Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4292/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında, vərəsəlik hüquq haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras paylara vərəsəlik hüququnun tanınması, əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi və s.” tələblərinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: ər-arvadın birgə mülkiyyəti, miras əmlaka paylarının müəyyən edilməsi, bağışlama müqaviləsinin etibarsı z hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil, X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)680/2020 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 otaqdan ibarət 4 nömrəli mənzil üzərində X8 mülkiyyət hüququ 25 yanvar 2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeyd iyyata alınmışdır. X12 27 dekabr 2010-cu il tarixdə Rusiya Federasiyasında ölmüşdür. X10 X8 arvadı, İddiaçı1 və Cavabdeh1 övladlarıdırlar. ünvan 1 notariat kontorunun notariusu X11 tərəfindən verilmiş 06 sentyabr 2011-ci il tarixli məktuba əsasən 27 dekabr 2010-cu il tarixdə vəfat etmiş X8 ölümündən sonra 62/2011 nömrəli vərəsəlik işi açılmışdır. Mərhumun arvadı X10 22 mart 2011-ci il tarixdə ərizə ilə müraciət edərək X9 birgə nikah dövründə əldə olunmuş əmlakının 1/2 hissəsinə vərəsə kimi tanınmışdır. X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Mərhum X8 adından vəsiyyətnamə qeydə alınmamışdır. ünvan 2 tərəfindən verilmiş Ər-arvadın əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında 29 fevral 2012-ci il tarixli şəhadətnamə ilə 27 dekabr 2010-cu il tarixdə vəfat etmiş X8 sağ qalmış arvadı X3rın nikahı müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə hüququ vardır. X6 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən ibarətdir. ünvan 2 tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 27 dekabr 2010-cu il tarixdə vəfat etmiş X8 vərəsələri kimi arvadı X10, qızı Cavabdeh1 və oğlu İddiaçı1 tanınmışlar. Şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin 1/2 hissəsindən, 1/6 hissəsi X6, 1/6 hissəsi Cavabdeh1 pay verilmiş, qalan 1/6 hissəsi isə İddiaçı1 payı açıq saxlanılmalıdır. X10 mülkiyyətində olan ünvan 3 ünvanında yer ləşən 2 otaqlı mənzildən 4/6 hissəsini 09 aprel 2014-cü il tarixli müqavilə ilə Cavabdeh1 bağışlamışdır. X10 26 aprel 2014-cü il tarixdə Rusiya Federasiyasında ölmüşdür. Hazırda ünvan 2 mənzilinin 5/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi isə İddiaçı1 mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ilə Cavabdeh1 arasında 21 saylı Notariat Kontorunda 09 aprel 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X4 mülkiyyətində olmuş, ünvan 4saylı mənzilinin 4/6 hissəsinin X4 ölümündən sonra qalmış miras kütlə hesab olunması, iddiaçının X4 mülkiyyətində olmuş, ünvan 4saylı mənzilinin 4/6 hissəsinə vərəsəlik hüququnun tanınması, onun mülkiyyətində olan ünvan 4saylı mənzilinin 1/6 hissəsində sahiblik və istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı atasının sağlığında mübahisələndirilən mənzildə yaşamış, 2005-ci ildə ailə qurmuş, arvadı xxx həmin mənzilə gəlin köçmüş, böyük oğlu doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, Cavabdeh1 ona və onun ailəsinə mənzildə yaşamalarına, həmin mənzildən istifadə etmələrinə imkan verməmiş, 2006-ci ildə iddiaçı ailəsi birlikdə bir müddət qayınatasının evində və kirayədə yaşamış, 2010-cu ildə isə ünvan 4ünvanında yerləşən atasına məxsus evdə yaşamışdır. Atasının ölümündən sonra həmin evi n baxımsız qalmaması və başqa şəxslər tərəfindən zəbt olunmaması üçün, ailəsi ilə həmin evdə qalmışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığı dövrdə anası xxx dəfələrlə, hər il 2-3 dəfə olmaqla onların yanına gəlmişdir. Sonuncu dəfə xxx 2013-cü ilin sonlarında, Yeni il qabağı onun və ailəsinin qonağı olmuşdur. 2014-cü ilin aprel ayının sonlarında ona məlum olmuşdur ki, bacısı Cavabdeh1 anası xxx ilə birlikdə Rusiyaya gəlmiş, ancaq anasını onun öz evinə gətirmək əvəzinə, başqa yerdə kirayə ev tutaraq yerləşdirmişdir. O, anasını görmək üçün həmin evə gedən zaman, bacısı xxx və qohumları ona anasını görməyə imkan verməmiş, onu nalayiq ifadələrlə təhqir edərək evdən qovmuşlar. Anası həmin vaxt artıq özündə olmamışdır. Bundan bir müddət sonra Pasxa bayramı ilə əlaqədar iddiaçı öz vəfat etmiş qohumlarının məzarlarını ziyarət etmək üçün gedərkən, məlum olmuşdur ki, 26 fevral 2014-cü il tarixdə anası X10 vəfat etmiş və dəfn edilmişdir. Anasının ölümü barəsində ona heç bir məlumat verilməmişdir. Sonradan, bacısının qanunsuz yollarla onu öz paylı mülkiyyətində olan mənzildən 03 mart 2010-cu il tarixdə pasport qeydiyyatından çıxarması, daha sonra isə, 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında X4, ünvan 4saylı mənzilində olan 4/6 hissə payını qızı Cavabdeh1 bağışladığı məlum olmuşdur. Bağışlama müqaviləsi imzalanarkən, notariusa mənzildə pasport qeydiyyatında olan şəxslər barədə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həqiqiliyi şübhəli olan Forma 2 arayışı təqdim edilmişdir. İkincisi, bağışlama müqaviləsində xxxnın adından olan imzanın onun özünə məxsu s olmasına ciddi şübhələr vardır. Həmin vaxt xxx ağır xəstə olmuş, onun Notariat Kontoruna gedərək bağışlama müqaviləsini imzalaması mümkünsüz olmuşdur. Cavabdeh1 iddiaçıya öz mülkündə yaşamağa imkan vermir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)2224/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstit usiyasının 125-ci maddəsinin yeddinci bəndinə Mülki Məcəllənin 6.2, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 340.1, 340.2, 354.1, 354.2, 404.1, 1134.1, 1146, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının anası X10 ilə cavabdeh (bacısı) Cavabdeh1 arasında 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsinin bağlanması (rəsmiləşdirilməsi) zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilə üzrə tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən bağışlama müqaviləsini imzalamış, iddiaçının anası X10 bu müqavilənin bağlanmasına məcbur edilməmişdir. Bu hal məhkəmə tərəfindən dindirilmiş şahid X2 ifadəsi ilə təsdiqini tapmışdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçü Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı1 X4 mülkiyyətində olmuş, ünvan 4saylı mənzilinin 4/6 hissəsinin X4 ölümündən sonra qalmış miras kütlə hesab olunması, onun X4 mülkiyyətində olmuş, ünvan 4saylı mənzilinin 4/6 hissəsinə vərəsəlik hüququnun tanınması tələbləri 09 aprel 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbindən doğan tələblər olduğundan təmin edilməməlidir. İddia tələbinin mənzilinin 1/6 hissəsindən sahiblik və istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsi ilə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, 1/6 hissədə paya malik olan İddiaçı1 həmin hissədən istifadəsinə və sahibliyinə maneələrin aradan qaldırılmasına dair hazırki iddiasının təmin edilməsi, 5/6 hissədə paya malik Cavabdeh1 həmin mənzildən istifadə və sahibliyinə maneə yaradacaqdır. b) Birinci instansiya məhkəməsində ikinci icraat İddiaçı1 başqa icraatda cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X8 sağ qalmış arvadı X4 adına verilmiş 29 fevral 2012-ci il tarixli Ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan 1/2 hissəsindən, 1/6 hissəyə X4, 1/6 hissəyə Cavabdeh1 vərəsəlik hüququ tanınması, İddiaçı1 1/6 hissə payı isə açıq saxlanması barədə 29 fevral 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın və RX seriyalı 130577B nömrəli çıxarışın lə ğv edilməsi, ünvan 4saylı mənzilinin 1/3 hissəsinə X4, 1/3 hissəsinə Cavabdeh1 və 1/3 hissəsinə İddiaçı1 vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia yuxarıda qeyd olunanlarla yanaşı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzil X12 və X4 birgə nikah dövründə əldə etdikləri əmlak olmamış, mənzil 25 yanvar 2005-ci il tarixdə özəlləşdirmə vasitəsi ilə xxxun adına rəsmiləşdirilmiş və özəlləşdirmə zamanı X10 mənzildə olan payından X8 xeyrinə imtina etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)584/2020 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia qismən təmin edilmiş, ünvan 4saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X8 sağ qalmış arvadı X4 adına verilmiş 29 fevr al 2012-ci il tarixli mülkiyyət hüququ haqqında və 29 fevral 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilmiş, ünvan 4saylı mənzilinin 1/3 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun tanınması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin işdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 3, 5, 12-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özə lləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etməkdə hesab etmişdir ki, mübahisələndirilən mənzil X9 X4 birgə nikah dövründə əldə etdikləri əmlak deyildir. Belə ki, qeyd edilən mənzil 25 yanvar 2005-ci il tarixdə özəlləşdirmə vasitəsi ilə xxxun adına rəsmiləşdirilmiş və özəlləşdirmə zamanı X10 mənzildə olan payından X8 xeyrinə imtina etmişdir. Daha sonra məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin tələblərinə əsasən bu məcəllənin şərtlərini pozmaqla bağlanılmış əqd etibarsız olduğundan, ünvan 4saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X8 sağ qalmış arvadı X4 adına verilmiş 29 fevral 2012ci il tarixli mülkiyyət hüququ haqqında və 29 fevral 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisəli mənzilə X4, Cavabdeh1 və İddiaçı1 1/3 hissədə vərəsəlik hüququnun tanınması ilə bağlı Mülki Məcəllənin 1159.1, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, X8 birinci növbə vərəsələri arvadı xxx, oğluxxx və qızı xxx olmuşlar. İddiaçının miras əmlakı qəbul etməsi mübahisəsizdir. Mə hkəmə, digər qanun üzrə vərəsələr - xxx və xxxnın miras əmlakla bağlı onların paylarına münasibətdə qanun üzrə vərəsəlik hüququnun 1/3 hissədə tanınmasının mübahisənin predmeti olmadığını qeyd etməklə, iddiaçıya münasibətdə, ona çatan hissədə, yəni ünvan 4saylı mənzilinin 1/3 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun tanınmasını əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)2224/2019 nömrəli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)584/2020 nömrəli qətnaməsindən isə Cavabdeh1 apellyasiya şikayə ti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(103)-5175/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraata birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, ünvan 4saylı mənzilinə dair Cavabdeh2 tərəfindən verilmiş 29 f evral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş, ünvan 4saylı mənzilinin 1/3 hissəsinə X4 və 1/3 hissəsinə Cavabdeh1 vərəsəlik hüquqları tanınmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətnaməsi ləğv edilmiş, həmin iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 iddiası qismən təmin edilmiş, X10 ilə Cavabdeh1 arasında Cavabdeh2 bağlanılmış 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilmiş, yəni həmin müqavilə üzrə X10 tərəfindən Cavabdeh1 ünvan 4saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilmiş, İddiaçı1 ünvan 4saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 16 mart 2020ci il tarixli qətnaməsi üzrə qeyd etmişdir ki, cavabdeh həmin mülki iş üzrə ərizə verərək və eləcə də apellyasiya şikayətində iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsini rədd edərkən düzgün müəyyən edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi gündən etibarən hüquqlarının bərpası üçün iddia tələbi irəli sürmüşdür. Bu səbəbdən də əqdi mübahisələndirmək hüquqund an məhrum olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi həmin mülki iş üzrə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil X9 X4 birgə nikah dövründə əldə etdikləri əmlak olmadığından, qeyd edilən mənzilə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlaka dair X8 sağ qalmış arvadı X4 adına 29 fevral 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalıdır və bu səbəbdən onların mənzilə 1/3 hissədə vərəsəlik hüququ tanınmalıdır. Mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması və ya nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələri iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd edilən mənzil 25 yanvar 2005-ci il tar ixdə özəlləşdirmə vasitəsi ilə xxxun adına rəsmiləşdirilmiş və özəlləşdirmə zamanı X10 mənzildə olan payından X8 xeyrinə imtina etmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına əsasən İddiaçı1 atasının vəfatından sonra ünvan 3 ünvanında yerləşən atasına məxsus evdə yaşamış və bununla da həmin əmlakı miras olaraq qəbul etmişdir. Belə olan halda, iddiaçı ünvan 4saylı mənzili də atasından qalmış miras əmlak olaraq qəbul etmiş hesab olunur. Lakin birinci instansiya məhkəməsi həm tərəflərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə, həm də digər tərəfdən öz qətnaməsinin nəticə hissəsində X4 və Cavabdeh1 miras əmlakdakı vərəsəlik hüquqlarını tanımamaqla səhv və ziddiyyətli nəticəyə gəlmişdir. Digər iddia təl əbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X10 sağ ikən öz niyyətini və iradəsini ifadə edərək mübahisəli mənzilin özünə məxsus hesab etdiyi 4/6 hissəsini qızı Cavabdeh1 təmənnasız bağışlamışdır. Halbuki, X10 mübahisəli mənzildə miras payı 1/3 olmuşdur və belə olan halda onun tərəfindən Cavabdeh1 mübahisəli mənzildəki qanuni miras payı - mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməlidir. Yəni, nəticə etibarı ilə Cavabdeh1 mübahisəli mənzildən həm özünə aid 1/3 miras payını, həm də mərhum anası X5 hədiyyə (bəxşiş) kimi aldığı mənzilin 1/3 hissəsini əldə etmiş olur. İddiaçı1 mübahisəli mənzilin 1/3 hissəsinə vərəsəlik hüququ birinci instansiya məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi ilə düzgü n və əsaslı olaraq tanındığından, iddiaçının miras payından istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrın aradan qaldırılması barədə iddia tələbi də təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsinin qismən, yəni “X10 və Cavabdeh1 arasında Cavabdeh2 bağlanılmış 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilməsi, yəni həmin müqavilə üzrə X10 tərəfindən Cavabdeh1 ünvan 4saylı mənzilin 1/3 hissəsinin bağışlanılmış hesab edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yenidən baxılması üçün iş materiall arını Apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bağışlama müqaviləsi bağlanılarkən notariusun hərəkətlərini mübahisələndirməmiş, lakin xxxnın imzasını mübahisələndirmişdir. X14 xəstəliyi ilə, sonradan isə ölümünün iddiaçıdan gizlədilməsi ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatəti təmin etməmişdir. Anası onkoloji xəstə olmuş, vəziyyəti ağır olmuşdur. Lakin bağışlama zamanı imzalanan sənədi başa düşmək, imza etmək imkanında olub-olmaması araşdırılmamışdır. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsi müqavilənin xxxnın özü tərəfindən imzalanmasına təsdiq edən sübut kimi qiymətləndirilməsi əsassız olmuşdur. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində ərizə verərək, eləcə də apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bağışlama müqaviləsi 09 aprel 2014-cü il tarixdə bağlanmış, iddiaçının müqavilədən məlumatı olsa da, qanunla müə yyən edilmiş müddət ərzində onu mübahisələndirməmişdir. Həmçinin notariat orqanı qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın 1/2 hissəsini ayıraraq X6 vermiş, qalan 1/2 hissədən vərəsələrin hər birinin 1/6 hissədə paylarının ayrılması barədə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin kassasiya şikayətinə isə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı ba rədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən qarşılıqlı olaraq mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci mad dəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünmə si mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməs indən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata k eçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanun unun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazı lı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən mənzil özəlləşdirilmə nəticəsində mərhum X8 mülkiyyəti kimi 25 yanvar 2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin əmlakın sonuncu ilə X4 birgə mülkiyyətlərinin təşkil etməməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci maddələrinin dispozisiya şərtlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə uyğun olmuşdur. Belə olan halda isə ünvan 2 tərəfindən mübahisələndirilən mənzilə verilmiş Ər-arvadın əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında 29 fevral 2012-ci il tarixli şəhadətnamə qanunsuz olmuş və həmin şəhadətnamənin etibarsız hesab olunmasına dair məhkəmələrin gəldiyi nəticə ilə məhkəmə kollegiyası tam olaraq razılaşır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən mənzil tam olaraq miras qoyan X8 mülkiyyəti kimi tanındığından, onun birinci növbəli vərəsələri olan X4, Cavabdeh1 və İddiaçı1 ayrı-ayrılıqda mirası qəbul etmələri işin mübahisəsiz hallarından olduğundan, onların hər birinin 1/3 hissədə vərəsəlik hüquqlarının tanınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də Mülki Məcəllənin müddəalarına uyğun olmuşdur. Həmçinin qeyd olunan hallara görə X4 miras əmlakı üzərində payı son nəticədə 1/3 hissədə müəyyən olunduğundan, onun yalnız mənzilin həmin hissəsinin Cavabdeh1 bağışlanmasına dair müqavilənin etibarlı hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin fa ktiki hallarına və tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı müddətin tətbiqinə dair cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı da məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi gündən etibarən qanunla müəyyən olunmuş kəsici müddəti buraxmadan hüquqlarının bərpası üçün iddia tələbi irəli sürmüş və əqdi mübahisələndirmək hüququndan məhrum olmamışdır. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırda o, anası X10 ilə bacısı (cavab deh) Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin tam etibarsız hesab olunması tələbini xahiş edir. İddiaçı həmin tələbi isə onunla əsaslandırmışdır ki, müqavilə bağlanılarkən mərhum anası xəstəliyi ilə bağlı onu imzalamaq imkanına malik olmamış, müqavilədə olan imza saxtalaşdırılmışdır. Lakin iddiaçı tərəfindən irəli sürdüyü dəlillərlə bağlı Mülki Məcəllənin 339.2, 339.3 və 339.4-cü maddələrində tələb olunan dispozitiv şərtlərə dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənl əşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Əksinə iddiaçı kassasiya şikayətində də müqaviləni təsdiq edən notariusun hərəkətlərindən şikayət etmədiyini vurğulamaqla, faktiki olaraq bağlanmış müqavilənin notariat orqanı tərəfindən qanuna müvafiq olaraq tərtib edilərək təsdiq olunduğunu etiraf etmiş olur. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutları n mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və Cavabdeh1 tərəfindən ayrı-a yrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4292/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4292/2021
20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver