Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4291/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(009)1675/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçıların xeyrinə 5921,50 manat sığorta öd ənişi və 1142,85 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 7094,35 manat məbləğində pul, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(103)-13574/2018 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(009)1675/2018 saylı qətnam əsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" ASC-dən onların xeyrinə 14.915,90 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və hər gecikdirilən gün üçün 0,1% dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə hadisənin səbəbini dəqiqləşdirmək üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etməmişdir. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X1 ilə Cavabdeh ASC arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş vermişdir. İddia ərizəsi və ona əlavə edilmiş müvafiq qurumların aktlarından görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinə ümumi su borusundan su sızma nəticəsində ziyan dəymişdir. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın 20 avqust 2018-ci il tarixli, 14745/20785 saylı rəyində bəhs edilən mənzilin konstruktiv elementləri (divar, döşəmə və s.) üzərində su sızma izlərinin olduğu, eləcə də mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq, 11 saylı mənzilə su sızmasının müəyyən edildiyi öz əskini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə iddia üzrə bu nəticəyə gəlmişdir ki, apellaysiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, həmin mənzildə subasmanın hansı səbəbdən baş verməsi xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan, ekspertizanın rəyi ilə razılaşaraq hesab edir ki, ünvan 1 ünvanda yerləşən mənzilinə su sızması (axması) nəticəsində ziyan dəymişdir. Digər tərəfdən, yuxarıda da vurğulandığı kimi, sığorta müqaviləsində sığorta risklərindən biri kimi su basma göstərilmişdir. Başqa sözlə, mənzilə dəyən zərər sığorta müqaviləsində göstərilən riskin (su basmanın) təsiri nəticəsində yaranmışdır. Cavabdehin mübahisələndirdiyi digər xüsusat, yəni su basmanın yaranma səbəbi ilə bağlı bildirilir ki, adı çəkilən mənzilə su sızmanın əmələ gəlmə səbəbi də ekspertiza tədqiqatında araşdırma predmeti olmuş və yekun rəydə suyun sızma səbəbi kimi ümumi su xəttinin üzərində baş vermiş nasazlıq göstərilmişdir. Göründüyü kimi, ixtisaslı şəxsin rəyində mənzilə su sızma səbəbi su xəttinin korroziyaya uğraması deyil, məhz su xəttinin üzərində baş vermiş nasazlıq qeyd olunmuşdur. Odur ki, cavabdehin mənzilə dəymiş zərərin əsas su xətti borusunun korroziyaya uğraması nəticəsində yaranmasına əsaslanmaqla sığorta ödənişinin verilməsindən imtinası əsassızdır. Sığorta ödənişinin məqsədi sığorta hadisəsi zamanı dəymiş zərərin kompensasiya etməkdir. Odur ki, qanuni və obyektiv əsas olmadan sığorta ödənişinin verilməsindən imtina yolverilməzdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin şikayəti əsassız olmaqla, sığorta şirkəti tərəfindən iddiaçılara müvafiq sığorta ödənişi ödənilməlidir. Birinci instansiya məhkəməsi sığorta ödənişinin miqdarını müəyyən edərkən, rəydəki məbləği 7.582 manatı əsas götürməklə düzgün nəticəyə gəlmişdir. Bununla belə, qeyd olunmalıdır ki, hazırkı sığorta qismən sığorta növünə aiddir. Hazırkı işdə sığorta şəhadətnaməsində sığorta məbləği 46.900 manat və sığorta dəyəri 60.000 manat müəyyən edilmişdir. Görünüdüyü kimi, sığorta məbləğinin sığorta dəyərinə nisbəti 78,1% (46.900x100:60.000=78,1) təşkil edir ki, cavabdeh tərəfindən iddiaçılara dəymiş zərərin həmin fa izi miqdarında ödəniş edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdeh tərəfindən iddiaçılara ödənilməli olan məbləği 7.582 manat zərərin 78,1%-i olan 5.921,50 manat (7.582x78,1%:100=5.921,50) müəyyən etmişdir. İddianın dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Cavabdeh ASC tərəfindən sığorta ödənişinin verilməsindən 07 mart 2018-ci il tarixdən imtina edildiyini, həmin gündən qətnamənin çıxarıldığı tarixədək gecikdirilmiş günlərin sayının 193 gün, iddiaçılara verilməli olan sığorta ödənişi məbləğinin isə 5.921,50 manat olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən 1.142,85 manat məbləğində (5.921,50x0,1:100x193=1.142,85) dəbbə pulu tutulmalıdır. Beləliklə, iddia qismən təmin olunmaqla, Cavabdeh ASC-dən İddiaçı1 və İddiaçı2 xeyrinə 5.921,50 manat sığorta ödənişi və 1.142,85 manat dəbbə pulu tutulmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmaqla, əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin maddi əsası ağaşıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bi r hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. MM-nin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. MM-in 922.1-ci maddəsinə görə isə, sığorta hadisəsi İcbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-nin 193.1-ci maddəsinə görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. MM-nin 896.1-c i maddəsinə görə, əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi əlavə ekspertizanın keçirilməsindən imtina heç cür əsaslandırılmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, i şdən göründüyü kimi məhkəmə, mülki mübahisənin düzgün həlli və ədalət mühakiməsinin səmərəliyini təmin etmək məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Həmin ekspertizanın 20 avqust 2018-ci il tarixli, 14745/20785 saylı rəyində ünvan 1 ünvnda yerləşən mənzilin konstruktiv elementləri (divar, döşəmə və s.) üzərində su sızma izlərinin olduğu öz əskini tapmışdır. Hər iki məhkəmə instansiyalarının iddianı qismən təmin edilməsi barədə gəldiyi nəticələr qanuni və əsaslıdır. Eləcə də ekspertin rəyini gəldikdə isə məhkəmə kollegiaysı qeyd etməyi zəruri hesab edir ki, ekspertin rəyi də iş üzrə digər sübutlar kimi məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq yoxlanılır və qiymətləndirilir. Qeyd etmək lazımdı r ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal ekspert rəyinin «xüsusi», «müstəsna» sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspertin rəyi məhkəmə iclasında işdə iştirak edən şəxslərin münasibəti də öyrənilməklə tədqiq edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək həmin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibəti və mülki işin materiallarına istinad edərək, eləcə maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün aradırılmasının son nəticə də düzgün olan qərarın qəbul edilməməsinə gətirib çıxarması barədə gəldiyi nəticəsi əsaslıdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hə min iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4291/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4291/2019
12.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver