Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4275/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi, cavabdehin vəkili CSnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Səmədov, 2(006)-6289/2018 saylı mülki iş) İddiaçı Cava bdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)-1915/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6289/2018 saylı, 05 noyabr 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5336/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 31.12.2005-ci il təvəllüdlü X4 və 23.09.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabde h tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 31.12.2005-ci il təvəllüdlü X4 və 23.09.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa hər ay 200 manat, cəmi 400 manat sabit məbləğdə alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili CSkassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər 15 avqust 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 31.12.2005-ci il tarixdə X4 və 23.09.2007-ci il tarixdə X6 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-336/2014 saylı 26 may 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 15 avqust 2004-cü il tarixdə bağlanmış pozulmuş, tərəflərin birgə nikahlarından 31 dekabr 2005-ci il tarixdə anadan olmuş X4 iddiaçı Cavabdeh yanında saxlanılmış, tərəflərin birgə nikahlarından 23 sentyabr 2007-ci il tarixdə anadan olmuş X1 ZƏnun yanında saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2018 saylı 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə 31.12.2005-ci il tarixdə anadan olmuş X4 Cavabdeh alınaraq İddiaçı verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4190/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh (apellyasiya şikayətinə) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5336/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan 31 dekabr 2005-ci il təvəllüdlü X2 və 23 sentyabr 2007-ci il təvəllüdlü X3 yetki nlik yaşlarına çatanadək saxlanılmaları üçün 08.08.2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan başqa "xxxx" ASC-nin 01.11.2018-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan müəyyən olunmuşdur ki, İddiaçı pensiyası 777 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdard a vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pu l məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 2018-ci ildə 154 manat olduğu halda, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən yuxarıda qeyd olunan qə tnamə ilə təyin edilmiş alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, hər il daha da böyüyən tələblatları artan normal saxlanması üçün kifayət deyil, uşağın sağlam böyüməsinə normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin maddi vəziyyəti, onun uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment ödəməyə təşəbbüs göstərməsini nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5336/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edə n akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iş üzrə yeni qətnamə qəbul etməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5336/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin dəyişdirməklə, 31.12.2005-ci il təvəllüdlü X4 və 23.09.2007ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentCavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişd ir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4275/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4275/2019
12.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver