Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-420/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh "xxxx" ASC və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kassasiya şikayətinin geri qaytarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)6629/2022 saylı qərardadından cavabdeh "xxxx" ASC-nin verdiyi kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq, onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7.440 manat yəni, İddiaçı7- 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı3 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, X1 -310 m x 36 ay =11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı6 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı5 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı1 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı4 -310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manatın və Mediasiya Şurasına ödədikləri ümumilikdə 350 manatın "xxxx" ASC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.C.Kazımov) iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar birgə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən 2.480 manat pulun tutularaq İddiaçı1, 2.480 manat pulun tutularaq İddiaçı3, 2.480 manat pulun tutularaq İddiaçı4, 1.550 manat pulun tutularaq İddiaçı2, 1.550 manat pulun tutularaq İddiaçı5, 1.550 manat pulun tutularaq İddiaçı6 və 1.240 manat pulun tutularaq İddiaçı7 ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin həmin məhkəmənin 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 402, 407.1, 408.1-ci maddələrinin və digər mülki prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, qətnamədən verilmiş kassasiya şikayətinin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən mülki prosessual normaların tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatda n, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə.. apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün nəticəyə gəlmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2 022-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən 2.480 manat pulun tutularaq İddiaçı1, 2.480 manat pulun tutularaq İddiaçı3, 2.480 manat pulun tutularaq İddiaçı4, 1.550 manat pulun tutularaq İddiaçı2, 1.550 manat pulun tutularaq İddiaçı5, 1.550 manat pulun tutularaq İddiaçı6 və 1.240 manat pulun tutularaq İddiaçı7 ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, aşağıdakı əsasa görə mülki iş üzrə verilmiş kassasiya şikayəti qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətna mələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəlrinin tələblərinə cavab vermirsə... apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, mülki iş üzrə cavabdehin mübahisələndirdiyi hissə iddiaçılar İddiaçı1 münasibətdə 2480 manat; İddiaçı3 münasibətdə 2480 manat; İddiaçı4 münasibətdə 2480 manat; İddiaçı2 münasibətdə 1550 manat; İddiaçı5 münasibətdə 1550 m anat; İddiaçı6 münasibətdə 1550 manat; İddiaçı7 münasibətdə isə 1240 manat olduğundan, bununla da hər bir iddiaçının iddiasının təmin edilən hissəsində, yəni qətnamənin mübahisələndirilən hissəsində iddiaların qiyməti beş min manatdan az olduğu üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin, o cümlədən Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə cavab vermədiyindən qaytarılmalıdır. Ona görə də qətnamədən cavabdehin kassasiya şikayəti verə bilməməsinin səbəblərinin əsaslandırılmasına da heç bir əsas və zərurət yoxdur. Çünki, bu mülki prosessual qanunvericiliyin imperativ tələbidir. Peşəkar hüquqşünas olan cavabdehin vəkilinin də qanunvericiliyin bu tələbindən məlumatsız olması inandırıcı deyil. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan arqumentlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)- 6629/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-420/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-420/2023
17.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver