Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4282/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-xx/18) İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sosial sığorta ödənişlərinin ödənilməsi və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tutulması” tələbinə dair iddiası təmin edilərək İddiaçı əmək haqqına görə ödənilməli olan 7256 manat məbləğində sosial sığorta ödənişinin cavabdeh “xxxx” ASCdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi, eləcə də istifadə edilməmiş məzuniyyətə görə 1796,69 manat məbləğində pulun “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmil ova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)xx/19) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi “İddiaçı əmək haqqına görə ödənilməli olan 7256 manat məbləğində sosial sığorta ödənişinin cavabdeh “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi” hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən həm İddiaçı, həm də cavabdeh “xxxx” ASC kassasiya şikayəti vermişlər. İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını v ə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” ASC isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsininqətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC-dən 7.256 manat pulun tutulub Dövlət Sosial Müdafiə fondunun hesabına köçürülməsi və onun 2006-2016-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günləri haqqının düzgün hesablanaraq aradakı fərqin cavabdeh “xxxx” ASC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqüq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı və vəkili F.Səfərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin kassasiya şikayətini qəbul etmədiklərini bildirdilər. Cavabdehin vəkili N.Ramazanov təmsil etdiyi “xxxx”xxxxkassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı, onun vəkili F.Səfərovun, cavabdehin vəkili N.Ramazanovun izahatlarını dinləyərək, eləcə də kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini hissəvi ləğv edib, iddianı həmin hissədə rədd edərkən, eləcə də qətnaməni qalan hissədə dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) cavabdeh tərəfindən ödənilməmiş sosial sığorta ödənişlərinin Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsi; 2) istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi. Apellyasiya instansiyası məhkəməsimüəyyən etmişdir ki, İddiaçı 29.03.1975-ci il tarixdən 12.05.2016-cı il tarixədək “xxxx” ASC-də (əvəllər “Mərkəzixxxx zavodu” olmuş, sonradan, yəni 29.10.2001-ci il tarixdə zavodun bazasında “xxxx” ASC yaradılmışdır) işləmiş və Bakı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 -ci bəndinin “a” yarımbəndinə əsasən 12.05.2016-cı il tarixdə öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi dövr ərzində müxtəlif vəzifələr tutmuş, sonuncu vəzifəsi tikinti-quraşdırma söküntü sahəsinin rəisi vəzifəsi olmuş və bu vəzifədə 09.07.2015-ci il tarixdən 12.05.2016-cı il tarixədək işləmiş, əmək haqqısı 01.02.2016-cı il tarixədək 257 manat olmuş, 01.02.2016-cı il tarixdən müvafiq əmrlə 4 saatlıq qısaldılmış iş rejiminə keçirilmiş və o, buna razılıq vermişdir. Bundan sonra əmək haqqı 128,5 manat təşkil etmişdir. İddiaçı cavabdeh “Bakı xxxx” ASC 2006-2016-cı illər üzrə onun əmək haqqısına görə ödənilməli olan 7.256,94 manat məbləğində sosial sığorta ödənişinin ödənilmədiyini bildirmiş və bu məbləğin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə ödənilməsi vəzifəsinin “xxxx”xxxxüzərinə qoyulmasını tələb etmişdir. Bu məbləğin ödənilmədiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərələ İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunda öz əksini tapmışdır. Eyni zamanda, iddiaçı 2006-2016-cı illər ərzində məzuniyyət hüququndan istifadə etmədiyini, lakin “Bakı xxxx” ASC tərəfindən istifadə edilməmiş məzuniyyətə görə ona ödənilməli olan pul əvəzinin düzgün hesablanmadığını və nəticədə natamam ödənildiyini bildirmiş və bu məbləğin düzgün hesablanaraq yaranmış fərqin “Bakı xxxx” ASC-dən onun xeyrinə tutulmasını tələb etmişdir. İddiaçının hesablamaları na görə ona ümumilikdə 2.416,70 manat məbləğində pul ödənilməlidir. Onun 749 manat hissəsi ödənilmiş, 1.281,08 manat hissəsi isə ödənilməmişdir. İddiaçı bu məbləğin də dəqiq olmadığını bildirir. Bu səbəbdən istifadə edilməmiş məzuniyyətə görə tutulmalı olan konkret məbləği göstərməmiş və 2006- 2016-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günləri haqqının düzgün hesablanaraq aradakı fərqin cavabdeh “xxxx” ASC-dən tutulmasını tələb etmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh iddianı qəbul etməmiş və iddiaçının əmək haqqına görə ödənilməli olan 7.256,94 manat məbləğində sosial sığorta ödənişinin həqiqətən də ödənilmədiyini, cəmiyyətin bu məbləği ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Eyni zamanda, istifadə edilməmiş məzuniyyətə görə iddiaçıya 1.890,46 manat məbləğində pulu n hesablandığını, həmin pulun 749,77 manat hissəsinin ödənildiyini, 838,35 manat hissəsinin isə ödənilmədiyini bildirmiş və bu vəsaitin də ödənilməsi üçün cəmiyyətin maddi vəsaitə malik olmadığını qeyd edərək, bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2006-2016-cı illər (10 il) üzrə məzuniyyət hüququndan istifadə etməmişdir. Bu müddət üçün istifadə edilməmiş məzuniyyətə görə “xxxx” ASC tərəfindən 1.890,46 manat məbləğində pul hesablanmış, həmin məbləğdən vergilər tutulduqdan sonra 749,77 manat hissəsi iddiaçıya ödənilmişdir. Cavabdeh “xxxx” ASC bu məbləğdən əlavə 838,35 manat məblə ğində pul ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının istifadə edilməmiş məzuniyyətə görə ona ödənilməli olan pul əvəzinin düzgün hesablanmaması barədə iddiaları ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tutulması” hissəsində təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir (9 “d”). Əmək müqaviləsində işçinin əmək şərait inin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması əsas şərt və məlumat kimi mütləq göstərilməlidir (43 “ə”). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödənişlər) sonuncu iş günü işçiyə verilməlidir (83.2). Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir (119.2). İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir (131.1). Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır (135.1). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (135.2). Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir (140.1). 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına ə sasən hesablanır (140.2). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına-30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur (140.3). Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri əsas götürülməklə hesablama aparıldıqda iddiaçının 2006-2016-cı illər üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilən orta əmək haqqı əvvəlki 12 təqvim ayının (yəni 2015-ci ilin may ayından 2016-cı ilin may ayınadək dövr üçün) orta əmək haqqına əsasən müəyyən edilməlidir. Bu d övr üçün iddiaçının əmək haqqı aylardan asılı olaraq fərqli olmuşdur. Belə ki, 2016-cı ilin fevral ayınadək, yəni ilk 8 ay üçün iddiaçının əmək haqqı 257 manat, 2016-cı ilin fevral ayının 1-i tarixdən etibarən 128,50 manat olmuşdur. Bu əmək haqqı əsas götürülməklə və iddiaçının əlilliyinə görə əmək məzuniyyətinin ən azı 42 gün olması nəzərə alınmaqla hesablama aparıldıqda ((257 x 8 = 2056) + (128,50 x 4 = 514) = 2.570 / 12 ay = 214,17 / 30,4 = 7,05 bir gün üçün əmək haqqı, 7,05 x 42 gün x 10 il = 2.961) iddiaçıya istifadə edilməmiş məzuniyyətinə görə ödənilməli olan pul əvəzi məbləği 2.961 manat təşkil edir, bu məbləğdən də əlavə gəlir vergisi çıxıldıqda (2.961 - (2.961 x 14% /100 = 414,54) = 2.546,46) və 749,77 manat məbləğində pulun ödənildiyi nəzərə alındıqda (2.546,46 749,77 = 1.796,69 ) ödənilməli olan məbləğ 1.796,69 manat təşkil edir. Apellyasiya baxışı zamanı cavabdehin vəkilixxxx02.02.2015-ci il tarixli əmrini təqdim edərək həmin əmrə əsasən həmin tarixdənxxxxoklad və vaxtamuzd qaydada işləyən işçiləri, o cümlədən İddiaçı qısaldılmış iş rejiminə keçirildiyini, buna baxmayaraq birinci instansiya məhkəməsinin işə baxarkən iddiaçının həmin dövr üzrə onun qısaldılmış iş rejimi ilə işlədiyini nəzərə almadığını və buna müvafiq ödənilməmiş məzuniyyət haqqının düzgün hesablanmadığını bildirmişdir. İddiaçı isə öz növbəsində müəssisənin 02.02.2015ci il tarixli əmrinə əsasən onun həmin tarixdən qısaldılmış iş rejiminə keçirilməsindən xəbəri olmadığını, belə ki, işlədiyi müddətdə bu barədə müəssisə tərəfindən məlumatlandırılmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəm əsicavabdeh tərəfindən təqdim olunmuş «xxxx»xxxx«ASC-nin oklad və vaxtamuzd qaydada işləyən işçilərinin qısaldılmış iş rejiminə keçməsi haqqında» 02 saylı 02.02.2015-ci il tarixli əmrinə münasibətdə qeyd etmişdir ki, həmin sənəd hazırki işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmadığından və yalnız apellyasiya baxışı zamanı təqdim olunduğundan yeni sübut sayılır və onun qəbul edilməsi mümkünsüzdür. Cavabdeh tərəf isə bu halı təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadə etmədiyi məzuniyyətə görə 1796,69 manat məbləğində pulun “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, birinci in stansiya məhkəməsi iddia tələbinin “sosial sığorta ödənişlərinin ödənilməsi” hissəsi ilə bağlı gəldiyi nəticə üçün maddi hüquq normalarının pozulmasına yol verdiyindən qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, İddiaçı hazırki iddia tələbi ilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən ödənilməmiş sosial sığorta ödənişlərinin Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsini tələb etsə də, qanunvericilikdə onun belə bir tələblə çıxış etmək səlahiyyəti müəyyən olunmamışdır. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasi Qanununa müvafiq olaraq sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlə r barəsində həyata keçirilir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir (18). Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxx 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na əsasən bu Qaydalar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü abzasına əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını tənzimləyir (1.1). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - D SMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir (1.2.3) Apellyasiya instansiyası məhkəməsiqeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, ödənilməmiş sosial sığorta ödənişlərinin Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsinə nəzarət və bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə yalnız müəyyən edilmiş müvafiq dövlət qurumuna məxsus olduğundan hazırda İddiaçı belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfind ən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsibirinci instansiya məhkəməsinin qətnaməsini “sosial sığorta ödənişlərinin ödənilməsi” tələbinin təmin edilmiş hissəsində ləğv edib və iddia tələbini həmin hissədə rədd etmişdir. Apellyasiya şikayətinin və ona əlavənin digər dəlillərinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tutulması tələbini mübahisələn dirməmiş, əksinə cavabdehin həmin pulu ödəməsi üçün kifayət qədər vəsaitinin olmamasına istinad etmişdir. Bu isə cavabdehə əmək qanunvericiliyi üzrə müəyyən edilmiş tələblərin pozulmasına, işçinin qanunvericilikdə müəyyən edilmiş hüquqlarının pozulmasına əsas vermir. Ona görə də, apellyasiya şikayəti digər hissələrdə təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Azərbaycan Respublik ası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun mə zmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallar ı başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4282/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4282/2019
11.06.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver