Məhkəmə qərarları › İş №2(102)-42/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-42/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-42/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X7, X3, Gəncə şəhəri 6 saylı notariat kontoruna və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12rşı iş üzrə QƏRARİ Açar sözlər: yalan əqdin əqdi bağlayan şəxsi başqa şəxlə pərdələmək məqsədi ilə deyil, eyni tərəflər arasında bağlanan əqdi başqa əqdlə pərdələmək məqsədi ilə bağlanan əqd olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əli yeva Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1445/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2004-cü il tari xli alqı-satqı müqaviləsinin yalan əqd olduğu üçün etibarsız hesab edilməsi, həmin əqdə onunla X13 arasında bağlanmış alqısatqı müqaviləsinə dair qaydalar tətbiq edilməklə Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və Cavabdeh adına verilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İşin mübahisə edilməyən hallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 308,1 m2 olan bağ evinə X4 mülkiyyət hüququ qeydə alınmış və onun adına xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıx arış verilmişdir.

4. Həmçinin o da mübahisə edilmir ki, X4 adından çıxış edən X10 ilə Cavabdeh arasında Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən bağ evinin və 0,05 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə Gəncə şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir.

5. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 308,1 m2 olan bağ evinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmış və ona xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

6. Bundan başqa o da mübahisə olunmur ki, Cavabdeh X1 Gəncə şəhəri Kəpə z rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 308,1 m2 olan bağ evinə dair sərəncam vermək hüquqlarını da ehtiva edən 5 il müddətinə xx.xx.2018-ci il tarixli etibarnamə vermişdir.

7. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Avtozavod yolu, sahə 40 ünvanda qeydiyyatsız yaşayır.

8. İddiaçı bildirir ki, o, 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Baş memarı vəzifəsinə təyin olunmuşdur. Gəncə şəhərində yaşayış yeri olmadığından əvvəlcə kirayədə yaşamışdır. Sonradan Nizami RİH başçısı Məharət Mustafayevin vasitəçiliyi ilə X8 məxsus olan Gəncə şəhəri, K əpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən fərdi yaşayış evini kirayəyə götürmüşdür. Daha sonra həmin evi almaq qərarına gəlmişdir. Mülkiyyətçi ilə 150 000 ABŞ dollarına razılaşmış və pulun 20000 ABŞ dolları hissəsini dərhal mülkiyyətçiyə ödəmişdir. Sonradan hissə-hissə 70 000 ABŞ dollarınadək məbləği mülkiyyətçiyə ödəmişdir. Bir müddət sonra Maraqlı şəxs1 nümayəndəsi Fikrət ona bildirmişdir ki, Müşfiq bağ alır, pulun yerdə qalan hissəsini qısa bir müddətdə bütöv şəkildə ödəmək lazımdır. Bu zaman Rusiyada yaşayan qardaşı borc alaraq ona 80 000 ABŞ dolları göndərmiş və o əmlaka görə pulu tam şəkildə ödəmişdir. Bundan sonra Müşfiq bildirmişdir ki, evi öz adınıza sənədləşdirin. O isə dövlət qulluğunda olduğundan əmlakı öz adına almaq istəməmişdir. Bu səbəbdən də həmin dövrdə işlə əl aqədar tez-tez onun yanına gələn yoldaşlıq ünsiyyəti yaranan X5 ilə buməsələni məsləhət etmiş və o da bildirmişdir ki, əmlakı onun baldızının oğlu Cavabdeh adına rəsmiləşdirmək olar. Bundan sonra həmin əmlak Cavabdeh adına rəsmiləşdirilmişdir. xx xxx 2018-ci ildə Cavabdeh ailə üzvlərinin evdə pasport qeydiyyatına alınması üçün həyat yoldaşının adına baş etibarnamə almışdır. Həmin ərəfədə başı qarışıq olduğu üçün etibarnamə ilə görəcəyi işlər yubanmışdır. Bir müddət sonra qeydiyyat məsələsini həll etmək istəyərkən ona məlum olmuşdur ki, etibarnamə verildikdən 15 gün sonra ləğv edilmişdir. O, dərhal Razin Qəhrəmanova zəng edib məsələni öyrənmək istəmiş, lakin sonuncu telefonunu açmamış və ondan gizlənmişdir. Bir müddət sonra onunla əlaqə yarada bildikdə R.Qəhrəmanov ona məsələlərdən xəbərsiz olduğunu və yoluna qoyacağını bildirmişdir. Lakin onunla yenidən əlaqə saxladıqda bildirmişdir ki, guya ona borcu var və buna görə də onun əmlakını borc əvəzinə almaq niyyətindədir. Bu zaman o, aldadıldığını başa düşmüşdür. Mülkün alqısatqısına dair mülk sahibi ilə onun arasında alqı-satqı əqdi bağlanıb və hər bir tərəf öz üzərinə öhdəliklər götürərək icra etmişdir. Ödənilən pul vəsaiti birbaşa satıcıya onun tərəfindən əlbəəl ödənilib. Alqı-satqı müqaviləsi məhz ona görə bağlanılıb ki, o, mülkün tam dəyərini Maraqlı şəxs1 ödəmişdir. Alqı-satqı müqaviləsində əmlakın qiyməti real dəyərindən qat-qat aşağı göstərilmişdir. Bütün bunlar da müqavilənin etibarsız olmasını sübut edir.

9. Cavabdeh X10 bildirir ki, X13 ilə əvvəllər bir yerdə işləmişdir və Maraqlı şəxs1la etibarlı münasibətləri olmuş dur. Maraqlı şəxs1 2012-ci ilin əvvəllərində ona özünün Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən evini İddiaçı satdığını bildirmiş və onu İddiaçı ilə tanış edərək onun evin pulunun bir hissəsini verdiyini, qalan hissəsini də hissə-hissə verəcəyini, həmin məbləğləri İddiaçı alıb ona göndərməyini tapşırmışdır. 2012-ci ildən 2014-cü ilədək olan müddətdə İddiaçı ona hissəhissə təqribən 120 000 ABŞ dolları məbləğində pul vermiş, o da həmin pulları Maraqlı şəxs1 göndərmişdir. 2014-cü ilin axırlarında İddiaçı pulun sonuncu hissəsini də verdikdən sonra Maraqlı şəxs1 ona zəng edərək notariusa getməsini və əmlakı İddiaçı dediyi adamın adına keçirməsini tapşırmışdır. O da notariat kontoruna getmiş, burada İddiaçı oğlu və başqa cavan oğlanın olduğunu görmüş, İddiaçı ilə telef onla əlaqə yaratmış və o da əmlakı Cavabdeh adına keçirməsini istəmişdir. Bundan sonra notariat kontorundakı alqı-satqı sənədlərinə imza etmiş və çıxıb getmişdir. Cavabdeh birinci və axırıncı dəfə notariat kontorunda görmüşdür.

10. Cavabdeh bildirir ki, mübahisəli mənzilin alınmasında İddiaçı ona kömək etmişdir. Həmin vaxt İddiaçı ona mübahisəli evi onun qohumu olan Razin Qəhrəmanov vasitəsilə təklif etmişdir. O, həmin evi bəyənmiş və evin dəyərinin 25000 manat hissəsini Texnikabank vasitəsilə, qalan hissəsini isə Razin Qəhrəmanovun vasitəsilə ödəmişdir. Sonradan o əlverişli işlə bağlı Rusiyaya getmiş və ev boş qalmasın deyə İddiaçı həmin evdə kirayədə yaşamasına razılıq vermişdir. Bir müddət sonra evi satmaq qərarına gəlmişdir. İddiaçı özü evi alacağını bildirmiş, qiymətini Razinlə razıla şmış və sonra o İddiaçı arvadının adına etibarnamə vermişdir. Daha sonra İddiaçı evin pulunun ödənilməsini gecikdirdiyindən Razin Qəhrəmanov bundan narahat olmuş və onun təklifi ilə İddiaçı arvadının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir.

11. X13 bildirir ki, Kəpəz Rayon Məhkəməsində İddiaçı ilə Cavabdeh arasında baxılmış mülki iş üzrə mübahisə predimeti olan evin əvvəlki sahibi olmuşdur. Həmin ev Gəncə şəhəri, Avtozavod yolu, 40 saylı ünvanda, 0.05 ha torpaq sahəsində yerləşməklə, 2010-cu ildən əvvəl onun tərəfindən tikilib başa çatdırılmış və yaşayış üçün normal hala salınmışdır. 2011-ci ilin ortalarında o, X10 və köhnə dostu X2 vasitəsi ilə boş olan həmin evi kirayəçi qismində yaşayıb, baxmaq üçün həmin vaxtı Gəncə şəhər İcra Hakimiyyətinə baş memar vəzifəsinə təyin olunmu ş İddiaçı yerləşməsinə razılıq vermişdir. İddiaçı ailəsi ilə birlikdə təqribən 5-6 ay müddətində kirayəçi qismində qalmışdır. Sonradan onun iş yeri dəyişdirildiyindən Bakı şəhərinə köçmüşdür. 2012-ci ilin əvvəlində evi satmaq qərarına gəlmiş və bu barədə İddiaçı məlumat vermişdir. Bir neçə gündən sonra, təqribən mart ayının əvvəlində Məharət Mustafayev ona zəng edib demişdir ki, həmin evi onların köməkliyi ilə İddiaçı alacaqlar, ona görə də, başqa şəxslərə deməyə ehtiyac yoxdur. Evi baha qiymətə satmaq niyyətində olsa da, Məharət Mustafayevin xahişini və İddiaçı imkanlarını nəzərə alıb 150000 (yüz əlli min) dollar, həmin dövrə münasibətdə, 120000 (yüz iyirmi min) Azərbaycan manatına razılaşmışlar. Bir neçə gündən sonra onlar, yəni İddiaçı, Məharət Mustafayev və o, Gəncə şəhərində "Ramada P laza" adlanan mehmanxanada görüşmüşlər və orada Məharət Mustafayev ona İddiaçı adından 20.000 (iyirmi min dollar) pulu beh vermişdir. Razılaşmışlar ki, pulun qalan hissələrini hissə-hissə, eyni zamanda onun ehtiyac zərurəti nəzərə alınmaqla ödəniləcəkdir. Pulun qalıq 130000 (yüz otuz min) dollar hissəsi isə ona X10 vasitəsi ilə İddiaçı tərəfindən təqribən iki il müddətində tam şəkildə ödənilmişdir. Bildirir ki, evin alıcısı qismində İddiaçı tanımışdır və pullar onun tərəfindən ödənilmişdir. Cavabdeh adlı şəxsi görməmişdir, onu tanımır və ona ev satmamışdır. Onun tərəfindən özünə və yaxud hər hansı bir şəxs vasitəsi ilə bir manat da, olsun pul verilməmişdir. Təqribən 2014-cü ildə İddiaçı ona zəng edərək, evi sənədləşdirmək istədiyini bildirmişdir. Gəncə şəhərinə gələ bilmədiyi üçün, alıq-sa tqı prosesində əvvəldən-axıra kimi iştirak etmiş etibarlı şəxsi olan Fikrət Cəlilova etibarnamə vermişdir. İddiaçı həmin vaxtı ona bildirmişdir ki, işi ilə bağlı evi öz adına deyil, başqa şəxsin adına sənədləşdirəcəkdir. İddiaçı tərəfındən faktiki ona pul ödənilib, onun aldığı evin kimin adına sənədləşdirilməsinin onun üçün heç əhəmiyyəti olmadığına görə, Fikrətə tapşırmışdır ki, İddiaçı kimi istəyirsə müqaviləni onunla rəsmiləşdirsin.

12. Gəncə şəhəri 6 saylı notariat kontoru və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat

13. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-3551/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Qocayev) iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinin yalan əqd olduğu üçün etibarsız hesab edilməsi, həmin əqdə İddiaçı ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsinə dair qaydalar tətbiq edilməklə, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, sahə 40 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun tanınması, Cavabdeh adına verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət e dilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin X13 ilə Cavabdeh arasında bağlanmasına baxmayaraq nə Maraqlı şəxs1 əmlakı Cavabdeh mülkiyyətinə (sahiblik və istifadəsinə) verməmiş, nə də Cavabdeh alqı-satqı müqaviləsi üzrə Maraqlı şəxs1 hər hansı məbləğdə pul ödəməmişdir. Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri baxımından Cavabdeh alıcı hesab etmək mümkün deyildir. Bununla belə həmin müqaviləyə ümumiyyətlə heç bir hüquqi nəticə doğurmayan uydurma əqd kimi yanaşmaq da olmaz. Çünki, müqavilə bilavasitə onda nəzərdə tutulan hüquqi nəticəni doğurmasa da başqa hüquqi nəticəyə, yəni əmlakın İddiaçı sahiblik və istifadəsinə verilməsinə, İ ddiaçı isə həmin əmlakın dəyərini Maraqlı şəxs1 ödəməsinə, eləcə də Maraqlı şəxs1 əmlaka mülkiyyət hüququnun itməsinə səbəb olmuşdur. Göründüyü kimi, Maraqlı şəxs1 həmin əmlakın pulunu İddiaçı aldığından və əmlakı da İddiaçı verdiyindən və bununla bağlı onların arasında iradə vahidliyi mövcud olduğundan xx.xx.2014-cü il tarixli müqavilə yalan əqd hesab olunmalıdır. Belə ki, həmin müqavilə başqa əqdi, yəni İddiaçı ilə Maraqlı şəxs1 arasındakı alqı-satqı müqaviləsini pərdələmək məqsədini daşımışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-324-4, 340.2, 567-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh a pellyasiya şikayəti vermişdir.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1445/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov-sədrlik edən və məruzəçi, R.Muradov və Ş.Əliyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3551/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsinin qismən-Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinin tarixinin xx.xx.2004-cü il tarixli kimi qeyd edilməsi hissələrində dəyişdirilərək, müqavilənin tarixi xx.xx.2014-cü il tarixli kimi qeyd edilməklə, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinin yalan əqd olduğu üçün etibarsız hesab edil məsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar mövcud deyil.

19. Bununla yanaşı qətnamənin təsviri əsaslandırıcı hissəsində bəzi yerlərdə və nəticə hissəsində səhvə yol verilmiş və Cavabdeh ilə X13 arasında bağlanmış müqavilənin xx.xx.2014-cü il tarixli olmasına baxmayaraq, həmin müqavilənin tarixi xx.xx.2004-cü il tarixli kimi qe yd edilmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materiallarında olan, X4 adından çıxış edən X10 ilə Cavabdeh arasında bağlanmış, Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən bağ evinin və 0,05 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin surətindən müəyyən edilir ki, həmin müqavilə xx.xx.2014cü il tarixdə bağlanmışdır. Yəni, iddiaçının etibarsız sayılmasını iddia etdiyi müqavilə xx.xx.2014-cü il tarixli müqavilədir. Qətnamənin təsviri əsaslandırıcı hissəsində bəzi yerlərində də qətnamənin tarixi düzgün olaraq xx.xx.2014-cü il tarixli kimi göstərilmişdir. Ona görə də kollegiya belə qərara gəlir ki, qətnamə Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinin tarixinin xx.xx.2004cü il tarixli kim i qeyd edilməsi hissələrində dəyişdirilməli, qalan hissələrdə qətnamə dəyişdirilməmlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı halda baxılmış, onun qəbulundan imtina edilməmişdir.

22. Bundan başqa ərizə baxılmalı olduğu halda da qətnamə qanunsuzdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

23. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində Cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

29. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərə findən tanınan və qorunan hüququdur. (maddə 152.1)

30. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

31. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. (maddə 325.1)

32. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (maddə 340.2) Mülki Prosessual Məcəllə

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

36. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

37. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

39. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (35-36)

41. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 mübahisə predmeti olan əmlakın pulunu İddiaçı aldığından və əmlakı da İddiaçı verdiyindən və bununla bağlı məhz həmin şəxslər arasında evin alqı-satqısı ilə bağlı iradə ifadəsi mövcud olduğundan xx.xx.2014-cü il tarixli müqavilə yalan əqd hesab olunmalıdır. Belə ki, həmin müqavilə başqa əqdi, yəni İddiaçı ilə Maraqlı şəxs1 arasındakı alqı-satqı müqaviləsini pərdələmək məqsədini daşımışdır.

42. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

43. Halbuki, qanunvericiliyin yalan əqdlə bağlı müddəlarının məzmunundan görünür ki, yalan əqd əqdi bağlayan şəxsi başqa şəxlə pərdələmək məqsədi ilə deyil, eyni tərəflər arasında bağlanan əqdi başqa əqdlə pərdələmək məqsədi ilə bağlanan əq ddir.

44. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi yalan əqdin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

45. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod yolu sahə 40 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin Cavabdeh adına daşınmaz əmnlakın dövlət reyestrində qeydə alınmasına baxmayaraq dəyərinin onun tərəfindən ödənildiyini əsas gətirərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir.

46. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə başqa şəxsin adına əmlakın alınmasına maliyyə vəsaitinin sərf edilməsinin sonradan maliyyə vəsaiti sərf edən şəxsə həmin əmlaka mülkiyyət hüququnun tanınmasını tələb etmək h üququ verməsi ilə bağlı hər hansı bir müddəa mövcud deyildir.

47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

48. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

49. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1445/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməs i ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar