Məhkəmə qərarları › İş №2(102)-4294/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4294/2024

26.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4294/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4294/2024 (Açar sözlər: icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-5582/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı adından verilmiş №03500 saylı etibarnaməyə əsasən X6 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11-26 saylı ipoteka müqaviləsi ilə, İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu C.Zeynalov küçəsində istifadədə olan 0,05129 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 165,74 kv.m. ümumi, 82,8 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 6 nömrəli mənzil 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Qubadl ı Rayon Məhkəməsinin 2(028)-586/2015 nömrəli, 14 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-28/2017 nömrəli, 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-586/2015 nömrəli, 14 sentyabr 2015ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan 01 aprel 2011-ci il tarixli 11-78 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 29.600 manat əsas borc, 10.440,85 manat faiz və 1.000 manat dəbbə pulu olmaqla, cəmi 41.040,85 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh Elxan Yusifovun prosessual hüquqi varisi kimi ondan bankın xeyrinə tutulmalı olan məbləğin ilk növbədə 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri Nərimanov rayonu Cahangir Zeynalov küçəsində, 0,05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən bir mərtəbəli, dörd otaqlı, 165,74 kv.m. ümumi sahəsi olan 6 saylı mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilib, mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan cavabdeh kimi onun tutd uğu yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, mənzilin boşaldılması, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və iddia tələbinin – “cavabdeh İddiaçı ilə birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın ondan alı nıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2018-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1727/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə İ ddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2698/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1727/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (bundan sonra cavabdeh, yaxud Bank) qarşı ”poteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X6 ilə Bank arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin əvvəllərində Elxan Yusifov ona bildirmişdir ki, işləri ilə əlaqədar kredit götürmək istəyir, lakin bank tərəfindən adına kredit ayrılmadığından onun adına kredit götürməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. O, da, kredit götürməsi üçün Elxan Yusifova etibarnamə vermişdir. Elxan yuxarıda göstərilən tarixdə Bankdan kredit götürdüyünü ona bildirmişdir. Lakin, ipoteka müqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Elxan krediti götürdüyü vaxtdan sonra 18 aprel 2011-ci il tarixdə vəfat etmişdir. O, bundan sonra hesab etmişdir ki, Elxanın götürdüyü kredit məbləği sığortalı olduğundan borc hansısa sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Özü yaşİı və xəstə olduğundan bu məsələlərlə məşğul olmağı tanışları olan X3 xahiş elmiş və sonuncuya etibarnamə vermişdir. Hazırda, ailəsinin yeganə yaşayış evi olan mübahisəli mənzilin əlindən çıxması təhlükəsi ilə üz-üzədir. Onunla bağlanmış ipoteka müqaviləsinin mövcudluğundan xəbəri olmamış və bu səbəbdən də, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-2418/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddiasının rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan i barət olmuşdur ki, iddiaçı müqavilənin ləğvi tələbini daha çox müqavilənin bağlanmasından xəbərsiz olması dəlili ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə kreditorun tələblərinin təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa eyni tərəflər arasında daha əvvəlki məhkəmə mübahisələri üzrə də iddiaçı qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğvinə əsas verən hallar deyildir. Həmçinin mülki qanunvericilik tərəflər arasında bağlanmış müqavilənin ləğvi əsaslarını müəyyən etmişdir. İddiaçının kredit müqaviləsi üzrə borcalana verdiyi etibarnaməyə əsasən ona məxsus əmlaka dair ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdı r və bu hal daha əvvəlki məhkəmə mübahisələri zamanı da yoxlanılaraq qiymətləndirilmişdir. Tərəflər arasında məhkəmə mübahisələri 2015-ci ildən etibarən davam etməkdədir və iddiaçı bu müddət ərzində iddia tələbində qeyd etdiyi kimi şəraitin dəyişməsi və digər halları daha əvvəlki məhkəmə mübahisələrində də irəli sürə biləcəyi təqdirdə etməmişdir. Müəyyən edildiyi kimi tərəflər arasında müqavilənin ləğvi üçün hazırki iş üzrə cavabdeh olan bank tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna yol verilməmiş, həmçinin müqavilənin ləğvi üçün əhəmiyyətli dərəcədə dəyişmiş şərait yaranmamışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 423.1, 423.2-ci və Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ipoteka müqaviləsinin bağlanmasına niyyəti olmamışdır. İpoteka müqaviləsinin bağlanmasından yenicə xəbər tutmuşdur. Əvvəllər ona bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iş üzrə iddiaçının cavabdeh Banka qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia tələbinin təmin olunması və verilmiş etibarnaməyə əsasən Elxan Yusifov ilə Bank arasında bağlanmış 01 aprel 2011-ci il tar ixli, 11-26 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul etmək əvəzinə, əsaslı və qanuni iddianı rədd etmişdir. Lakin məhkəmə həmin iş üzrə heç bir araşdırma aparmamışdır. Buna baxmayaraq məhkəmə əsaslı iddianı təmin etmək əvəzinə təmin etməmiş, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Halbuki, onun iddia ərizəsində qeyd etdiyi kimi, ipoteka müqaviləsinin bağlanmasından iddiaçının icra hərəkətləri zamanı məlumatı olmuşdur. Hazırkı iddia ərizəsinin mahiyyəti ipoteka müqaviləsinin ləğvi ilə bağlıdır və iddia tələbləri təmin edilməli olduğu halda məhkəmə tərəfindən bu edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5582/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə (hak imlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi mövqeyində qeyd etmişdir ki, iddiaçı müqavilənin ləğvi tələbini daha çox müqavilənin bağlanmasından xəbərsiz olması dəlili ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə kreditorun tələblərinin təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa eyni tərəflər arasında daha əvvəlki məhkəmə mübahisələri üzrə də iddiaçı qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü də lillər müqavilənin ləğvinə əsas verən hallar deyildir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.

19. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası o olmuşdur ki, X4 onun adına kreditin götürülməsi məqsədilə notarial qaydada təsdiq olunmuş etibarnamə verdiyini və həmin etibarnamə əsasında onun xəbəri olmadan ona məxsus mənzilin bank qarşısında ipoteka ilə yüklü edildiyini qeyd etmişdir. İd diaçı hazırda cavabdeh Banka qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbini irəli sürmüşdür. İddiaçı hazırki iddia tələbini də onunla əsaslandırmışdır ki, 2011-ci ilin əvvəllərində X6 ona bildirmişdir ki, işləri ilə əlaqədar kredit götürmək istəyir, lakin bank tərəfindən adına kredit ayrılmadığından onun adına kredit götürməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. O, kredit götürməsi üçün Elxana etibarnamə vermişdir. Elxan yuxarıda göstərilən tarixdə cavabdeh Bankdan kredit götürdüyünü ona bildirmişdir. Lakin, ipoteka müqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir.

20. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - i ddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.

21. Məhkəmə kollegiyası bundan sonra qeyd etmişdir ki, həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşki l etmişdir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməs i dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

22. Apellyasiya instan siya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 233.3, 261.0.2, 402.2, 402.2.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması ücün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kredit götürməsi üçün Elxana etibarnamə vermişdir. X5 kredit götürdüyünü İddiaçı bildirmişdir. Lakin, ipoteka müqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Elxan krediti götürdüyü vaxtdan sonra 18 aprel 2011-ciil tarixdə vəfat etmişdir. İddiaçı ondan sonra hesa b etmişdir ki, Elxanın götürdüyü kredit məbləği sığortalı olduğundan borc hansısa sığorta şirkəti tərəfindən ödəniləcəkdir. İddiaçı yaşlı və xəstə olduğundan bu məsələlərlə məşğul olmağı tanışı olan X3 xahiş etmiş və ona etibarnamə vermişdir. Hazırda, ailəsinin yeganə yaşayış evi olan mübahisəli mənzil əlindən çıxmaq təhlükəsi ilə üz-üzədir. İddiaçı ilə bağlanmış ipoteka müqaviləsinin mövcudluğundan xəbəri olmamış və bu səbəbdən də, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, eyni tərəflər aras ında ayrıca icraatda bu müqavilənin ləğv edilməsi tələbi üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da, iddia tələbləri fərqlidir. Ona görə də, şəxslərin məhkəməyə çatımlılıq hüququ qorunmalı, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, eyni tərəflər arasında həmin ipoteka müqaviləsinin ləğv edilməsinə dair iddialar icraata qəbul edilməli və həmin işlərə mahiyyəti üzrə baxılmalı, o cümlədən bu işlər üzrə qəbul edilən məhkəmə qətnamələrindən verilən apellyasiya və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmək əvəzinə əsassı z olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Müqavilənin etibarsızlığı və ləğvinin nəticələri bir birindən fərqlənir. Belə ki,müqavilənin etibarsız hesab edilməsi o deməkdir ki, müqavilə başdan etibarsızdır, yəni heç vaxt hüquqi qüvvəyə malik olmayıb. Bu qanun pozuntuları, aldatma və ya tərəflərin razılığı olmadan bağlanma hallarında baş verir. Müqavilənin ləğv edilməsi isə etibarlı şəkildə bağlanmış bir müqavilə daha sonra tərəflərdən birinin istəyi və ya qanuni əsaslara görə sona çatdırılır. Ləğv edilmiş müqavilə bağlandığı dövr üçün keçərli sayılır, amma gələcək öhdəliklər ləğv edilir. Beləliklə ləğv edilən müqavilə keçmişdə hüquqi nəticələr doğura bilsə də, etibarsız hesab edilə bilən müqavilə heç bir hüquqi qüvvəyə malik deyildir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, eyni tərəflər arasında ayrıca icraatda bu müqavilənin ləğv edilməsi tələbi üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da, iddia tələbləri fərqlidir. Ona görə də, şəxslərin məhkəməyə çatımlılıq hüququ qorunmalı, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, eyni tərəflər arasında həmin ipoteka müqaviləsinin ləğv edilməsinə dair iddialar icraata qəbul edilməli və həmin işlərə mahiyyəti üzrə baxılmalı, o cümlədən bu işlər üzrə qəbul edilən məhkəmə qətnamələrindən verilən apellyasiya və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. İddianın predmeti, tərəfin məhkəmə dən tələb etdiyi əsas məsələ və ya hüquqi tələbin yönəldiyi konkret mövzudur. Hazırkı iddia tələbi iddianın predmeti ipoteka müqaviləsinin ləğv edilməsi istəyidir. Əvvəlki tələbi isə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı olmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, əvvəlki mülki işlərdə ipoteka müqaviləsinin ləğvi ilə bağlı predmet yox, tamamilə başqa iddia predmeti müqavilənin etibarsızlığı ilə olan məsələlərə baxılmışdır. Hazırki iddia tələbi üzrə əvvəlki məhkəmə qətnamələrində heç bir araşdırma aparılmamışdır, cünki belə predmetlə bağlı məsələ hazırda iddia edilir. Cavabdeh “Beynəlxalq Bank”da iş üzrə vəsatətlərdə işə xitam verilməsi barədə müraciət etməmişdir və beləliklə işə mahiyyəti üzrə baxıla bilərdi. İşə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmək əvəzinə məhkəmə kollegiyası icraata xitan verilməsi barədə qərardad qəbul etmişdir, lakin qərardadını əsaslandıra bilməmiş, formal mülahizələrə əsaslanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

30. Maddə 261.0 və 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

31. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261- ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

32. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfi ndən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır.

41. Belə ki, apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, baxılan iş üzrə iddianın əsası kimi ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi, həmin qətnamənin qüvvədə saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1727/2023 nömrəli, 24 fevral 2023cü il tarixli qətnaməsi ilə qiymət verilmiş, iddiaçının cavabdeh Banka qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həm sözügedən qətnamə ilə bağlı iddia tələbində, həm də hazırkı iş üzrə iddiaçının cavabdeh Banka qarşı irəli sürdüyü tələb eyni mahiyyət və əsasdan irəli gəlmişdir. “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin məqsədlərinə, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.

42. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəm əsinin gəldiyi həmin nəticə ilə razılaşaraq qeyd edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dai r maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.

43. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemə tdir: pul məbləği, yaşayış, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

44. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.

45. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqlar ın pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməs i nəzərdə tutulur.

46. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının cavabdeh Banka qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi rədd edildiyindən, “ipoteka müqaviləsinin ləğv edilməsi” barədə iddanın irəli sürülməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1761/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən sonra yaranmış yeni əsas kimi qəbul edilə bilməz.

47. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə apellyasiya instansiya məhkəməsinin başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

48. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata q əbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

49. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(103)-5582/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar