Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4292/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 cavabdehlər Cavabdeh1, xxx, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin, əqdlərin etibarsız sayılması, torpaq sahəsini əvvəlki hüquqi vəziyyətə qaytarılması, iddia tələbinin düzgün qoyulmaması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə sindən İddiaçı5 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bərdə rayon Aqrar İslahat Komissiyasının 23 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə 69886,4 kv.m və 25032.33 kv.m sahədən ibarət olmaqla, ümumilikdə 9,49 ha torpaq sahəsi xxx, X4, İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və mülkiyyət hüququ 27 avqust 2002-ci il tarixdə qeydiyyata alınmışdır. 2. xxx, İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 12 noyabr 2002-ci il tarixdə verilmiş etibarnamə ilə həmin torpaq sahəsi üzərində sərəncam verməklə bağlı səlahiyyətlərini 3 il müddətinə Cavabdeh4 etibar etmişlər.
3. Cavabdeh4 etibarnamə əsasında 6,98 ha torpaq sahəsini 13 aprel 2005-ci il tarixli alqı-satqı müqavil əsi ilə Cavabdeh3 15 milyon manata satmış, 02 iyun 2005-ci il tarixdə torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ qeydə alınmışdır.
4. Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə 6,99 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Cavabdeh1 etibarnamə ilə həmin torpaq sahəsi üzərində sərəncam verməklə bağlı səlahiyyətlərini xxxna etibar etmişdir.
5. Cavabdeh3 xx.xx.2013-cü il tarixli etibarnamə əsasında nümayəndəsi Cavabdeh4 14 dekabr 2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 13.7535 ha torpaq sahəsini qardaşı arvadı Cavabdeh5 bağışlamış, 24 dekabr 2013-cü il tarixdə torpaq sahəsi Cavabdeh5 adına qeydiyyata alınmışdır.
6. Bərdə R ayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(021)-671/2019 nömrəli qətnaməsi ilə cavabdeh xxxnun iddiaçılar X7, X2, X5 və X1 məxsus olan Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 6,99 ha torpaq sahəsinin 1.10 ha hissəsindən çıxarılması qət edilmişdir.
7. İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı4 və İddiaçı6 cavabdehlər Cavabdeh1, xxx, Cavabdeh3, Cavabdeh4 qarşı “etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 onların mülkiyyətində olan pay torpaq sahələrindən çıxarılması, payların müəyyən edilərək naturada ayrılması, sərhədlərin tanınması” tələbinə dair iddiası Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(021)-846/2019 saylı qətnaməsi ilə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 20 19-cu il tarixli qərardadı ilə qətnamə ləğv edilərək, iddia ərizəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə olunmadığından iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, xxx, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bərdə Rayton Məhkəməsinə müraciət edərək: - xxxnun Cavabdeh1 03 avqust 2003-cü il tarixdə Ağdam Rayon Notariat Kontorunda verdiyi etibarnamənin etibarsız hesab edilməsi; - həmin etibarnamə əsasında 6,99 ha torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 ilə Cavabdeh3 arasında Bərdə rayonu 1-ci Dövlət Notariat Kontorunda bağlanmış 13 aprel 2005-ci il tarixli, 4 Ə-112 saylı alqı-satqı müqaviləsinin; - Cavabdeh3 Cavabdeh4 18 aprel 2013-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Kontorunda verdiyi 7T-2487 nömrəsi ilə qeydə alınmış etibarnamənin; - Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 14 dekabr 2013-cü il tarixli bağışlama müqaviləsinin; - Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən 24 dekabr 2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi; - həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, X7 2018-ci ildə onlara qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, məlum olub ki, onlara məxsus torpaq sahəsi özgəninkiləşdirilib. Halbuki onların bu özgəninkiləşdi rmədən xəbərləri olmayıb.
10. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 149.2, 337.5, 339-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.4-cü maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə istinad etmişlər.
11. Cavabdeh xxx birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Bərdə Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(021)-1968/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elsun Əhmədov)
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların və cavabdeh xxxnun eyni mövqedə olmaları və eləcə də, məhkəmədə müqavilələrin və reyestrdən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması bar ədə səsləndirdikləri izahatlar ziddiyyətli olmaqla, inandırıcı dəlillər kimi qəbul olunmazdır. Belə ki, iddiaçılar iddia tələblərinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməyərək, yalnız mübahisəli torpaq sahələrinin onlara məxsus olmasını israrla bildirib iddianın təmin olunmasını xahiş etmişlər.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 222, 324.1, 324.4, 337.1-ci, Torpaq Məcəlləsinin 84-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Məhkəmə işə baxarkən gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. 2003cü ildə Ağdam rayon Notariat Kontorunda verilmiş etibarnamə əslində notariat kontorunda verilməmiş, həmin etibarnaməyə dair hər hansı qeyd aparılmamış və etibarnamənin kökü mövcud deyildir. Notariat orqanında həmin dövrdə yetkinlik yaşına çatmış digər ailə üzvlərinin razılığı tələb olunduğu halda, belə bir razılıq alınmamışdır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsi qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov)
18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 23 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə 69886,4 kv.m və 25032.33 kv.m sahədən ibarət olmaqla, ümumilikdə 9,49 ha torpaq sahəsi xxx, X4, İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və adı çəkilən şəxslər 12 noyabr 2002-ci il tarixdə etibarnamə verərək həmin torpaq sahəsi üzərində sərəncam verməklə bağlı səlahiyyətlərini 3 il müddətinə Cavabdeh4 etibar etmişlər. Bundan sonra Cavabdeh4 həmin etibarnamə əsasında Bərdə rayon Birinci Dövlət Notariat kontorunda təsdiq edilmiş 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 6,98 ha torpaq sahəsini Cavabdeh3 15 milyon manata satmışdır.
19. Apellyasiya insta nsiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddiaçılar verilmiş etibarnamələr və bağlanmış müqavilələr üzrə tərəfləri qarışıq salmaqla, cavabdehlərlə olan münasibətlərini dəqiq ifadə edə bilməyərək iddialarını əsaslandıra bilməmiş, əsaslandırmaları isə həm işin faktiki halları baxımından, həm də iddia tələblərinin hüquqi əsası baxımından ziddiyyətli olmuşdur. Belə ki, iddiaçılar cavabdeh xxxnun digər Cavabdeh1 03 avqust 2003-ci il tarixdə Ağdam Rayon Notariat Kontorunda verdiyi etibarnamənin etibarsız hesab edilməsi tələbini irəli sürsələr də, əslində, 03 avqust 2003-ci il tarixdə verilmiş ƏN-İ seriyalı, 017187 saylı etibarnamə xxxnun Cavabdeh1 verdiyi etibarnamə deyil, Cavabdeh1 tərəfindən xxxna verilmiş etibarnamə olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi ehtimal etmişdir ki, iddiaçılar 12 noyabr 2002-ci il tarixdə verilmiş ƏN-İ saylı, 007870 saylı etibarnamənin etibarsızlığı ilə bağlı iddia irəli sürmək istəmişlər. Yəni, iddiaçılar qeyd olunan etibarnamənin, o cümlədən 03 avqust 2003-ci il tarixli etibarnamənin əslində dəyişmə müqaviləsi olmaqla, həmin etibarnamələrin yalan əqd olmasını iddia etmişlər. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Lakin, bu ehtimal da onların iddia ərizələrinin mahiyyəti ilə uyğun gəlməmişdir. İddiaçılar onlara məxsus 6,98 ha torpaq sahəsinin Cavabdeh1 məxsus 6.99 ha torpaq sahəsi ilə dəyişdiklərini iddia etmişlər ki, onlar bu razılığı etibarnamələr vasitəsi rəsmiləşdirdiklərini iddia etdiyi halda, onların bu arqumentləri etibarnamələrin verilmə tarixinin eyni vaxtda və ya yaxın tarixdə olması, o cümlədən birinin digərinə etibarnamə verməsi halında ağlabatan hesab oluna bilərdi. Lakin, 12 noyabr 2002-ci il tarixli etibarnamə iddiaçılar tərəfindən Cavabdeh1 deyil, Cavabdeh4, 03 avqust 2003-ci il tarixdə verilmiş etibarnamə isə Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmişdir ki, işin qeyd olunan faktiki halını iddiaçılar izah edə bilməmişlər.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 6,99 ha torpaq sahəsi iddiaçıların zənn etdiyi, onların mülkiyyətində olmuş 6,98 ha torpaq sahəsi deyil, başqa torpaq sahəsi olmuşdur. Belə ki, həmin torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinə hər hansı bir əqd əsasında deyil, JN-0093 saylı, ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından da göründüyü kimi, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə verilmişdir. Həmçinin, Bərdə Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(021)-671/2019 nömrəli qətnaməsi hazırkı iş üzrə Cavabdeh2 məhz həmin 6,99 ha torpaq sahəsinin zəbt etdiyi 1.10 ha hissəsindən çıxarılması ilə bağlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 6,99 ha torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 13 aprel 2005-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, əvvəla, həmin müqavilə Cavabdeh1 və Cavabdeh3 arasında deyil, iddiaçıların verdiyi etibarnamə əsasında onların adından Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmışdır ki, Cavabdeh4 da iddiaçılar tərəfindən veril miş 12 noyabr 2002-ci il tarixli etibarnamə əsasında səlahiyyətli olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçılar 13 aprel 2005-ci il tarixli 4Ə-112 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürsələr də, onların əsaslandırmaları həm işin faktiki halları baxımından, həm də iddia tələblərinin hüquqi əsası baxımından ziddiyyətli olmuşdur. Belə ki, işin faktiki halından belə anlaşılır ki, iddiaçılar onlar tərəfindən verilmiş etibarnamənin əhəmiyyətsiz əqd hesab edilməklə, 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin səlahiyyətsiz şəxs tərəfindən bağlanmasını iddia etməkdədirlər. Belə olduğu təqdirdə, mübahisə müqavilənin ləğvi ilə bağlı deyil, etibarsız hesab edilməsi ilə bağlı olmalı idi ki, 12 noyabr 2002-ci il tarixli etibarnamə də idd iaçılar tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(021)-671/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə üçüncü şəxs qismində izahat verən Cavabdeh1 torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı izahat da verməmiş, o, özünə məxsus torpaq sahəsini hazırkı xxxnun müvəqqəti istifadəsinə verməsinə dair izahat vermişdir. Həmçinin, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X3 məhkəmənin suallarına cavabında torpaq sahələrinin dəyişməsi ilə bağlı məsələ olmaması, mübahisəli torpaq sahəsinin alqı-satqı yolu ilə cavabdehlər tərəfindən alındığını bildirmişdir ki, qeyd olunanlar işin faktiki hallarına uyğun olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların Cavabdeh3 Cavabdeh4 18 aprel 2013-cü il tarixdə verd iyi etibarnamənin ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarında həmin etibarnamənin surəti əlavə olunmasa da, 14 dekabr 2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, belə bir etibarnamə mövcud olmuşdur, lakin, iddiaçılar qeyd olunan etibarnaməni ləğv edilməsi ilə bağlı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamaqla yanaşı, həmin müqavilənin hazırda qüvvədə olub-olmaması müəyyən olunmamışdır. Bununla yanaşı, iddiaçıların Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 14 dekabr 2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməyə də subyektiv hüququ yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 365.1.3 və 421.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı5 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılıb: - Mülki Məcəllənin 344-cü maddəsinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanaın bağladığı əqd etibarsıəz hesab edilməli olduğu halda, apellyasiya məhkəməsi 12 noyabr 2002-ci il tarixli etibarnaməyə istinadən torpaq sahəsini satılmasını qanuni olması qənaətinə gəlmişdir. Halbuki Mülki Məcəllənin 345.1-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə v alideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır; - 12 noyabr 2002-ci il tarixli etibarnamə həmin vaxt yetkinlik yaşına çatmayan şəxslərin imza etmədikləri barədə izahata məhkəmə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdi rir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365.1.3. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bun un digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.
30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi və tələb bölünməz olduğu üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 18-24-cü bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
35. Belə olan halda, qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
36. Məhkəmə kollegiyası etibarnamə verilərkən Mülki Məcəllənin 344 və 345.1-ci maddələrinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 29.1-ci maddəsinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərl ər. Maddənin mətnindən də görünür ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından valideynləri də bağlaya bilərlər. Məhz bu baxımdan həmin maddədə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri imzalamalı olan şəxslərin siyahısına ayrıca olaraq valideynlər də daxil edilib. Maddənin mətnində 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından qəyyumların bağlaya bilməsi qaydası o hallara aiddir ki, həmin şəxslərin valideynləri və ya övladlığa götürənləri olmasın.
37. Mülki Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş qayda – qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi – Ailə Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq valideyn himayəsindən məhrum olan uşaqlar barəsində təy in edilən qəyyumluq və himayəyə münasibətdə tətbiq edilir. Buna görə də Mülki Məcəllənin 344 və 345.1-ci maddələrinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlili əsassızdır.
38. Kassasiya şikayətində göstərilən digər dəlilə – 12 noyabr 2002-ci il tarixli etibarnaməni həmin vaxt yetkinlik yaşına çatmayan şəxslərin imza etmədikləri barədə izahata məhkəmə tərəfindən əhəmiyyət verilməməsi – gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib edilir. Belə ki, iapellyasiya baxışının iclas protokollarından görünür ki, apellyasiya baxışında etibarnaməni həmin vaxt yetkinlik yaşına çatmayan şəxslərin imza etmədikləri barədə hər hansı izahat verilməmişdir. İşdən həmçinin görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirlən əqdləri, o cümlədən 12 noyabr 2002-ci il tarixli etibarnaməni sorğu vasitəsilə əldə etmiş, iddiaçılar həmin sənədlərlə tanış olmaları məqsədilə işin təxirə salınmasını xahiş etmiş, onların xahişi təmin olumuş, lakin iddiaçılar qeyd edilən sənədlərə növbəti iclasda hər hansı münasibət bildiməmişlər. Belə olan halda, irəli sürülməyən dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmməsi barədə dəlil əsaslı sayıla bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. Gəncə Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.