Məhkəmə qərarları › İş №2(102)-4287/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4287/2022

24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4287/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əvvəlki dövr üçün alimentin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)10152/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh və X10 04 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 16 yanvar 2006-cı il təvəllüdlü X11 və 20 aprel 2007-ci il təvəllüdlü X9 anadan olmuşlar.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh və X10 arasında olan nikah pozulmuş, 16 yanvar 2006-ci il təvəllüdlü X11 və 20 aprel 2007-ci il təvəllüdlü X2 analarının yanında saxlanılmaları, 28 mart 2014-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış, həmin qətnamə qanuni qüvvəsini mindiyi tarixdən hesablanmaqla, hər uşağın saxlanması üçün Cavabdeh tutulan aliment sabit pul məbləğində 120 manat müəyyənləşdirilmiş, habelə X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin Cavabdeh X4 xeyrinə tutulması qət olunmuşdur.

4. X10 18 iyul 2017-ci ildə vəfat etmişdir.

5. X4 ölümündən sonra Cavabdeh aliment ödənişini dayandırmış, Xətai rayon İcra və Probasiya Şöbəsinin qərardadı ilə icra sənədinin icraatına xitam verilmişdir.

6. İddiaçı X4 anasıdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X7 qarşı iddiası qismən təmin edilərək, 16 yanvar 2006-cı il təvəllüdlü X3 və 20 aprel 2007-ci il təvəllüdlü X2 cavabdehlərdən alınaraq iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən - 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla 16 yanvar 2006-cı ildə doğulmuş X3 və 20 aprel 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 75 manat müəyyən edilmiş ödənilməmiş, cəmi 1050 manat alimentin; - 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş ödənilməmiş alimentin, habelə həmin uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay üçün 30 manat vəsaitin, cəmi 4050 manat pulun; - 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş ödənilməmiş, cəmi 3240 manat alimentin; - 01 oktyabr 2019-cu ildən etibarən qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat alimentin; habelə 16 ya nvar 2006-cı ildə doğulmuş X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızının vəfatından sonra sonuncunun uşaqları iddiaçının himayəsində qalmış və o, faktiki qəyyumluğu həyata keçirmişdir. İddiaçı uşaqların gündəlik qayğıları ilə məşğul olur, maddi və mənəvi tələbatlarını ödəyir, onların sağlam böyümələri və yaxşı təhsil almaları üçün lazımi şəraiti təmin etməyə çalışır. Lakin maddi imkanları nəvələrinin bütün tələbatlarını ödəməkdə çətinliklər yaradır. Cavabdeh isə 2017-ci ilin iyul ayından alimenti ödəmir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-ci il tarixli, 2(011)-8067/2019 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilərək, Cavabdeh 16 yanvar 2006-cı il təvəllüdlü X3 və 20 aprel 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin, 16 yanvar 2006-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat olmaqla, cəmi 350 manat pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 79.1, 81.1, 81.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimu mu haqqında” Qanununa, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad edərək, yetkinlik yaşına çatmamış 16 yanvar 2006-cı il təvəllüdlü X3 və 20 aprel 2007-ci il təvəllüdlü X2 mənafelərini, uşaqların hazırda nənələri olan İddiaçı himayəsində yaşamalarını və əvvəlki təminat səviyyəsini, mövcud qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini və iddiaçının alimenti sabit pul məbləğində tələb etməsini, həmçinin 16 yanvar 2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı müalicəyə ehtiyacının olmasını nəzərə almaqla hesab etmişdir ki, iddia ərizəsi qismən, yuxarıda qeyd olunan hissədə təmin olunmalıdır.

12. Məhkəmə iddia ərizəsinin əvvəlki illərə görə ödənilməmiş alimentin tutulması hissəsi üzrə qeyd etmişdir ki, aliment borclarının tutulması üzrə tələb icra məmurunun səlahiyyətlərinə aid olduğuna görə iddia ərizəsi həmin hissədə təmin olunmamalı, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edi lməlidir.

13. Həmin hissədə mövqeyini birinci instansiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 20.5, 31-ci, Ailə Məcəlləsinin 106.1, 106.2, 106.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-ci il tarixli, 2(011)-8067/2019 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-324/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) iddiaçı nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-ci il tarixli, 2(011)-8067/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə razılaşmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-324/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-3874/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Hə sənovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-324/2021 nömrəli qətnaməsi qismən, iddianın təmin olunmayan hissələrində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslığını tam yoxlamışdır. Hazırki işdə, mübahisənin predmeti bölünəndir və iddiaçı, tələblərinin təmin olunan hissəsindən apellyasiya şikayəti verməmişdir.

20. Digər tərəfdən, apellyasiy a instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməmiş, ümumiyyətlə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir.

21. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən iddiaçının uşaqların üzərində qəyyum və ya himayədar valideyn təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməməsini və onun iddia tələblərini irəli sürməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasını və bütün bunların mülki iş materialları ilə öz təsdiqini tapmamasını qeyd etdiyi halda, digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni həm iddianın təmin, həm də rədd olunan hissələrində dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticə gəlmişdir. Əksinə, işin mübahisə olunmayan halların a görə, iddiaçının qızı rəsmi nikah əsasında cavabdehlə ailə qurmuş, onların birgə nikahından iki uşaqları doğulmuşdur. Sonradan onlar arasında bağlanmış nikah pozulmuş, hər iki uşaq analarının yanında saxlanılmış, sonuncu 18 iyul 2017-ci ildə öldüyündən, uşaqlar faktiki olaraq ana nənələri olan iddiaçının yanında qalmışlar. Cavabdeh uşaqları iddiaçıdan geri tələb etsə də, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiası əsassız olduğundan rədd edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, qızının ölümündən sonra uşaqları faktiki olaraq iddiaçı saxladığından, sonuncu uşaqların atası olan cavabdehə qarşı hazırki tələ blərlə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

22. Həmçinin, işə baxan məhkəmələr əvvəlki illərə görə ödənilməmiş alimentin tutulması ilə bağlı tələblərin icra məmurunun səlahiyyətinə aid olmasını və buna görə də iddiaçının icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməli olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmamışdır. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehə qarşı təmin olunmayan tələbləri 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 75 manat müəyyən edilmiş ödənilməmiş, cəmi 1050 manat; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat; 16 yanvar 2006-cı ildə doğulmuş X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin tutulmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən tələblər üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olub-olmamasını və həmin tələblərin mərhum Vəfa Tağıyevanın sağlığında qaldırdığı iddia tələbləri ilə əhatə olunub-olunmamasını araşdırmadan və beləliklə də həmin tələblərə aid hissədə işin icraatına xitam verilməsi üçün Mülki Prosessual Məcəllənin 261.0.2, 233.3-cü maddələrində nəzərdə tutulan əsasların olub-olmam asını yoxlamadan, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçının irəli sürdüyü tələblərin əvvəlki məhkəmə baxışının predmeti olub-olmadığı yoxlanılmalı və nəticəsindən asılı olaraq iddiaçının hazırki tələblərinin əsaslılığına Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-10152/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ş.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Ra yon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmaqla, 18 iyul 2017-ci il tarixdən 30 sentyabr 2019-cu il tarixədək olan müddət üçün 16 yanvar 2006-cı il təvəllüdlü X3 və 20 aprel 2007-ci il təvəllüdlü X2 hər biri üçün 120 manat, iki uşağa 240 manat olmaqla, ümumilikdə 6240 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamə iddianın təmin olunmayan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qızı Vəfa Tağıyevanın ölümündən sonra uşaqları faktiki olaraq iddiaçı saxladığından, sonuncu uşaqların atası Cavabdeh qarşı hazırki tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi kassas iya məhkəməsinin əvvəlki icraatda mövqeyinə istinad edərək və Ailə Məcəlləsinin 100.3-cü maddəsini tətbiq edərək hesab etmişdir ki, məhrum X4 vəfat etdiyi 18 iyul 2017-ci il tarixdən hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi 30 sentyabr 2019-cu il tarixədək, yəni 26 aylıq dövr üçün hər iki uşağa görə iddia ərizəsində göstərilən məbləğdə (hər uşağa görə 120 manat) aliment tutulmalıdır. Belə ki, riyazi hesablama aparıldıqda həmin məbləğ: 2 uşaq x 120 manat x 26 ay = 6240 manat təşkil edir.

25. Birinci instansiya məhkəməsi həmin dövr üçün X3 əlavə xərclərinə görə hər ay üçün 30 manat vəsaitin tutulması üçün əsas görməmiş, həmçinin hesab etmişdir ki, məhrum X1 məhkəmə qətnaməsi ilə tutulmuş, lakin ödənilməmiş alimentin məbləği icra qaydasında həll olunmalıldır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

26. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-10152/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 31-ci, Ailə Məcəlləsinin 75, 81 və 100-cü, Mülki Prosessual Məcəllənin 380, 385, 386 və 387-ci maddələri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq aliment borclarının tutulması üzrə tələbin icra məmurunun səlahiyyətlərinə aid olması səbəbindən iddia ərizəsinin həmin hissədə təmin olunmaması, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olduğunu qeyd etmişdir. İddiaçının mərhum qızı X4 vərəsəsi olaraq miras əmlakı qəbul etməsi və mərhum qızından vərəsəliyin onun tərəfindən qəbul olunmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində hər iki dəfə işə baxılarkən cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş 350 manatlıq alimentin əvəzinə hər ay mütəmadi qaydada 400 manat pul vəsaiti ödədiyini bildirmiş, bu xüsusatı əks etdirən sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Həmçinin 16 yanvar 2006-cı il təvəllüdlü X3 xarici d il kurslarına səviyyə artımı və təkmil surətdə öyrənilməsi məqsədi ilə aylıq 350 manat olmaqla 2 ay müddətinə ümumilikdə 700 manat pul vəsaitinin ödənildiyini bildirmiş və bununla bağlı sənədi (müqaviləni) də məhkəməyə təqdim etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı oğlu X8 1 ədəd noutbuk və qızı X5 1 ədəd mobil telefon aldığını bildirmiş və bununla da bağlı müvafiq sənədi məhkəməyə təqdim etmişdir. Bütün bunlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən doğrudan da aliment ödəmə öhdəliyinin 18 iyul 2017-ci il tarixindən etibarən icra edilmədiyini heç bir şəkildə sübuta yetirilməmişdir.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasınd a baxılmışdır.

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Kassasiya şikayəti cavabdeh tərəfindən verildiyindən və qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

33. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüq uqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 35. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri v ardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədl ərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə k ollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə mübahisələndirilən hissədə tam razılaşır.

39. Məhkəmə kollegiyası izah edir ki, aliment institutunun təyinatı uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir.

40. Hazırki iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 100. 3-cü maddəsi təşkil edir və apellyasiya məhkəməsi həmin maddəyə istinad etməklə əsaslı olaraq hesab etmişdir ki, uşaqların anaları vəfat etdiyi tarixdən hazırki iddia verildiyi tarixədək olan dövr üçün cavabdehin ödəmədiyi alimentin ümumi məbləği ondan tutularaq iddiaçıya ödənilməlidir.

41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ vardır və onun bu hüququ qızının vərəsəsi olmasından deyil, qızının cavabdehlə birgə uşaqlarına faktiki baxmasından və onlara xərc çəkməsindən irəli gəlir.

42. Həmçinin tələbin mübahisə predmeti təşkil edən hissəsinin icra qanunvericiliyinə uyğun olaraq həll edilməli olmasına dair şikayətin dəlili üzrə kassasiya məhkəməsinin əvvəlki icraatında hüquqi qiymət v erilmişdir. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, cavabdehin “İcra haqqında” Qanunun 20 və 31-ci maddələrinə istinad etməsi onun aliment üzrə borcu ödəmək öhdəliyindən azad etmir.

43. Nəhayət cavabdehin uşaqlarının təhsili ilə bağlı xərclər çəkməsi, onlara elektron cihazların alınması, alimenti qismən ödəməsi ilə bağlı dəlilləri işin faktiki hallarının müəyyən edilməsi və işin hallarının sübut olunmamasına aiddir və qətnamənin ləğvi üçün əsas ola bilməz.

44. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işə baxıl arkən gəlinən nəticənin uşaqların üstün mənafeyinə uyğun olduğu kifayət qədər əsaslandırılmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-10152/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar