Məhkəmə qərarları › İş №2(102)-4208/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4208/2021

25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4208/2021 25.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Cavabdeh xxxxxoğlunun adından onun nümayəndəsi qismində X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh xxxxxxoğlunun adından onun nümayəndəsi qismində X2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-4994/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayəti Cavabdeh xxxxxoğlunun adından onun nümayəndəsi qismində X2 imzalamış, lakin iş materiallarında sonuncunun adına onu təmsil etməsi üçün Cavabdeh tərəf indən verilmiş etibarnamə mövcud deyil. Beləliklə, kassasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda, iş materiallarında kassasiya şikayətini imzalamış vəkilin də cavabdehi təmsil etmək hüququnu təsdiq edən etibarnamə mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən ş əxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh xxxxxx oğlunun adından onun nümayəndəsi qismində X1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-4994/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qay tarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar