Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-680/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfael qızının katibliyi, İddiaçı və onun vəkili X24, Cavabdeh1 Yuriyevnanın nümayəndəsi və vəkili X15, tərcüməçi X1 iştirakları ilə, İddiaçı Yuriyeviçin cavabdehlər Cavabdeh1 Yuriyevnaya və Cavabdeh2na qarşı əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız saylıması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətmaməsindən İddiaçı Yuriyeviç tərəfindən verilmiş apellyasiya şikayətinə və İddiaçı Yuriyeviçin cavabdehlər Cavabdeh1, Bakı şəhəri 21 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras paylara vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Yuriyeviç iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X16 sağ qalmış arvadı X7 adına xx xxxxxx 2012-ci il tarixli, ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan 1/2 hissəsindən, 1/6 hissəyə X7, 1/6 hissəyə Cavabdeh1 Yuriyevnanın vərəsəlik hüququ tanınması, İddiaçı Yuriyeviçin 1/6 hissə payı isə açıq saxlanması barədə xx xxxxxx 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli çıxarış və RX seriyalı 130577B nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X7, 1/3 hissəsinə Cavabdeh1 Yuriyevnanın və 1/3 hissəsinə İddiaçı Yuriyeviçin vərəsəlik hüququ tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili, 1369 nömrəli reyestr kitabında, 205584 nömrəli səhifədə, 30/205584 nömrə ilə qeydiyyata alınmış ÖM 224198 nömrəli, xx xxxxxx 2005-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən X16 mülkiyyətində olmuşdur. X25 xx xxxxxx 2010-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlaka dair X16 sağ qalmış arvadı X7 adına xx xxxxxx 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan A hissəsindən, 1/6 hissəyə X7, 1/6 hissəyə Cavabdeh1 Yuriyevnanın vərəsəlik hüququ tanınmış, İddiaçı Yuriyeviçin payı isə açıq saxlanmış, bu barədə xx xxxxxx 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, 4 nömrəli mənzilinin 4/6 hissəsi X12, 1/6 hissəsi isə Cavabdeh1 məxsusdur. Mənzilin İddiaçı aid hissəsi açıq saxlanılmışdır. RX seriyalı 130577B nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, 4 nömrəli mənzilin 5/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi isə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubundan məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili ilkin olaraq xx xxxxxx 2005-ci il tarixdə X16 adına rəsmiləşdirilmişdir. Bu məktubdan iddiaçıya məlum olmuşdur ki, qeyd edilən mənzil X17 X7 birgə nikah dövründə əldə etdikləri əmlak deyildir. Belə ki, qeyd edilən mənzil xx xxxxxx 2005-ci il tarixdə özəlləşdirmə vasitəsi ilə Yuriy Morozovun adına rəsmiləşdirilmişdir və özəlləşdirmə zamanı X20 mənzildə olan payından X16 xeyrinə imtina etmişdir. Göstərilən əsasla məhkəmənin nəzərinə çatdırır ki, mənzil X17 X7 birgə nikah dövründə əldə etdikləri əmlak olmadığından, qeyd edilən mənzilə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlaka dair X16 sağ qalmış arvadı X7 adına xx xxxxxx 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan ½ hissəsindən, 1/6 hissəyə X7, 1/6 hissəyə Cavabdeh1 Yuriyevnanın vərəsəlik hüququ tanınması, İddiaçı Yuriyeviçin 1/6 hissə payı isə açıq saxlanması barədə xx xxxxxx 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır. Göstərilənlərə əsasən, hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili X17 X7 birgə nikah dövründə əldə etdikləri əmlak olmadığından, qeyd edilən mənzilə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlaka dair X16 sağ qalmış arvadı X7 adına xx xxxxxx 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan 1/2 hissəsindən, 1/6 hissəyə X7, 1/6 hissəyə Cavabdeh1 Yuriyevnanın vərəsəlik hüququ tanınması, İddiaçı Yuriyeviçin 1/6 hissə payı isə açıq saxlanması barədə xx xxxxxx 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli çıxarış və RX seriyalı 130577B nömrəli çıxarış ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X7, 1/3 hissəsinə Cavabdeh1 Yuriyevnanın və 1/3 hissəsinə İddiaçı Yuriyeviçin vərəsəlik hüququ tanınmalı, bu barədə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi ilə İddiaçı Yuriyeviçin iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X16 sağ qalmış arvadı X7 adına verilmiş xx xxxxxx 2012-ci il tarixli mülkiyyət hüququ haqqında və xx xxxxxx 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə İddiaçı Yuriyeviçin vərəsəlik hüququ tanınması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə xx xxxxxx 2012-ci il tarixdə verildiyindən, məhkəmənin mübahisəyə xx xxxxxx 2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarını tətbiq edib iddianı təmin etməsi əsassız olmuşdur. Halbuki, Azərbaycan Respublikası 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bundan başqa, iddiaçı iddia müddətini də ötürmüşdür və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olmuş 2(005)-2224/2019 nömrəli mülki iş üzrə İddiaçı Yuriyeviç cavabdehlər Cavabdeh1 Yuriyevnaya və Cavabdeh2na qarşı əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X20 ilə Cavabdeh1 arasında 21 saylı Notariat Kontorunda xx.xx.2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X7 mülkiyyətində olmuş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 4/6 hissəsinin X7 ölümündən sonra qalmış miras kütlə hesab olunması, onun X7 mülkiyyətində olmuş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 4/6 hissəsinə vərəsəlik hüququnun tanınması, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/6 hissəsində sahiblik və istifadəsinə Cavabdeh1 Yuriyevna tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili mərhum X16 mülkiyyətində olmuşdur. X25 xx.xx.2010-cu il tarixdə vəfat etdikdən sonra, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd edilən mənzil 4/6 hissə X8, 1/6 hissə İddiaçı, 1/6 hissə isə Cavabdeh1 olmaqla, vərəsəlik qaydasında onun vərəsələrinə keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edir ki, o, atasının sağlığında həmin evdə yaşamışdır. Belə ki, o, 2005-ci ildə ailə qurduqda onun arvadı Rəna Morozova həmin evə gəlin köçmüş, onun böyük oğlu Miron həmin evdə doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, Cavabdeh1 ona və onun ailəsinə mənzildə yaşamalarına, həmin mənzildən istifadə etmələrinə imkan verməmiş, nəhayət 2006-ci ildə o, ailəsi arvadı Rəna Morozova və körpə oğlu Mironla birlikdə evdən qovmuşdur. Onun bacısı - digər paylı mülkiyyətçi Cavabdeh1 onlara mənzildə yaşamağa imkan vermədiyini gördükdə, o, məcburiyyət qarşısında qalaraq, bir müddət qaynatasının - arvadı Rəna Morozovanın atası evində ailəsi ilə yaşamışdır. Sonra isə kirayələrdə yaşamağa məcbur olmuşdur. Bu müddət ərzində onların iki oğlu və qızları Anastasiya dünyaya gəlmişdir. 2010-cu ildə atasının xəstəliyi ilə bağlı X21 Novqorod əyalətinə arvadı və dörd uşağı ilə birgə getmiş və X4 əyalətinin, Semenov şəhəri, Suxobezvodnoye işçi qəsəbəsi, Puşkin küçəsi ev 75 ünvanında yerləşən atasına məxsus evdə yaşamağa başlamışdır. Atasının ölümündən sonra həmin evin baxımsız qalmamasının və başqa şəxslər tərəfindən zəbt olunmaması üçün o ailəsi ilə həmin evdə qalmalı olmuşdur. O, Rusiya Federasiyasında yaşadığı dövrdə anası Natalya Mironovna dəfərlərlə, hər il 2-3 dəfə olmaqla onların yanına gəlmiş, özünə məxsus, oğlu İddiaçı ailəsi ilə birlikdə yaşadığı evdə qalmışdır. Belə ki, Natalya Mironovna ağır xəstə olduğu və müalicəsini Bakı şəhərində apardığı üçün daimi olaraq oğlunun yanında qala bilməmişdir. Sonuncu dəfə Natalya Mironovna 2013-cü ilin sonlarında, yeni il qabağı onun və ailəsinin qonağı olmuş və bildirmişdir ki, yaz müalicəsi başa çatdıqdan sonra, may ayında bir də gələcəkdir. Lakin 2014-cü ilin aprel ayının sonlarında ona məlum olmuşdur ki, bacısı Cavabdeh1 anası Natalya Mironovna ilə birlikdə Rusiyaya gəlmiş, ancaq anasını onun öz evinə gətirmək əvəzinə başqa yerdə kirayə ev tutaraq yerləşdirmişdir. O, anasını görmək üçün həmin evə gedən zaman, bacısı Kristina və qohumları ona anasını görməyə imkan verməmiş, onu nalayiq ifadələrlə təhqir edərək evdən qovmuşlar. Anası həmin vaxt artıq özündə olmamışdır. Bundan bir müddət sonra Pasxa bayramı ilə əlaqədar o, məzarlığa öz vəfat etmiş qohumlarının məzarlarını ziyarət etmək üçün gedərkən, ona məlum olmuşdur ki, xx.xx.2014-cü il tarixdə anası X20 vəfat etmiş və artıq onu dəfn etmişlər. Anasının ölümü barəsində isə, ona heç bir məlumat verilməmişdir. Sonradan, ona bacısının qanunsuz yollarla onu öz paylı mülkiyyətində olan mənzildən xx.xx.2010cu il tarixdə pasport qeydiyyatından çıxarması, daha sonra isə, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında X7, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilində olan 4/6 hissə payını qızı Cavabdeh1 Yuriyevnaya bağışladığı məlum olmuşdur. Qeyd edir ki, sözügedən xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Belə ki, əvvəla, bağışlama müqaviləsi imzalanarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən qaydalara riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, məlumdur ki, əgər mənzil paylı mülkiyyətdədirsə, bu zaman paylı mülkiyyətçilərdən hər hansı biri öz payı ilə bağlı hansısa sərəncam vermək istəyirsə, bu halda bütün paylı mülkiyyətçilərin və mənzildə qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Vəkil sorğusu əsasında bağlışlama müqaviləsi və ona qoşulmuş sənədlər tərəfindən alınmış və məlum olmuşdur ki, bağışlama müqaviləsi imzalanarkən Notariusa mənzildə pasport qeydiyyatında olan şəxslər barədə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin aprel 2014-cü il tarixli Forma 2 arayışı təqdim edilmişdir. Bildirir ki, həmin Forma 2 arayışın həqiqiliyi şübhəlidir. Belə ki, həmin mənzildə qeydiyyatda olan şəxslər siyahısında Morozovların qohumu olan X5 adı göstərilmiş, lakin onun da həmin mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, onun adı göstərilməmişdir. Onda əsaslı şübhələr vardır ki, Cavabdeh1 qeyd edilən Forma 2 arayışa yanlış məlumatlar daxil etdirmişdir. Bu cür arayışın tərtib olunmasında məqsəd o olmuşdur ki, Cavabdeh1 digər paylı mülkiyyətçi olan, yəni onunla bağlı sual yarandıqda onun guya uzun illərdir Rusiya Federasiyasında yaşaması və bu mənzilə hər hansı bir aidiyyətinin olmamasını nümayiş etdirsin. İkincisi, bağışlama müqaviləsində Natalya Mironovnanın adından olan imzanın onun özünə məxsus olmasına ciddi şübhələr vardır. Belə ki, həmin vaxt Nataliya Mironovna ağır xəstə olmuşdur və onun Notariat Kontoruna gedərək bağışlama müqaviləsini imzalaması mümkünsüz olmuşdur. Həmçinin bağışlama müqaviləsində olan imzaya və həmin imzanın qarşısında yazılmış soyadına baxdıqda açıq-aydın görünür ki, bu imza və yazı X8 məxsus deyildir. Hesab edir ki, Nataliya Morozova sonuncu dəfə Rusiya Federasiyasına gedərkən Cavabdeh1 onu onunla görüşdürməməsinin də səbəbi məhz etdiyi qanunsuzluğun üzə çıxması ehtimalını gizlətmək olmuşdur. Belə ki, danışıq əsnasında Natalya Mironovna öz oğluna, yəni ona mənzillə bağlı hər hansı söz deyə bilərdi və bununla da Cavabdeh1 etdiyi qanunsuzluqlar ifşa oluna bilərdi. Hal-hazırda o, öz ailəsi - həyat yoldaşı və 4 azyaşlı övladı ilə birlikdə Bakı şəhərində kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Çünki, bacısı Cavabdeh1 paylı mülkiyyətçiyə öz mülkündə yaşamağa imkan vermir. Yuxarıda göstərilənlərdən aydın olur ki, 09.04. 2014-cü il tarixli bağışlama müqaviləsi etibarsızdır, bu səbəbdən də həmin bağışlama müqaviləsinin predmeti olmuş, X7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilin 4/6 hissəsi X3mış miras kütlədir. Bu səbəbdən də həmin miras kütlə vərəsələr arasında bölünməlidir. Həmçinin qeyd edir ki, o, anası X7 ölümündən sonra Rusiya Federasiyasında ondan miras qalmış əmlakları vərəsəlik qaydasında qəbul etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətmaməsi ilə İddiaçı Yuriyeviçin cavabdehlər Cavabdeh1 Yuriyevnaya və Cavabdeh2na qarşı əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız saylıması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətmaməsindən İddiaçı Yuriyeviç apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, bu səbəbdən ləğv olunaraq iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə əsassız olaraq mübahisəli mənzilin 1/6 hissəsindən İddiaçı tərəfindən sahiblik və istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddianı təmin etməmişdir. Məhkəmə hər hansı bir maddi hüquq normasına əsaslanmadan, yalnız Cavabdeh1 paylı mülkiyyətində olan pay hissəsinin İddiaçı pay hissəsindən çox olmasını əsas gətirərək iddianı bu hissədə təmin etməmişdir. Bu hərəkəti ilə birinci instansiya məhkəməsi onu mülkiyyət hüququndan faktiki olaraq məhrum etmişdir. Bundan başqa, xx xxxxx 2014-cü il tarixli bağışlama müqaviləsində olan imzanın Natalya Morozovaya məxsus olub-olmamasını müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin əsassız olaraq iddia müddətini tətbiq etmişdir, onun tərəfindən iddia müddəti ötürülməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2224/2019 və 2(005)-584/2020 nömrəli mülki işlər üzrə verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş həmin mülki işlərin apellyasiya baxışı bir icraatda birləşdirilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili X28 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətmaməsinin ləğv edilərək həmin mülki iş üzrə iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı Cavabdeh1 Yuriyevnanın nümayəndəsi və vəkili X27 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, qətnaməsinin ləğv edilərək həmin mülki iş üzrə İddiaçı iddiasının rədd edilməsini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətmaməsinin isə dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə Cavabdeh1nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli və həmin mənzilin 1/3 hissəsinə X7 və 1/3 hissəsinə Cavabdeh1 Yuriyevnanın vərəsəlik hüquqları tanınmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı; İddiaçı Yuriyeviçin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətmaməsi ləğv edilərək həmin iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Yuriyeviçin iddiası qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilməli, yəni həmin müqavilə üzrə X20 tərəfindən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməli və İddiaçı Yuriyeviçin həmin mənzilin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan: ÖM seriyalı 224198 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 2(iki) otaqdan ibarət 4 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında X22 məxsusdur. Bu barədə xx.xx.2005-ci il tarixdə 1369 saylı reyestr kitabında 205584 nömrəli səhifədə 30/205584 nömrəli qeydiyyat aparılmışdır. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 10, 4 nömrəli mənzilinin 5/6 hissəsi Cavabdeh1 (daşınmaz əmlakın dövlət reyestrində 1613 nömrəli reyestr kitabının 147771 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi xx.xx.2014-cü il), 1/6 hissəsi isə İddiaçı məxsusdur (daşınmaz əmlakın dövlət reyestrində 1613 nömrəli reyestr kitabının 147771 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi xx.xx.2018-ci il). MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 10, 4 nömrəli mənzilinin 4/6 hissəsi X12 (daşınmaz əmlakın dövlət reyestrində 1613 nömrəli reyestr kitabının 147771 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi xx.xx.2012-ci il), 1/6 hissəsi isə Cavabdeh1 məxsusdur. Mənzilin İddiaçı Yuyeviçə aid hissəsi açıq saxlanılmışdır. Cavabdeh1 tərəfindən Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X16 ölümündən sonra sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 10, 4 nömrəli mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəsində qardaşı İddiaçı və anası X13 digər vərəsələr kimi qeyd etmişdir. X2 vilayəti, Semenovskiy rayonu, Suxobezvodnoe qəsəbəsi VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-TH seriyalı 586793 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı xx.xx.1949-cu il təvəllüdlü X25 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2010-cu il tarixdə 976 saylı akt qeydi tərtib olunmuşdur. X2 vilayəti, Semenovskiy rayonu, Suxobezvodnoe qəsəbəsi notariat kontorunun notariusu X23 tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X16 ölümündən sonra 62/2011 nömrəli vərəsəlik işi açılmışdır. Mərhumun arvadı X20 xx.xx.2011-ci il tarixdə ərizə ilə müraciət edərək X17 birgə nikah dövründə əldə olunmuş əmlakının 1/2 hissəsinə vərəsə kimi tanınmışdır. X12 X2 vilayəti, Semenov şəhəri, Suxobezvodnoe qəsəbəsi, Puşkin küçəsi, 75 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsinə qanun üzrə vərəsəlik haqqıda şəhadətnamələr verilmişdir. Mərhum X16 adından vəsiyyətnamə qeydə alınmamışdır. xx.xx.2012-ci il tarixdə verilmiş ər-arvadın əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X16 sağ qalmış arvadı ünvan 2 ünvanında yaşayan arvadı X6rın nikahı müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə hüququ vardır. X12 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ-dən reyestr kitabı 1369 səhifə 205584 qeydalma 30/205584, 2501.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 2 (iki) otaqlı mənzildən ibarətdir. xx.xx.2014-cü il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X20 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr kitabının 1613 nömrəli 147771 vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-c il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş elektron məlumata əsasən Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanında yerləşən 2 (iki) otaqlı mənzildən özünə məxsus 4/6 hissəsisini X18 təmənnasız bağışlamışdır. X2 vilayəti, Semenovskiy rayonu, Suxobezvodnoe qəsəbəsi VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-TH seriyalı 805688 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı xx.xx.1956-cı il təvəllüdlü X20 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2014-cü il tarixdə 267 saylı akt qeydi tərtib olunmuşdur. xx.xx.2017-ci il tarixli 52AA3388641 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X12 məxsus X2 vilayəti, Semenov şəhəri, Suxobezvodnoe qəsəbəsi, Puşkin küçəsi, 75 ünvanında yerləşən ümumi sahəsi 50,8 kv.m olan 1 (bir) mərtəbəli fərdi yaşayış evinin 1/2 hissəsinə qanun üzrə vərəsəsidir. xx.xx.2017-ci il tarixli 52AA3388650 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X12 məxsus X2 vilayəti, Semenov şəhəri, Suxobezvodnoe qəsəbəsi, Puşkin küçəsi, 75 ünvanında yerləşən ümumi sahəsi 768 kv.m olan torpaq sahəsinin 1/2 hissəsinə qanun üzrə vərəsəsidir. xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X16 vərəsəsi ünvan 2 ünvanında yaşayan arvadı X20, qızı Cavabdeh1 və oğlu İddiaçıdir, onların hər bir miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ-dən reyestr kitabı 1369 səhifə 205584 qeydalma 30/205584, 2501.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 2 (iki) otaqlı mənzilin qalan 1/2 hissəsindən, 1/6 hissəsi X12, 1/6 hissəsi Cavabdeh1, qalan 1/6 hissəsi isə İddiaçı payı açıq saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********18 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 10, 4 saylı mənzil xx.xx.2005-ci il tarixdə X16 adına ilkin qeydiyyatdan keçmişdir. 21 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 2V-22 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən ünvan X7, Cavabdeh1 və İddiaçı adlarına qeydiyyatdan keçmişdir. X20 21 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-60 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvanın özünə məxsus payını Cavabdeh1 bəxşiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 10, 4 saylı mənzil hazırda aşağıda qeyd olunan şəxslərin mülkiyyətlərindədir: Cavabdeh1 (5/6 hissə); İddiaçı (1/6 hissə). Bakı şəhri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 555 saylı, xx.xx.2004-cü il tarixli «Firdovsi Məmmədov küçəsindəki 10 saylı evin 4 saylı mənzilinin icarə müqaviləsinin dəyişdirilməsi haqqında» sərəncamına əsasən Firdovsi Məmmədov küçəsindəki 10 saylı evin yaşayış sahəsi 39,0 kv.m. olan 2 otaqlı, 4 saylı mənzilinin icarədarı X10 xx.xx.1988-ci ildə vəfat etmişdir (ölüm haqqındakı şəhadətnamənin surəti işə əlavə edilir). Hazırda həmin mənzildə 1970-ci ildən etibarən 4 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) icarədarın oğlu vətəndaş X26 yaşayır. Vətəndaş N.Morozov rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, mənzilin əsas icarədarının vəfat etməsini və yetkinlik yaşına çatmış ailə üzvlərinin notarial qaydada razılığını nəzərə alaraq mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanaraq Firdovsi Məmmədov küçəsindəki 10 saylı evin yaşayış sahəsi 39,0 kv.m. olan 2 otaqlı, 4 saylı mənzilinin icarə müqaviləsi 4 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) vətəndaş X19 adına dəyişdirilməsi və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi üzrə ilk növbədə qeyd edir ki, cavabdeh həmin mülki iş üzrə ərizə verərək və eləcə də apellyasiya şikayətində iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsini rədd edərkən düzgün müəyyən edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi gündən etibarən hüquqlarının bərpası üçün iddia tələbi irəli sürmüşdür. Bu səbəbdən də əqdi mübahisələndirmək hüququndan məhrum olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bundan başqa, Kollegiya birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin mülki iş üzrə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil X17 X7 birgə nikah dövründə əldə etdikləri əmlak olmadığından, qeyd edilən mənzilə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlaka dair X16 sağ qalmış arvadı X7 adına xx xxxxxx 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalıdır və bu səbəbdən onların mənzilə 1/3 hissədə vərəsəlik hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarına istinad etməsi tam qanuni və əsaslı olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruridir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Apellyasiya baxışı zamanı bir daha sübuta yetirildi ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili ilkin olaraq xx xxxxxx 2005-ci il tarixdə X16 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi qeyd edilən mənzil X17 X7 birgə nikah dövründə əldə etdikləri əmlak deyildir. Mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması və ya nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələri iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilən mənzil xx xxxxxx 2005-ci il tarixdə özəlləşdirmə vasitəsi ilə Yuriy Morozovun adına rəsmiləşdirilmişdir və özəlləşdirmə zamanı X20 mənzildə olan payından X16 xeyrinə imtina etmişdir. Kollegiya, İddiaçı Yuriyeviç atasından miras qalan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili qəbul edib-etməməsi ilə bağlı qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, o, atasının vəfatından sonra X4 əyalətinin, Semenov şəhəri, Suxobezvodnoye işçi qəsəbəsi, Puşkin küçəsi ev 75 ünvanında yerləşən atasına məxsus evdə yaşamışdır və bununla da həmin əmlakı miras olaraq qəbul etmişdir. Belə olan halda, X25 Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili də atasından qalmış miras əmlak olaraq qəbul etmiş hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bundan başqa, həmin mülki iş üzrə işin faktiki hallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi düzgün olaraq X7 və Cavabdeh1 Yuriyevnanın xx.xx.2010-cu il tarixdə vəfat etmiş X16 birinci dərəcəli vərəsələri olmaları nəticəsinə gəlmişdir. Lakin məhkəmə həm onların adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə, həm də digər tərəfdən öz qətnaməsinin nəticəvi hissəsində X7 və Cavabdeh1 Yuriyevnanın miras əmlakdakı vərəsəlik hüquqlarını tanımamaqla səhv və ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi X7 və Cavabdeh1 Yuriyevnanın miras əmlakdakı vərəsəlik hüquqlarını tanımamağını onunla əsaslandırmışdır ki, digər qanun üzrə vərəsələr - Natalya və Kristinanın miras əmlakla bağlı onların paylarına münasibətdə qanun üzrə vərəsəlik hüququnun 1/3 hissədə tanınması hazırki mübahisənin predmeti deyil. Halbuki, İddiaçı Yuriyeviçin həmin mülki iş üzrə iddia tələblərindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X7, 1/3 hissəsinə Cavabdeh1 Yuriyevnanın və 1/3 hissəsinə isə özünün vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda isə, mənzilinin 1/3 hissəsinə X7 və 1/3 hissəsinə Cavabdeh1 Yuriyevnanın da vərəsəlik hüquqları tanınmalıdır. Bundan başqa, işin faktiki hallarından həmçinin görünür ki, X20 və Cavabdeh1 Yuriyevna xx.xx.2010-cu il tarixdə vəfat etmiş X14 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzili miras əmlak kimi qəbul etmişlər. Kollegiya yuxarıda qeyd edilən nəticə gəldiyindən digər mülki iş üzrə - birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli qətnaməsi üzrə İddiaçı Yuriyeviçin iddia tələblərini qismən, yəni X20 ilə Cavabdeh1 arasında Cavabdeh2 bağlanılmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilməsi və İddiaçı Yuriyeviçin Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılması hissəsində təmin olunmasını da əsaslı hesab edir, həmin mülki iş üzrə iddia tələblərinin qalan hissələrdə isə ayrıca qərardadla baxılmamış saxlanılmışdır. Belə ki, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X20 sağ ikən öz niyyətini və iradəsini ifadə edərək mübahisəli mənzilin özünə məxsus hesab etdiyi 4/6 hissəsisini qızı Cavabdeh1 təmənnasız bağışlamışdır. Halbuki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı müəyyən edildiyi kimi, X20 mübahisəli mənzildə miras payı 1/3 olmuşdur və belə olan halda onun tərəfindən Cavabdeh1ya mübahisəli mənzildəki qanuni miras payı - mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməlidir.Yəni, nəticə etibarı ilə Cavabdeh1 mübahisəli mənzildən həm özünə aid 1/3 miras payını, həm də mərhum anasıX9 hədiyyə (bəxşiş) kimi aldığı mənzilin 1/3 hissəsini əldə etmiş olur. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı Yuriyeviçin mübahisəli mənzilin 1/3 hissəsinə vərəsəlik hüququ birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə düzgün və əsaslı olaraq tanındığından, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə olan mülki iş üzrə İddiaçı Yuriyeviçin iddia tələblərinə daxil olan – onun miras payından istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılması barədə iddia tələbi də təmin edilməlidir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh1nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X7 və 1/3 hissəsinə Cavabdeh1 Yuriyevnanın vərəsəlik hüquqları tanınsın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı Yuriyeviçin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətmaməsi ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Yuriyeviçin iddiası qismən təmin edilsin. X20 ilə Cavabdeh1 arasında Cavabdeh2 bağlanılmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilsin, yəni həmin müqavilə üzrə X20 tərəfindən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilsin. İddiaçı Yuriyeviçin Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-680/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-680/2020
22.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver