Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-428/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-94/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində əkilmiş ağaclara görə ümumilikdə cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 47000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ona qarşı iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə müraciət edərək onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Zaqatala rayon məhkəməsinin, apelyasiya şikayəti ilə bağlı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının və Ali məhkəmənin Mülki Kollegiyasının məhkəmə aktları ilə idda tələbi təmin edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması icra və probasiya şöbəsi tərəfindən təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə məlum olmuşdur ki, o, həmin torpaq sahəsini öz torpaq sahəsi bilərək ona külli miqdarda sərmayə qoymuş, orada qoz ağacları, fındıq topaları və digər ağac növləri əkmişdir. Hazırda həmin ağacların bir qismi gələn ildə bar verəcəkdir. Onun hüquqi savadsızlığı və düzgün məsləhət ala bilməməsi səbəbindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyindən məhkəmələr yalnız mülkiyyət hüququna əsaslanaraq torpaq sahəsinin ondan alınması qərarlarını qəbul etmişlər. Lakin bu heç də o anlama gəlmir ki, o, çəkdiyi xərcləri cavabdehlərdən geri tələb etməsin. Ona maraqlıdır ki, ötən bu illər ərzində cavabdehlər susmuş, torpaqların münbit məhsuldar olması zamanı gözləmiş, yalnız məhsuldarlıq artdıqdan sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bəllidir ki, Azərbaycan Respublikası MPM-nin 82ci maddəsinin müddəalarına görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə eyni tərəflər arasında müəyyən edilmiş hallar işə baxan digər məhkəmə üçün məcburidir və yenidən araşdırılmır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in HDQHDƏDR-dən RX 103850 seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 1,34 ha kənd təsərrüfatı təyinatlı torpa q sahəsi X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyasının 23 noyabr 2017-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2018-ci il tarixli, 1368 saylı ekspert rəyi müəyyən edilmişdir ki, iddiaçıların birgə mülkiyyətində olan 1.34 ha torpaq sahəsi cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətidir. Bu torpaq sahəsində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçıların paylı mülkiyyətinə verilmişdir. O, mülkiyyət hüququ haqqın da çıxarışa əsasən maneəsiz mübahisəli torpaq sahəsindən istifadə etmişdir. Xüsusi ilə qeyd edir ki, cavabdehlər ona iddia qaldırdıqları günədək pretenziya bildirməmişlər. Belə olan halda o, həmin torpaq sahəsində əkdiyi ağacların dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin qeyd edir ki, bu halda vicdanlılıq nəzərə alınmalıdır. Həmin mübahisəli torpaq sahəsində o, 300 ədəddən çox fındıq topası və qoz ağacları əkmişdir. Həmin ağaclardan başqa meşə ağacları da əkmişdir ki, hazırda onlar 10 illik ağaclar olmaqla qiymətli növlərə aiddir. Torpaq sahəsində kultivasiya və drenajlar çəkdirməsinə baxmayaraq qanuni qüvvəsini almış qətnamədə Torpaq Məcəlləsinin 111-ci maddəsi tətbiq edildiyindən həmin xərcləri istəmir. Belə ki, bu qanunla yolverilməzdir. Hesab edir ki, cavabdehlərdən ümumilikdə ağaclara görə 47.000 manat məbləğində pul alınaraq ona verilməlidir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 iyun 2020ci il tarixli 2(033)-324/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi olaraq 4638 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilən hallardan görünür ki, həmin torpaq sahəsi 1996-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada q ulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Bundan əlavə həmin torpaq sahəsində olan meyvə ağaclarını İddiaçı əkmişdir. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və iddiaçı 20 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün 15 ədəd qoz ağacı (hər birinin qiyməti 25 man at olmaqla), 116 ədəd akasiya ağacı (hər birinin qiyməti 3 manat olmaqla), 21 ədəd qabaq ağacı (hər birinin qiyməti 15 manat olmaqla), 26 ədəd qızılağac (hər birinin qiyməti 10 manat olmaqla), 82 ədəd fındıq ağacı (hər birinin qiyməti 40 manat olmaqla), 2 ədəd gər ağacı (hər birinin qiyməti 10 manat olmaqla), 4 ədəd söyüd ağacı (hər birinin qiyməti 10 manat olmaqla) əkmiş və nəticədə 4638 manat vəsait sərf etmişdir. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X7 Azərbaycan Meyvəçilik və Çayçılıq X3 Dayaq Məntəqəsinin rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, 20 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağacların əkilməsi və 4638 manat vəsait sərf edilməsinin ə sassız və ya şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin bu hallarını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 20 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 15 ədəd qoz ağacı (hər birinin qiyməti 25 manat olmaqla), 116 ədəd akasiya ağacı (hər birinin qiyməti 3 manat olmaqla), 21 ədəd qabaq ağacı (hər birinin qiyməti 15 manat olmaqla), 26 ədəd qızılağac (hər birinin qiyməti 10 manat olmaqla), 82 ədəd fındıq ağacı (hər birinin qiyməti 40 manat olmaqla), 2 ədəd gər ağacı (hər birinin qiyməti 10 manat olmaqla), 4 ədəd söyüd ağacının (hər birinin qiyməti 10 manat olmaqla) əkilməsi və nəticədə 4638 manat vəsaitin sərf edilməsi ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Məhkəmə iclasında iddiaçı həqiqətən cavabdehlərdən ona dəymiş zərərin əvəzi olaraq ona 4638 manatdan çox, yəni 47000 manat ziyan dəyməsini sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi ağaclardan bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdənbirə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Cavabdehlərin mülkiyyətində olan 1,34 ha olan torpaq sahəsinə iddiaçı tərəfindən 4638 manat vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən tələb edilən həmin məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi qənaət ini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 152.1-152.4, 157.2, 157.4, 560.1, 1090.1, 1090.2, 1091.2, 1092.1, 1092.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 89.1, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xah iş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Mikayıl İsayev) 2(107)-1703/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə kompleks əmtəəşünaslıq və aqrotexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 19.03.2021-ci il tarixli rəyinə əsasən, Zaqatala rayonu, Mosul kəndində yerləşən mübahisəli torpaq sahəsində salınmış fındıq bağlında əkilmiş fındıq topaları və qoz ağaclarının qiymətləri və digər xərclər təxminən-9881.00 manat müəyyən olunur. O cümlədən: 82 ədəd fındıq topasına cəmi 820 ədəd şitil alınması üçün xərc- 820.00 manat; 13 ədəd yerli qoz şitilinin alınması-26.00 manat; c əmi 95 ədəd çalalanın qazılma xərci-285.00 manat; 82 ədəd topa fındıq ağacının orta bazar qiymətilə dəyəri-7380.00 manat; 13 ədəd yerli sort qoz ağacının orta bazar qiymətilə dəyəri-1170.00 manat; - sahənin kol-kosdan təmizlənməsi və hamarlanması xərci200.00 manat. Həmçinin rəyin qeyd hissəsində göstərilmişdir ki, 4 illik fındıq ağacları bazarlarda satılmadığına görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7.50 manat qiymətləndirilməklə, 12 yaşı olan fındıq topasının və qoz ağacının orta bazar qiyməti təxminən 90.00 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, ağacların yaşından, məhsuldarlığından, qulluq səviyyəsindən, torpağın münbitliyində n,suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 2(107)-94/2021 saylı, 17 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə kompleks əmtəəşünaslıq və aqrotexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 7/589-9/4318 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqat obyekti olan Zaqatala Rayon Məhkəməsinin 2(107)94/2021 saylı mülki iş materialı, həmin mülki iş materialının 68-69 səhifəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsi 01 iyun 2020ci il tarixli 22 nömrəli məktubundakı aqronom rəyinə əsasən, Zaqatala rayonu Mosul kəndində yerləşən 1.34 ha torpaq sahəsində 15 ədəd qoz ağacı, 116 ədəd akasiya ağacı, 21 ədəd qabaq ağacı, 26 əddə qızılağac, 82 ədəd fındıq ağacı, 2 ədəd gər ağacı, 4 ədəd söyüd ağacı olduğu və 16 oktyabr 2020-ci il tarixli baxış aktına əsasən, ağacların yaşının 3-20 yaş arasında olması müəyyən edilmişdir. Həmçinin həmin ərazidəki fındıq ağacının bazar qiyməti 40-60 manat, qabaq ağacı 15-25 manat, akasiya ağacı 3-5 manat, söyüd ağacının hər biri 10 manat, gər ağacının hər biri 10 manat, qızılağacının hər biri 10 manat müəyyən olunmuşdur. Lakin, tətqiqat obyekti olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X7 A zərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsi 01 iyun 2020-ci tarixli 22 nömrəli məktubundakə aqronom rəyində həmin ağacların əkilməsi və aqrotexniki qulluq göstərilməsi üçün nə qədər xərc çəkilməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “Həmin ağacların əkilməsi və aqrotexniki qulluq göstərilməsi üçün nə qədər xərc çəkilmişdir?” sualı üzrə tətqiqat işləri aparılmamışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 2(107)-94/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(033)-324/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qism ən təmin edilməsi, 10864 manat pulun cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 300 manatın 150 manatının İddiaçı, 150 manatının isə cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iİş üzrə ekspertiza xərcini təşkil edən 100 manat pulun 50 manatının İddiaçı, 50 manatının isə cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mülki məcəllənin 15 7-ci maddəsinə istinad etmək əvəzinə Mülki Məcəllənin 1090.1.-ci, 1090.2.-ci, 1091.2.-ci, 1092.-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2.-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini qanuni əsaslarla əldə etmişlər. Bu iş materialları və tərəflərin öz lərinin izahatları ilə də təsdiq edilir. Ona görə də əsassız varlanmadan söhbət belə gedə bilməz. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırkı halda isə cavabdehlər tərəfindən iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməmişdir. Hazırkı halda iddiaçı vicdanlı sahib olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq s ahəsi 1996-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Bundan əlavə həmin torpaq sahəsində olan ağacları İddiaçı əkmişdir. Qeyd edilən ağacların iddiaçı tərəfindən əkilməsini cavabdehlər mübahisələndirmirlər. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. İş materialları ilə müəyyən olunur ki, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və iddiaçı 20 il istifadə etdiyi həmin torp ağın keyfiyyətini artırılması üçün vəsait sərf etmişdir. X10 Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsi yenidən ölçülərkən iddiaçının torpaq sahəsi cavabdehlərin payına düşmüşdür. Yəni iddiaçı mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etmişdir. Daha sonra müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətindədir. Bu torpaq sahəsində cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Həmin çıxarışa əsasən məlum torpaq sahəsi cavabdehlərin paylı mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə edildiyi üçün cavabdehlərin iddiası əsasında İddiaçı X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin torpaq sahəsində olan ağacları İddiaçı əkmişdir. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Kollegiya ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Kollegiya iddiaçının və cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının şikayəti qismən əsaslı olsa da, cavabdehin şikayəti əsassızdır. Belə ki, kollegiya hesab edir ki, hazırkı iddia tələbinə münasibətdə ekspertiza rəyi mühüm əhəmiyyət kəsb etdiyindən hazırkı mübahisənin həllində ekspert rəyini sübut kimi qəbul edir. Hazırki iş üzrə başqa sübut olma dığından ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğdə ziyan tələb etsə də, məhz özünun hesablamasının əsaslı olması və hər hansı şübhədən kənar qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert məhz mübahisəli ərazidə tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə kollegiyası rəyin verilməsi və rəydə göstərilən məbləğin daha çox olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Cavabdeh tərəf isə ziyanın məbləğinin rəydə göstəriləndən daha az olmasını təsdiq edən sübutlara malik deyildir. Eyni zamanda kollegiya cavabdehin apelyasiya şikayətinin digər dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, hazırda m übahisə predmeti olan torpaq sahəsi 1996-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Bundan əlavə həmin torpaq sahəsində olan ağacları İddiaçı əkmişdir. Qeyd edilən ağacların iddiaçı tərəfindən əkilməsini cavabdehlər mübahisələndirməmişlər. Cavabdehlər isə ancaq çıxarış aldıqdan sonra özlərinə məxsus Zaqatala rayonu, Mosul kəndində yerləşən 1,34 ha torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edildiyini bilmişlər. Yəni iddiaçı mübahisəli torpaq sahəsini özbaşına tutmamışdır. Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsi yenidən ölçülərkən iddiaçının torpaq sahəsi cavabdehlərin payına düşmüşdür. Yəni iddiaçı mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və işin təkrar apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 C əlal oğlu, Əliyev S ayad Cəlal oğlu, Cavabdeh5 və Cavabdeh6 iş üzrə İddiaçı qarşısında öhdəlik götürməmişdir ki, sonuncu ümumi paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir iş görsün və sonra da görülən işin xərcini ödəsin. İddiaçı heç bir hüquqi əsas olmad an cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 C əlal oğlu, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olmuş torpaq sahəsini zəbt etmiş və torpaq sahəsindən çıxarıldığı günədək həmin torpaq sahəsindən və orada əkdiyi fındıq kollarından və qoz ağaclarından bəhər götürmüşdür. Beləki, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə görə iddiaçı fmdıq kolları üzərində vicdanlı sahibdir. Bu hal qəbul olunsa belə məhkəmə iddiaçı tərəfindən ağacların zərər yermədən onların oradan çıxarılaraq başqa yerə köçürməsinin və yaxud özündə saxlamasının mümkün olub-olmamasını araşdırmamışdır. Ancaq, qətnamədən başa düşüldüyü üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən əkilmiş ağacların zərər yetirmədən götürülməsi mümkün deyil. Şəki Apellyasiya Məhkəməsi bu qənaətinə heç bir ekspert və yax ud mütəxəssi rəyi olmadan gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsində qeyd olunur ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Apelyasiya şikayətindən də göründüyü kimi, apelyator - iş üzrə Cavabdeh3 bildirmişdir ki, iddiaçının iddia etdiyi ağacların əksər hissəsi özü və digər cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Ağacların əksər hissənin əkildiyi iddia olunan ərazinin onlara heç bir aidiyyatı yoxdur. Digər tərəfdən İddiaçı torpaq sahəsindən çıxarıldığı günədək həmin torpaq sahəs indən və orada əkdiyi fındıq kollarından və qoz ağaclarından götürdüyü gəliri də müəyyən etməmişdir. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi iş üzrə Cavabdeh3 apelyasiya şikayətində qeyd olunan xüsusatı nəzərə almamış, apelyasiya şikayətinin həmin dəlilinə ümumiyyətlə münasibət bildirməmiş və nəticədə hazırda mübahisləndirilən qətnaməni qəbul etmişdir. İşdən də göründüyü kimi, apellyasiya instansiyaı Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 7/589-9/4318 nömrəli rəyini sübut kimi qəbul etmişdir. Halbuki, qeyd olunan rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, rəydən də göründüyü kimi, ekspert həmin ağacların cavabdehlərə məxsus torpaq sahəsində akillb- əkilməməsini müəyyən etmədən, həm ağacların əki lməzdən əvvəl stil halında, həm də hazırki vəziyyətində qiymətləndirməsini aparmışdır. Ya iddiaçının əkdiyi vaxtı aldığı stilin qiyməti əsas götürülməli, ya da hazırda olan ağacın qiyməti əsas götürülə bilərdi. Məhkəmədə öz növbəsində ağacın hər iki halı (stil və böyümü) üzrə dəyərləri hesablamış və cavabdehlərdən tutulmalı olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə ekspert qarşısında belə bir sual qoymamışdır ki, ağacların ştil halında qiyməti nə qədər olmuş və hazırki qiyməti nə qədərdir. Bununla yanaşı, ekspert rəyinin tədqiqat hissəndə fındıq ağacının bazar qiymətinin 40-60 manat olması qeyd edildiyi halda, yekunda məhkəmə 82 ədəd ağaca görə ödənilməli olan məbləğin 7380 manat olması qənaətinə gəlmişdir. Sadə riyazi hesablama göstərir ki, 82 ədəd ağacın dəyəri 40-60 manatdan yox 90 m anatdan götürülmüşdür. Həmçinin rəydəki qiymətlərdə absurd təşkil edir. Belə ki, həmin qiymətlər real bazar qiymətindən ən azından 4-5 dəfə bahadır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödəni lməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu ya xşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnam əsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin ilk öncə cavabdehlərin iddiaçı qarşısında onların mülkiyyətində olan torpq sahəsindəhər hansı iş görməsi və sonradan görülən işin dəyərinin ona ödənilməsi barədə öhdəlik götürməməsinə dair dəlili üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, hazırki iddiaçı cavabdehlərin mülkiyyətində olan əkin işlərinin aparıldığı torpaq sahəsini özbaşına z əbt edib orada işlər görməmiş, həmin torpaq sahəsi ona verilmiş, lakin cavabdehlər tərəfindən torpaq sahəsinə dair çıxarış əldə edildikdən sonra məhkəmə qətnaməsi ilə torpaq sahəsindən çıxarılmışdır ki, iddiaçı da həmin torpaq sahəsinə və orada gördüyü işlərə münasibətdə vicdanlı sahiblik etmişdir. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin cavabdehin apelyasiya kollegiyasının ağacların iddiaçı tərəfindən zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlamasının mümkünlüyü ilə halın olub-olmamasını araşdırmaması ilə bağlı mövqeyi üzrə qeyd edilməlidir ki, hər kəsə məlum olduğu kimi, çoxillik (uzun müddət əvvəldən əkilmiş) ağacların ötən uzun müddətdən sonra çı xarılıb yerinin dəyişdirilib əvvəlki məhsuldarlıq əldə edilməsi qeyri-mümkündür. Odur ki, cavabdehin bu barədə də mövqeyi əsaslı hesab edilə bilməz. Cavabdehin əkilmiş ağacların əksər hissəsinin olduğu yerin onlara aid olmaması barədə dəlili üzrə qeyd edilməlidir ki, işdən görünür ki, iş üzrə ekspertiza təyin edilib ərazidə ekspertiza tədqiqatı aparılmış, bu zaman cavabdehlər tərəfindən göstərilən xüsusatla bağlı hər hansı narazılıq ifadə edilməmişdir. Hazırki halda da cavabdehin bu mövqeyi özünü müdafiə xarakteri daşımaqla qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Cavabdehin ekspert rəyinin əsassızlığı, ağacların qiymətinin yüksək məbləğlə müəyyən edilməsi barədə dəlilləri üzrə isə qeyd edilməlidir ki, cavabdeh bu xüsusatları vurğulamış olsa da, nə ekspert rəyinin əsassızlığı, nə də ağacların qiymətinin daha aşağı məbləğ təşkil etməsi ilə bağlı nə hər hansı sübuta istinad edə bilmiş, nə də hər hansı sübutu kasasiya şikayətinə əlavə etmişdir. Cavabdehin bu dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 Cuma oğlunun kasasiya şikayətində münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh3 Cuma oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-94/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 Cuma oğlunun kasasiya şikayətində münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.