Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4184/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı3 Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, X və X2 qarşı, Cavabdeh4 İddiaçı1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma və sahənin təhvil verilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1, vəkili Vəkil, Cavabdeh3, vəkili X1, Cavabdeh4 nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəl i iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 25 dekabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş 7 oktyabr 2010-cu il tarixli etibarnamə ilə mübahisəli torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 50 il müddətinə Cavabdeh7 etibar etmişdir. Həmin etibarnamə əsasında Cavabdeh7 notarial qaydada təsdiq edilmiş 7 fevral 2012-ci il tarixli etibarnamə ilə mübahisəli torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 7 oktyabr 2060-cı ilədək İddiaçı3 etibar etmişdir.
3. Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 notarial qaydada təsdiq edilmiş 12 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli torpaq sahəsinin 0,05 ha hissəsini 5000 manata Cavabdeh3 satmışdır. Həmin 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 13 nömrəli vərə qində 01 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 notarial qaydada təsdiq edilmiş 10 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli torpaq sahəsinin 0,02 ha hissəsini 13000 manata Cavabdeh4 satmışdır. Həmin 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində 31 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı3 ilkin iddia ilə, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, X və Xnə qarşı məhkəməyə müraciət edərək satıcı Cavabdeh1 adından Cavabdeh7 ilə alıcı Cavabdeh3 arasında imzalanmış 10.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinin, satıcı Cavabdeh1 adından Cavabdeh7 ilə alıcı Cavabdeh4 arasında imzalanmış 10.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, eləcə də Cavabdeh1 adından Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 07.02.2012-ci il tarixli, 7E-015695 reyestrli etibarnaməyə əsasən Cavabdeh7 tərəfindən ona satılmış mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə, Cavabdeh7 və onunla əlaqəli vəzifəli şəxslərin əməllərindəki cinayət faktlarının araşdırılmasına dair prokurorluq orqanlarına xəbər verilmək lə xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı1 tələbini belə əsaslandırılmışdır ki, o, məcburi köçkündür və hazırda Abşeron rayonu, Mehdiabad kəndi, Novxanı yolunun üstündə öz şəxsi vəsaiti hesabına əldə etdiyi 0,07 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evində məskunlaşmışdır. Cavabdeh1 məxsus torpaq sahəsini Cavabdeh7 Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda verilmiş 07.02.2012-ci il tarixli etibarnamə ilə 7000 ABŞ dollarına satın almışdır. Cavabdeh7 əvvəllər tanımamışdır. Ancaq sonralar məlum olmuşdur ki, sonuncu dəfələrlə məhkum olunmuş və hazırda dələduzluq cinayətləri ilə əlaqədar olaraq Bakı İstintaq Təcridxanasında saxlanılır. Belə ki, Cavabdeh7 07.02.2012-ci ildə Cavabdeh1 adından etibarnamə ilə ona satdığı 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini ondan xəbərsiz Cavabdeh3 5000 manata və həmin torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh4 13000 manata satmışdır. Həmin alqı-satqı müqavilələri qanunsuzdur və məhkəmə tərəfindən ləğv olunmalıdır. Onun həmin torpaq sahəsi üzərində əldə etdiyi mülkiyyət hüququ isə təmin olunmalıdır. 07.02.2012-ci il tarixli etibarnamə hüquqi cəhətdən birtərəfli formada tərtib olunmuş yazılı əqddir. Bütün bunlardan başqa, əgər mübahisə olunan torpağın mülkiyyətçisi Cavabdeh1 adına olan 0,07 ha torpaq sahəsinə dair çıxarış, torpaq sahəsinin planı və ölçüsü etibarnamə itdiyi üçün rəsmən etibarsız sayılmışdırsa, onda tərəflər arasında həmin sənədlər əsasında alqı-satqı müqavilələri imzalana bilməzdi. Ona görə də mübahisələndirilən alqı-satqı müqavilələri heç bir halda qanuni və əsaslı sayıla bilməz. Bu müqavilələr uydurma əqddir, ya da yalandan başqa bir əqdi pərdələmək məqsədi ilə imzalanmışdır.
7. Cavabdeh4 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus 0,02 ha hissəsindən iddiaçının məcburi qaydada çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh4 tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində birmənalı olaraq istifadəsində olduğunu bildirdiyi 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsinin alqı-satqı müqaviləsi əsasında 13.000 manata ona satıldığını etiraf edir. Həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada və formada, alğı-satqıya dair normaların tələblərinə tam müvafiq olaraq aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin ləğvi üçün heç b ir hüquqi əsaslar yoxdur. İlk iddia ərizəsində iddiaçının mülkiyyət hüququna dair müxtəlif maddi hüquq normalarına istinad etməsinin heç bir hüquqi əsası yoxdur, həmin torpaq sahəsi üzərində iddiaçının heç bir qeydə alınmış hüququ olmamışdır. Daşınmaz əmlak üzərində bu iddia tələbi qaydasında mülkiyyət hüququnun tanınması heç bir qanunda nəzərdə tutulmamışdır, belə hallar qanunla mümkün hesab edilmir və yolverilməzdir.
9. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) X nömrəli, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı3 Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilk iddiası rədd edilmiş, Ca vabdeh4 İddiaçı3 qarşı mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma və torpaq sahəsinin təhvil verilməsinə dair qarşılıqlı iddiası təmin edilib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi 31.07.2015-ci il olan daşınmaz əmlakın Dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən İddiaçı3 məcburi qaydada çıxarılması və torpaq sahəsinin Cavabdeh4 təhvil verilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, sübutların tədqiqatı zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi İddi açı1 faktiki istifadəsində olması müəyyən edilsə də, lakin həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 məxsus hər hansı bir hüquqi sənəd müəyyən edilməmişdir. Əksinə, sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, yəni iş materiallarında olan 10.07.2015-ci il tarixli, AN-İ № ******* saylı və 12.06.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh1 (satıcı) tərəfindən Cavabdeh2 verilmiş X saylı etibarnamə əsasında Cavabdeh1 (satıcı) adından Cavabdeh2 müvafiq olaraq Cavabdeh4 (alıcı) və Cavabdeh3 (alıcı) ilə alqı-satqı müqavilələri bağlamış və satıcı Gözəlov X4 rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən ona məxsus 0.02 ha hissəni 13.000 ma nat qiymətinə alıcı Cavabdeh4, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən ona məxsus 0.05 ha hissəni 5000 manat qiymətinə alıcı Cavabdeh3 satmış, Cavabdeh4 ilə Cavabdeh3 AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlara əsasən həmin torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etmişlər. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qanuni əsaslarla mülkiyyətində olan mübahisəli torpaq sahəsinin İddiaçı1 faktiki istifadəsində olması mülkiyyətçilərin qanunla təminat verilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hak imlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) 13 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin X nömrəli, 14 avqust 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və G.Quliyev) X nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qərarı ilə İddiaçı3 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edi lmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, baxılan iş üzrə ilkin iddia tələbinin birinci hissəsində iddiaçı özünün tərəfi olmadığı, cavabdehlər arasında bağlanmış əqdlərin ləğvini xahiş edir və tələbini onunla əsaslandırır ki, həmin əqdlər qanunsuz yolla bağlanıb, uydurmadır, yaxud başqa əqdi pərdələmək məqsədi ilə imzalanıb. Birinci və apelyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissədə təmin olunmamasını əqdlərin etibarsızlığını dair maddi hüquq normaları ilə əsaslandırıb və iş üzrə həmin normalarının dispozisiya şərtlərinin mövcud olmadığı qənaətinə gəliblər. Halbuki, müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna ed ilmədiyindən işə baxan məhkəmənin müqavilənin ləğvi tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onu ləğvinə qiymət vermək hüququ yoxdur. Belə qiymətləndirmə mahiyyətcə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma olmaqla yanaşı, həm də iddiaçının eyni əqdi digər əsasla mübahisələndirmək hüququnun qarşısını almış olur. İddiaçı tələbində müqavilənin ləğvini xahiş etsə də, iddiasını əsasən həmin əqdin etibarsız olduğu barədə dəlillərlə əsaslandırmışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci və 167-ci maddəsinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir. Bu cür müzakirənin nəticəsindən asılı olaraq isə işə baxan birinci instansiya məhkəməsi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyi iddiaçıya təklif edə bilər. Dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1-cü maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən i şin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. Sadalanan prosessual hərəkətləri yerinə yetirmədən və yuxarıda qeyd olunan məsələləri tərəflərlə müzakirə etmədən müqavilənin ləğvi barədə verilmiş iddia ərizəsinə müqavilənin etibarsızlığını tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməsi son nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına və düzgün olmayan məhkəmə aktının çıxarılmasına səbəb olmaqla yanaşı, tərəfləri də bir sıra mühüm prosessual hüquqlardan məhrum etmiş olur. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14 və 167- ci maddələrinin tələbləri pozulmuş, müqavilənin ləğvi tələbləri müqavilənin etibarsızlığını tənzimləyən maddi hüquq normalarına istinad edilməklə təmin olunmamışdır. ç) Apelly asiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 10 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, X saylı qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, X ə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilk iddianın təmin edilməməsi, qətnamənin «Qarşılıqlı iddia təmin edilsin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi 31.0 7.2015-ci il olan, daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən İddiaçı3 məcburi qaydada çıxarılsın və torpaq sahəsi Cavabdeh4 təhvil verilsin, iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizalarının xərci olaraq İddiaçı1 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış dır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı3 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında ona məlumat verilməmiş, qətnamənin qəbul edilməsindən ümumiyyətlə məlumatı olmamış, faktiki ünvan iş materiallarında göstərilsə də, qətnamə məhkəmə tərəfindən göndərilməmişdir. Məhkəmə iş üzrə səthi araşdırma aparmış, sübutlara düzgün qiymət verməmiş, mübahisənin məğzinə varmadan tələsik qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştira kçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən İddiaçı3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili X kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
22. Cavabdeh4 nümayəndəsi X məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətb iq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə
29. Hissə İ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
27. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etira zın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozma sın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
33. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
34. Maddə 337.1-337.5. B u Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərd ən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Maddə 421.1 və 421.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı ça tanlardan xeyli dərəcədə məhrum olur.
36. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
37. Maddə
646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
44. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* sayl ı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın dublikatının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində 25 dekabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır.
45. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində 25 dekabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır. 46. 7 oktyabr 2010-cu il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 50 il müddətinə Cavabdeh7 etibar etmişdir. 47. 7 fevral 2012-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından verilmiş 7 oktyabr 2010-cu il tarixli etibarnaməyə əsasən Cavabdeh7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 7 oktyabr 2060-cı ilədək İddiaçı3 etibar etmişdir. 48. 12 iyun 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1231 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsə bəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini 5000 manata Cavabdeh3 satmışdır.
49. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində 01 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır. 50. 10 iyul 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1374 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən C avabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsini 13000 manata Cavabdeh4 satmışdır.
51. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində 31 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20999 saylı, 10 noyabr 2017-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Abşeron LTİ-nin mütəxəssisi tərəfindən imzalanmış 23.10.2017-ci il tarixli, **********44 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi 25.12.2007-ci il olan dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 12.06.2015-ci il tarixli, 4Ə-1231 nömrəli və 10.07.2015-ci il tarixli, 4Ə-1374 nömrəli bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh4 satılmış torpaq sahəsinin mülki iş materiallarında çıxarışa əlavə olunmuş torpaq sahəs inin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları olmadığından, eyni zamanda İddiaçı3 faktiki istifadə etdiyi torpaq sahəsinə aid mülki iş materiallarında hüquqi sənədlərin olmaması səbəblərindən qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14740 saylı, 15.10.2018-ci il tarixli rəyindən görünür ki, DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 25.12.2007- ci il olan, dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiab ad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatlarının naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 31.07.2015-ci il olan dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış 710893 saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsü (döngə nöqtələrinin koordinatları) mülki iş materiallarında təqdim olunmadığından İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları ilə naturada üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyy at tarixi 29.05.2015-ci il olan dövlət reyestrində 786 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü təqdim olunmadığından digər torpaqlarla üstüstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 01.07.2015-ci il olan dövlət reyestrində 792 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları naturada 0,045 ha hissəsi ilə üst-üst düşməsi müəyyən olunmuşdur. Mülki iş materiallarında Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 31.07.2015-ci il olan dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 29.05.2015-ci il olan dövlət reyestrində 786 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəb əsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları təqdim olunmadığından İddiaçı3 tərəfindən torpaq sahəsini zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 01.07.2015-ci il olan dövlət reyestrində 792 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində İddiaçı3 tərəfindən 0,0425 ha hissəsi faktiki olaraq istifadə olunur.
54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı instit utlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
55. Baxılan i ş üzrə ilkin iddia tələbinin birinci hissəsində iddiaçı özünün tərəfi olmadığı, cavabdehlər arasında bağlanmış əqdlərin ləğvini xahiş edir və tələbini onunla əsaslandırır ki, həmin əqdlər qanunsuz yolla bağlanıb, uydurmadır, yaxud başqa əqdi pərdələmək məqsədi ilə imzalanıb.
56. Birinci instansiyası məhkəməsi ilkin iddia tələbinin təmin olunmamasını əqdlərin etibarsızlığını dair maddi hüquq normaları ilə əsaslandırıb və iş üzrə həmin normalarının dispozisiya şərtlərinin mövcud olmadığı qənaətinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin müqavilənin ləğvi tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onu ləğvinə qiymət vermək hüququ yoxdur. Belə qiymətləndirmə mahiyyətcə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma olmaqla yanaşı, həm də iddiaçının eyni əqdi digər əsasla mübahisələndirmək hüququnun qarşısını almış olur.
57. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı tələbində müqavilənin ləğvini xahiş etsə də, iddiasını əsasən həmin əqdin etibarsız olduğu barədə dəlillərlə əsaslandırmışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci və 167-ci maddəsinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir. Bu cür müzakirənin nəticəsindən asılı olaraq isə işə baxan birinci instansiya məhkəməsi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyi iddiaçıya təklif edə bilər.
58. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1-cü maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167- ci maddəsinə əsasən işin düzgün və vaxtı nda həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir.
59. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fərqli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir araya sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər.
60. Apellyasiya kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, İ ddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilk iddiası rədd edilməlidir. 61. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
62. Beləliklə, apellyasiya kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 12 iyun 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontoru nda bağlanılaraq 4Ə-1231 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini 5000 manata Cavabdeh3 satmış, x tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində 01 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır. 10 iyul 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1374 sayla reyestrdə qeydə alınmış daşınmaz əmla kın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsini 13.000 manata Cavabdeh4 satmış, x tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində 31 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır. 63. 12 iyun 2015-ci il və 10 iyul 2015-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinin pozulması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin iş üzrə keçiril miş ekspertizanın 14740 saylı, 15.10.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, x tərəfindən verilmiş qeydiyyat tarixi 25.12.2007-ci il olan, dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları naturada üstüstə düşür. Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin də məhz 0,02 ha hissəsini Cavabdeh4 alqı-satqı müqaviləsi əsasında almışdır.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiy mətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
65. Məhkəmə kollegiyası kassatorun məhkəmədə iştirakının təmin olunmaması barədə dəlilini əsaslı saymır. Ona görə ki, apellyasiya məhkəməsi İddiaçı1 məhkəmə iclasına çağırılması üçün müvafiq bildirişlər göndərmiş, 27.01.2021-ci il tarixli iclasda İddiaçı1 və vəkili iştirak edərək izahatlar vermişlər, 24.02.2021-ci il tarixdə məhkəmə iclası baş tutmadığı üçün təxirə salınmış və tərəflərə bildiriş göndərilmklə növbəti iclas 10.03.2021-ci il tarixə təxirə salınmış, həmin iclasda isə qətnamə çıxarılmışdır.
66. Bundan əlavə, kassasiya şikayətində iş materialları ilə tanış olduqdan sonra geniş şikayətin əlavə ediləcəyi qeyd olunsa da, belə bir əlavə təqdim olunmamışdır.
67. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.