xx.xx.2019-cu ilə qədər hər ay aldığı krediti faizləri ilə birlikdə ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliklərini iddiaçı təşkilat qarşısında tam icra etməyən Cavabdeh1 xx xxxx 2019-cu il tarixə «xxxx» MMC-yə 1999 ABŞ dolları əsas kredit borcu, 4163 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu yaranmış və 1074 ABŞ dolları cərimə hesablanmışdar. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Buna görə də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərində n irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fıziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə ol unur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı kecikdirilmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirm əsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xə rclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci madaəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kr editor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ, həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-236/2020) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(073)1254/2019 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 müştərək qaydada 1999,32 ABŞ dolları əsas kredit borcunun, 4163,71 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə fazi borcunun, 200 ABŞ dolları məbləində cərimənin olmaqla, cəmi 6362 ABŞ dolları məbləğində kredit borcunun tutulması hissəsində ləğv edilmiş, iddia tələbi əsas borca hesablanmış faiz borcunun tutulması hissədə qismən təmin edilmiş, xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bahadur oğlu və Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 müştərək qaydada 1999,32 ABŞ dolları əsas, 1.625,61 ABŞ dolları məbləğində kreditdən istifadəyə gör ə fazi borcu, 200 ABŞ dolları məbləində cərimə olmaqla, cəmi 3.824,93 ABŞ dollarının alınıb “xxxx” MMC-nə ödənilməsi, məhkəmə xərclərini təşkil edən ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatın iddiaçı “xxxx” MMC-dən alınıb (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********000003944, SWİFT Bik CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab № AZ43CTRE**********00088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) dövlət nəfinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış və surəti işdə olan xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsinə görə, iddiaçı «xxxx» MMC tərəfindən Cavabdeh1 illik 30 faiz olmaqla 24 ay müddətinə 6350 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə görə, Cavabdeh1 xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə qədər hər ay aldığı krediti faizləri ilə birlikdə ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə cavabdehlər Cavabdeh2 Bahadur oğlu və Cavabdeh3 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, CaCal 125910/15 saylı zaminlik müqaviləsinin işdə olan surətinə görə, zaminlər borcalanın kreditor qarşısında xx.xx.2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsi üzrə öhdə liklərini yerinə yetirməsi ilə əlaqədar öhdəlik götürmüşlər və kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli Razılaşmanın işdə olan surətinə görə, «xxxx» MMC borclu ilə bağlanmış xx.xx.2015-ci il tarixli, CaCal 125910/15 saylı kredit müqaviləsi ilə verilmiş kreditin restrukturizasiyasını keçirməyi, borclu isə həmin restrukturizasiyanın nəticəsində yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş krediti xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər hər ay aldığı krediti faizləri ilə birlikdə ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən cavabdehlərə ünvanlanmış b ildirişlərə görə, Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli rəyə görə, Cavabdeh1 iddiaçıya əsas borc üzrə 1.999.83 ABŞ dolları, faiz borcu üzrə 1.625,61 ABŞ dolları borcu qalmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddət çatdıqdan sonra kreditorun xatırlamasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlama üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə ic raya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci madəsində göstərilir ki, borc müqaviləsin ə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məs uliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin olunmaqla, iddia tələbinin əsas borca hesablanmış faiz borcunun tutulması hissəsində ekspert rəyinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tə tbiq etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri X1 MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)236/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, məhkəmə müqaviləyə əlavə bağlanmış xx.xx.2016cı il tarixli razılaşmanın bəndlərini nəzərə almamış və ona hüquqi qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları X1 MMC-nin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-236/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. X1 MMC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə prose ssual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-236/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Vüqar Həsənov Hakimlər Əhməd Əhmədov İlqar Dəmirov