Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4221/2024 02.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)5442/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Yədı qızı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 60.000 manatın alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş, mənəvi zərərə görə cavabdehdən 15.000.000 manat məbləğində kompensasiyanın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(007)-1354/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi qismində 10.000 man atın tutulub İddiaçı, dövlət rüsumunun əvəzi qismində 120 manatın tutulub dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5442/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(007)-1354/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən Cavabdeh MMC kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə q əbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab ed ilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyə n olmuşdur ki, cavabdehin kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.
8. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddianın qiyməti 60000 manat təşkil etmişdir. İddiaçı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə istinad edərək birinci instansiya məhkəməsinə iddia verərkən dövlət rüsumu ödəməmişdir.
9. Bununla belə, qeyd olunmalıdır ki, həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 60.000 manat təşkil edən iddia ərizəsinin verilməsinə görə 270 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
10. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. Lakin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hazı rkı kassasiya şikayəti verilərkən, Qanunun 8.1.3 və 8.6-cı maddələri pozulmuş və cəmi 60 manat dövlət rüsumu ödənilmişdir.
12. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Yəni, qanunun bilavasitə mənasına görə kassasiya şikayətinə görə dövlət rüsumunun məbləği apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumunun məbləğinə bərabər olmaqla, birinci instansiya məhkəməsinə ödənilən (ödənilməli olan) dövlət rüsumuna münasibətdə hesablanmalıdır.
13. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə b ilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5442/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə