Məhkəmə qərarları › İş №2(102)-4235/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4235/2023

05.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4235/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)1221/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri 5 saylı notariat k ontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 29 mart 2016-cı il tarixli kredit müqaviləyə əsasən borc verən Cavabdeh borc alan İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 100.000 manat məbləğində pul borc vermişdir.

2. Tərəflərin arasında hazırki mübahisəyə qədər xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur.

3. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 100.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Göygöl Rayon məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(066)-673/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı kredit müqaviləsi üzrə müəyyən olunmuş 100.000 manat borcun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.20 22-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında Gəncə şəhəri, 05 saylı notariat ofisində qeydə alınmış xx.xx.2016-cı il tarixli, 3M-55 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya bir qəpik də olsun pul verməmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının etibarından istifadə edərək notariusla əlbir olaraq iddiaçıya saxta müqaviləyə imza etdirmişlər. Müqavilənin bağlanmasına səbəb isə iddiaçı ilə cavabdehin biznes şəriki olması olmuşdur. Cavabdeh iddia çıya ona inanmamasına görə formal olaraq müqavilə bağlanmasını bildirmişdir. İddiaçı da cavabdehə inanıb müqaviləyə imza etmişdir. Bu səbəbə görə iddiaçı məhkəməyə müraciət etmişdir.

7. Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında olan müqavilə etibarlı olduğundan və həmin müqavilənin ləğv edilməsi üçün heç bir hüquqi əsas olmadığından Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Kredit müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, qeyd olunanlara əsasən iddia tələb i təmin edilməməlidir.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 125-ci maddələrinə, Mülki Məcəllənin 6, 152, 324, 337, 390, 421, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxaraq iddianı rədd edərkən bütün qanunvericilik normalarını sadalasa da mübahisələndirilmiş formal müqavilənin qanuni və əsaslığına heç bir qiymət verməmişdir. O, iddia ərizəsində də müqavilənin formal olaraq bağlandığını, cavabdehin onu aldadaraq formal müqaviləyə imza etdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinin əsası kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin olmasını göstərmişdir. Qeyd olunan qətnamə üzrə ondan 100.000 manat pulun tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Halbuki, həmin qətnamə üzrə aralarında olan formal kredit müqaviləsi qanuni və ya qanunsuz olmasına heç bir hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə təminat verilən hüquqlarının pozulması ilə çıxarılmaqla onun onsuz da çətin olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1221/2023 saylı qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Azər Bayramov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı münasibət borc hüquqi müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Kredit müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmişdir.

14. Apellyasiya şikayətinin müqavilənin formal olaraq bağlandığı, cavabdehin onu aldadaraq formal müqaviləyə imza etdirdiyinə dair dəlilləri ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətin həmin dəlilləri tam əsassız olmuşdur. Çünki qanuni qüvvəsi ni almış məhkəmə aktları ilə iddiaçının cavabdehə 100.000 manat borclu olduğu öz təsdiqini tapmışdır.

15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324, 390, 421, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan əqd formal olaraq bağlanmışdır. Ona görə də həmin əqd ləğv edilməlidir. Notariat ofisi depozitə pul qoyulmadığı hald a müqaviləni təsdiq etməli deyildi.

18. Kassator, şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 337-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh Məmmədəli oğlunun kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmuşdur və o, etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsin ə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

25. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi h alları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

34. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normasının təfsirində səhvə yol verib. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4, 417.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılması üçün əsasdır.

35. Əvvəla, işdən görünür ki, qanuni qüvvəyə minmiş Göygöl Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “29 mart 2016-cı il tarixli, 3M-55 n ömrəli reyestrdə qeyd edilmiş kredit müqaviləsi üzrə” borcun tutulması barədə iddiası təmin edilərək, İddiaçı 100.000 manat pulun tutulub Cavabdeh Məhəmməd oğluna ödənilməsi qət edilib.

36. Hazırda iddiaçı, sözügedən müqavilə üzrə cavabdehin ona 100.000 manat borc pul vermədiyini, əksinə, onun etibarından sui-istifadə edərək notariusla əlbir olub saxta müqaviləyə imza etdirdiyini, müqavilənin cavabdehlə şərikli biznes yaratmaq üçün formal olaraq bağlandığını göstərib, həmin müqavilənin ləğv edilməsini iddia edir.

37. Cavabdeh isə, iddiaçı ilə aralarında notarial qaydada təsdiq edilməklə 29 mart 2016-cı il tarixli, 3M-55 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin bağlandığını, həmin müqavilə üzrə İddiaçı 100.000 manat pulun tutulub ona ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkə mə qətnaməsinin olduğunu göstərib, iddiaya etiraz edir.

38. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, işin hallarına görə tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti əmələ gəlib və kredit müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməyib. Həmçinin, həmin müqavilənin formal bağlanması, cavabdehin iddiaçını aldadaraq müqaviləyə imza etdirməsi mülki iş materialları ilə istisna olunur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Cavabdeh 100.000 manat borcunun olması öz təsdiqini tapır.

39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb hesab edir ki, hazırkı mülki mübah isənin hüquqi tənzimlənməsi üçün ilk növbədə müqavilənin ləğv edilməsi anlayışının mahiyyətinə aydınlıq gətirilməli və onun hüquqi nəticələrini tənzimləyən mülki qanunvericilik normaları əlaqəli şəkildə təhlil edilməlidir.

40. Əvvəla, Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur.

41. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.

42. Qeyd edilməlidir ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” if adəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulub. Halbuki, yuxarıda qeyd edildiyi kimi, ləğv etmə dedikdə - əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırılması imkanı başa düşülür.

43. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində nəzərdə tutulub.

44. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əh əmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

45. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Mülki Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanını tanıyır.

46. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə de yil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır.

47. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən” müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlir.

48. Mülki Məcəllənin 423.2-ci maddəsində göstərilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində o ndan cavab almadıqda irəli sürə bilər.

49. Göründüyü kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, həmin Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası nəzərdə tutulub. Normada “ləğv etmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam verilməsi mənasında istifadə olunur.

50. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada baş verir. Yəni, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi fomasıdır.

51. Hazırkı işdən görünür ki, kreditor Cavabdeh tələbinə əsasən borclu İddiaçı onun xeyrinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 100.000 manat pulun tutulması ilə mübahisələndirilən müqavilənin artıq məhkəmədən kənar qaydada ləğv edilməsi baş verib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, hüquqi əsaslandırmada səhvə yol verib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almayıb.

52. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassatorun kassasi ya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, kreditor Cavabdeh iradə ifadəsini qarşı tərəfə, yəni borclu İddiaçı bildirməsi ilə artıq sözügedən müqaviləni ləğv etmiş olduğundan, sonuncunun kreditor Cavabdeh qarşı hazırkı tələbi məhz bu əsasla rədd edilməli idi.

53. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yen i qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1221/2023 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin, iddia rədd olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar