Məhkəmə qərarları › İş №2(102)-426/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-426/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-426/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1514/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(033)-86/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddiaçı X1 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) birgə nikah dövründə kredit müqaviləsinə əsasən yaranmış 2461,48 manat borcun ½ hissəsinin bölünərək ödəniş qrafikinə uyğun şəkildə cavabdehdən tutulub "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1514/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qə tnamədən iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti 15 noyabr 2021-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçının kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda — alınan məbləğlə müəyyən edilir (maddə 112.1.1). Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Hazırkı işdə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəmə sinə qaytara bilər (maddə 417.1.7). Beləliklə, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 15 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1514/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Şəki Apellyasiya Məhkəməs inə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar